Microsoft Word Az?rbaycan Milli m?tbuat?



Yüklə 3,01 Mb.
Pdf görüntüsü
səhifə48/63
tarix01.08.2018
ölçüsü3,01 Mb.
#60396
1   ...   44   45   46   47   48   49   50   51   ...   63

~ 156 ~
məcbur olur. Bu barədə  qəzetin səhifəsində oxuyuruq: “Qəzetəmi-
zin müvəqqəti müdiri Hacıbəyli Üzeyir bəy əfəndi səhhətini düzəlt-
mək məqsədilə bir müddətə Bakudan gedib. Müvəqqəti müdir vəzi-
fə-si Xəlil İbrahim əfəndi öhdəsinə vagüzar edilmişdir”. 
Üzeyir bəy iki aylıq müalicədən sonra yenidən “Azərbaycan” 
qəzetinə başçılıq edir. 
Görkəmli  ədibin “Azərbaycan”dakı  fəaliyyətində müxtəlif 
mövzulardan ibarət məqalə və felyetonu işıq üzü görmüşdür. Belə-
liklə, bu deyilənlər kifayət qədər əsas verir ki, “Azərbaycan” qəzeti-
nin nəşrində Ü.Hacıbəylini müstəsna xidmətləri, rolu və  iştirakı 
olan bir naşir hesab edək. Redaktor Ü.Hacıbəyli qəzetin daha ma-
raqlı, məzmunlu olmasına səy göstərmiş, Azərbaycanın müstəqil 
respublika kimi möhkəmlənməsinə çalışmışdır. 
Bəzən qəzetlər, məsələn, ruspərəst “Zarya” “Azərbaycan”nı 
“Müsavat” partiyasının qəzeti olduğunu istehza ilə bildirirdi. Onun 
kinayəli çıxışlarına cavab olaraq Üzeyir bəy yazırdı: “... bunu bəyan 
etməgi lazım bilirik ki, qəzetəmiz partiya qəzetəsi deyildir... Qəze-
təmizin yazılarına göz yetirməkdə olanlar şübhəsiz bunu bilirlər. 
Ancaq burasını heç də gizlətmirik ki, mövcud partiyalarımız arasın-
da Azərbaycan istiqlalını kəmalınca - bidun haşiyə arzu etmək və bu 
yol uzunu gedərkən sağa və sola dönmək, tərəddüddən azad olub da 
rast bir istiqamət üzrə getmək qəsdini yalnız bir “Müsavat” firqəsin-
də müşahidə etdiyimizdən bu firqəni istiqlal xadimlərindən ən sadi-
qi hesab edib, onun fikir və arzularına qəzetəmizdə kəmali-məmnu-
niyyət yer verməyi özümüzə borc bilirik” (“Azərbaycan” qəzeti, 
10.03.1919 il, №133). 
Azərbaycan Xalq Cümhuriyyətinin yaranması Üzeyir bəyi 
hədsiz sevindirmişdir. Məhz bu baxımdan o məqalələrinin birində 
böyük ruh yüksəkliyi ilə yazırdı ki, artıq “yerimiz, yurdumuz, topra-
ğımız özümüzün, hökumətimiz, camaətimiz, qoşunumuz özümüzün, 
dinimiz, ayin və adətimizə edilən şəmadətdən qurtulduq-(“Azərbay-
can” qəzeti, 18.11.1918, № 43) - deyərək, fəxr edirdi. 
Başqa bir tərəfdən də Üzeyir bəyi qara fikirlər narahat edir və 
“...birdən bu azadlığımızı, asudəligimizi, həyatımızı əlimizdən alar-


~ 157 ~
lar?!” deyə həyəcanlanır və təlaşlanırdı. O, “Azərbaycan parlamanı” 
məqaləsində həmin narahatlığını belə ifadə edir: “Gözlər var ki, dü-
nənə qədər əsir və qul olan bir milləti bu gün azad və sərbəst gör-
mək istəmiyor... 
...Qəlblər var ki, bir əsirdən artıq məhkum qalan bir millətin 
bu gün hakim deyil, yalnız müstəqil və azad olmasını qəbul etmək 
istəmiyor”. 
Adını çəkdiyimiz bu məqalədə Üzeyir bəy xarici və daxili düş-
mənlərə  kəskin cavab vermək məcburiyyətində qalır: “Azərbaycan 
türklərini müstəqil və azad görmək istəməyənlər, ya gərək bizi zor ilə 
təkrar qul və əsir etsinlər, ya buna gücləri çatmazsa “tən qəzaya ve-
rib” əmr vaqe qarşusında ixtiyari-süskün etsinlər və ya buna da vic-
danlarını razı edə bilməsələr, vətən deyib, Azərbaycan toprağından 
çıxıb getsinlər. Bu üç təklifdən hanki birini qəbul etmək istəsələr 
sahibi-ixtiyardılar. Ancaq bunu dürüst bilməlidirlər ki, biz Azərbay-
can türkləri zor ilə də, güc ilə də əsarət zəncirini təkrar boynumuza 
salmaq istəməyəcəyik” (“Azərbaycan” qəzeti, 5.12.1918-ci il, №56). 
Başqa bir tərəfdən də Üzeyir bəy narahat idi. Uzun illərin əsarə-
tindən qurtulmuş bir xalqın nə vaxtsa yenidən rus əsarətinə düşəcəyin-
dən qorxur, ehtiyat edirdi. Bu, xalqın arzuladığı və çətinliklə nail ol-
duğu azadlığını bir daha itirmək qorxusu idi. Üzeyir bəy məqalələrində 
bu hisslərini gizlətmirdi. Xalq öz azadlığının bir iliyini qeyd etməyə 
hazırlaşdığı zaman yazırdı: “Deməli, bir gün olacaqdır ki, Rusiyada 
monarxistlər və ya bolşeviklər hakimi-mütləq olmaq ixtiyarını bir kə-
rəlik ələ alıb da, ondan sonra Rusiyadan alınmış olan “üsyançı”lar üzə-
rinə tökülüb, onları bir itaətə məcbur etmək işinə uğraşacaqlar”. 
Yenicə azadlıq qazanmış xalqa qarşı “sapı özümüzdən olan 
baltalar”ın, xaricdən edilən hücumların, erməni daşnakların fəallaş-
masının nəticəsi idi ki, Üzeyir bəy bu qənaətə gəlirdi. 
Ü.Hacıbəylinin məqalələrində Azərbaycan xalqına qarşı həmi-
şə  xəyanət edən nacins ermənilərlə  və Ermənistan arasında gedən 
qanlı müharibələrə son qoymaq üçün 1919-cu ildə Parisdə keçirilə-
cək Sülh Konfransına ümidlər bəslənilən mülahizələri də maraqlı-
dır. Üzeyir bəyə tam aydın idi ki, ermənilər Qafqazda yaşayan mil-


~ 158 ~
lətlər arasında ən “layiqli” və ən “məzlum millət” olduqlarını gös-
tərməklə özlərinə qarşı Amerika və Avropada rəğbət qazandırmaq 
istəyirdilər. Buna nail olmaq üçün illərlə  vəsait toplayıb onların 
qaniçən, hiyləgər siyasətindən xəbərsiz xarici dövlətlərə təbliğatçı-
lar göndərərək özlərini Qafqaz xalqları arasında ən alicənab, “etika 
və cayizi - həliqiyyət və şayesteyi-istiqlal bir millət” kimi göstərmə-
yə müvəffəq olmuşdular. Buna görə  də Ü.Hacıbəyli ilk növbədə 
xalqımızı Avropa, Amerika və başqa dövlətlərdə yaşayan işgüzar 
adamlarla ünsiyyət qurmağa, onlarla əməkdaşlıq etməyə çağırırdı. 
“Bu əməkdaşlıqda bizim tərəfdən heç bir işgüzar adam biganə qal-
mamalıdır” - deyirdi. Çünki “Qafqaz, baxüsus Azərbaycanın bitib-
tükənməz təbii sərvəti” Avropanın, Amerikanın iş adamlarını la-
qeyd buraxmaz. Üzeyir bəy “bitib-tükənməz” sərvətdən səmərəli 
istifadə etməyi məsləhət görürdü. 
Qəzetdəki fəaliyyətində Ü.Hacıbəyli özünü istedadlı, bacarıq-
lı, dərin düşüncəli və ideyalı bir publisist kimi göstərmişdir. Təsa-
düfi deyil ki, Üzeyir bəyin mətbuatda 900-ə yaxın məqalə və felye-
tonu çap olunmuşdur. Bunların da 100-dən çoxu 1918-1920-ci illər-
də nəşr olunan “Azərbaycan” qəzetinin payına düşür. (Aslan Kənan, 
Görkəmli 
şəxsiyyət, "Azərbaycan", http://www.azerbaijan-
news.az/index.php?mod=3&id=74145) 
Həsən bəy Fətəlibəyov
Həsən bəy  1886-cı il dekabrın on səkkizində  Şuşa qəzasının 
Ətyeməzli obasında zadəgan ailəsində anadan olmuşdu. Zaqafqaziya 
(Qori) Seminariyasının Tatar-Azərbaycan  şöbəsini 1916-cı il martın 
beşində, 271 saylı şəhadətnamə ilə bitirmişdi. Müəllim işləmişdi. 
1917-ci oktyabrın iyirmi doqquzunda Tatar-Azərbaycan süva-
ri alayının ehtiyat bölməsinə könüllü qəbul olunub. Həmin il 
noyabrın iyirmi üçündə və dekabrın beşində Müsəlman Korpusuna 
əsgər yığmaq üçün Borçalı qəzasına ezam olunub. 1918-ci il yanva-
rın dördündə uryadnik rütbəsi verilib. Həmin il, həmin tarixdə Mü-


Yüklə 3,01 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə