Microsoft Word Az?rbaycan Milli m?tbuat?



Yüklə 3,01 Mb.
Pdf görüntüsü
səhifə43/63
tarix01.08.2018
ölçüsü3,01 Mb.
#60396
1   ...   39   40   41   42   43   44   45   46   ...   63

~ 140 ~
fəslini Əyricə kəndində, yaz və yay fəslini isə Şuşada yaşayırdılar) 
dekabrın 23-də gedəcəyik. Əgər Siz və yainki uşaqlar bu günlərdə 
gəlsəniz, xəbər versəniz, gözləyək, bir yerdə getməyimiz çox yaxşı 
olardı. Baqqi, Allah, Zülfüqar. Ruzi-düşənbə. 14 dekabr”. 
Qarda-boranda uzaq yollar qət edən fədai Zülfüqar bəy 1906-
cı ildə ciyər vərəmi xəstəliyinə tutulur. Dayısı Firidun bəy Köçərli 
bu bəd xəbəri eşidib Gəncəyə  gəlir. Bacısı  oğlunu Tiflisə aparıb 
adlı-sanlı həkim Məmmədrza ağa Vəkilova müalicə elətdirir. Ciddi 
müayinədən sonra Məmmədrza ağa bildirir ki, xəstəlik çox şiddətli-
dir, bacınız oğlu vaxtında həkimə müraciət etməyib, müalicənin heç 
bir köməyi olmayacaq. 
Çarəsiz qalan Firidun bəy bacısı  oğlu Zülfüqar bəyi Qoriyə 
gətirib seminariyanın həkimi Barsukova da göstərir. O da eyni diaq-
nozu təyin edir. 
Əlyazmalar  İnstitutunda Firidun bəyin arvadı Badisəba xanı-
ma yazdığı xeyli məktubu saxlanılır. 1906-cı il 18 mart tarixli 
məktubundan: 
“...Zülfüqar Əbdürrəhman ağa (1867-1931, Firidun bəyin qay-
nıdır) gətirdiyi şəkər çörəyinin birini tamahı düşüb yeyibdir və hə-
min şəkər çörəyi onu bərk pozubdur. İmdi yorğan-döşəkdə yatır və 
gün-gündən zəif düşür. Dünən Məmmədəli bəydən (Zülfüqar bəyin 
atasıdır) tel var idi. Zülfüqarın əhvalını soruşur. Mən də cavab yaz-
dım ki, həkimlər məsləhət görürlər onu Suxuma göndərməyi”. 
1906-cı il 22 mart tarixli məktubundan: 
“...Hamımız salamat varıq. Zülfüqar da yavaş-yavaş yaxşı 
olur. Uşaqları öpərsən və Həcər də (Firidun bəyin övladlığa götür-
düyü qızdır) sənin əlini öpür. Zülfüqar da salam edir hamınıza. Mən 
də Cənnətimi öpürəm və xəyalla günümü xoş keçirirəm”. Həmin il 
25 mart tarixli məktubundan: 
“...Allah sənə insaf versin. Mən indi, bu saat uşaqlar ilə gələ 
bilərdim, amma Zülfüqar günü-gündən geri gedir, bilmirəm nə 
eləyim. Qalmışam mat-məəttəl. Onu bu halda qoyub gedə bilmirəm. 
Havalar da düzəlmir ki, onu Suxuma göndərəm Ağalar ilə...”. 


~ 141 ~
İyirmi bir yaşı tamam olmayan Zülfüqar bəy Hacıbəyov 1906-
cı il aprelin 15-də Qoridə  vəfat edir. Qori şəhər qubernatorunun 
rəsmi icazəsi ilə Firidun bəy nakam bacısı  oğlunu  Şuşaya gətirib 
dəfn edir. 
 
Abbas bəy İsmayılbəyov
 
Abbas bəy Ağalar bəy oğlu 1883-cü 
ildə Şuşa qəzasının Abdal kəndində anadan 
olmuşdu. İbtidai təhsilini kəndlərindəki rus-
tatar məktəblərində almışdı. Dayısı Seyfulla 
mirzə Qovanlı-Qacar onu Zaqafqaziya 
(Qori) Müəllimlər Seminariyasına apar-
mışdı. Zaqafqaziya Müəllimlər Semina-
riyasına 1899-cu ildə qəbul olunmuş, 1904-
cü ildə oranı  əla qiymətlərlə bitirmişdir. 
Həmin il seminariyanı 17 nəfər azərbay-
canlı gənc bitirmişdi. Həsən bəy Sultanov – 
Zəngəzur qəzasından, Möhsün Cabbarxanov – İrəvandan,  Əli Tere-
qulov – (Tiflisdən), Əbdülqədir Əlqədari – Dağıstanın Kürə nahiyə-
sindən (məşhur tarixçi alim Həsən Əlqədarinin (1835-1910) oğlu idi), 
Müslüm Maqomayev – Çeçenistandan, Osman Əfəndiyev – Qazax 
qəzasının  Şıxlı  kəndindən, Üzeyir bəy Hacıbəyov, Azad Əmirov, 
Zülfiqar bəy Hacıbəyov, Abbas bəy İsmayılbəyov – dördü də Qara-
bağın Şuşa şəhərindən idi. Onlar seminariyanı müvəffəqiyyətlə bitirib 
müəllimlik  şəhadətnaməsi aldılar.Onu Lənbəran kənd məktəbinə 
göndərdilər. O, az müddət ərzində bu məktəbi nümunəvi qaydaya sal-
dı, səliqə-səhman yaratdı.Ordan Qərvənd kənd məktəbinə, bir müddət 
burda çalışandan sonra Ağdam məktəbinə dəyişdilər. O, burda düz 20 
il direktor işlədi. Abbas bəy Qarabağ ziyalılarını (İdris Ağamirzəyev
Mirzə Davud Ağamirzəyev, Əli İbrahimov, Məhiş Hüseynov, Yəhya 
Şeyda Qarabaği və başqalarını) ətrafına toplayıb Ağdamda nümunəvi 


