Microsoft Word Az?rbaycan Milli m?tbuat?



Yüklə 3,01 Mb.
Pdf görüntüsü
səhifə34/63
tarix01.08.2018
ölçüsü3,01 Mb.
#60396
1   ...   30   31   32   33   34   35   36   37   ...   63

~ 110 ~
martından 1915-ci ilin mayınadək fasiləsiz çap olunmuş, oxuculara 
çatdırıldı. "Sədayi-həqq”in fəaliyyətinin  ən fəal dövründə Birinci 
Dünya müharibəsi başlandı və bu səbəbdən o dövrdə nəşr olunan bir 
çox mətbu orqan kimi ona da nəzarət qat-qat artırıldı. 1914-cü ildən 
"Sədayi-həqq”də mülki və hərbi çinovniklərin ciddi nəzarəti altında 
çap olunurdu. Yalnız hərbi senzorun icazə verdiyi xəbər və  məlu-
matlar qəzetlərdə dərc oluna bilərdi. 
Qəzetin 1914-cü ilin dekabr ayının 18-də çap olunmuş sayın-
da H.Vəzirovun "Birisi” imzası ilə çıxan "Sarı qamış” felyetonu ilə 
"Sədayi-həqq”in çətin günləri başladı. Bu dövrdə Birinci Dünya sa-
vaşında Qafqaz cəbhəsində ağır döyüşlər gedir, türk qoşunları Qara 
dəniz limanlarını ələ keçirirdilər. Hərbi senzura Sarıqamış ətrafında 
gedən  əməliyyatları  və rus ordusunun məğlubiyyətini nəzərə alıb 
"Sədayi-həqq”də gedən "Sarı qamış” felyetonunu cəmiyyət üçün zə-
rərli sayaraq qəzetin bağlanmasına qərar verdi. Hakim qüvvələr 
"sarı qamış” ifadəsinə görə təkcə qəzeti bağlamaqla öz işlərinə ye-
kun vurmadılar, qəzetin redaktor-naşirini də cinayət məsuliyyətinə 
cəlb etdilər. Keçirilən məhkəmə prosesində H.Vəzirov üç ay müd-
dətinə azadlıqdan məhrum edildi. Bu məhkəmə prosesi Vəzirovun 
səhhətinə ciddi təsir etdi və o, 1916-cı ilin fevral ayının 4-də dünya-
sını dəyişdi”. Haşım bəyin vəfatı xəbəri ziyalıları, mətbuat işçiləri-
ni, tələbələri onun yaşadığı Yuxarı Piryut küçəsindəki 18 nömrəli 
binanın qarşısına topladı. Cənazə namazından sonra şəhərin bir neçə 
yerində matəm mitinqləri keçirildi. Təzəpir məscidi qarşısında keçi-
rilən matəm yığıncağında müəllimlər adından Sultan Məcid Qəni-
zadə nitq söylədi. Natiq Vəzirovun pedaqoji fəaliyyətindən, onun 
Azərbaycan təhsilinə verdiyi töhfələrdən danışdı. Sonra cənazəni 
"Səda” mətbəəsi qarşısına gətirdilər. Matəm mərasimində  mətbuat 
nümayəndələri adından "Açıq söz” qəzetinin baş mühərriri 
M.Ə.Rəsulzadə nitq söylədi. M.Ə.Rəsulzadə Haşım bəyin vəfatını 
yalnız Azərbaycan mətbuatı üçün deyil, bütün Qafqaz mətbuatı 
üçün ağır itki olduğunu bildirdi. Növbəti matəm mərasimi "Nicat” 
Maarif Cəmiyyəti qarşısında da keçirildi. Sonra mərhumun cənazəsi 
şəhər qəbiristanlığına gətirilərək dəfn olundu”. 


~ 111 ~
Akıf Aşırlı araşdırmasında qeyd edib ki, Azərbaycan mətbua-
tının inkişafı naminə böyük çətinliklərə sinə gərən Haşım bəy Vəzi-
rovun ən böyük xidmətlərindən biri "Səda” mətbəəsini yaratmasıdır: 
"H.Vəzirov "Nicat” Maarif Cəmiyyətindən güzəştli qiymətlə borc 
aldığı  mətbəəni "Səda” adlandırdı. Mətbəəni nizamladıqdan sonra 
H.Vəzirov qəzet nəşr etməklə yanaşı, kitab çapını həyata keçirmək-
lə də məşğul oldu. 
Onun mətbəəsində Azərbaycan ədiblərinin əsərləri, dini kitab-
lar, dərsliklər çap olundu. 1910-cu ildə nəşrə başlayan "Səda” mət-
bəəsi elə həmin il "Səda” məktəbinin müəllimi Cəfər Bünyadzadə-
nin sadə dillə  qələmə aldığı, uşaqlar üçün nəzərdə tutulan "Mən 
məktəb istəyirəm” kitabını çapdan buraxdı. Mətbəə  əsasən 1911-
1913-cü illər arasında daha məhsuldar fəaliyət göstərdi. 1911-ci ildə 
mətbəədə Nəcəf bəy Vəzirovun "Ağa Kərim xan Ərdəbilli” və "Vay 
şələkküm, mələkküm” kitabları işıq üzü gördü. Bu ildə Yusif Vəzir 
Çəmənzəminlinin "İki hekayə”, 1912-ci ildə isə "Üç hekayə” kitabı 
çap olundu. Mətbəədə çap olunan bir çox kitabın redaktəsini, hətta 
korrektorluğunu da H.Vəzirov öz üzərinə götürdü. Bütün bu işlər 
H.Vəzirovun Azərbaycan jurnalistikası ilə yanaşı, mətbəəçiliyin 
inkişafında da göstərdiyi böyük xidmətlərdir”. 
 
 
Əhməd bəy Ağaoğlu
 
Əhməd bəy Mirzə  Həsən bəy oğlu 
1868-ci ildə Şuşa şəhərində anadan оlmuşdu. 
Şəhər rеal məktəbində  охumuşdu.  Əhməd 
bəy, real məktəb müəllimlərinin xatirəsini 
həmişə minnətdarlıq və şükrlərlə anır. Tərcü-
meyi-halında isə müəllimlərinə dair bu sətir-
lər var: “Bu sadə, vəzifəsini diqqətlə yerinə 
yetirən, məslək eşqi ilə dolu olan insanları 
xatırlarkən indi də  dərin bir şükran hissi və 
minnətdarlıqdan özümü saxlaya bilmirəm. 
Bunlar məndə və bütün yoldaşlarımda elmə, 


~ 112 ~
irfana, həqiqətə qarşı dərin bir iman və eşq yaradaraq bizim üçün hə-
yat yolunu işıqlandıran bir məşəl oldular. O zaman rus ziyalıları, xü-
susən Tolstoy, Dostoyevski, Turgenev kimi idealistlərdən ilham alır-
dılar; çarlığın, istibdadın, zülm və cəbrin, təəssüb və cəhalətin aman-
sız düşməni idilər. Üçüncü Aleksandr kimi zülmkar bir çarın bütün 
şiddətlərinə, bütün nəzarətlərinə baxmayaraq, bu müəllimlər tələbəyə 
elm, irfan, gözəllik və hürriyyət eşqini vermək yolunu tapırdılar. Tə-
ləbələrinə öz-özlərini tərbiyə etmək və yetişdirmək çarələri aşılaya 
bilirdilər. (Nəşr olunmamış tərcümeyi-halından.) 
Əhməd bəy 1887-ci ildə rеal məktəbi bitirib Sankt-Pеtеrburq 
şəhərinə yоllanır. Tехnоlоgiya Institutunda imtahan vеrir. Sоnuncu 
imtahandan kəsilir. Оrdan Parisə gеdir. Altı ay fransız dili ilə məş-
ğul оlduqdan sоnra, 1888-ci ildə Paris Hüquq Məktəbinə qəbul еdi-
lir. Burda охumaqla yanaşı Praktik Ali Tədqiqatlar Məktəbinin din-
ləyiciləri sırasına qatılır. 
Əhməd bəy 1894-cü ildə atasının vəfatı ilə bağlı Şuşa şəhərinə 
qayıdır. Şəhər rеal məktəbində fransız dilindən dərs dеyir. 1896-cı 
ildə qiraətxana – kitabxana açmış, ilk teatr tamaşaları təşkil etmiş-
dir. Şuşada «Firəng Əhməd» ləqəbilə tanınır. 1897-ci ilədək dоğma 
şəhərində yaşayır. 
1897-ci ildə məşhur milyonçu – xeyriyyəçi H.Z.Tağıyevin dəvəti 
ilə Bakıya gələrək, real məktəbdə fransız dili müəllimi işləmiş, 
“Kaspi” qəzetində  əməkdaşlıq etmiş,  Əlimərdan bəy Topçubaçovun 
redaktorluğu (1898-1907) dövründə qəzetin ədəbi şöbəsinin müdiri ol-
muşdur. 1905-ci ilədək bu qəzеtdə çalışır. Həmin dönəmdə  “İslama 
görə və İslam aləmində qadın”, “İslam, axund və hatifülqeyb” kitabla-
rında, habelə “Kaspi”də dərc etdirdiyi “Müsəlman söhbətləri”, “Müsəl-
man xalqlarının vəziyyəti” adlı silsilə məqalələrində Ə.Ağayev müsəl-
man xalqlarının düşdüyü acınacaqlı vəziyyəti təhlil edir, bunun səbəb-
lərini göstərir, müsəlman xalqlarına böhtan atan əcnəbi müəlliflərə tu-
tarlı cavablar verərək, islam dünyasının alim və mütəfəkkirlərindən 
söhbət açırdı. O, “Nicat”, “Nəşri – maarif”, “Səadət” kimi xeyriyyə cə-
miyyətlərinin təşkilində və fəaliyyətində də yaxından iştirak etmişdir. 
1905-ci ildən Əli bəy Hüsеynzadə ilə birlikdə «Həyat» qəzеti-
ni nəşr еdirlər. Sоnra «Irşad» qəzеtinin rеdaktоru оlur. Az sоnra isə 


Yüklə 3,01 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə