Microsoft Word Az?rbaycan Milli m?tbuat?



Yüklə 3,01 Mb.
Pdf görüntüsü
səhifə53/63
tarix01.08.2018
ölçüsü3,01 Mb.
#60396
1   ...   49   50   51   52   53   54   55   56   ...   63

~ 172 ~
baycanlı əhalini kütləvi şəkildə qırmasını kəskin ifşa edən məqaləsi 
çap olunmuşdur. 
C.Hacıbəyli Aprel işğalından (1920) sonra Vətənə dönə bil-
məmiş, Parisdə qalmağa məcbur olmuş, ömrünü mühacirətdə başa 
vurmuşdur. Parisdə Azərbaycan mədəniyyətinin təbliği yönündə 
qızğın fəaliyyət göstərmişdir. 1920-ci ildə Ü. Hacıbəylinin “Arşın 
mal alan” musiqili komediyasını fransız dilinə  tərcümə etmiş  və 
əsər həmin ildə tamaşaya qoyulmuşdur. O, həmin əsəri ingilis dilinə 
də çevirmişdi. 
1926-cı ildə çap etdirdiyi “Azərbaycan teatrı” adlı məqaləsin-
də, o, fransız oxucularına Hüseyn Cavid və Cəfər Cabbarlı yaradıcı-
lığı haqqında məlumat vermişdir (“Revyü de Monde Müzülman” 
jurnalı, N 3). 
Məşhur fransız  şərqşünasları A.Beniqsen və  Ş.Lemerse 
Kelkejenin1964 ildə Parisdə fransız dilində nəşr etdirdikləri “Rusi-
yada 1920-ci ilə qədər çıxan müsəlman mərbuatının tarixi” əsərin-
dən məlum olur ki, Azərbaycan mətbuatına dair fəslin hazırlanma-
sında C.Hacıbəyli də iştirak etmişdir. 
Ceyhun bəy Hacıbəyli ömrünün son illərində SSRİ-ni öyrənən 
institutun Parisdə fransızca nəşr etdirdiyi “Qafqaz” jurnalının Azər-
baycan bölməsində gedən yazıların və Münxendə Azərbaycan milli 
birliyinin orqanı kimi buraxılan "Azərbaycan" məcmuəsinin redak-
təsi ilə  məşğul olmuşdur. 1959-cu ildə  həmin institutun xətti ilə 
Münhendə C.Hacıbəylinin “Azərbaycanda  İslam  əleyhinə  təbliğat 
və onun metodları” əsəri çap olunmuşdur. 
C.Hacıbəylinin  şəxsi fondunu YUNESKO – nun əməkdaşı 
Ramiz Abutalıbov böyük çətinliklə toplamış və Azərbaycana gətir-
mişdir. Həmin materiallar hazırda Salman Mümtaz adına Respubli-
ka Dövlət Ədəbiyyat və İncəsənət Arxivində qorunur. 
Bakıda "Seçilmiş əsərləri" (rus dilində) adlı ilk kitabı 1993-cü 
ildə çapdan buraxılmışdır. Şəxsi fondu Azərbaycana gətirilərək, Res-
publika Dövlət Ədəbiyyat və İncəsənət Arxivində mühafizə olunur. 


~ 173 ~
Gənclik illərindən Qərbi Avropanın bir sıra dövri mətbuatında 
məqalələrini dərc etdirmiş, məqalələrini "Dağıstanlı", "Ceyhun da-
ğıstanlı", "Azəri" kimi imzalamışdır. 
Ceyhun Hacıbəyli yaradıcılığının ilk dövründə qələmini felye-
ton janrında sınamış, amma sonralar felyeton yazmamışdır. Felye-
tonları arasında "Pristav Ağa" daha çox diqqəti cəlb edir. Əsər 
"Proqres" qəzetinin 1907-ci il 6 və 7-ci saylarında "Daqestanskiy" 
imzası ilə çap olunmuşdur. 
Ceyhun bəy sonrakı illərdən başlayaraq məhsuldar  şəkildə 
maarif, mədəniyyət, din, dil, xeyriyyəçilik, qaçqınlar mövzularında 
məqalələr yazır, cap etdirir. Mühacirətdən  əvvəl (1919-cu ildən) 
"Kaspi", "Proqres", "Bakı", "Azərbaycan" və başqa qəzetlərdə yüz-
lərlə publisistik məqalə, hekayə  dərc etdirən C.Hacıbəyli həmin 
dövrdə "Известия" (Kaspidə), "İttihat" və "Azərbaycan" (rus dilin-
də) qəzetlərinin redaktoru olmuşdur. 
XX  əsrin 10-cu illərindən "Kaspi", "Proqress", "İrşad", 
"Tərəqqi", "Russkaya molva" (Peterburq) və b. qəzetlərdə əməkdaş-
lıq etmiş, 1917-ci ildə "İttihad", sonralar "Müsəlman milli komitəsi-
nin əxbarı" qəzetlərinin redaktoru olmuşdur. 
1910-cu ildə o, "Hacı Kərim" povestini yazır və 1911-ci ildə 
kitab şəklində çap etdirir. Lakin həmin povestdən sonra yaradıcılıq-
dan uzun müddət uzaqlaşmışdır. 
1918-1919-cu illərdə fəal publisist kimi çalışmış, bir müsddət 
Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi orqanı olan “Azərbaycan” 
qəzetinin redaktoru olmuşdur. 
Azərbaycanda yaşadığı dövrdə C.Hacıbəylinin bir sıra məqa-
ləsi Azərbaycan klasskilərinin və onun müasirlərinin yaradıcılığına 
həsr olunmuşdur. S.Ə.Nəbati, M.F.Axundov, M.Ə.Sabir, Divanbəy-
oğlu, Həsən bəy Zərdabi, Ə.B.Haqverdiyev, N.B.Vəzirov, İ.Qaspi-
rinski haqqındakı məqalələri daha maraqlıdır. Azərbaycan klassiklə-
rindən başqa türk şairi Tofiq Fİkrət, tatar şairi Abdulla Tukay və 
başqaları haqqında da məqalələr yazmışdır. 
C.Hacıbəyli bədii ictimai siyasi yaradıcılığında tərcüməyə də 
böyük maraq göstərmişdir. 1909-cu ildə Turgenevin «Pulsuzluq» 


~ 174 ~
komediyasını dilimizə  tərcümə etmişdir. Bu tərcümə  əsəri Ceyhun 
Hacıbəylinin bir dramaturq-tərcüməçi kimi yüksək istedadından 
xəbər verir. Əlimizdə olan arxiv sənədlərindən aydın olur ki, o, mü-
haçirətdə  də  tərcüməçilik işini çox sevmiş  və xeyli gözəl  əsərləri-
mizi fransız, ingilis dillərində çevirmişdir. 
O, Azərbaycan ədəbiyyatından, tarixindən, etnoqrafiyasından, 
mədəniyyətindən, ayrı-ayrı yazıçıların həyat və yaradıcılıqlarından 
tərcümə edərək fransız oxucularına çatdırmışdır. Üzeyir bəy Hacı-
bəylinin «Arşın mal alan» komediyası məhz Ceyhun bəyin tərcümə-
sində 1925-ci il iyun ayının 4-də Parisin «Femins» teatrında səhnə-
yə qoyulmuşdur. Fransız oxucularına Hüseyn Cavid, C.Cabbarlı 
kimi şair-dramaturqlarımızı da C.Hacıbəyli tanıtmışdır. 
1920-ci ildə Azərbaycanın sovetləşməsindən sonra Fransaya 
mühacirət etmiş, ömrünün sonlarınadək orada yaşayıb fəaliyyət gös-
tərmişdir. Parisdə Qafqaz mətbuatının fəaliyyət göstərməsi sahəsin-
də çalışmış, "La revyu du Monde Musulman", "Le Fiqaro" və b. 
nəşrlərdə  işləmişdir. Parisdə "Qafqaz", Münxen və Parisdə "Azər-
baycan" jurnallarının təsisində  və  nəşrində nin böyük rolu olmuş-
dur. Bir çox əsərin, o cümlədən "Azərbaycan mətbuatının tarixi", 
"Qarabağ dialekti və folklor", "Azərbaycanda antiislam təbliğatı və 
onun metodları" və s. əsərlərin müəllifidir. 
C.Hacıbəylinin publisistikasını cəsarətlə ideyalar publisistika-
sı adlandırmaq olar. Onun qələmə aldığı elə bir mövzu, toxunduğu 
elə bir problem yoxdur ki, müəllif təklifsiz keçinsin. Elə “Biz nə et-
məliyik” məqaləsinin beşinci hissəsində 
C.Hacıbəyli Petroqradda müsəlmanların mənafeyini müdafiə 
edən qəzetin nəşrə başlamasının əhəmiyyətini dönə-dönə təkrarlayır 
və yazırdı: “Təkrar edirəm, əgər nə vaxtsa belə bir qəzetin nəşri yal-
nız arzu olunurdusa, bu gün bu zəruridir”. 
Bir çox cəhətlərinə görə (fasiləsiz və uzun müddət – 38 il nəşr 
edilmişdir; 
tirajı 400-dən 3 min ədədə qədər yüksəlmişdir; əvvəllər ayda 
4 dəfə, sonradan gündəlik çıxmışdır; nəşr olunduğu müddətdə qəze-
tin 10 min 65 nömrəsi çapdan çıxmışdır; qəzetlə XX əsrin əvvəllə-


Yüklə 3,01 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə