Microsoft Word Az?rbaycan Milli m?tbuat?



Yüklə 3,01 Mb.
Pdf görüntüsü
səhifə41/63
tarix01.08.2018
ölçüsü3,01 Mb.
#60396
1   ...   37   38   39   40   41   42   43   44   ...   63

~ 133 ~
lərindən inqilabı mübarizə yoluna qədəm qoyan Salman Əlibəyov 
1917-1918-ci illərdə silahlı kəndli dəstələri ilə bir neçə dəfə mülkə-
darlara və türk müdaxiçilərinə qarşı çıxış etmişdir. Müsavat hökumə-
ti, bəy və xanlar Salman Əlibəyova ən qorxulu vasitələrə əl atırdılar. 
1918-ci ilin yazında S. Əlibəyov müsavatçılar tərəfindən tutularaq 
Şuşa həbsxanasına salınır. Burada yeddi aydan artıq yatdıqdan sonra 
o, həmin il dekabrın 13-də həbsxanadan qaçmağa müvəffəq olur. Bu 
münasibətlə Şuşa qəza rəisi 1919-cu il yanvarın 28-də Gəncə quber-
natoruna göndərdiyi raportda yazırdı: “1918-ci il dekabrın 15-də 
göndərdiyim teleqrama və dekabrın 16-da göndərdiyim 830 nömrəli 
raporta  əlavə olaraq Zati-alinizə bildirirəm ki, Şuşa nahiyəsi üzrə 
müstəntiqin kamerasından ermənilər tərəfindən azad edilən Şuşa sa-
kini Salman bəy Əlibəyov Şuşanın erməni hissəsində yaşayır. Ermə-
nilər onu saxlayırlar. S.Əlibəyov erməni hissəsində açıqca bazara ge-
dir. O, Azərbaycanda heç bir hakimiyyəti tanımır. Camaat içərisində 
hökuməti ələ salır, deyir ki, bu nə hökumətdir, saxtadır, kim onu ya-
radıb və s. Şuşada olan ingilis missiyasından dəfələrlə xahiş etmişəm 
ki, Əlibəyovun tutulmasına kömək etsinlər. Lakin onlar mənim xahi-
şimə laqeyd münasibət bəsləyirlər. Zati-alinizdən xahiş edirəm ki, bu 
barədə general Tomsonun nəzərinə çatdırasınız, qoy o, hökumətə 
tabe olmamaq üstdə provakasiya törədən belə bir böyük dövlət cani-
sini həbs etmək haqqında missiyaya göstəriç versin. Avam camaat 
belə bir fitnəkarın sözlərinə inanaraq, polisin tələblərini ödəməkdən 
imtina edir, yavaş-yavaş hökuməti də tanımırlar”. (MDTA, fond 894, 
siyahı 4, iş 90, vərəq 5.) 
S.Əlibəyov həbsxanadan qaçdıqdan sonra yenidən kəndlilərin 
silahlı dəstələrinə başçılıq edir. O, Gəncə qəzası üsyançı dəstəsinin 
başçısı Qatır Məmmədlə  əlaqəyə girərək, Gəncənin və Qarabağın 
üsyançı kəndli dəstələri arasında əlaqə yaratmağa çalışırdı. 
Qaraguruhçu bəylər bu alovlu inqilabçıdan qəti intiqam almaq 
qərarına gəldilər. 1919-cu ilin payızında Salman Əlibəyov gecə öz 
evinə gedərkən Sarıcalı bəyləri tərəfindən xaincəsinə öldürüldü. 
 
 


~ 134 ~
Hüseyn bəy Mirzəcamalov
Hüseyn bəy Mirzəcamalov 1878-ci 
ildə Şuşa şəhərində anadan olmuşdu. Ailənin 
üçüncü oğlu idi. Şəhər real məktəbini bi-
tirmişdi. Ali pеdoqoji təhsili vardı. ADU-da 
riyaziyyatdan dərs dеyirdi. Hüsеyn bəy  şair 
və yazıçı idi. Jurnalistika ilə  də  məşğul 
olurdu. 
Hüseyn bəy Mirzəcamalov Azərbay-
can Demokratik Respublikası parlamenti-
nin dəftərxanasında çalışmışdı. Parlamen-
tin qanunvericilik şöbəsinin rəisi idi. 
Məmmədəmin Rəsulzadə ilə dost idi. Rəsulzadə onun haqqın-
da yazırdı: "Yaxın zamanlara qədər Azərbaycan elmində adı tez-tez 
çəkilən pedaqoq Hüseyn Camal Yanar (Hüseyn Mirzəcamalov) adlı 
bir dostumuz vardı. Rəhmətlik Hüseyn Camal Yanar əslən şuşalıdır. 
Bütün azərlər ona "dayı" – deyə müraciət edərdilər". 
Yusif Vəzir Çəmənzəminli ilə də dostluq еdirdi. Onlar yazış-
malarını nəzmlə aparırdılar. 
Hüseyn bəy Mirzəcamalov  şair idi. Hüseyn Camal Yanar 
təxəllüsü ilə şeir yazırdı. 
Mənim könlüm fəraq ilə içrə fəraqlar ilə oynar, 
Nigari-bivəfaya bax, gеdib əğyar ilə oynar. 
Əcəbi talеyi vardır, şanənin billah, 
Olub məhrəm vüsal içrə o zülfü tar oynar. 
Məzəmmət bülbülə yoxdur, əgər ki, ahuzar еylər, 
Nеcə səbr еyləsin bülbül, gеdib gül xar ilə oynar. 
Vüsali asi səs yеtməz fəraq içrə qalıb heyüzilət, 
Onun şövqü ilə hərdən qəzəl əşhar ilə oynar… 


~ 135 ~
H.Mirzəcamalov tərcüməçi idi. Mçedlişvilinin Qaçaq Kərəm 
əsərini Azərbaycan dilinə tərcümə etmişdi 
Hüsеyn bəy Türkiyəyə mühacirət  еtmişdi. O, 1974-cü ildə 
İstanbulda dünyasını dəyişib. 
 
Fərhad Ağazadə
 
Fərhad Məşədi Rəhim oğlu 1880-ci il 
avqustun 19-da Şuşa  şəhərində anadan ol-
muşdu. Uşaqlıqdan ağlı, zəkası və istedadı ilə 
tay-tuşlarından seçilən Fərhad  Şuşa  şəhər 
məktəbini bitirdikdən sonra 1898-ci ildə Tifli-
sin Qori şəhərində açılmış Zaqafqazyia Müəl-
limlər Seminariyasına qəbul olur və 1900-cü 
ildə oranı bitirir. Həmin ildən – 1900-1905-ci 
illərdə əvvəlcə Xaçmazda, sonra da Gorusda 
kənd məktəblərində, 1905-ci ildə isə Bakıdakı 
rus-Azərbaycan məktəblərində müəllimlik 
edir. 
F.Ağazadə hələ 1910-cu illərdə Azərbaycan ədəbiyyatı və di-
linin inkişafı ilə maraqlanmağa başlamış və bu sahədə xeyli iş gör-
müşdür. O, 1912-ci ildə "Ədəbiyyat məcmuəsi" adlı kitab tərtib edib 
çapdan buraxdırmışdır. F.Ağazadənin  ərəb  əlifbasının yeni, latın 
əlifbası ilə  əvəz edilməsində böyük xidmətləri olmuşdur. Çünki 
1906-cı ildə yeni əlifba layihəsi tərtibi ilə bağlı bu sahədə xeyli ça-
lışmışdır. Lakin Azərbaycandakı mövcud vəziyyəti, çar Rusiyasının 
müstəmləkəsi Fərhad bəyin arzularının reallaşmasına imkan vermir, 
necə deyərlər, uzun zaman çəkdiyi zəhmət işıq üzünə çıxarılmır. 
28 aprel işğalından sonra Azərbaycanda  İttifaq hökuməti bir 
sıra tədbirlər həyata keçirməyə başladı. Ümumittifaq Komitəsi yara-
dıldı. Fərhad Ağazadə bu komitənin və Yeni türk əlifbası Azərbay-
can Komitəsinin üzvü seçildi. O, türk əlifba komitəsinin işində həm 
elmi təşkilatda, həm də yeni əlifbaya aid nəzəri məsələlərin hazır-


~ 136 ~
lanmasında çox yaxından iştirak edir. Onun "Ərəb əlifbası türk dili-
nə niyə yaramır?", "Yeni türk əlifbalarının unifikasiyası üzrə mate-
riallar", "Azərbaycanda yeni türk əlifbasının inkişafı və həyata keçi-
rilməsi tarixi", "Yeni türk əlifbasının tarixi" kimi əsərləri xüsusi 
əhəmiyyətə malikdir. Bunlardan başqa, F.Ağazadənin dilçiliyə aid 
"Türk-tatar dillərində səslərin nisbi münasibətini bilmək bizə nədən 
ötrü lazımdır?", "Yazı qaydalarında mümkün ixtisarlar məsələsinə 
dair" və s. məqalələri vardır. 
Araşdırmalardan məlum olur ki, Fərhad Ağazadə cümhuriyyə-
tin rəsmi orqanı olan "Azərbaycan" qəzetinin ən fəal yazarlarından 
olub. Qəzetin çox nadir səhifələrində onun imzasına rast gəlmək ol-
maz, 1919-1920-ci illərdə isə, demək olar ki, qəzetin hər nömrəsin-
də F.Ağazadənin müxtəlif mövzularda yazılarına rəst gəlmək olur. 
Məqalələrində xalqının, millətinin nicatını elmdə, təhsildə gördüyü-
nü yazır, yetişən gəncliyi təhsil almağa çağırırdı. "Azərbaycan"ın 
kanuni-əvvəl (yanvarın 18) 1918-ci il 66-cı nömrəsində "Bakıda 
xalq məktəbi müdirlərinin yığıncağı" adlı məqaləsində deyilir: "İki 
gündür ki, Azərbaycanda camaat məktəb müdirləri maarif nəzarəti 
dəvətilə Bakıya yığılıb, katib məsələlərinin müzakirəsi ilə məşğul-
dur. Bu, bir ağır vəzifədir. Çünki məktəbimizin halı çox pərişan 
olduğu üçün də müalicəyə möhtac bir çox dərdləri var. Məhəlli 
müzakirəyə qoyulacaq o qədər məsələlər var ki, yığıncağın müddəti 
tamam bir il də çəksə, bunların öhdəsindən gələ bilməz". 
19 kanuni-əvvəl (yanvar) 1919-cu il 68-ci nömrəsində "Andra-
nik nə istəyirmiş" adlı məqaləsində terrorçu Andranikin vəhşiliklərin-
dən, Zəngəzura,  Şuşaya və Qarabağa hücumlarından, bu qaniçənin 
erməni camaatı tərəfindən sevilmədiyindən danışır: "...Bu müsəlman 
yerlərini qılınc zoru ilə boşaldıb Ararat cümhuriyyətinə mülhəq et-
mək və gələcəkdə barışıq konfransında bunu hökumətlərə təsdiq elət-
dirmək niyyəti qarətçiliyin əmalından məlum olur". 
"Əqaid dərslərinə aid kitabların olmaması, 80-ci illərdə Axund 
Molla Əbdülsəlam və Qadir əfəndi tərəfindən yazılmış əqaid kitabla-
rının 7-8 yaşlı uşaqlar üçün yox, 15-20 yaşlılar üçün olduğunu, lakin 
bunu azyaşlı uşaqlara dərs vəsaiti kimi edildiyini, dilinin çox qəliz ol-


Yüklə 3,01 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə