Microsoft Word Az?rbaycan Milli m?tbuat?



Yüklə 3,01 Mb.
Pdf görüntüsü
səhifə37/63
tarix01.08.2018
ölçüsü3,01 Mb.
#60396
1   ...   33   34   35   36   37   38   39   40   ...   63

~ 120 ~
rin dilindən", "Azərbaycan ordusuna", "Əsgər") vətənə sonsuz sev-
gi, torpağımızın hər qarışı uğrunda canını qurban verən Azərbaycan 
əsgərinin  şücaəti, milli istiqlalımızın qorunması  tərənnüm edilir. 
Davud müstəqillik rəmzi kimi tərənnüm etdiyi üçrəngli milli bayra-
ğı xalqın əsarət və köləliyinə qoyulan nöqtə kimi mənalandırır. 
Davud Ağamirzadə jurnalist kimi. O, D, A, Z imzası ilə yazır-
dı. "Tərəqqi"qəzetininn müəlliflərindən idi. 
Rəsul bəy Tahirov
Rəsul bəy Kərbəlayı  Qəhrəman bəy 
oğlu 1871-ci ildə Cavanşir qəzasının Qapanlı 
kəndində anadan olmuşdu.  İbtidai təhsilini 
əmisindən almışdı. Sonra Şuşa real məktəbin-
də oxumuşdu. Zaqafqaziya (Qori) Müəllimlər 
Seminariyasına daxil olmuşdu. Seminariyanı 
tamamladıqdan sonra Ləmbəran kənd məktə-
binin müdiri olmuşdu. Rəsul bəy Lənbəran 
kənd məktəbinin direktoru olarkən Ağdam 
zemstvo məktəbinin müəllimi Zəkəriyyə  bəy 
Aslanov və başqalarının Şuşa şəhər məktəbi-
nin kasıb  şagirdlərinin nəfinə  təşkil etdikləri teatr tamaşalarından 
152 man. 40 qəp. əldə edilmişdir. 
Rəsul bəy Tahirov Bakı şəhərinə köçmüş, öncə müəllim, son-
ra məktəb müdiri işləmişdi. 
Rəsul bəy Tahirov həvəskar aktyor idi. Müəllim işlədiyi dö-
nəmdə Azərbaycan dramaturgiyasının alovlu təbliğatçılarından biri-
nə çevrilmişdi. Bir çox rollarda oynamışdı. 
Rəsul bəy Tahirov bədii yaradıcılıqla, tərcüməçiliklə məşğul ol-
muşdu. L.N.Tolstoyun "Allah haqqı görər, amma aşikar etməz", "Qaf-
qaz əsiri" əsərlərini tərcümə edib "Səda" mətbəəsində çap etdirmişdi. 


~ 121 ~
Yəhya bəy Hacıbəyov
 
Yəhya bəy Həsən bəy oğlu 1874-cü il 
yanvar ayının 12-də  Şuşa  şəhərində ziyalı 
ailəsində doğulmuşdur. Atası Həsən bəy və 
babası “Məriz” təxəllüslü şair Mirzə Məhər-
rəm Hacıbəyov XIX yüzil Şuşasının gör-
kəmli tarixi şəxsiyyətlərindən olmuş, Qara-
bağ  mədəniyyəti və maarifi tarixində silin-
məz izlər qoyub getmişlər. Belə bir ocaqda 
böyüyən Yəhya da kiçik yaşlarından elmə, 
sənətə, poeziyaya xüsusi bir maraq və həvəs 
oyanmış, o, klassik Azərbaycan və  Şərq 
şairlərinin  əsərlərini daim mütaliə edərək öz intellektual ədəbi sə-
viyyəsini artərmağa çalışmışdır.  Şuşa  şəhər məktəbini bitirəndən 
sonra o, pedaqoji təhsil də almış  və XX yüzilliyin əvvəllərindən 
maarifçilik fəaliyyəti ilə ciddi məşğul olmuşdur. Az müddət içəri-
sində Yəhya bəy maarif cəbhəsində xeyli işlər görmüş, xalqın bala-
larının təhsil almasında xüsusi xidmət göstərmişdir. Görkəmli peda-
qoq 1905-ci ildən başlayaraq ömrünün sonuna kimi Qarabağın bir 
çox kəndlərində maarif məşəli yandırmış, Ağdamda,  Şıxbabalı  və 
Əfətli kənd məktəblərində rus dili və ədəbiyyatından dərs demişdir. 
Həmin illərdə gənc müəllim bütün bacarığı ilə çalışır, uşaqları çətin-
liklə  məktəbə  cəlb edir və xüsusilə, kəndli balalarını oxumağa hə-
vəsləndirirdi. 
Azərbaycanda Sovet hakimiyyəri qurulandan sonra Yəhya 
bəy Hacıbəyov yeni istiqamətdə qurulmuş xalq maarifi sistemində 
fədakarcasına çalışmağa başladı. “Mirzə” kimi hörmətli və ləyaqətli 
bir adla çağırılan Yəhya bəyə 1934-cü ildə respublika əhəmiyyətli 
fərdi təqaüd kəsildi, Ağdam rayonunun Əfətli kəndindəki məktəbə 
onun adı verildi və altmış illik yubileyi miqyasda keçirildi, Fəxri 
fərmanla təltif olundu. 
Mirzə  Yəhya bəy Hacıbəyov həm də  şair idi, “Şeyda”  ədəbi 
təxəllüsü ilə  şeirlər yazırdı. Təzkirəçi Mir Möhsün Nəvvab onun 


~ 122 ~
haqqında qısaca belə məlumat verir: “Cənab Yəhya bəy ibn Həsən 
bəy Hacıbəyzadə “Məriz” təzəllüslü Məhərrəm bəyin nəvəsidir. Qa-
rabağ  şairlərindəndir. Xoş xasiyyətli, 28 yaşlı cavandır.  Şeir yazır. 
Təxəllüsü “Şeyda”dır. Farsca və türkcə müxtəlif şeirləri var. O cüm-
lədən, 19 qəzəl və altı bənd milli şerini öz dəst-xətti ilə yazmış və 
mən onları böyük təzkirəyə daxil etmişəm. Bir neçə şeirini ixtisarla 
bu müxtəsər təzkirəyə qeyd edirəm”. 
Mirzə Yəhya bəy Şeyda Ağdamda işləyərkən müztəlif dərnək-
lərdə yaxından və  fəal iştirak edir, poeziya həvəskarları qarşısında 
öz şerlərini oxuyur, gənc ədəbi qüvvələri bu dərnəklər ətrafına top-
layır, yeni-yeni yazmağa başlayan şairlərin şerlətini dinləyərək on-
lara ədəbi istiqamət verirdi. 
Yəhya bəy  Şeydanın  əsərlərində  nəzər salanda Xurşudbanu 
Natəvanın və Seyid Əzim Şirvaninin qəzəllərinin onun yaradıcılığı-
na açıq-aşkar təsiri görünür. Lakin onun zəmanədən, dövrdən şika-
yət motivləri olan şeirlərinin  əksər hissəsində bir yeknəsəklik, bir 
darıxdırıcılıq duyulur. 
Görkəmli pedaqoq və şair Mirzə Yəhya bəy Şeyda Qarabaği 
1938-ci ildə vafat etmişdir. 
Şairin  şeirlərindən nümunəni oxuculara təqdim etməyi özü-
müzə borc bilirik. 
Ürəkdə inqilabi-çərxdən ahü-fəğanım var. 
Necə ahü-fəğan etmim ki, min dərdi-nihanım var? 
Sızıldar ney kimi könlüm nəfəs çəkdikdə hər saət, 
Mənimlə baqidir bu nalə ta cismimdə canım var. 
Səba, yarın səri-zülfün dağıtma bu sayaq ilə, 
Mənim də cədi-keysu içrə axır aşiyanım var. 
Fəraqi-yarda hər gecə-gündüz, bəlkə, hər saət, 
Qəmü ənduni-hicr ilə də çeşmi-xunfəşanım var. 
Mənə göstərmə sərvi-payi-pəst, ey bağban, şərm et, 
Mənim gülzari-dəhr içrə belə sərvi-rəvanım var. 


~ 123 ~
Səri-zülfündə könlüm atəşin rüxsar dövründə
Tutub məskən sənməndərvəş od üzrə, gör, məkanım var. 
Məni mən eyləyir Şeyda, əcəb ol yar eşqidən, 
Belə sanmış əlimdə ixtiyar ilə imanım var. 
Sənəd: “Bu şəhadətnamənin sahibi maarif cəbhəsinin qoca-
man əsgəri, mövhumat və cahalətin amansız düşməni, mədəniyyətin 
həqiqi ziyadarı  və kütləvi məktəb toxumu saçan müəllim Hacıyev 
Yəhya Şeyda Həsən oğlu 27 il yorulmadan maarif uğrunda, əməkçi 
kəndli kütləsini savadlandırmaqda, xurafat və fanatika ilə ciddi mü-
barizə aparmaqda, on bir il Azərbaycan kəndlərində arasıkəsilmə-
dən çalışdığı üçün 1931-ci il 23 apreldə  Ağdam  şəhərində  tərtib 
olunmuş yubiley iclasında əməkdar müəllim adı verilmişdir”. 
Süleyman Sani Axundov
Sülеyman bəy Rzaqulu bəy  оğlu 
1875-ci il оktyabr ayının 21-də  Şuşa  şəhə-
rində anadan оlmuşdu. Dеkabr ayında atası 
vəfat  еdir. 10 yaşına kimi yayda Şuşadakı, 
qışda  Şuşa qəzasının Sеyidli kəndindəki 
еvlərində yaşayır. 
1885-ci ildə dayısı  Səfərli bəy  Şеyх 
Həsən  оğlu Vəlibəyоvun təşəbbüsü ilə Za-
qafqaziya (Qоri) Müəllimlər Sеminariyası-
nın Azərbaycan şöbəsinin nəzdindəki ibtidai 
məktəbin əlifba sinfinə daхil оlmuşdur. Sе-
minariyada Cəlil Məmmədquluzadə, Nəriman Nərimanоv, Hacı Kə-
rim Sanılı, Bədəl Bədəlbəyli ilə tanış оlur. 
1886-cı ildə Zaqafqaziya (Qоri) Müəllimlər Sеminariyasının 
Azərbaycan şöbəsinin nəzdindəki ibtidai məktəbin ikinci sinfinə kеçir. 
1888-ci ildə  sеminariyanın Azərbaycan  şöbəsinin nəzdindəki 
ibtidai məktəbi bitirir. 


Yüklə 3,01 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə