~ 194 ~
mətbuatında müsbət qarşılandı. Əsərin titul vərəqində qeyd olunur
ki, müəllif bu kitabın ilk nüsxəsini Mustafa Kamal Atatürkə təqdim
etmişdir. 1931-ci il avqustun 31-də Atatürk və marşal Fevzi Çak-
mak kitabı yüksək qiymətləndirərək Cahangir Zeynaloğluya təşək-
kür etmişlər. "Şirvanşahlar yurdu" bir neçə dəfə Türkiyədə təkrar
nəşr olunmuşdur və bu gün də əhəmiyyətini itirməmişdir. Cahangir
Zeynaloğlu kitabın müqəddiməsində yazır ki, bir çox mənbə Rusi-
yada qalmışdır və o, Türkiyə kitabxanalarındakı mənbələrdən istifa-
də etmişdir. Əsərdə antik mənbələrə istinad edilir. Şirvanın tarixi
coğrafiyasına dair Strabon, Plutarx və digər antik müəlliflərin əsər-
lərindən sitatlar gətirilir. Həmçinin A.Bakıxanovun, B.Dornun,
V.Bartoldun, Y.Paxomovun, M.Yanovskinin, M.Karaulovun əsərlə-
ri tədqiqata cəlb edilir. Kitabda Bərdənin, Şamaxının, Bakının, Dər-
bəndin rəsmləri, xəritələr verilmiş, Şirvanın müxtəlif dövrlərdə sər-
hədləri göstərilmiş, bu dövlətin etnoqrafik fotoşəkilləri dərc edil-
mişdir. Cahangir Zeynaloğlu Şirvanşahlar dövlətinin yaranması pro-
sesini tədqiq etmiş, onun inkişaf, çiçəklənmə və tənəzzül mərhələlə-
rini araşdırmışdır. Müəllif Şirvanşahların tarixini işıqlandırmaq
üçün onun müxtəlif aspektlərini, daha doğrusu, dövlətin yarandığı
tarixi-coğrafi şəraiti, Şirvan şəhərlərinin, burada yaşayan tayfaların
və xalqların vəziyyətini, sənətləri və ticarəti, sosial münasibətləri,
dövlət quruluşunu, hərb tarixini və mədəniyyət məsələlərini nəzər-
dən keçirmişdir. O, dövlət yaranandan süquta uğrayanadək Şirvan-
şahların nəsil şəcərəsini araşdırmış, bir sıra şirvanşahların adlarını
və hakimiyyəti illərini dəqiqləşdirmişdir. Cahangir Zeynaloğlu hər
bir dövrə ayrılıqda nəzər salmış və dövlətin mövcud olduğu illəri
dövrlərə bölməyə cəhd etmişdir. Tarix təhsili olmayan tədqiqatçının
xüsusi ədəbiyyatı və mənbələri bu qədər gözəl bilməsi heyrət doğu-
rur. Cahangir Zeynaloğlunun "Atalar sözü" kitabında 5 min atalar
sözü, zərb-məsəl, söz və onun sinonimi, tarixi termin və s. toplan-
mışdır. Tədqiqatçının əsərləri məzmununa və araşdırma metodlarına
görə ölkə tarixinin 1920-ci ilədək olan dövrünün işıqlandırılmasında
ilk cəhd idi. Bu əsərlər indi də əhəmiyyətini itirməmişdir. Şübhəsiz,
kitabların nəzəri səviyyəsi elə də yüksək deyildi, burada metodoloji
~ 195 ~
səhvlər, yanlış müddəalar və nəticələr vardı. Bu da o dövrdə tarix
elminin inkişaf səviyyəsi ilə izah olunur. Bununla belə, müəllif
Azərbaycan xalqının qədim dövrlərdən XX əsrin 20-ci illərinədək
tarixinin vahid konsepsiyasını hazırlamaq üçün az iş görməmişdir.
Onun əsərləri Azərbaycanın tarixi inkişafına həsr olunmuş ilk ümu-
miləşdirici tədqiqatlardan biri kimi diqqəti cəlb edir. Azərbaycan
tarixinin öyrənilməsinin ilkin mərhələsini səciyyələndirərkən qeyd
edək ki, XX əsrin əvvəlləri ölkənin qədim və orta əsrlər tarixinə dair
köhnə faktların sistemləşdirilməsi və yeni faktların əldə edilməsi
dövrü, başqa sözlə, Azərbaycanın qədim tarixinin yenidən yazılması
mərhələsi idi. O vaxt alimlər hər şeyi praktik olaraq sıfırdan başla-
malı olmuşdular. Amma artıq həmin illərdə gələcək tədqiqatların və
elmi istiqamətlərin etibarlı təməli qoyuldu. Bu isə sonralar Azərbay-
canın qədim, orta əsrlər, yeni və ən yeni tarixi kimi mühüm elmi
bölmələri fərqləndirməyə imkan verdi. Ölkə tarixinin bir çox mü-
hüm problemlərini planlı şəkildə və mərhələ-mərhələ tədqiq etmək-
dən ötrü yeni tarixçi kadrların yetişməsi üçün müəyyən müddət keç-
məli idi. Azərbaycanın qədim, orta əsrlər və yeni tarixinə dair ilk
peşəkar elmi işlər ötən əsrin 50-ci illərində meydana çıxmağa başla-
dı və bu əsərlər arxeoloji, etnoqrafik, epiqrafik və digər tədqiqatlara
əsaslanırdı. Dərin biliyə, tarixi mənbələrdən bacarıqla istifadə etmək
qabiliyyətinə malik olan, ən başlıcası isə Azərbaycanı varlığı qədər
sevən Cahangir Zeynaloğlu özündən sonra zəngin elmi irs qoyub
getmişdir. Hələ layiq olduğu qiyməti almamış bu irs Azərbaycan
tarixşünaslığında öz yerini tutacaq. Qədirbilən xalqımız isə doğma
yurdun tarixinə, mənəvi dəyərlərinə, mədəniyyətinə sonsuz məhəb-
bət hissi bəsləmiş Cahangir Zeynaloğlunu həmişə hörmətlə xatırla-
yacaq. (Tamilla KƏRİMOVA, AMEA-nın A.Bakıxanov adına Ta-
rix İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri namizədi, Azərbay-
can qəzeti, 10 Aprel 2006, Bazar ertəsi)
~ 196 ~
Feyzulla Əliquluzadə
Feyzulla Əliqulu oğlu 1891-ci ildə Şuşa şəhərində anadan
olmuşdu. İbtidai təhsilini mollaxanada almışdı. Sonra Şuşa Real
məktəbi bitirmişdi. Bir müddət müəllimliklə məşğul olmuşdu.
B db xt S yyar – Feyzulla Əliquluzadə, “Günəş”, 1911.
Qeyd etmək lazımdır ki, Azərbaycan Xalq Cümhuriyyətinin
hakimiyyəti dövrünə qədər – Azərbaycan adlı mətbu orqanı yoх
idi. Çünki belə adda hər hansı bir qəzet çap etdirmək böyük bir
ölkənin, millətin varlığını təsdiq etmək demək idi. Bu isə çar
Rusiyasının siyasətinə zidd idi. Çarizm dağılandan sonra belə bir
fürsət ələ düşmüş, onun ilk naşiri və redaktoru Feyzulla Əliquluzadə
olmuşdur. Lakin o tezliklə də fəaliyyətini dayandırmışdı.
Əfrasiyab Bədəlbəyli
Əfrasiyab Bədəlbəyli 1907-ci il aprel
ayının 19-da, Bakı şəhərində, xalq maarifçi-
si Bədəl bəy Bədəlbəylinin və məşhur Qacar
nəslinin təmsilçisi Rəhimə xanımm ailəsin-
də anadan olmuşdur.
1912-ci ildə Əfrasiyab Bədəlbəyli 6-cı
rus-müsəlman məktəbinə daxil olur və
1916-cı ildə, tədris olunan bütün fənlərdən
«əla» qiymətlərlə məktəbi bitirir.
1917-1924-cü illər ərzində o, Bakıda-
kı 1-ci real məktəbində təhsil alır. 1923-cü
ildən 1926-cı ilə kimi Ə.Bədəlbəyli təzəcə təşkil olunmuş Azərbay-
can teatr məktəbinin dinləyicisi olur və məktəbdə təşkil olunan səh-
nə tamaşalarında böyük həvəslə iştirak edir.
XX əsrin 20-ci illərində Azərbaycan opera və operettalarının
səhnədən götürülməsi nəzərdə tutulmuşdu. 17 yaşlı Əfrasiyab Bə-
dəlbəyli «Kommunist» qəzetində dərc etdirdiyi məqaləsində «Ope-
Dostları ilə paylaş: |