Microsoft Word Az?rbaycan Milli m?tbuat?



Yüklə 3,01 Mb.
Pdf görüntüsü
səhifə25/63
tarix01.08.2018
ölçüsü3,01 Mb.
#60396
1   ...   21   22   23   24   25   26   27   28   ...   63

~ 80 ~
Həşim bəy Nərimanbəyov
Həşim bəy Nəriman bəy oğlu 1859-cu ildə 
Şuşa  şəhərində dünyaya göz açmışdı.  İrəvan 
şəhər gimnaziyasında oxumuşdu. Gimnaziyanı 
bitirdikdən sonra orada qalıb müəllimlik etmişdi. 
O, kollec qeydiyyatçısı mülki çini almışdı. 
Ömrünün  ən təravətli çağını  uşaqlara 
sərf edib, iyirmi beş il dərs demiş H.Nəriman-
bəyovu  İrəvanın avam və cahillərinin təqibin-
dən qorumaq üçün yazdığı “Təlim-xeyr edən-
lərimizin cəzası” adlı məqaləsində Firudin bəy 
Köçərli deyirdi: “Cəhalət meydanında ömrü-
nün axırınadək kəmali-şövq ilə cəng edən mübarizələrlə bənzər bu 
qisim müəllimlərimiz azdır”. Bu cür müəllimlərin yaxşı  cəhətini 
Köçərli onların xalqı  cəhalətdən qurtarmaq uğrunda məhz ürəklə 
işləmələrində görürdü. O, yaxşı müəllimin ictimai və vicdani vəzi-
fələrini də nəzərdə tutaraq, belələrini “məktəbin canı və içində oldu-
ğu camaatın çırağı hesab edirdi. Ümumiyyətlə, Köçərli bu fikirdə 
idi ki, öz fəaliyyəti üçün pedaqoji sahəni seçmiş hər bir xalq müəlli-
min “ağlı, biliyi, zəhmətsevərliyi ilə yanaşı, həm də  uşaqlara mə-
həbbət və qayğı ilə döyünən ürəyə malik olmalıdır. Həşim bəy belə 
bir müəllim idi. 
Dövlət xadimi Nəriman bəyin atasıdır. 


~ 81 ~
Mirzə Salah bəy Zöhrabbəyov
 
Mirzə Salah bəy Hacı Nəcəf bəy 
oğlu 1859-cu ildə Şuşa şəhərində ana-
dan olmuşdu.  İbtidai təhsilini molla 
yanında almışdı. Sonra Fransaya yol-
lanmış, burada 12 il təhsil aldıqdan 
sonra o, Rusiyaya gəlir və Sankt-Pe-
terburq  şəhərində  təhsilini davam et-
dirmişdi. İnqilabdan əvvəl Şuşaya qa-
yıdır, öz vəsaitinə  məktəb tikdirir və 
həmin məktəbdə rus dili dərsini demə-
yə başlayır. Bu tədris fənni üçün Mir-
zə Salah bəy Zöhrabbəyov "Azərbay-
canlılar üçün rus dilinin tədrisi" dərs-
lik vəsaitini yazmışdır. Bir müddət  Şuşa real məktəbində müəllim 
işləmişdi. O, Firidun bəy Köçərli birlikdə "Təlimati-lisani-türki" 
dərsliyini tərtib etmişdi. 
Bəzi qaynaqlara görə Mirzə Salah bəy Zöhrabbəyov Naxçı-
vanda da müəllim işləmişdir. “Kavkazskiiy kalendar”ın 1886-cı il 
buraxılışının 233-cü səhifəsində Tiflis xeyriyyə cəmiyyətinin mək-
təblərdə ilk vaxtlar hər  şagirdə 10 manat vəsait verilməsi barədə 
qeyd vardır. 1864-1867-ci illərdə 1155 şagirdi əhatə edən məktəblə-
rin ümumi sayı 65-ə çatdırıldığı və həmin kalendarın 85-87-ci səhi-
fələrində Zaqafqaziya Müəllimlər Seminariyası  nəzdində Tatar 
(azərbaycanlılar nəzərdə tutulur – Ə.Ç) Xalq Məktəbi yaradıldığı və 
Qarabağda M.Tahirovun tatar (Azərbaycan) dili müəllimi olduğu 
göstərilir. Naxçıvanda fəaliyyətə başlayan 3 sinifli xalq məktəbinə 
Mixail Semyonoviç Zeqrenidze müfəttiş, Masinskiy, Yefrem Pet-
roviç Qorqladze müəllim, Mirzə Saleh bəy Zöhrabbəyov köməkçi 
müəllim, Mirzə Əli Xəlilov və başqaları olmaqla cəmi 8 nəfər hə-
min məktəbdə işləmişdir. 


~ 82 ~
Sovet hakimiyyəti gəldikdən sonra o, öz xoşu ilə  Şuşadakı, 
Vladiqafqazdakı evlərini və şəxsi banklarını onlara təhvil verib, öz 
məktəbində müəllimlik fəaliyyətini davam etdirmişdi. 
Mirzə Salah Zöhrabbəyov 1940-cı ildə vəfat edib. 
Fərəc bəy Sultanov
Fərəc bəy Mirzə Zeynal bəy oğlu 
1860-cı ildə Şuşa qəzasının Vərəndə sahə-
sinin Sаrаcıq kəndində doğulmuşdu.  Ибти-
даи  тящсилини  атасıндан  алмıшдı.  Сонра  Şuşa 
шящяриндя  гяза  мяктябиндя  охумушду. 
Загафгазийа (Гори) Мцяллимляр Семинарийа-
сıнда тящсил алмıшдı. Тифлис Александр Мцял-
лимляр Институтунда али савад алмıшдı. Kənd 
məktəblərində müəllimlik etmək hüququ-
nu qazanmışdır. 
1881-82-ci illərdə  Cəbrayıl qəzasında 
müəllimlik fəaliyyəti ilə  məşğul olmuş, Gəncədə yeni açılmış Peşə 
məktəbində dəyişilmək istəmişsə də, baş tutmamışdır. İrəvan-Yeliza-
vetpol quberniyası Xalq Məktəbləri Direktorluğunun 866 saylı sərən-
camı ilə 1 sentyabr 1886-cı ildən Naxçıvan şəhər məktəbinə inspektor 
köməkçisi vəzifəsinə təyin olunmuşdur. O, iki il burada işləmiş, La-
kin müəllimlər  İnstitutunun bitirərkən ona şəhər məktəblərində  dərs 
demək hüququ verilmədiyi üçün tutduğu vəzifədən azad edilmişdir. 
1887-1888-дя  Нахчıванда  мцfəttiş  кюмякчиси  işlədiyi dö-
nəmdə, Naxçıvanda müəllim olduğu illərdə C.Məmmədquluzadə ilə 
yaxından ünsiyyət saxlamış, məktabdarlıqla yanaşı publisistikaya da 
vaxt sərf etmişdir. Onun Naxçıvan və Cəbrayıl qəzalarında işləyər-
kən yerli əhali arasında eşitdiyi, müşahidə edib yazıya aldığı mate-
rillar əsasında yazdığı “Əliallahılıq təriqəti haqqında bəzi məlumat-
lar” adlı publisist məqaləsi dövri nəşrlərdə çap olunmuş, böyük ma-
raq doğurmuşdur. 


~ 83 ~
Fərəc bəy Sultanov sonra Tiflisdə yaşamış Zaqafqaziya Şiə Ru-
hani idarəsi katibinin köməkçisi, müəllim vəzifələrində çalışmışdır. 
Bir maarifçi kimi C.Məmmədquluzadənin ilk publisist sələflə-
rindən sayıla bilər. Onun “Əliallahılıq təriqəti haqqında bəzi məlu-
matlar” adlı məqaləsi dini-etnoqrafik xarakteri ilə diqqəti cəlb edirdi. 
Burada yalnız  Əliallahılıq təriqəti haqqında məlumat verilməmiş, 
həm də bu təriqətin Qars vilayətində, Naxçıvanda və Cəbrayıl qəza-
sında icra olunma pirinsipləri aydınlaşdırılmışdır. “Əliallahılıq...” 
məqaləsində C.Məmmədquluzadənin “Ölülər” tragi-komediyasının 
mövzusu, xüsusən, Şeyx Nəsrullah obrazı ilə səsləşən məqamlar var-
dır. Məqalədə deyilirdi: “Təriqətçilərə hər il iqamətgahı Ərdəbil vila-
yətində yerləşən ruhani ata tərəfindən göndərilən şeyxlər və köməkçi-
ləri, xəlifləri ilə birlikdə savadsız və cahildirlər. Onlar rus əsillilər və 
müsəlman ruhaniləri ilə görüşməkdən qaçırlar. Nəinki bütün kəndləri 
gəzir, hətta təriqər tərəfdarlarının həyətlərindən də keçirlər. Hər ailə 
başçısıı şeyxi və onun köməkçisini səmimiyyətlə qarşılayır, mənsəb-
lərinə uyğun ehtiram göstərir, kəndin hörmətli ağsaqqallarının iştirakı 
ilə ziyafət verir. Bundan sonra ev sahibinin əmlakı, pul vəsaiti, o 
cümlədən  şeyxə çatacaq vəsait müəyyən olunur. Əgər ev sahibinin 
nağd pulu yoxdursa, ... onda bu məbləğ camaat tərəfindən ödənilir, 
sonradaan borc kimi qaytarılır”. 
Bütün bunlar C.Məmmədquluzadə-Fərəc bəy Sultanov münasi-
bətlərinin ədəbi axtarışlar baxımında da maraqlı olduğunu göstərir. 
Fərəc bəy Sultanov 1890-cı ildən sonra ömrünün sonunadək 
Tiflisdə Zaqafqaziya Dəmiryolu İdarəsində çalışmışdı. ( ASE-IX, 72) 
Fərəc bəy Sultanov 1914-cü ildə vəfat edib. 
Fərəc bəyin Ədhəm bəy adlı oğlu vardı. 
 
 
Camal bəy Fətəlibəyov
 
Camal bəy Mustafa bəy oğlu 1861-ci ildə  Şuşa qəzasının 
Kəbirli sahəsinin  Ətyeməzli obasında anadan olmuşdu.  Şuşa qəza 
məktəbini bitirmişdi. Sonra Zaqafqaziya (Qori) Müəllimlər Semina-
riyasında oxumuşdu. 


Yüklə 3,01 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə