Microsoft Word Az?rbaycan Milli m?tbuat?



Yüklə 3,01 Mb.
Pdf görüntüsü
səhifə60/63
tarix01.08.2018
ölçüsü3,01 Mb.
#60396
1   ...   55   56   57   58   59   60   61   62   63

~ 194 ~
mətbuatında müsbət qarşılandı.  Əsərin titul vərəqində qeyd olunur 
ki, müəllif bu kitabın ilk nüsxəsini Mustafa Kamal Atatürkə təqdim 
etmişdir. 1931-ci il avqustun 31-də Atatürk və marşal Fevzi Çak-
mak kitabı yüksək qiymətləndirərək Cahangir Zeynaloğluya təşək-
kür etmişlər. "Şirvanşahlar yurdu" bir neçə  dəfə Türkiyədə  təkrar 
nəşr olunmuşdur və bu gün də əhəmiyyətini itirməmişdir. Cahangir 
Zeynaloğlu kitabın müqəddiməsində yazır ki, bir çox mənbə Rusi-
yada qalmışdır və o, Türkiyə kitabxanalarındakı mənbələrdən istifa-
də etmişdir.  Əsərdə antik mənbələrə istinad edilir. Şirvanın tarixi 
coğrafiyasına dair Strabon, Plutarx və digər antik müəlliflərin əsər-
lərindən sitatlar gətirilir. Həmçinin A.Bakıxanovun, B.Dornun, 
V.Bartoldun, Y.Paxomovun, M.Yanovskinin, M.Karaulovun əsərlə-
ri tədqiqata cəlb edilir. Kitabda Bərdənin, Şamaxının, Bakının, Dər-
bəndin rəsmləri, xəritələr verilmiş, Şirvanın müxtəlif dövrlərdə sər-
hədləri göstərilmiş, bu dövlətin etnoqrafik fotoşəkilləri dərc edil-
mişdir. Cahangir Zeynaloğlu Şirvanşahlar dövlətinin yaranması pro-
sesini tədqiq etmiş, onun inkişaf, çiçəklənmə və tənəzzül mərhələlə-
rini araşdırmışdır. Müəllif  Şirvanşahların tarixini işıqlandırmaq 
üçün onun müxtəlif aspektlərini, daha doğrusu, dövlətin yarandığı 
tarixi-coğrafi şəraiti, Şirvan şəhərlərinin, burada yaşayan tayfaların 
və xalqların vəziyyətini, sənətləri və ticarəti, sosial münasibətləri, 
dövlət quruluşunu, hərb tarixini və mədəniyyət məsələlərini nəzər-
dən keçirmişdir. O, dövlət yaranandan süquta uğrayanadək Şirvan-
şahların nəsil  şəcərəsini araşdırmış, bir sıra  şirvanşahların adlarını 
və hakimiyyəti illərini dəqiqləşdirmişdir. Cahangir Zeynaloğlu hər 
bir dövrə ayrılıqda nəzər salmış  və dövlətin mövcud olduğu illəri 
dövrlərə bölməyə cəhd etmişdir. Tarix təhsili olmayan tədqiqatçının 
xüsusi ədəbiyyatı və mənbələri bu qədər gözəl bilməsi heyrət doğu-
rur. Cahangir Zeynaloğlunun "Atalar sözü" kitabında 5 min atalar 
sözü, zərb-məsəl, söz və onun sinonimi, tarixi termin və s. toplan-
mışdır. Tədqiqatçının əsərləri məzmununa və araşdırma metodlarına 
görə ölkə tarixinin 1920-ci ilədək olan dövrünün işıqlandırılmasında 
ilk cəhd idi. Bu əsərlər indi də əhəmiyyətini itirməmişdir. Şübhəsiz, 
kitabların nəzəri səviyyəsi elə də yüksək deyildi, burada metodoloji 


~ 195 ~
səhvlər, yanlış müddəalar və  nəticələr vardı. Bu da o dövrdə tarix 
elminin inkişaf səviyyəsi ilə izah olunur. Bununla belə, müəllif 
Azərbaycan xalqının qədim dövrlərdən XX əsrin 20-ci illərinədək 
tarixinin vahid konsepsiyasını hazırlamaq üçün az iş görməmişdir. 
Onun əsərləri Azərbaycanın tarixi inkişafına həsr olunmuş ilk ümu-
miləşdirici tədqiqatlardan biri kimi diqqəti cəlb edir. Azərbaycan 
tarixinin öyrənilməsinin ilkin mərhələsini səciyyələndirərkən qeyd 
edək ki, XX əsrin əvvəlləri ölkənin qədim və orta əsrlər tarixinə dair 
köhnə faktların sistemləşdirilməsi və yeni faktların  əldə edilməsi 
dövrü, başqa sözlə, Azərbaycanın qədim tarixinin yenidən yazılması 
mərhələsi idi. O vaxt alimlər hər şeyi praktik olaraq sıfırdan başla-
malı olmuşdular. Amma artıq həmin illərdə gələcək tədqiqatların və 
elmi istiqamətlərin etibarlı təməli qoyuldu. Bu isə sonralar Azərbay-
canın qədim, orta əsrlər, yeni və  ən yeni tarixi kimi mühüm elmi 
bölmələri fərqləndirməyə imkan verdi. Ölkə tarixinin bir çox mü-
hüm problemlərini planlı şəkildə və mərhələ-mərhələ tədqiq etmək-
dən ötrü yeni tarixçi kadrların yetişməsi üçün müəyyən müddət keç-
məli idi. Azərbaycanın qədim, orta əsrlər və yeni tarixinə dair ilk 
peşəkar elmi işlər ötən əsrin 50-ci illərində meydana çıxmağa başla-
dı və bu əsərlər arxeoloji, etnoqrafik, epiqrafik və digər tədqiqatlara 
əsaslanırdı. Dərin biliyə, tarixi mənbələrdən bacarıqla istifadə etmək 
qabiliyyətinə malik olan, ən başlıcası isə Azərbaycanı varlığı qədər 
sevən Cahangir Zeynaloğlu özündən sonra zəngin elmi irs qoyub 
getmişdir. Hələ layiq olduğu qiyməti almamış bu irs Azərbaycan 
tarixşünaslığında öz yerini tutacaq. Qədirbilən xalqımız isə doğma 
yurdun tarixinə, mənəvi dəyərlərinə, mədəniyyətinə sonsuz məhəb-
bət hissi bəsləmiş Cahangir Zeynaloğlunu həmişə hörmətlə xatırla-
yacaq. (Tamilla KƏRİMOVA, AMEA-nın A.Bakıxanov adına Ta-
rix İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri namizədi, Azərbay-
can qəzeti, 10 Aprel 2006, Bazar ertəsi) 
 
 
 


~ 196 ~
Feyzulla Əliquluzadə
Feyzulla  Əliqulu oğlu 1891-ci ildə  Şuşa  şəhərində anadan 
olmuşdu.  İbtidai təhsilini mollaxanada almışdı. Sonra Şuşa Real 
məktəbi bitirmişdi. Bir müddət müəllimliklə məşğul olmuşdu. 
B db xt S yyar – Feyzulla Əliquluzadə, “Günəş”, 1911. 
Qeyd etmək lazımdır ki, Azərbaycan Xalq Cümhuriyyətinin 
hakimiyyəti dövrünə  qədər – Azərbaycan  adlı  mətbu orqanı yoх 
idi. Çünki belə adda hər hansı bir qəzet çap etdirmək böyük bir 
ölkənin, millətin varlığını  təsdiq etmək demək idi. Bu isə çar 
Rusiyasının siyasətinə zidd idi. Çarizm dağılandan sonra belə bir 
fürsət ələ düşmüş, onun ilk naşiri və redaktoru Feyzulla Əliquluzadə 
olmuşdur. Lakin o tezliklə də fəaliyyətini dayandırmışdı. 
Əfrasiyab Bədəlbəyli
Əfrasiyab Bədəlbəyli 1907-ci il aprel 
ayının 19-da, Bakı şəhərində, xalq maarifçi-
si Bədəl bəy Bədəlbəylinin və məşhur Qacar 
nəslinin təmsilçisi Rəhimə xanımm ailəsin-
də anadan olmuşdur. 
1912-ci ildə Əfrasiyab Bədəlbəyli 6-cı 
rus-müsəlman məktəbinə daxil olur və 
1916-cı ildə, tədris olunan bütün fənlərdən 
«əla» qiymətlərlə məktəbi bitirir. 
1917-1924-cü illər ərzində o, Bakıda-
kı 1-ci real məktəbində  təhsil alır. 1923-cü 
ildən 1926-cı ilə kimi Ə.Bədəlbəyli təzəcə təşkil olunmuş Azərbay-
can teatr məktəbinin dinləyicisi olur və məktəbdə təşkil olunan səh-
nə tamaşalarında böyük həvəslə iştirak edir. 
XX əsrin 20-ci illərində Azərbaycan opera və operettalarının 
səhnədən götürülməsi nəzərdə tutulmuşdu. 17 yaşlı  Əfrasiyab Bə-
dəlbəyli «Kommunist» qəzetində dərc etdirdiyi məqaləsində «Ope-


Yüklə 3,01 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə