Microsoft Word Az?rbaycan Milli m?tbuat?



Yüklə 3,01 Mb.
Pdf görüntüsü
səhifə29/63
tarix01.08.2018
ölçüsü3,01 Mb.
#60396
1   ...   25   26   27   28   29   30   31   32   ...   63

~ 93 ~
Əliş bəy Tahirov
 
Əliş bəy Sadıq bəy oğlu 4 fevral 1863-cü ildə Şuşa şəhərində 
dünyaya gəlmişdi. Şuşa şəhər məktəbini bitirmişdi. Sonra Zaqafqazi-
ya (Qori) Müəllimlər Sеminariyasında oxumuşdu. 12 iyun 1883-cü 
ildə  sеminariyanı tamamlamışdı. 26 iyunda Şuşa  şəhər məktəbində 
müəllim köməkçisi kimi işə başlamışdı. 27 yanvar 1884-cü ildə Qar-
ğabazar kənd məktəbinə baxıcı (dirеktor) vəzifəsinə dəyişilmişdi. 
Əliş bəy Tahirov «Tatar dilini öyrənənlər üçün» kitab yazmış-
dı. Kitab 1887-ci ildə Tiflis şəhərində rus dilində çap olunmuşdu. 
Bir müddət burda işləyəndən sonra Yеlizavеtpol qəza idarəsinə tər-
cüməçi kimi işə düzəlmişdi. Əliş bəy 1903-cü ildə vəfat еdib. 
Əliş bəy Tahirov geniş diapazonlu bir şəxsiyyət olub. Məktəb, 
müəllimlik işi onun fəaliyyətinin çoxşaxəli istiqamətinə xüsusi şə-
rait yaratmışdır. Pedaqoji və publisistik fəaliyyətinin nəticəsidir ki
Əliş  bəy Azərbaycan milli ziyalı düşüncəsində özünə layiqli yer 
qazanmışdır. 
Çoxçeşidli mətbu orqanlarda məhsuldar çıxışlarını davam et-
dirən Əliş bəyin yaradıcılıq irsi indiyə qədərki tədqiqatlarda ara-sıra 
öyrənilmişdir. Lakin bu yaradıcılığın kompleks tədqiqi, yəqin ki, 
hələ öz araşdırıcısını gözləməkdədir. 
 
 
Məmməd bəy Tahirov
 
Məmməd bəy Rəsul bəy oğlu 1863-cü ildə Cavanşir qəzasının 
Qapanlı  kəndiində anadan olmuşdu.  İbtidai təhsilini  əmisindən al-
mışdı. Sonra Şuşa real məktəbində oxumuşdu. Zaqafqaziya (Qori) 
Müəllimlər Seminariyasına daxil olmuşdu. 1886-cı ildə seminariya-
nı tamamladıqdan sonra Şuşa qəzasının Lənbəran kənd məktəbinə 
nəzarətçi-müəllim vəzifəsinə  təyin edilmişdi. 1889-cu ilin avqust 
ayının 30-da Cavanşir qəzasının Bərdə kəndinə dəyişilmişdi. Bir il 
burda çalışdıqdan sonra, 1890-cı ilin avqust ayının 30-da Qaxmux 
kəndinə  nəzarətçi-müəllim vəzifəsinə göndərilmişdi. 1892-ci ildə 
ordan da Qaraçinar kənd məktəbinə dəyişilmişdi. 


~ 94 ~
Məmməd bəy Tahirov – bir mənəviyyat mücahidi idi. Məktəbi 
millətin dirçəlməsi, inkişafı, başqa millətlər arasında öz layiqli yerini 
tutması üçün əvəzsiz ocaq sayırdı. Kəndbəkənd gəzib türk-müsəlman 
balalarını nur, ziya ocağına dəvət edirdi. Onun haqqında fikirləşəndə 
ilk yazılarındakı yanıqlı harayı düşüncələrimə hakim kəsilir. 
Təbii ki, Məmməd bəyin belə  ağıllı, hərtərəfli böyüməsində 
ailə mühitinin böyük təsiri vardı. Tahirovlar soyu Şuşada, Qarabağ-
da, eləcə də Azərbaycanda ziyalılar nəsli kimi tanınmışdı. 
Azərbaycan pedaqoji, mətbuat, ədəbiyyat və ictimai fikir tari-
xində görkəmli yer tutan Məmməd bəy Tahirovun yaşam yolu yetə-
rincə öyrənilməyib. 
Mirzə Hüseyn bəy Münşizadə
Hüsеyn bəy Mirzə Kərim bəy oğlu 1863-cü ildə dünyaya gəl-
mişdi. İbtidai təhsilini atasından almışdı. Bir çox şərq dillərini bilirdi. 
Hüseyn bəy Münşizadə tacir idi. Şuşa şəhərində Rastabazarda 
dükanları vardı. 
Hüseyn bəy Münşizadə müəllim idi. “Nəşri-Maarif” məktə-
bində dərs demişdi. Professor Zeynal Tağızadə öz xatərəsində yazır: 
“Məni  Şuşada açılan Nəşri-Maarif məktəbinə babam apardı. Bu 
məktəb aşağı məscidin binasında idi. Hücrələrin arasını açıb iki bö-
yük dərs otağı eləmişdilər, qalanları yenə də balaca, qaranlıq idi. Bir 
tərəfdə də uzaq yoldan gələn tələbələr yaşayırdılar. Məktəbin müdiri 
şeyx Hüseyn Heydərzadə  (Əbdürrəhim bəy Haqverdiyev in Şeyx 
Şəban əsərindəki prototipi idi) savadlı idi. “Bəyani-həqq” adlı əsəri-
ni Cahangir xan Nurubəyov nəşr etdirmişdi. Uşaq çox olduğu üçün 
məscidin həyətində başında tüklü papaq olan birisi əlində köhnə bir 
vedrə tuturdu. Daxil olmaq istəyən uşaq bu vedrədən bir bükülü ka-
ğız çıxarardı. Yanda duran üç nəfərə uzadır, onlar da alıb kağızı 
açırdılar. Sənin qəbul olunub-olunmadığını deyirdilər. Məni babam 
irəli apardı. Gözümü yumub kağızı çıxardım. Oxudular – Mübarək, 
mübarək, qəbul olundu. Hacı bəyin baxtı var imiş, dedilər. Sevincək 
evə gəldik. Nənə zolaq-zolaq çitdən bir heybə tikdilər, içinə əlifba 


~ 95 ~
kitabı, dəftər və karandaş qoyuldu. Səhəri məni məktəbə yola saldı-
lar. Yaxın olduğu üçün özüm tək getdim. Mirzə Bəşir Yusifzadə ana 
dili dərsi, Mirzə Hüseyn Münşizadə fars və  şəriət, Mirzə Dadaş – 
coğrafiya, tarix, Xudadat Əzizbəyov hesab dərsini deyirdilər. Dərs-
lərini yəqin ki, yuxarı siniflərdə  də aparırdılar. Müəllimlərdən elə 
qorxurduq ki, küçədə uzaqdan görəndə qaçıb gizlənirdik. Ən əzazili 
Mirzə Hüseyn idi. Bir gün məscidin həyətində Kərbəlayı İbiş oğlu 
Emili gərməşoğ çubuğuyla o qədər döymüşdü ki, çoxumuz ağlama-
ğa başladıq, yalvardıq... yenə əl çəkmədi. 
Mən məhəllə məscidində Mirzə Molla Hüseynin yanında da bir 
az oxumuşdum. Uşaq döydüyü üçün qorxub getməmişdim. Xülasə, 
mollaxanadakı palaz, döşəkcə əvəzinə skamya, lövhə, tabaşir olsa da, 
döymək adəti qalmışdı. Bizə deyirdilər ki, siz çox xoşbəxtsiniz. 
Quzanlı Molla Mehdi şagirdin qulağını dartıb çıxardıb. Mirzə Aslan 
şagirdin başının tükünü yolur, sonra iki barmağı arasında üfürürdü. 
Falaqqa yox idi. Ancaq dəstə-dəstə bağlanmış zoğal çubuqları göz 
qabağında idi. Biri mənimdi, qalanından götür kefin nə qədər istəyir. 
Eliş onları bəsləyirdi. Vay o günə ki, şagird səhv oxumuş ola. Onun 
qələtini məcburən öz yoldaşlarına düzəltdirərdi. Səhv eləyinin  əlinə 
çubuqla vurmalı idi. Axı, öz yoldaşıdır. On dəqiqədən sonra bir yerdə 
oynayacaq, amma əlac yoxdur, birtəhər vururdu; səhvin sayı  qədər. 
Əgər yavaş vurdusa, müəllim çubuğu özü götürüb, səhv çıxaranın 
əlinə bərk vurardı ki, öyrənsinş O da eyni qaydada yoldaşını vursun. 
Xülasə, evdə kötək, bayırda kötək, məktəbdə kötək, bircə yatanda 
rahat olurduq. İki müəllimimiz vardı, sinfə çubuq gətirməzdilər. Biri 
Avropa qaydası ilə qalstuk taxar, təmiz, səliqəli geyinib dərsə gələrdi; 
Xudadat  Əzizbəyov, o biri Mirzə Dadaş. Bunlar sinifdə  şagirdə 
mənəvi təsir ilə dərs öyrədərdilər. Xudadat müəllim ruscadan tərcümə 
etdiyi  əsərləri oxuyardı. Mirzə Dadaş dünyadakı dövlətlərin qurulu-
şundan, istibdad, zülm kimi bizə  məlum olmayan sözlərdən söhbət 
açardı. Maraqlı coğrafi kəşflərdən danışardı. Xudadat müəllim hesab 
dərslərində məsələləri indiki proqramlar əsasında həll etdirərdi. O biri 
müəllimlər hələ  ləbbadədən  əl çəkməmişdilər. Bizi hər cümə günü 
məscid aparardılar. Əvvəlcə dəstəmaz alıb, cümə namazını axundun 


Yüklə 3,01 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə