Microsoft Word Az?rbaycan Milli m?tbuat?



Yüklə 3,01 Mb.
Pdf görüntüsü
səhifə26/63
tarix01.08.2018
ölçüsü3,01 Mb.
#60396
1   ...   22   23   24   25   26   27   28   29   ...   63

~ 84 ~
Camal bəy Fətəlibəyov 1888-ci ilin mart ayının 18-də  Şuşa 
şəhərində 3-cü dərəcəli xüsusi oğlan məktəbi açmışdı. Onun mək-
təbi Zaqafqaziya xüsusi məktəblərinə aid ümumi qaydalara əsasla-
nırdı. İlk dəfə məktəbə 25 şagird qəbul olundu. [ARDTA, fond 422, 
siyahı 1, iş 4516, vərəq 3] Bu şagirdlərin içində tanınmış maarifçi, 
məşhur pedaqoq Fərhad Ağazadə də vardı. 
Yusif Vəzir Çəmənzəminli bu məktəb haqqında yazır: "1896-
cı ildə  Şuşaya döndüm, hazırlanıb realni məktəbə girməli idim. O 
zamana qədər bu məktəblərdə bəy balaları oxuyurdular, indi tacir və 
əsnaf arasında da bu məktəbə həvəs oyanırdı. Cocuqları realni mək-
təbə hazırlamaq üçün Camal bəy, Səməd bəy Ağayev kimi müəllim-
lər tərəfindən xüsusi məktəblər açılmışdı". [Yusif Vəzir Çəmənzə-
minli, Əsərləri, 3-cü cild, Bakı, «Elm», 1977, səh.282] 
Camal bəyin məktəbində oxuyan şagirdlər əsasən kasıblardan 
və orta təbəqənin nümayəndələrindən ibarət idi. 1896-cı ildə orda 
70 şagird təhsil alırdı. İki sinifdən ibarət olan bu məktəbdə şagirdlər 
iki il ərzində Azərbaycan və rus dillərində mükəmməl savad 
alırdılar. [«Qafqaz» qəzeti, 1896, № 45] 
C.Fətəlibəyovun məktəbi Adıgözəlovların evində yerləşirdi. 
Bu evə görə ildə 60 manat kirayə ödəyirdi. Məktəb təhsil haqqından 
toplanan vəsait ilə idarə olunurdu. İldə  hər  şagirddən 6-12 manat 
təhsil haqqı alınırdı. Kasıblar təhsil haqqından azad edilirdi. 1895-ci 
ildə Camal bəyin məktəbində 60, 1896-cı ildə 70 şagird var idi. 
Onlardan on ikisi pulsuz oxuyurdu. [Sankt-Peterburq DTA, fond 91, 
siyahı 3, iş 381, vərəq 22] 
Bu məktəb Şuşa xüsusi məktəbləri (o cümlədən erməni məktəb-
ləri) içərisində ən çox şagirdi olan məktəblərdən idi. Məktəbin tədris 
planına ana dili, rus dili, hesab, rəsmxət, nəğmə daxil idi. Təlim yeni 
üsul ilə aparılırdı. Məktəb mahiyyət etibarı ilə hazırlıq sinifi rolunu oy-
nayırdı. Buranı bitirənlər şəhər və real məktəblərinə daxil olurdular. 
1896-cı ildə  Ağcabədi kənd məktəbinin müdiri Əbdüləli bəy 
Muxtarovun ZMS nəzdindəki ibtidai məktəbə müdir təyin edilməsi 
ilə əlaqədar olaraq Camal bəy Fətəlibəyov Ağcabədi kənd məktəbinə 


~ 85 ~
müdir vəzifəsinə göndərildi. Onun məktəbini isə Səməd bəy Ağayev 
davam etdirdi. [MDTA, fond 422, siyahı 1, iş 4516, vərəq 189] 
Camal bəy Fətəlibəyov 1896-cı ildən 1900-cü ilədək Ağca-
bədi kənd məktəbinin müdiri olmuşdu. 
 
 
Qasım bəy Qasımov
 
Qasım Mirzə Cəfər oğlu 5 dekabr 1862-ci ildə Şuşa şəhərinin 
Köçərili məhəlləsində anadan olmuşdu.  İbtidai təhsilini atasından 
almışdı. Sonra şəhər məktəbində oxumuşdu.Zaqafqaziya (Qori) 
Müəllimlər Seminariyasına daxil olmuş, 1882-ci ildə bitirmişdi. 
Gəncə şəhərində müəllim işləmişdi. 
Qasım Qasımov Gəncədə Rus-Tatar məktəbi açmışdı. 1893-
cü il iyun ayının 14-də Gəncə şəhərində azərbaycanlı uşaqlar üçün 
III dərəcəli xüsusi məktəb açmağa rəsmi icazə aldı. Qasımovun 
xüsusi məktəbi 1894-cü il yanvarın 24-də açıldı. Məktəb ilk dəfə 4 
şagirdlə  işə başladı. Lakin onun xəstəliyi ilə  əlaqədar məktəb az 
sonra, həmin il martın 18-də bağlandı. 
Qasım Qasımov psixi xəstəliyə tutulmuş, dəli olmuşdu. Atası şair 
Mirzə Cəfər Qarabaği oğlunun xəstəliyinə dözməmiş, intihar etmişdi. 
Əbdüləli bəy Vəlibəyov
Əbdüləli bəy Qasım bəy oğlu 1862-ci 
ildə  Şuşa  şəhərində anadan оlmuşdu. Öncə 
molla yanında ibtidai təhsil almışdı. Sonra 
rus-tatar məktəbində oxumuşdu. Zaqafqazi-
ya (Qori) Müəllimlər seminariyasına qəbul 
olmuşdu. 1896-cı ildə seminariyanı tamam-
layandan sonra müəllim işləmişdi. Qarğaba-
zar kənd məktəbində müəllim işlədiyi mə-
lumdur. Vəkillik fəaliyyəti ilə məşğul olub. 
Əbdüləli bəy Vəlibəyov 1917-ci ildə 
Bakıdakı 8-ci rus-tatar məktəbində müdir 


~ 86 ~
işləmişdi. 1920-ci ildə XMK-nın yarımməktəb bölməsinin təlimat-
çısı, 1921-ci ildə Bakı 1-ci dərəcəli 39-cu sovet məktəbinin müdiri 
vəzifələrində çalışmışdı. 
Əbdüləli bəy Vəlibəyov istər “İrşad”da, istərsə də “Dəbistan”, 
“Məktəb” kimi o dövrün ictimai rəyində rezonans doğurmuş jurnalla-
rında ailə, təhsil mədəniyyətini, mükəmməl tərbiyəni özü üçün əsas 
tematika seçmişdi. Bu mətbuat orqanlarındakı yazılarında ailə tərbi-
yəsi üzərində ayrıca dayanırdı. Onun yazıları ailə tərbiyəsini bəsit an-
lamda deyil, milli tərəqqi yolunda bir vasitə rolu kimi qiymətləndirir. 
Onun bu mövzudakı yazıları ailə mühitinin qadın azadlığına, cəhalətə 
qarşı mübarizənin vacib forması kimi başa düşülür. Publisistin bir 
sıra elə yazıları var ki, bu günümüz üçün də aktuallıq kəsb edir. 
Azərbaycanın müstəqilliyi, milli azadlıq uğrunda mübarizə 
XX əsrin əvvəllərindəki publisistikanın aparıcı mövzusu olmuşdur. 
Mücahidlərin bu arzusu Şərqdə ilk müstəqil Azərbaycan Xalq Cüm-
huriyyəti ilə gerçəkləşdi. Lakin bu çətin yolda təkcə milli azadlıq 
mövzusu bəs etmirdi. Publisistlərimiz, milli mətbuatımızın milli 
ruhlu əməkdaşları müstəqilliyə aparan yolun həm də maarifçilikdən 
keçdiyini yaxşı bilirdilər. 
Firidun bəy Köçərli
Firidun bəy Əhməd bəy oğlu Köçərli 
(Köçərlinski) 1863-cü ildə yanvarın 26-da 
Şuşada anadan olmuşdu. Firidun bяйin bi-
rinci dяfя  щankı  mяktяbя verilmяsi xцsu-
sunda ixtilaf var. Mющtяrяm  Щaşım bяй 
Nяrimanbяйlinin rяvaйяtinя  эюrя, 1872-ci 
ildя birinci dяfя olaraq Mirzя Kяrim Mцn-
şizadяnin mяktяbinя verilmişdi. Burada 
oxuduqları kitablar, çяrяkя, cцz, «Эцlцs-
tan», «Bustan» vя «Leйli-Mяcnun» olmuş-
du. Demяk,  цç il mяktяbя  эedirkяn tцrk-
cяni Firidun bяй йalnız «Leйli-Mяcnun» kitabında эюrmцşdцr. 


Yüklə 3,01 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə