Microsoft Word Az?rbaycan Milli m?tbuat?



Yüklə 3,01 Mb.
Pdf görüntüsü
səhifə56/63
tarix01.08.2018
ölçüsü3,01 Mb.
#60396
1   ...   52   53   54   55   56   57   58   59   ...   63

~ 181 ~
büronu pislədiyinə görə 1942-ci il martın 21-də  həbxs edilmiş, 
Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığının hərbi tribunalı 
tərəfindən  əmlakı müsadirə olunmaqla güllələnmə  cəzasına məh-
kum edilmişdir. 
Qulamrza bəy Qasımbəyli
 
Qulamrza bəy Cəfər bəy oğlu 1889-cu 
ildə  Zəngəzur qəzasının Güləbürd kəndində 
anadan olmuşdu.  Əslən  Şuşa  şəhərindəndir. 
Cavanşir elinin Sarıcalı oymağındandır. 
Pənahəli xanın qardaşı Behbudəli ağanın 
törəməsindəndir. Qasım bəyin oğlu Hacı 
Bəylər bəyin nəslindəndir. 
Qulamrza bəy ibtidai təhsili molla ya-
nında almışdı. Sonra Yelizavetpol (Gəncə) 4 
sinifli gimnaziyasında oxumuşdu. 1 sentyabr 
1909-cu ildə gimnaziyanı tamamlamışdı. 
Zəngilan kənd məktəbinə müdir təyin olunmuşdu. 18 iyul 1912-ci 
ilin sənədlərinə görə hələ həmin məktəbdə çalışırdı. 
Qulamrza bəy bir müddət doğma kəndlərindəki məktəbin na-
ziri, müdiri olmuşdu. 1 sentyabr 1919-cu ildə Şuşa ali ibtidai mək-
təbdə müəllim işləmişdi. ADR dönəmində Dövlət Müdafiə komi-tə-
sində işlər müdiri vəzifəsində çalışmışdı. 
Q. Qasımbəyli Bakı Universitetində Azərbaycan dili kafedra-
sında işə başlamışdı. Kafedranın  əsası 1919-cu ildə qoyulmuşdur. 
Universitetdə ilkin tədris olunan fənlərdən biri türk (Azərbaycan) 
dili olmuşdur. Belə ki, Bakı Dövlət Universiteti təsis olunarkən 
(1919) təhsil rus dilində aparıldığından dövlət dili olan türk (Azər-
baycan) dili öyrədilirdi. Bu ondan irəli gəlirdi ki, universitetin ha-
zırladığı kadrlar Azərbaycan respublikasının  əsas  əhalisinə - azər-
baycanlılara xidmət göstərməli idilər. Sonralar universitetin türk 
(Azərbaycan) və rus bölmələri mövcud olanda Azərbaycan bölmə-
sində rus, rus bölməsində isə türk (Azərbaycan) dili keçilirdi. İlk 


~ 182 ~
illərdə türk (Azərbaycan) dili 10 semestrdə tədris edilirdi. Bu illərdə 
onun tədrisi ilə yazıçı-dramaturq  Ə.Haqverdiyev, dövrünün gör-
kəmli ziyalıları Qədim bəy Şaxtaxtinski, Qulamrza bəy Qasımbəyli 
məşğul olurdular.  
1930-cu ildə müstəqil Tibb İnstitutu təşkil olunanda ayrıca 
dillər kafedrası yaradıldı ki, onun da tərkibində Azərbaycan dili 
müəllimləri mühüm yer tuturdular. O zaman kafedraya Azərbaycan 
dili müəlliminin – Qədim bəy Şaxtaxtinskinin rəhbər təyin olunması 
da ana dilimizə göstərilən qayğının nəticəsi idi.  
1932-ci ildə kafedraya dosent Qulamrza bəy Cəfər bəy oğlu 
Qasımbəyli müdir təyin edilmişdi. O, bu vəzifədə 1937-ci ilə qədər 
çalışmışdı. 
Qulamrza bəy jurnalist kimi də fəaliyyət göstərmişdi. 1909-cu 
ildə "Tərəqqi" qəzetinin Zəngəzur üzrə xüsusi müxbiri idi, həmin 
nəşrdə xeyli yazıları var. 
Mir Fəttah Musəvi
Mir Fəttah Musəvi 1891-ci ildə  Şuşada kəndli ailəsində do-
ğulmuş, ibtidai təhsilini Ağdamda alaraq Aşqabada qohumlarının 
yanına köçmüşdü. Musəvi burada gimnaziya təhsili almaqla yanaşı 
siyasi fəaliyyətə qoşulmuş, müsəlman gənclərinin dərnəyini təşkil 
etmişdi. 1917-ci ildə  Şuşaya qayıdaraq inqilabi fəaliyyətini davam 
etdirən Musəvi 1918-ci ildə Bakıya gələrək «Hümmət» kommunist 
təşkilatına olur. Müsavat parlamanında «Hümmət» fraksiyasını təm-
sil edən Musəvi tez-tez alovlu nitqlər söyləyir, mitinq və tətillərdə 
əhalini  əksinqilabçı Denikinə qarşı mübarizəyə  səsləyirdi. Kirov 
Leninə 1919-cu ilin 27 sentyabrında yazırdı: «Denikinçilər həyasız 
bir surətdə öxləri üçün Azərbaycana yol açırlar. Bu günlərdə onlar 
burada böyük bir qəsd düzəltmişdilər… Parlament üzvü, hümmətçi 
Musəvi həmin qəsdin üstünü açdı… denikinçi (müsavatçı – red.) 
Seyidbəyov sentyabrın beşində Musəvi və  Aşumovu (Haşım 
Əliyevi – ) pusub… tapança ilə onları öldürmüşdür». 


~ 183 ~
Qətl günü: Qətl günü Haşım  Əliyev, Mirfəttah Musəvi və 
Qoqoberidze  əvvəlcə kommunist yoldaşları vağzaldan Tiflisə yola 
salırlar, sonra onlar Həştərxana benzin aparacaq barkası  dəniz yo-
luyla göndərdikdən sonra üçlükdə «Novı Svet» meyxanasına gəlir-
lər. Yemək əsnasında qonşu masada əyləşib şampan şərabı içən mü-
savatçı Hacı bəy Seyidbəyovla aralarında mübahisə düşür. Seyidbə-
yov varlı birisiydi, dəmiryol teleqrafının rəisi işləyirdi və quberna-
torla qohumluğu çatdığından bir sözünü iki etmirdilər. 
Seyidbəyov tapançayla Haşım Əliyevi və Mirfəttah Musəvini 
qətlə yetirir, Qoqoberidze isə ayağından yaralanır. 
1919-cu il sentyabrın 7-si Qurban bayramı günü müsavatçı 
Seyidbəyov tərəfindən qətlə yetirilmiş Haşım  Əliyev və Mirfəttah 
Musəvinin dəfn mərasimi keçirilir. Onların cənazəsi izdihamın 
müşayətiylə parlament binasının önünə gətirilir. Əliheydər Qarayev 
parlament eyvanından mərasimi izləyən müsavatçı nazirlərə  əlini 
uzadaraq «Bu qurbanlar sizə baha tamam olacaq» deyə qışqırdı. 
Müsavat hökuməti kommunistləri əmin etmişdi ki, qatil yaxa-
lanıb layiqli cəzasına çatdırılacaq və bu səbəbdən də vəziyyəti gər-
ginləşdirməyə, siyasi mitinqlər keçirməyə ehtiyac yoxdur. 
Kommunistlər müsavatçıların bu mövqeyiylə razılaşdıqların-
dan həmən günü şəhərdə heç bir insident baş vermədi. Kommunist-
lər qatilin ədalətli mühakimə olunacağına inanırdılar, amma hadisə-
lərin sonrakı gedişi bunun əksini göstərdi. Beləki qatil Hacı  bəy 
Seyidbəyov 50 min manat girov ödədikdən sonra həbsxanadan sər-
bəst buraxılır və az sonra İrana qaçır. 
Qatilin pul alınaraq sərbəst buraxıldığı  xəbərini eşidən kimi 
«Hümmət» fraksiyası  məsələni parlamentin gündəminə  gətirir. 
«Hümmət» fraksiyasının parlament təmsilçisi tribunadakı nitqində 
müsavat hökumətini ittiham edərək deyirdi: «Əksinqilab Dağıstanı 
işğal etdikdə necə  həyəcanlı günlər keçirdiyimizi yaxşı bilirsiz. 
Bilirsiniz ki o vaxt qara qüvvələrlə mübarizə nə qədər çətin və qor-
xulu idi. Bu yolda çalışan gərək öz canından keçəydi. Biz qorxma-
dıq, bunu bilirdik. Hökumətə köməkdən qaçmadıq, ən çalışqan yol-
daşlarımızı  əksinqilabçılarla mübarizəyə  səfərbər etdik. Mirfəttah 


Yüklə 3,01 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə