Microsoft Word Az?rbaycan Milli m?tbuat?



Yüklə 3,01 Mb.
Pdf görüntüsü
səhifə49/63
tarix01.08.2018
ölçüsü3,01 Mb.
#60396
1   ...   45   46   47   48   49   50   51   52   ...   63

~ 159 ~
səlman Korpusunun komandiri, general-leytenant Əli ağa Şıxlinski-
nin əmrilə oboz (hərbi araba karvanı) komandiri təyin edilib. 
Birinci Tatar-Azərbaycan süvari alayının kollec registratoru 
olub, qoşunu ərzaqla təchiz edib və onu mənzillərə yerləşdirib. Döv-
lət müşaviri, birinci dərəcəli könüllü əsgər olub. Rus-yapon mühari-
bəsinin, Romanovlar sülaləsinin 300 illik xatirə medalı ilə və məi-
şətdə göstərdiyi fəaliyyətinə görə ordeni ilə 1914-cü ildə Qori şəhər 
pristavı  vəzifəsində  işləyəndə  həmin il iyunun birində “Müqəddəs 
Vladimir” ordeninin dördüncü dərəcəsilə təltif olunub. 
1919-cu il yanvarın 4-də ailə  vəziyyətinə görə  hərbi xidmət-
dən tərxis olunub. O, müəllim işləmişdi. 
Həsən bəy Fətəlibəyovun  şəxsi işində ailə  tərkibi də qeydə 
alınmışdır: 1896-cı il aprelin 12-də anadan olan arvadı Ədilə xanım, 
1913-cü il dekabrın 4-də anadan olan qızı Leyla xanım, 1915-ci il 
martın 2-də anadan olan oğlu Ənvər bəy. 
 
Yusif Vəzir Çəmənzəminli
 
Məşədi Mir Baba bəyin ikinci oğlu 
Mir Yusif bəy 1887-ci ilin sentyabrın 12-də 
Şuşa  şəhərində dünyaya göz açmışdı. Ibti-
dai təhsilini «Kar xəlifə» adı ilə tanınan 
Molla Mehdi Mirzə Əbdüllətif oğlundan və 
atasından almışdı. Bir il Muradbəyli kənd 
məktəbində, 1896-cı ildən sonra bir müddət 
də Qara Hüseynalı  bəy Rüstəmbəyov və 
Səməd bəy Ağayevin açdığı özəl məktəbdə 
oxumuşdu. Sonra «rus-tatar» məktəbində 
təhsil almışdı. Bir il də burda oxuduqdan 
sonra real məktəbə daxil olmuşdu. 1905-1906-cı il erməni iğtişaşları 
ilə bağlı Bakı real məktəbinə  dəyişilmişdi. 1909-cu ildə Bakı real 
məktəbini bitirib, Sankt-Peterburq şəhərinə yollanır. Mülki institut-
da oxumaq istəyir. Sonra bu fikirdən daşınıb, 1910-cu Kiyev Uni-
versitetinin hüquq fakültəsinə qəbul olmuşdu. 1915-ci ildə universi-


~ 160 ~
teti Saratovda tamamlayır. Saratov məhkəmə palatasında hakimlik 
vəzifəsinə namizəd qəbul olundu. Tutduğu vəzifə maaşsız olduğuna 
görə  iş axtarmaq üçün Kiyevə gedir. Orada «Zemstvo» təşkilatına 
daxil olub, cəbhəyə yollanmışdı. Fevral inqilabı dönəmində Qalitsi-
yada idi. 1917-ci ildə Qalitsiyadan Kiyevə qayıtdı. Burada «Müsa-
vat»ın Kiyev şöbəsini yaratmış və sədrlik etmişdi. Müstəqil Ukray-
na respublikası yarandıqdan sonra Azərbaycan Demokratik Cümhu-
riyyəti Mir Yusif bəyi diplomatik nümayəndə təyin etmişdi. 
Mir Yusif bəy 1918-ci ilin yazında Simferopola gedir. 1919-
cu ilədək burda yaşayır. Burda olarkən ona ADR-in Ukrainadakı 
səfiri etmadnaməsi gəlib çatır. Yollar bağlı olduğundan Kiyevə gedə 
bilmədi. Bakıya döndü… Yusif bəyin həyatı haqqında daha ətraflı 
ayrıca yazı vermişik. 
Cəlil bəy Bağdadbəyov
Özünün yazdığı xatirələrin birində oxuyu-
ruq: “Mən Şuşa şəhərində 1887-ci ildə təvəllüd 
etmişəm. Uşaq ikən gördüyüm əyləncələr, ta-
maşalar, ümumiyyətlə, ictimaini toplayan yığın-
caqlar yadımdadır. Gördüyüm xanəndə və aşıq-
lar bunlardır: Hacı Hüsü, Məşədi  İsi, Çarıqçı 
Bahadır, Çəkməçi Məhəmməd, Keçəçi Məhəm-
məd, Qaryağdıoğlu Cabbar...”
 
İlk təhsilini  Şuşada alan Cəlil bəy Bağ-
dadbəyov Peterburq gimnaziyasında oxuyub, 
Azərbaycan Dövlət Teatr Texnikumunu bitirib, 
sonradan Moskvada teatr təhsilini davam etdirib. O, ərəb, fars, fran-
sız, rus, habelə Orta Asiya xalqlarının dilini öyrənmişdi. Uzun illər 
Teatr Texnikumunda dərs deyən Cəlil bəy Bağdadbəyov Ağdaş, 
Lənkəran, Şəki, Şuşa şəhərlərində fəaliyyət göstərən teatrlarda quru-
luşçu rejissor kimi çalışıb. 
Cəlil bəyin rejissor kimi ilk dəfə fəaliyyəti 1920-ci ildə Bibi-
heybət və Balaxanıda fəaliyyət göstərən teatr klublarında başlayıb. 


~ 161 ~
O, burada həm rejissor, həm də bədii rəhbər kimi çalışırdı. Həmin 
illərdəki fəaliyyəti ilə əlaqədar əsərlərinin birində yazırdı: “Öz yara-
dıcılıq gücümü xalqımın çiçəklənməsinə  sərf edirəm”. Cəlil bəy 
Bağdadbəyov teatrla əlaqədar peşəkar təhsil almışdı. O, Moskvada 
Y.Vaxtanqovun şagirdi olmuş, Stanislavskinin bu sahədəki təcrübə 
və biliklərini yaxşı  mənimsəmişdir. Cəlil bəy Bağdadbəyov aktyor 
sənətkarlığına, teatr sənətinin əlifbasına dərindən bələd idi. Aktyor-
luq məharəti və professionallığı ilə bağlı  dəyərli fikirlərin müəllifi 
kimi tanınırdı. O, ssenaristlərlə saatlarla söhbət edər, aktyorların 
çatdıracağı obrazları  dərindən tanımaları üçün öz tövsiyələrini ve-
rər, onlara əsl sənət yolunun sirlərini öyrədərdi. 
Ötən  əsrin 20-ci illərindən başlayaraq Azərbaycan hökuməti 
Orta Asiya xalqlarının mədəni inkişafına kömək etmək, istedadları 
üzə çıxarmaq, xüsusilə də teatr və musiqi məktəblərinin təşkili üçün 
ölkəmizin görkəmli sənətkarlarını Orta Asiyaya göndərdi. 
1929-cu ildə Cəlil bəy Bağdadbəyov Aşqabadda musiqi texni-
kumunda dram kurslarına rəhbərlik etmişdir. O, türkmən dram trup-
pasını yaratmış, Aşqabad teatrı üçün “Aulda radio” pyesini yazmış-
dır. Azərbaycan dramaturqlarının  əsərlərini də türkmən dilinə ilk 
dəfə məhz Cəlil bəy Bağdadbəyov tərcümə etmişdir. Aşqabad Azər-
baycan Teatrının inkişaf edərək sonradan Dövlət Opera və Dram 
Teatrına çevrilməsində Azərbaycanın bir sıra ziyalıları və musiqişü-
nasları ilə yanaşı  Cəlil bəy Bağdadbəyovun da böyük xidməti ol-
muşdur. Gərgin və  məhsuldar işləyən Cəlil bəy Bağdadbəyov bir 
tərəfdən yeni tamaşalar hazırlayır, digər tərəfdən də pyeslər yazırdı. 
Onun Düşənbə, Səmərqənd, Daşkənd, Kokand, Aşqabad və başqa 
şəhərlərin teatrlarında “Buxaranın əmiri", “Parlayan ulduzlar” və s. 
pyesləri səhnəyə qoyulmuşdur. Cəlil bəyin qızı Züleyxa Bağdadbə-
yovanın xatirələrindən bəlli olur ki, onların evi həmişə qonaq-qaralı 
imiş. Orta Asiyanın sənət adamları, artistlər, rəssamlar tez-tez onla-
ra gələrmişlər. Böyük masa arxasında  əyləşər, çay içə-içə teatr və 
sənət haqqında söhbət edərmişlər. Belə şən və mənalı keçən günlə-
rin birində Bağdadbəyovların Aşqabadda yaşadığı evin qapısı yeni-
dən döyülür, amma bu, qonağın qapı döyməsinə oxşamır. Züleyxa 


Yüklə 3,01 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə