~ 200 ~
Əfrasiyab Bədəlbəyli nəinki musiqiçi, eləcə də ədəbiyyatçı və
dilçi kimi də böyük nüfuza malik idi. 1952-ci ildə Elmlər Akademi-
yası Nizami adına ədəbiyyat institutunun islahat komitəsinin iclasla-
rında müzakirə edilmiş «Azərbaycan dilinin orfoqrafiyası»nm təs-
hih edilmiş bir nüsxəsi Əfrasiyab Bədəlbəyliyə göndərilmiş və on-
dan bu haqda rəy vermək xahiş olunmuşdu.
Elə həmin 1952-ci ildə Əfrasiyab Bədəlbəyli rus bəstəkarı
P.Çaykovskinin «İolanta» operasını ekvoritmik cəhətdən doğma
dilimizə tərcümə edir.
1953-cü ildə bəstəkarın ilk kitabçası çapdan buraxılır. «Musi-
qi haqqında söhbət» adlı broşurada müəllif musiqidə işlənən bəzi
söz və terminbri izah edir, musiqi janrları və formaları, musiqi alət-
ləri və ansambllar haqqında söhbət açır. Ə.Bədəlbəylinin bu əsəri
keçmiş SSRİ ərazisində belə məzmunlu kitabçaların (D.Şostakovi-
çin «Znatğ i löbitğ muzıku», 1958-ci il və İ.Rıjkinin «Naznaçenie
muzıki i ee vozmocnosti», 1962-ci il broşuraları) ilk nümunəsi idi.
1954-cü ildə Bəstəkarlar İttifaqı idarə heyətinin Yeddinci ple-
numunda bəstəkarın xalq çalğı alətləri orkestri üçün yazdığı «Sim-
foniyetta» ifa edilir.
1955-ci ildə sənətkar dahi Əsəd oğlu Mirzə Sadığın yetirməsi,
məşhur Azərbaycan tarzəni Qurban Primov haqqında monoqrafiya
yazır.
O dövrdə Azərbaycanda musiqi terminləri ancaq rus və ya
başqa əcnəbi dillərdə işlədilirdi. Əfrasiyab Bədəlbəyli 1956-cı ildə
«Musiqi terminləri lüğəti» kitabçasını çap etdirməklə azərbaycan-
dilli əhalinin musiqi terminlərini daha aydın anlamağa və doğma
dilimizin daha da zənginləşməsinə şərait yaratdır.
1957-ci ildə sənətkar Boris Zeydmanın «Qızıl açar» baletinə
libretto yazır.
1959-cu ilin may ayında Moskvada Azərbaycan incəsənəti
ongünlüyünün keçirildiyi dövrdə dekada iştirakçıları, musiqiçilər,
qonaqlar, tamaşaçılar «Qız qalası»ndan böyük zövq aldıqlarını xü-
susi qeyd etmişdilər.
~ 201 ~
Dekada ilə əlaqədar Əfrasiyab Bədəlbəyli əməyinin daha bir
bəhrəsinin -qocaman musiqişünas-tarixçi Qubad Qasımovla birgə
yazdığı «M.F.Axundov adına Azərbaycan Dövlət opera və balet
teatrı» oçerkinin də adını çəkmək lazımdır.
1960-cı ildə bəstəkarın həyatında əlamətdar hadisə baş verdi.
Həmin il, may ayının 24-də Azərbaycan SSR Ali Soveti Rəyasət
Heyətinin fərmanı ilə Əfrasiyab Bədəlbəyli Azərbaycanın «Xalq
artisti» fəxri adına layiq görülür.
1962-ci ildə opera və balet teatrının Gürcüstan respublikası
qastrol səfərinə hazırlıqla əlaqədar gürcü bəstəkarı Zaxari Paliaşvili-
nin «Daisi» operasının Azərbaycan dilində oynanılmasını qərara
alınmış və opera mətninin tərcüməsini Ə.Bədəlbəyliyə tapşırmışdır.
1964-1965-ci illərdə sənətkar gənclərin bədii özfəaliyyətinin
XVIII və XIX respublika olimpiadasının təşkilatçılarından biri və
münsiflər heyətinin sədri, 1964-cü ildə Azərbaycanın şəhər və kənd
texniki-peşə məktəbləri bədii özfəaliyyətinin XXIII respublika
baxışında isə münsiflər heyətinin üzvü seçilmişdir.
Bəstəkarın «Muğam-68» müsabiqə-festivalının keçirilməsində
sərf etdiyi əməyini ayrıca qeyd etmək vacibdir. Respublikamızın bir
çox rayonlarından müsabiqədə iştirak edən gənc müğənnilər, incə-
sənət xadimləri «Muğam-68» festivalının təşkilini yüksək qiymət-
ləndirmiş və tədbirin keçirilməsini ənənə şəklində davam etdirməyi
tövsiyə etmişlər.
1965-ci ildə Ə.Bədəlbəyli Q.Almazzadə ilə birlikdə,
S.S.Axundovun eyni adlı povesti əsasında bəstəkar Əşrəf Abbaso-
vun «Qaraca qız» baletinə, daha sonra, 1968-ci ildə qardaşı Turqud
ilə birlikdə C.Cabbarlının eyni adlı pyesi əsasında R.Mustafayevin
bəstələdiyi «Aydın» operasına librettolar yazır.
1969-cu ildə «Elm» nəşriyyatı Ə.Bədəlbəylinin «İzahlı mono-
qrafik musiqi lüğəti» kitabını çap etdirir.
Ümumittifaq «Bilik» cəmiyyətinin üzvü olan sənətkar bir çox
elmi konfranslarda, iclaslarda musiqi sənəti haqqında məruzələrlə
çıxış edirdi. 1970-ci ildə bəstəkarın «Söyüdlər ağlamaz» operası
tamaşaya qoyulur. Operamn mövzusu Böyük Vətən müharibəsi illə-
~ 202 ~
rində Azərbaycanlı döyüşçünün şücaəti və arxa cəbhənin həyatma
həsr olunmuşdu.
Bu illərdə Əfrasiyab Bədəlbəylinin Azərbaycan televiziyası və
radiosu ilə xalq musiqisi və muğamlar haqqında silsilə çıxışlan da
geniş tamaşaçı və dinbyici kütləsinin böyük rəğbətini qazanmışdı.
1969-cu ildə bəstəkar Fransanın paytaxtı Paris şəhərində
Azərbaycan musiqisi haqqında mühazirələrb çıxış edir.
1970-ci ildə, Moskvada, ISME - Uşaq və Gənclərin musiqi
tərbiyəsi üzrə Beynəlxalq cəmiyyətin «Uşaqların, yeniyetmələrin və
gənclərin həyatında musiqinin rolu» adlı konfransı keçirilirdi. Kon-
fransda, başda Əfrasiyab Bədəlbəyli olmaqla, Azərbaycan nüma-
yəndə heyəti də iştirak etmişdir.
1971-ci ilin oktyabnnda sənətkar Xor Cəmiyyətinin sədri
vəzifəsinə seçilir.
1970-ci ildə, türk musiqişünası Altan Araslı Türkiyədə çapdan
çıxan «Musiqi məcmuəsi» jurnalında bəstəkarın «İzahlı monoqrafik
musiqi lüğəti» kitabının ətraflı təhlilini vermişdir.
1977-ci ildə, Ankarada, «Türk folklor konqresinin məlumat-
ları»nda, türk dilində sənətkarın «Azərbaycan xalq musiqisi» adlı
məqaləsi çap olunmuşdur.
Uzun illər boyu «Elm və həyat» jurnalının, «Ədəbiyyat və
incəsənət» qəzetinin redaksiya heyətinin üzvü olan Ə.Bədəlbəyli
mətbuat orqanlarının səhifələrində ressenziyalar, tənqidi və proble-
matik məqalələr çap etdirmişdir.
Ə.Bədəlbəyli 1976-cı il yanvar ayının 9-da vəfat etmişdir.
(İbrahim Quliyev, Əfrasiyab Bədəlbəyli, WWW.Afrasiyab Badal-
beyli.htm).
Dostları ilə paylaş: |