~ 142 ~
bir məktəb yaratdı.  İndiki Ağdam  şəhər 1 saylı  məktəb Qarabağda 
"Abbas bəyin məktəbi" kimi tanınırdı. 
Repressiya küləyi ondan da yan ötmədi.1927-ci ildə milliyət-
cə erməni olan Camxarovun sayəsində sürgünə göndərildi. 1934-cü 
ildə sürgündən qayıdıb sevimli peşəsi ilə məşğul oldu. 
Abbas bəy İsmayılbəyov 1940-cı ildə vəfat edib. 
Azad bәy Әmirov
Azad bəy Abbas oğlu 1883-cü ildə Şuşa 
şəhərində dünyaya gəlmişdi. Zaqafqaziya 
(Qori) seminariyasını (1904), Odessa univer-
sitetinin һüquq və tibb fakültələrini bitirmişdi. 
Gəncə  şəhərində müəllim işləmişdi. 1926-cı 
ildən ADU-da dərs demişdir. Ü.Hacıbəyovun 
uşaqlıq dostu olmuş, Zaqafqaziya (Qori) 
Müəllimlər Seminariyasında onunla birgə təh-
sil almışdı. Musiqi istedadına və gözəl səsə 
malik olan Əmirov 1912-ci ildə  Şuşada «O 
olmasın, bu olsun» musiqili komediyasını ta-
maşaya qoymuşdu. Ü.Hacıbəyov öz xatirələ-
rində  Məşədi  İbad rolunun A.Əmirovun ifa-
sında əvəzsiz olduğunu söyləmişdi. 1918-ci ildə «Leyli və Məcnun» 
operasının 10 illiyi münasibətilə Üzeyir bəy Hacıbəyova yazdığı 
məktubda Azad bəy  Əmirov onun Azərbaycan tarixindəki müһüm 
rolunu çox böyük uzaqgörənliklə göstərmişdi: «Vaxt gələcək, tarix, 
yalnız ədalətli tarix özünün eһtiyatlı əli ilə öz səhifələrində müsəlman 
həyatındakı bu misilsiz müstəsna hadisəni qızıl hərflərlə yazacaq və 
sənin,  əziz Üzeyir, əzabkeş millətinin fərəhsiz  һəyatına çox zəngin 
xəzinə, nadir inci kimi bəxş etdiyin gözəl, ilaһiləşdirilmiş  cərəyanı 
xüsusi qeyd edəcəkdir». 
Kitablardan öyrəndiyim belə əlamətdar bir faktın da üstündən 
keçə bilmirik ki, vaxtilə Odessa Universitetinin Tibb fakültəsini, 
Moskva Dövlət Universitetinin Hüquq fakültəsini birinci dərəcəli 


~ 143 ~
diplomla bitirdiyinə baxmayaraq heç bir xəstə  qəbul etməyib, heç 
bir məhkəmə prosesində  hətta vəkil kimi də  iştirak etməyən Azad 
Əmirov ömrünün ən təravətli illərini Pedaqoji Kollecdə (onun bir-
başa sələfi olan darülmüəllimində) dərs deməyə həsr etmişdir. 
O, 1939-cu ildə vəfat edib. 
Ağalar bəy Hacıbəyov
Ağalar bəy Məmməd bəy oğlu Hacıbəyov 1883-cü ildə Şuşa 
şəhərində anadan olmuşdu. Xüsusi müəllim tərəfindən hazırlanmış, 
sonra rus-tatar məktəbində oxumuşdu. Dayısı Firidun bəy Köçərli-
nin yanına yollanmış, Zaqafqaziya (Qori) Müəllimlər seminariyası-
na qəbul olmuşdu. Seminariyanı tamamlayandan sonra göndərişlə 
Zəngəzur qəzasının Şəki kəndində müəlllim işləmişdi. 
Sonra Zəngəzur qəzasının Saray kəndinə göndərilmişdi. Rus-
tatar məktəbinin yaradılmasında və onun inkişafında  əvəzsiz xid-
mətləri olmuşdur. Rus dilinin öyrədilməsinə çox böyük üstünlüklər 
verirdi. Həm ticarət işlərində rus dilinin böyük rol oynadığını, həm 
də xarici ölkələrdə təhsil almağa imkanlar yaradırdı. 
Uzun müddət rus-tatar məktəbinin direktoru vəzifəsində işlə-
yən, maarifimizin inkişafında böyük xidmətləri olmuş A.Hacıbəyo-
vun bacarıqlı müəllim kadrlarının yetişdirilməsində böyük xidmət-
ləri olmuşdur. O, eyni zamanda təlim-tərbiyə işində böyük rol oyna-
yan dərslik və proqramların tərtibinə ciddi əhəmiyyət verirdi. 
Sonralar Ağalar bəy Hacıbəyov Bakıya dəvət olunur və uzun 
müddət N.Nərimanov adına Tibb İnstitutunda müəllimlik fəaliyyəti-
ni davam etdirmişdi. 
A.Hacıbəyov Zülfüqar bəyin kiçik qardaşı, Azərbaycan ədəbi 
tənqidinin və  ədəbiyyatşünaslığın görkəmli nümayəndəsi, pedaqoq 
Firudin bəy Köçərlinin bacısı oğlu idi. 


Yüklə 3,01 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə