Microsoft Word Az?rbaycan Milli m?tbuat?



Yüklə 3,01 Mb.
Pdf görüntüsü
səhifə31/63
tarix01.08.2018
ölçüsü3,01 Mb.
#60396
1   ...   27   28   29   30   31   32   33   34   ...   63

~ 100 ~
Mirzə  Cəlal jurnalist fəaliyyəti ilə  məşğul  оlmuşdu. 1909-cu 
ildə çıхan, 1911-ci ildə bağlanan «Səda» qəzеtində çalışmışdı. 1912-
1915-ci illərdə çıхan «Sədayi-Həqq» qəzеti ilə əməkdaşlıq еtmişdi. 
Mirzə Cəlal bir müddət Оrta Asiyada yaşamışdı. 1912-ci ildə 
Buхarada tacik dilində «Turan» adlı  qəzеt çıхarmışdı. Rеdaktоrlu-
ğunu da özü еtmişdi. 1912-ci ildə  çıхan, 1913-cü ildə qapanan 
«Buхarеyi-Şərif» qəzеtinə də başçılıq еtmişdi. Eləcə də «Turan» qə-
zetinin redaktoru və naşiri olmuşdur. 
Etiraf olunmalıdır ki, Mirzə  Cəlal Yusifzadənin  ədəbi, bədii 
və ictimai fəaliyyəti, mətbuat sahəsindəki xidmətləri, bədii-publisis-
tik yaradıcılığı ayrıca tədqiqata möhtacdır. Onun "Həyat", "İrşad", 
"Tazə  həyat", "İttifaq", "Hilal", "Asari-həqiqət", "Sədayi-həqq" və 
b. qəzetlərdə C.C.Y, Cəlal Qarabaği, Cəlal Yusifi, Mirzə  Cəlal
Yusifzadə və digər imzalarla çıxış etməsi məlumdur. Mirzə Cəlalın 
1911-1912-ci illərdə Bakıda ana dilində nəşr etdiyi "Həqiqəti-əfkar" 
(Fikirlərin həqiqəti - A.R.) qəzetini onun mətbuat sahəsindəki fəa-
liyyətinin ən yüksək məqamı kimi dəyərləndirmək olar. Azərbaycan 
arxivlərində bir nömrəsi də tapılmayan bu mətbuat orqanının tam 
dəsti akademik İsa Həbibbəylinin maddi və  mənəvi dəstəyi ilə 
Rusiya Dövlət Arxivinin Sankt-Peterburq Filialından bu sətirlərin 
müəllifi tərəfindən gətirilərək AMEA Nizami adına Ədəbiyyat İnsti-
tutunun arxivinə təhvil verilmişdir. 
Mirzə  Cəlal Yusifzadənin müdirliyi və sahibi imtiyazlığı (re-
daktorluğu və naşirliyi) ilə "Həqiqəti-əfkar" qəzetinin ilk sayı 1911-ci 
il 29 oktyabr tarixində, şənbə günü, Bakıda Nikolayevski küçəsində 
yerləşən Tağıyevin Qız məktəbinin (indiki AMEA M.Füzuli adına 
Əlyazmalar İnstitutunun – A.R.) altında, Orucov qardaşlarının elek-
trik mətbəəsində o vaxtın leksikonu ilə desək "təb edilmişdir". Qəzet 
A-2 formatlı, dörd səhifəlik, həftədə bir dəfə işıq üzü görən "siyasi, 
ədəbi, fənni, ictimai və iqtisadi türkcə" mətbuat orqanı idi. Birinci sa-
yın ilk səhifəsinin əsas bildirişində müdir və sahibi imtiyaz oxucuları-
na üz tutaraq yazırdı: "Həqiqəti-əfkar". Oktyabr ayının 29-dan etiba-
rən həftədə bir dəfə şənbə və müsəlman bayramlarının sabahı günləri 
"Həqiqəti-əfkar" qəzetəsi nəşr olunacaqdır. Elm və  ədəbdən bəhs 


~ 101 ~
edən məqalələr üçün qəzetəmizin səhifələri açıqdır" ("Həqiqəti-əf-
kar" qəz., Bakı, 1911, 29 oktyabr, № 1, səh. 1). 
Mirzə Cəlal Yusifzadə qəzetin məram və məqsədini ilk nömrə-
nin baş yazısında belə bəyan etmişdir: "H.Ə" (Həqiqəti-əfkar - A.R.) 
intişarından əsl məqsədimiz Qafqaz türk həmvətənlərimizə məlumat 
verməkdir. Siyasi, iqtisadi, ictimai, əxlaqi, ədəbi... hər qism məqalə-
lərə vərəqələrimizdə yer vardır. Şəxsi qərəzdən xali, ədəb dairəsindən 
xaric olmaqdan ari hər günə məqalələr və əxbar dərc olunacaqdır. 
Möhtərəm ədib, mühərrir və alimlərdən rica olunur ki, bizim bu 
müxtəsər vərəqparəmizin islahına məxsus bəzli-itaət buyursunlar. Bir 
mətləbdə səhvlərimiz və xətamız olursa göstərmək ilə bizi xoşhal eylə-
sinlər" ("Həqiqəti-əfkar" qəz., Bakı, 1911, 29 oktyabr, № 1, səh. 1). 
Bu bir neçə cümlə qəzetin və onun redaktorunun demokratik 
dəyərlərə sadiqliyini, cəmiyyətin maariflənməsi yolunda məşəqqət-
lərə dözümlülüyünü, həqiqətin, doğrunun söylənilməsində inadcıllı-
ğını  təcəssüm etdirən çox açıq bəyannamədir. Burada xalqına xid-
mət etmək istəyən jurnalistin, mühərririn yüksək "əfkarı"ı və əxlaqi 
dəyərləri ön plana çəkilir,  şəxsi qərəzlər üçün vərəqparələrdə yer 
tapılmayacağı bildirilir. "Həqiqəti-əfkar"ın birinci səhifəsində "C" 
imzası ilə yer alan bu yazı qəzetin tutacağı yolu nişan vermişdi. 
 
 
Mirzə Şərif Mirzəyev
 
Mirzəyev Mirzə Şərif Mirzə Həsən oğlu (1863, Şuşa-1937) - 
Mirzəyev Mirzə Lətifin qardaşı. Qafqaz Hərbi Dairəsi Qərargahının 
məmuru (1900). 
Tiflis şəhər məktəbində oxumuş, 1879-cu ildə Qori müəllim-
lər seminariyasına qəbul olmuşdu. 1882-ci ildə Zaqafqaziya (Qori) 
Müəllimlər seminariyasını bitirmişdi.  İyirmi ildən artıq Tiflis və 
Şuşa məktəblərində  dərs demiş, zabitlər məktəbində  Şərq dilləri 
müəllimi olmuşdur. 1906-1920 illərdə Tiflis mətbuat işləri idarəsin-
də türk, rus, fars, ərəb və s. dillərdə mətbuatın senzoru olmuş, Birin-
ci Dünya müharibəsi zamanı hərbi senzurada da işləmişdir. 


~ 102 ~
1905-dən Tiflis Mətbuat Komitəsində Şərq dilləri üzrə senzor, 
1908-dən baş senzor kimi xidmət etmişdi. 
20 fevral 1906-cı ildə Tiflisdə açılmış erməni-müsəlman «ba-
rışdırıcı» qurultayının Tiflisdən üzvü seçilmişdi. AC Nazirlər Şurası 
mətbuat işləri üzrə müfəttişliyin baş müfəttişi vəzifələrində işləmişdi. 
Mirzə  Şərif Mirzəyev rusca 200 səhifəlik «Qafqazda türk 
mətbuatı tarixindən xatirələr» adlı əlyazmanın (1925) müəllifidir. 
Mirzə  Şərif Mirzəyev yeni açılan Bakı universitetində fars 
dilindən dərs demişdi. (ГИААР, ф.309, оп.1, д.819, л.36.) 
Görkəmli dövlət və mətbuat xadimi Həbib Cəbiyevin tapşırığı 
və köməyi ilə Azərbaycan milli mətbuatı, o cümlədən "Molla Nəs-
rəddin" jurnalı, C.Məmmədquluzadə, Ömər Faiq və b. mollanəsrəd-
dinçilər barədə xatirələrini yazmışdır. Mətbuatda Azərb. jurnalisti-
kası haqqında məqalələr çap etdirmişdir.  Şəxsiyyətə  pərəstiş döv-
ründə öldürülmüşdür. 
Mirzə Əli Mühərrir
Əli Hacı Abbas oğlu 1865-ci ildə  Şuşa  şəhərində dünyaya 
gəlmişdi. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsə də 
təhsilini davam etdirmişdi. Savadlı olduğundan dolayı mirzə ünvanı 
daşıyırdı. Ticarətə məşğul olmuşdu. 
Mirzə Əli də şair idi. Mühərrir təxəllüsü ilə şeir yazırdı. 
Mir Möhsün Nəvvab onun haqqında yazır: “Mirzə  Əli Bin 
Hacı Abbas Agəh-vəfat edib-1221. 
Mirzə  Əlinin təxəllüsü Mühərridir. Farsca və türkcə savadı 
vardır. Hər cür şer yazır. Divanı yoxdur, yaxşı xətti vardır. Divanı 
yoxdur, yaxşı xətti var. Yaşı 45 olar. Aşağıdakı şeirlər onun xəyalı-
nın məhsuludur. 
Mirzə Əli Mühərririnin farsca qəzəli 
Vəfa yolunda can-başımdan keçdim, ey dost, 
Gəl, gəl ki, nəgərinəm sənin, gəl, ey dost. 
Əgər haqsızcasına xəncərlə töksən qanımı, 
Tök, ürəyimin qanı sənə qurban, ey dost. 


Yüklə 3,01 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə