Microsoft Word Az?rbaycan Milli m?tbuat?



Yüklə 3,01 Mb.
Pdf görüntüsü
səhifə27/63
tarix01.08.2018
ölçüsü3,01 Mb.
#60396
1   ...   23   24   25   26   27   28   29   30   ...   63

~ 87 ~
1876-cı ildə Şuşadakı rus məktəbinə daxil olur. 1878-ci ildə 
məktəbə Aleksey Çernyayevski Zaqafqaziya müəllimlər seminari-
yasına tələbə toplamaq vəzifəsi ilə gəlir və bu yolla Firidun bəy öz 
taleyini seminariya ilə bağlamış olur1. 1879-1885-ci illər ərzində o 
burada təhsil alır, 1895-1918-ci illər  ərzində  dərs deyir. 1885-ci 
ildə qısa müddət Firidun bəy Erivan gimnaziyasında da dərs de-
yir. 1910-cu ildə Qori seminariyasının Azərbaycan şöbəsinin mü-
vəqqəti təlimatçısı təyin olunur, 1918-1920-ci illərdə onun təşəb-
büsü ilə həmin seminariyanın əsasında açılmış Qazax müəllimlər 
seminariyasının müdiri işləmişdir. Firidun bəy Köçərli Gəncə üs-
yanı yatırıldıqdan sonra XI Ordunun xüsusi  şöbəsi tərəfindən 
1920-ci ildə,  əlli səkkiz yaşında güllələnərək dünyasını  dəyişir. 
«Vətən dili»nin I hissəsinin (VII nəşr) yenidən işlənilməsində 
Firidun bəy Köçərlinin xidmətləri böyükdür. O, 300-dən artıq 
dərsliyə düzəliş etmiş, nəzəri materialı, hekayələri artırmış, meto-
dika və stilistikasını  dəyişdirərək zənginləşdirmişdir. Köçərlinin 
"Darı və buğda" əsəri "Vətən dili"nə salınmışdır. 
XIX yüzilin ortalarında Azərbaycanın, o cümlədən  Şuşanın 
mədəni həyatında böyük yüksəliş var idi. 
XIX-cu yüzilin 40-cı illərindən  Şuşanın mədəni həyatında 
xeyli yüksəliş baş verir. Yerli camaatın teatr tamaşalarına meyli 
yüksəlir. Qafqazda ilk teatr 1845-ci ildə Tiflis şəhərində tamaşaya 
qoyulur. O vaxtlar Şuşa ilə Tiflis şəhərləri arasında çox güclü ticarət 
və mədəni əlaqələr var idi. Şuşada isə ilk tamaşa 1848-ci ildə səhnə-
ləşdirilir. Azərbaycan dramaturgiyasının banisi M.F.Axundovun 
Azərbaycan dilində yazdığı ilk pyeslər bundan sonra mütəmadi ola-
raq Tiflisdə, Bakıda və Şuşada tamaşaya qoyulmağa başladı. 1870-
ci ildə ilk dəfə olaraq Şuşada Azərbaycan teatr sənətinin yaradıcısı 
Mirzə Muxtar tərəfindən Azərbaycan dilində tamaşa göstərildi. O 
dövrdə gənc müəllimlərdən Firidun bəy Köçərli, Bədəlbəy Bədəlbə-
yov, Əbdürrəhim bəy Haqverdiyev, Həsən bəy Vəzirov və məşhur 
xanəndə Cabbar Qaryağdıoğlu bu tamaşada iştirak etmişdilər. Dahi 
Azərbaycan  şairi Məhəmməd Füzulinin Leyli və  Məcnun poeması 
əsasında Məcnun Leylinin qəbri üstündə səhnəsini musiqili tamaş a 


~ 88 ~
kimi 1897-ci ildə  Şuşada Cabbar Qaryağdıoğlunun iştirakı ilə  Əb-
dürrəhim bəy Haqverdiyev tamaşaya qoymuşdur. O vaxt 12 yaşlı Ü. 
Hacıbəyovun bu tamaşadan aldığı  təəsüratlar gələcəkdə Leyli və 
Məcnun operasının yaranmasına öz təsirini göstərmişdir. XIX yüz-
ilin birinci yarısı teatr və musiqi sənəti ilə yanaşı  Şuşada elm və 
maarifçilik sahəsi də geniş vüsət tapmışdır. Burada 1830-cu ildə 
qəza məktəbi, 1838-ci ildə seminariya, 1876-cı ildə şəhər və ibtidai 
məktəb, 1880-ci ildə altısinifli qəza məktəbi və 1886-cı ildə isə rus-
tatar məktəbləri yaranmışdı. Belə məktəblərin açılması və təminatı 
Peterburq dağ institutunu bitirmiş mühəndis Fərrux bəy Vəzirovun 
xidmətləri idi. Bununla yanaşı  şəhərdə Gövhər-ağanın, Səməd bəy 
Ağayevin şəxsi məktəbləri də fəaliyyət göstərirdi. 1894-cü ildə isə 
qız məktəbi olan – Mariin məktəbi açıldı. 1910-cu ildə artıq  Şuşa 
məktəblərində təxminən 2000-nə qədər şagird və tələbə təhsil alırdı. 
Maarifçiliyin inkişafı söz yox ki, gələcəkdə musiqi məktəblərinin 
əmələ gəlməsinə də zəmin yaradır dı. XIX-cu yüzilin 70-ci illərində 
Şuşada musiqi məktəbinin ilk yaradıcısı Xarrat Qulu olmuşdur. 
Professor Bülbül Məmmədov qeyd edirdi ki, tələbələr 13-14 yaşına 
kimi Molla İbrahimin, 14 yaşından yuxarı isə Xarrat Qulunun mək-
təbində musiqi dərsini öyrənirdilər. Xarrat Qulu 1823-1883-cü illər-
də Şuşa şəhərində yaşamışdır. O, klassik xalq musiqisini mükəmməl 
bilir və həm də ilhamlı şerlər yazırdı. O gözəl səsə malik idi. Mə-
hərrəmlik təziyəsini keçirmək məqsədilə Xarrat Qulu təşkil etdiyi 
məclisə, Şuşanın yaxşı səsi olan gənclərini cəlb edib, şəbih səhnələ-
rini oynamaqla yanaşı, eyni zamanda onlara muğamatın sirlərini də 
öyrədirdi. Dini məqsəd daşımasına baxmayaraq haqqında bəhs etdi-
yimiz məclis Azərbaycanda xanəndəlik və instrumental musiqinin 
inkişafında müəyyən yer tutmuş, Hacı Hüsü, Məşədi İsi, Sadıqcan, 
Əbdül Baği Zülalov, Cabbar Qaryağdıoğlu, Keçəçioğlu Məhəmməd 
kimi sənətkarların yetişməsinə səbəb olmuşdur. Firidun bəy Köçərli 
Xarrat qulunun sənətinə yüksək qiymət verərək yazırdı: Kərbə la 
Qulunun sənəti xarr atlıq idi. Çox dəqiq və əhli-zövq, şirinkəlam bir 
şəxs idi ki, cümlə Şuşa əhli onu əziz və mehriban tutardı. Öz sənə-
tində artıq məharətli olduğu kimi elmi musiqidə  dəxi baxəbər idi. 


~ 89 ~
Qarabağın məşhur xanəndələri onun yetirmələridir. Molla Ibrahimin 
məktəbində də bir çox musiqiçilər dərs almışdır. Sevimi müğənni-
miz Bülbül də ilk təhsilini məhz bu məktəbdə almışdır. 
1886-cı ildə 23 yaşlı gimnaziya müəllimi Firidun bəy Köçərli 
İrəvanda teatr tamaşası  təşkil edir. Qori seminariyasının məzunu 
Firidun bəy Köçərli 1885-ci ildə İrəvana gəlmişdi. Həmin tamaşa –
M.F.Axundovun “Müsyö Jordan və Dərviş Məstəli Şah” komediya-
sının tamaşası  İrəvan  əhalisinin həyatında böyük mədəni hadisəyə 
çevrilir. Lakin F.Köçərli, 1895-ci ildə İrəvanı tərk etmişdir. 
Ədəbiyyatşünas alim Əziz Mirəhmədovun yazdığına görə, 
1886-cı ildə ilk dəfə olaraq “Tərcüman”da çap olunan Firidun bəy 
Köçərli gənc bir müəllim kimi müsəlman gəncliyinin maarifdən, 
Şərq və  Qərb mətbuatından bixəbər olduğunu ürək ağrısı ilə qeyd 
edirdi. Gəncliyi elmə, maarifə, mədəniyyətə, bir sözlə, dini elmlərlə 
yanaşı, dünyəvi elmlərə səsləyən gənc müəllifin bu məqaləsi İrəvan 
üləmasının qəzəbinə  səbəb olur. Lakin bu, Firidun bəyi heç də öz 
yolundan döndərə bilmir. 
“Bütün türklərin tərcümanı” olan “Tərcüman”dakı ilk çıxışı 
onun üçün çox düşərli olur. Belə ki, 1880-ci illərin axırları artıq 
“F.Köçərli” imzası ilə həm rus, həm Azərbaycan dillərində nəşr olu-
nan bir neçə mətbu orqanda rastlaşırıq. Gənc olmasına baxmayaraq, 
“Kavkaz”, “Novoye obozreniye", “Kaspi”, “Kavkazskiy vestnik”, 
“Znaniye”, “Tiflisskiy listok”, “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəş-
kül” qəzetlərində artıq o, bir jurnalist, publisist kimi müxtəlif möv-
zulara müraciət edirdi. Lakin bu mövzular arasında əsas yeri bir pe-
daqoq olduğu üçün maarif, əlifba, ədəbiyyat məsələləri tuturdu. 
Məqalələrinin böyük əksəriyyətində Firidun bəy xalqının 
tərəqqisi üçün maarifin, mədəniyyətin tərəqqi etməsini çox zəruri 
şərt sayır və  mətbuatı bu problemlərin həll edilməsində köməyə 
çağırırdı. 
XX əsrin əvvəllərində Firidun bəy bütün bu arzu və istəklərini 
uzun illər həsrətlə gözlədiyi anadilli mətbuatında da şövqlə davam 
etdirir. “İrşad”, “İqbal”, “Tərəqqi”, “Səda”, “Molla Nəsrəddin”, 
“Dəbistan”, “Məktəb”, “Rəhbər” və s. qəzet və jurnallarda artıq 


Yüklə 3,01 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə