Microsoft Word Az?rbaycan Milli m?tbuat?



Yüklə 3,01 Mb.
Pdf görüntüsü
səhifə47/63
tarix01.08.2018
ölçüsü3,01 Mb.
#60396
1   ...   43   44   45   46   47   48   49   50   ...   63

~ 153 ~
Bir məsələni də qeyd etməyi vacib sayırıq. Bəzi tədqiqatçılar 
Üzeyir bəyin “Azərbaycan” qəzetində nəşr etdirdiyi “Qurtuluş”, “Mü-
hüm məsələlər”, “Cidalar görünür” və başqa məqalələrinin dəqiq-
ləşdirilməsinə ehtiyac duyulduğunu yazırdılar. Lakin əgər həmin mə-
qalələrin altında Üzeyir bəy şəxsi imzasını tam şəkildə göstəribsə, bizə 
elə  gəlir ki, təkrar araşdırmaya ehtiyac yoxdur. Yalnız görkəmli 
tədqiqatçı, Üzeyir bəy Hacıbəylinin həyat və yaradıcılığının sal-
naməsini yazan Qulam Məmmədlinin bir fikrini xatırlatmaq istərdik: 
“O, (Üzeyir bəy - A.K.) müxtəlif zamanlarda, ayrı-ayrı qəzet və jurnal-
larda “Kəs”, “Flankəs”, “Behmənkəs”, “Mizrab”, “Musiqiçi”, “Ha-
mamçı”, “Çı” və digər imzalar işlətmişdir. Ü.Hacıbəyov “Həyat”, 
“İrşad”, “Tərəqqi”, “Həqiqət”, “İqbal”, “Sovqat”, “Yeni İqbal”, “Azər-
baycan”, “Məktəb”, “Kommunist” kimi qəzet və jurnallarda çalışdığı 
zaman yazılarının altında bu imzaları qoymuş, həmin mətbuat orqanla-
rından getdikdə isə necə deyərlər, imzalarını da özü ilə aparmışdır”. 
Azərbaycan Cümhuriyyətinin 23 aylıq hakimiyyəti zamanında 
Üzeyir bəy “Azərbaycan” və “Dağıstan” adlı musiqi əsərləri ilə ya-
naşı, həmin mövzularda bir-birinin ardınca “Azərbaycan parlama-
nı”, “Ermənistan və Azərbaycan münasibəti”, “Dağıstana kömək”, 
“Dağıstana imdad”, “Dağıstan və biz” və bu kimi silsilə publisistik 
yazılar da qələmə almışdı. 
Ü.Hacıbəylinin bu dövrlərdə yazdığı  məqalələr həmin illərin 
salnaməsi olduğunu desək, elə bilirəm ki, yanılmarıq. Onun yazıları 
tam şəkildə həm xalqın, həm də dövlətin marağı ilə üst-üstə düşürdü. 
Yuxarıda göstərdiyimiz mətbu orqanlar haqqında kifayət 
qədər yazıldığını  nəzərə alaraq, Üzeyir bəyin 1918-1920-ci illərdə 
Azərbaycan Xalq Cümhuriyyəti hakimiyyəti dövründə “Azərbay-
can” qəzetindəki  ədəbi fəaliyyətini müxtəsər qeyd etmək istərdik. 
Yeri gəlmişkən onu da vurğulayaq ki, bir zamanlar sovet məkanında 
qəzetin adını  nəinki çəkmək, bu barədə düşünmək belə yasaq idi. 
Ona görə də Üzeyir bəyin özü də 15 ay redaktoru olduğu “Azərbay-
can”dakı (iki aylıq fasilə ilə) fəaliyyətini “unutmaq” məcburiyyətin-
də qalmışdı. Bu da o vaxtkı dövrün ab-havasından irəli gəlirdi. 


~ 154 ~
1918-ci ilin sentyabr ayının 15-də Bakı Qafqaz İslam Ordusu-
nun hücumu ilə düşmənlərdən təmizlənir və Cümhuriyyət hökuməti 
Gəncədən Bakıya köçür. 
Üzeyir bəyin jurnalistik və publisistik fəaliyyətini diqqətlə 
tədqiq etdikdə bu nəticəyə gəlmək olur ki, ən fəal ədəbi yaradıcılığı 
bilavasitə  məhz “Azərbaycan”la bağlı olmuşdur. Onun müxtəlif 
mövzulardakı məqalələri demək olar ki, hər gün, yaxud günaşırı çap 
edilmiş, bəzən bir nömrədə iki yazısı ayrı-ayrı imzalarla çıxmışdı. 
Qeyd etmək lazımdır ki, biz 1918-ci ilə  qədər “Azərbaycan” 
adlı mətbuat orqanına rast gəlmirik. Çünki bu adda qəzet və jurnal 
nəşr etməyə cəhd edilsə də, yuxarı dairələr tərəfindən müxtəlif bə-
hanələrlə qarşısı alınırdı. Bunun da səbəbi aydın idi. “Azərbaycan” 
adında qəzet nəşri böyük bir ölkənin, böyük bir millətin varlığını 
təsdiq etmək idi. Bu isə çarizmin siyasətinə uyğun deyildi. Çar 
Rusiyası dağılandan sonra belə bir fürsət  ələ düşmüş  və onun ilk 
təşəbbüsçüsü, qəzetin naşiri və baş redaktoru Feyzulla Əliquluzadə 
olmuşdu. Lakin o tezliklə fəaliyyətini dayandırmışdı. 
1918-ci ildə yeni qurulan Azərbaycan hökumətinin 3 sentyabr 
tarixli qərarına əsasən, bir çox çətinliklərdən sonra, ayın 15-də Gən-
cə  şəhərində  nəşrə başlayan “Azərbaycan” dörd nömrədən sonra 
oktyabr ayının 3-dən fəaliyyətini Bakıda davam etdirmişdir. 
“Azərbaycan” qəzeti 8-ci nömrəyə qədər - oktyabr ayının 8-nə 
kimi “redaksiya heyəti” adından, oktyabr ayının 8-dən 1919-cu il 
yanvar ayının 16-na kimi Üzeyir bəyin kiçik qardaşı, tarixçi, jurnalist, 
publisist Ceyhun bəyin (1892-1961), 89-cu nömrədən 1919-cu il 4 
iyul tarixli 216-cı nömrəyə  qədər Üzeyir bəyin, 4 iyul 216-cı nöm-
rədən sentyabr ayının 1-nə - 265-ci nömrəyə qədər bir müddət Xəlil 
İbrahimin (1892-1938), ən nəhayət, 265-ci nömrədən 1920-ci il aprel 
çevrilişinə qədər Üzeyir bəy Hacıbəylinin müdirliyi ilə çıxmışdır. 
Qəzetin ilk redaktoru olmuş Ceyhun bəy yeni Azərbaycan 
hökumətinin tapşırığı ilə 1919-cu ilin yanvar ayında Əlimərdan bəy 
Topçubaşovun başçılığı ilə  sədr müavini Məmmədhəsən Hacınski, 
üzvlər  Əhməd bəy Ağayev,  Əkbər ağa  Şeyxülislamov, müşavirlər 
Məhəmməd Məhərrəmov və Mir Yaqub Mir Mehdiyevdən ibarət 


~ 155 ~
heyətlə Versal Sülh Konfransında iştirak etmək üçün Parisə yola 
düşür. Səfərdə əsas məqsəd Azərbaycan Xalq Cümhuriyyətini bey-
nəlxalq aləmdə tanıtdırmağa nail olmaq və  vətənimizə aid tarixi, 
etnoqrafik və başqa sənədləri yaymaq yolu ilə Avropa və Amerika 
ictimaiyyətini Azərbaycanın vəziyyəti ilə tanış etmək idi. Başqa 
sözlə, vəzifə bütün üsul və vasitələrlə Azərbaycanın mənafeyini qo-
ruyaraq, onun tam istiqlaliyyətinə nail olmaq idi. Bununla bərabər 
nümayəndə heyətinə qəti surətdə tapşırılmışdı ki, İrəvan quberniya-
sının müsəlman rayonlarında olan əhalinin fiziki varlığı ilə yanaşı, 
bu rayonların ərazi bütövlüyünün qorunması üçün müttəfiq dövlət-
lər qarşısında təcili olaraq məsələ qaldırılsın. 
Bu barədə Ceyhun bəy 9 yanvar 1919-cu ildə “Azərbaycan” qə-
zetində “Möhtərəm qarelərimizə” müraciətində belə yazırdı: “Vətən və 
millət yolunda əlimdən gələn xidməti və öhdəmə düşən vəzifəmi 
qəzetəmizin müdiri sifətilə ifadəyə  məşğul ikən, vətən övladlarının 
xahiş  və  əmrinə müti olaraq Cahan Sülh Konfransına göndərilməklə 
öhdəmə daha ağır və məsuliyyətli, lakin müqəddəs bir vəzifə düşdü. 
Bu böyük xidməti möhtərəm arkadaşlarım ilə bərabər ifa üçün 
Avropaya getmək lazım olduğuna görə  qəzetə idarəsi işindən mü-
vəqqəti olaraq ayrılıb əziz vətənimizin istiqlalı məsələsinin istədigi-
miz yoldakı  həlli hüsn-ifasından asılı olan məsul vəzifəmizin haq-
qında var qüvvəmizlə çalışacağımızı  əlavə etməgi və möhtərəm 
oxucularımıza kəmali-sidq və  səmimiyyət ilə xudahafiz deməgi 
özümə fərz bildim. 
“Azərbaycan” qəzetəsinin müdiri: 
Ceyhun bəy Hacıbəyli”. 
Bundan sonra qəzet müvəqqəti də olsa, 1918-ci ilin oktyabr 
ayından burada əməkdaşlıq etmiş Üzeyir bəy Hacıbəyliyə həvalə olu-
nur. Bununla da qəzetin nəşrinin ağırlığı bütünlükdə onun üzərinə 
düşür. Ü.Hacıbəyli 1919-cu ilin əvvəllərindən 1920-ci ilin aprel çev-
rilişinə qədər “Azərbaycan” qəzetində redaktor kimi fəaliyyət göstərir. 
Bu arada xalqının azadlığı naminə mübarizə aparan, dəfələrlə 
haqsız hücumlara məruz qalan Üzeyir bəyin qəflətən səhhəti pozu-
lur və 1919-cu ilin iyul ayının  əvvəllərində o, Bakını  tərk etməyə 


Yüklə 3,01 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə