Microsoft Word Az?rbaycan Milli m?tbuat?



Yüklə 3,01 Mb.
Pdf görüntüsü
səhifə23/63
tarix01.08.2018
ölçüsü3,01 Mb.
#60396
1   ...   19   20   21   22   23   24   25   26   ...   63

~ 74 ~
hur xanəndə Cabbar Qaryağdıoğlu (Şuşa), M.Sidqi, C.Məmmədqu-
luzadənin qardaşı Mirzə Ələkbər, dramaturq E.Sultanov (Naxçıvan), 
R.Əfəndiyev (Nuxa) və başqalarının fəaliyyəti özəlliklə qeyd olun-
malıdır. 70-80-cı illərdə Azərbaycanın müxtəlif şəhərlərində fəaliy-
yət göstərən teatr həvəskarları  tədricən Bakıdakı teatr xadimləri 
ətrafında formalaşmağa başlayırlar. Ona görə də Bakının teatr həya-
tı 80-ci illərin axırlarına doğru yenidən canlanır və burada əsl məna-
da müəyyən bir teatr kollektivinin yaranmasına səbəb olur. 1887-ci 
ildən etibarən Bakıdakı teatr dəstəsinə H.Mahmudbəyov, S.M.Qəni-
zadə və N.Vəliyev başçılıq edirlər. Onlar həmin dəstəni xeyli qüv-
vətləndirərək, truppa halına saldılar və bu truppa 1888-ci ildən artıq 
müstəqil teatr kollektivi kimi fəaliyyətə başladı. Qabaqcıl Qarabağ 
ziyalıları, sonralar Zaqafqaziya (Qori) Müəllimlər seminariyasını 
bitirən müəllimlər Şuşa şəhərində teatr tamaşaları düzəldir, eyni za-
manda, bu tamaşalarda "aktyor" kimi çıxış edirdilər. Şuşada qabaq-
cıl müəllim və ziyalı qüvvələri Y.Məlikhaqnəzərovun rəhbərliyi ilə 
yay tətilləri zamanı klubda və Xandəmirovun teatrında müntəzəm 
surətdə tamaşalar təşkil edir, M.F.Axundovun komediyalarını 
("Xırs-quldurbasan", "Müsyö Jordan və dərviş Məstəli şah") oyna-
yırdılar. 1904-cü ildə "Müsyo Jordan və Dərviş Məstəli şah" pyesini 
tamaşaya qoymuşdular.Həmin tamaşalarda Hacı Qara və Məstəlişah 
rollarını Yusif bəy Məlikhaqnəzərov ifa etmişdir.Şuşa teatrının  ən 
qüvvətli xadimlərindən olan Yusif bəy Məlikhaqnəzərov şəhər mək-
təbində riyyaziyyyatdan dərs deyird; şəhər dumasının üzvü idi; hə-
vəskar teatr truppasında fəal iştirak edirdi.Göstərilən tamaşalarda 
əsas rolları oynayırdı.Ə.Haqverdiyev öz ilk müəllimi Yusif bəy Mə-
likhaqnəzrov haqqında yazırdı: "Realnı  məktəbdə oxuyarkən yenə 
hər yay Yusif bəyin "kontoruna" gedirdim.Yisif bəy mütəəssib bir 
teatro həvəskarı idi.Yay fəsillərində  Şuşaya cəm olan kənd müəl-
limlərinin iştirakı ilə gedən teatroları qabbaqca Şahnəzərovun evin-
də, sonra şəhər klubunun zalında verirdilər.Yusif bəy özü mütəəsib 
olub, şagirdlərini də teatro tərəfinə təşviq edirdi və mənim teatroya 
həvəsim onun təşviqi sayəsində başlanıb getdikcə artdı. Axır 


~ 75 ~
vaxtlarda Yusif bəylə aramızda sıxı bir rəfaqət var idi və qocalığına 
baxmayaraq mənim əsərlərimdən rollar götürüb gözəl oynayırdı". 
Ə.Haqverdiyevin uşaqlıq illərindən nümunə  gətirdiyimiz sə-
tirlər Əziz Şərifin Ə.Haqverdiyev haqqında yazdığı xatirələrinə da-
xil etdiyi tərcümeyi-halda özünə yer almamışdır. Eyni fikirləri 
müəllim Yusif bəy Məlikhaqnəzərov haqqındakı  məlumatlara da 
şamil etmək olar. Ə.Haqverdiyevin şəxsi arxivindəki tərcümeyi-hal-
da Yusif bəydən daha ətraflı söhbət açılır. Müəllif yazır: «...Yusif 
bəy Məlik Haqnəzərov ilə tanış olmam. Şuşa şəhər məktəbinə gir-
dikdən qabaq mən Yusif bəyin yanında bir neçə ay hazırlaşdım. 
Yusif bəy müəllim idi. O vaxt müəllimlər yay fəslində Şuşada teatr 
verirdilər. Mən birinci dəfə teatr sözünü Yusif bəyin dilindən 
eşitdimsə, amma istərdim teatra gedim. Balaca olduğumdan dolayı 
atalığım məni buraxmayırdı. Atalığım özü də teatr nə olduğunu 
bilməzdi. Ancaq 1884-cü ildə birinci dəfə teatra gedib həman Yusif 
bəyi səhnədə görüb teatrın nə olduğunu anladım və sonra Mirzə 
Fətəlinin komediyalarını alıb həvəs ilə oxumağa başladım. Hətta on 
altı yaşında ikən bir komediya da yazdım: «Hacı Daşdəmir» və 
yazıb da aparıb Yusif bəyə verdim. Yusif bəy komediyanı çox 
diqqətlə oxuyub qırmızı karandaşla lazımi yerləri düzəltmişdi və 
sonra isə komediyanın bir şeyə yaramadığını mənə bir oylə pedaqoji 
dil ilə söylədi ki, mən əsla ondan incimədim. Bundan sonra teatr nə 
olduğunu və teatra dair əsərləri necə yazmaq üsulunu mükəmməl 
surətdə  mənə göstərdi. O idi ki, həman gündən teatr yolunda 
işləməyi özümə bir müqəddəs məqsəd sandım» [Haqverdiyev Ə. 
Tərcümeyi-halım. AMEA Əİ, f. 9, s.v. 46, 6 v.]. 
Yusif bəy Məlikhaqnəzərov saray müşaviri çini daşıyırdı. 
Yusif bəy Məlikhaqnəzərov 3 dərəcəli Müqəddəs Stanislav (1 
yanvar 1894), 3 dərəcəli Müqəddəs Anna ordenləri ilə təltif edilmişdi. 
Yusif bəy Məlikhaqnəzərov 18 noyabr 1907-ci ildə vəfat edib. 
 
 
 
 


~ 76 ~
Mirzə Aslan Əmirov
Əmiraslan bəy Mirzə Həsən bəy oğlu 1857-ci ildə Şuşa şəhə-
rində dünyaya gəlmişdi. Ana babasının adını daşıyırdı. Ailədə Aslan 
çağırıldığından bu adla da tanındı. Ibtidai təhsilini atasından almış-
dı. Sоnra mədrəsədə  охumuşdu. Savadlı  оlduğundan dоlayı mirzə 
ünvanı daşıyırdı. 
Mirzə Aslan bəy  Şəhər məktəbində müəllim işləmişdi. Məz-
mununa görə  qəza məktəblərini xeyli geridə qoymuş  Şuşa  şəhər 
məktəbində şəriət, oxu, yazı, rus dili, hesab, təcrübi həndəsə, coğra-
fiya, tarix, fizika, rəsm, rəsmxətt, nəğmə, gimnastika və s. tədris 
edilirdi. Şuşa qəza məktəbində, əsasən, ana dili, rus dili və fransız 
dilinin tədrisi üstünlük təşkil edirdi. Şuşa sakinləri məktəblərdə ana 
dilinin öyrənil-məsinə xüsusi diqqət yetirirdi. Bu baxımdan,  Şuşa 
məktəbinin müəllimləri Mirzə Həsən və Mirzə Aslan bəy Əmirovlar 
ana dilinin müvəffəqiyyətli təlimi sahəsində çox məşhur idilər. 
Zəkəriyyə bəy Aslanov
Zəkəriyyə  bəy Mirzə Mehdiqulu bəy 
oğlu 1858-ci ildə  Şuşa  şəhərində anadan ol-
muşdu. Şəhər məktəbini bitirmişdi. Zaqafqazi-
ya (Qori) Müəllimlər Seminariyasına daxil ol-
muşdu. Firidun bəy Köçərli ilə bir yerdə oxu-
muşdu. 1888-ci ildə seminariyanı tamamladıq-
dan sonra Gülablı kənd məktəbində çalışmışdı. 
Bir müddət də  Ağdam Zemstvo məktəbində 
işləmişdi. O, 1912-ci ildə Bakı  şəhərinə köç-
müş, 1912-1915-ci illərdə 4-cü rus-müsəlman 
məktəbində  dərs demişdi. O, həmin məktəbi-
nin müdiri, sonra müəllimi kimi çalışmışdı. Ömrünün 32 ilini xalq 
maarifinə hyüzil etmişdi. Zəkəriyyə bəy 1906-1907-ci illərdə çağrı-
lan Qafqaz müəllimləri qurultaylarında iştirak etmişdi. 


Yüklə 3,01 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə