Microsoft Word Az?rbaycan Milli m?tbuat?



Yüklə 3,01 Mb.
Pdf görüntüsü
səhifə32/63
tarix01.08.2018
ölçüsü3,01 Mb.
#60396
1   ...   28   29   30   31   32   33   34   35   ...   63

~ 103 ~
Ehtiraslılar qəlbinin güzgüsünə sən nəzər salma
Həqiqətən hamı əyri görünəndir, ey dost. 
Hökmün nəyə olsa, əhdim ona olsun, 
Bundan sonra sənə “Lə” (yox) sözün demərəm, ey dost. 
Eşqinin şahidi əlindən əgər zəhər içsə, 
Sədaqətindən şəfa tapar, ey dost. 
Mühərrir, cans, məhəbbət üzündən bax gəldi 
Cani-dildən sənin ayağına, ey dost. 
 
Nəvvab Seyid Möhsün ağa naxoş olan vaxtda Mirzə  Əli 
mühərrir bu əybatı 1330 tarixində yazıb, cənabi-Nəvvaba göndərib, 
əhvalpürs olub. 
 
İstedadlı ədib, böyük Nəvvab
Əsil-nəcəbdə göylərdən də üstün. 
Fəzilət və kəramət bağının meyvəsi sənsən, 
Mələklər şahının oğlu sənsən. 
Allah Lütfünün dəryasının dürrü sənsən. 
Eşitdim ki, o əziz vücudun 
Abu həvadan xəstəlik tapıb. 
O qadir Allahdan istəyirəm ki, 
Sənin canının əziyyətini mənim gözümə versin, 
Sənin düşmənlərini zəlil etsin, 
Hər iki gözünə bəla oxu batsın. 
Sənin varlığın millətə lazımdır. 
Lakin bu xeyir-dua da vacibdir. 
Haqdan sənin görünüşünü arzulayıram. 
(haqq) xeyirli gözlərinə işıq vesin. 
Mühərrir ürəkdən xeyrini istər, 
Təkcə üzdə yox həm də arxada”.  
 
[Mir Möhsün Nəvvab, Təzkireyi-Nəvvab, Bakı, “Azərbay-
can”, 1998, səh. 539]. 
Mirzə Əli Mühərrir jurnalist kimi "İqbal" qəzetində fəaliyyət 
göstərmişdi. 


~ 104 ~
Həsən bəy Bağırbəyov
Həsən bəy Kərim bəy oğlu 9 fevral 1866-cı ildə Şuşa şəhərin-
də dünyaya gəlmişdi.  Şuşa real məktəbini bitirmişdi. Zaqafqaziya 
(Qori) Müəllimlər Seminariyasına daxil olmuşdu. 12 iyun 1885-ci 
ildə seminariyanı tamamlamışdı. 6 iyul 1885-ci ildə Yelizavetpol 
(Gəncə) qəzasının 2 sinifli Goran kənd məktəbinə müəllim təyin 
olunmuşdu. Məktəbin nəzarətçisi (direktor) vəzifəsində çalışmışdı. 
25 noyabr 1887-ci ildə İrəvan quberniyasının Uluxanlı normal mək-
təbinə müəllim kimi dəyişilmişdi. Uluxanlı  məktəbi həyata qədəm 
qoyduğu ilk ildə Allahverdi Hacı Hüseyn oğlunun evində yerləşmiş-
di. Məktəbin ilk müdiri o zaman tanınmış maarifçi Muxin olmuş-
dur. Xanlar bəy Həsənbəyov, Hacı  Məşədi Hüseyn məktəbin ilk 
müəllimləri olmuşlar. Sonralar bu işə  Məmməd bəy Qazıyev, 
Əbdüləli bəy Muxtarov, Hacı Molla Kərim də qoşulmuşlar. Ulu-
xanlı məktəbinin ən yaddaqalan tarixi günü isə 1887-ci ilin fevralın-
da Cəlil Məmmədquluzadənin bu məktəbə müəllim təyin edilməsi 
ilə bağlıdır. Həsən bəy Bağırbəyov Mirzə Cəlillə dostluq edirdi. 
Həsən bəy Bağırbəyov 18 dekabr 1887-ci ildə Cavanşir 
qəzasının Bərdə kənd məktəbinə dəyişildi. O, 7 avqust 1890-cı ildə 
Nuxa (Şəki) qəzasının Padar kənd məktəbinə müəllim göndərildi. 
Ordan isə 30 iyul 1893-cü ildə  Vəndam kənd məktəbinə  nəzarətçi 
(direktor) göndərildi. Bir müddət burda çalışdı. 11 avqust 1895-ci 
ildə Cavanşir qəzasının Alpout kənd məktəbinə dəyişildi. 
Həsən bəy Bağırbəyov 15 aprel 1896-cı ildən 28 avqust 1900-cü 
ilədək  Şuşa qəzasının Gülablı  kənd məktəbində övladlara dərs verdi. 
O, həm də milli teatrın, mətbuatın inkişafında fəaliyyət göstərmişdi. 
Həsən bəy Bağırbəyov 8 oktyabr 1902-ci ildə Yelizavetpol 
(Gəncə)  şəhərinin Bağmanlar qəsəbə  məktəbində  nəzarətçi (direk-
tor) vəzifəsində çalışmışdı. 4 may 1904-cü ildə  həmin qəsəbədəki 
rus-tatar məktəbinə nəzarətçi (direktor) vəzifəsinə dəyişilmişdi. 
Həsən bəy Bağırbəyov müəllimlik peşəsinə bəslədiyi vicdani 
münasibətə görə, 1 iyun 1908-ci ildə quberniya katibi mülki çini, 1 


~ 105 ~
yanvar 1909-cu ildə 3-cü dərəcəli “Müqəddəs Stanislav” ordeni, 
“Çalışqanlığa görə” yazılı gümüş medalla təltif olunmuşdu. 
Həsən bəy Bağırbəyov 1919-cu ildə, AXC dönəmində Gəncə 
sənət məktəbinin direktoru idi. 
 
Mir Haşım bəy Vəzirov
 
Mir Haşım bəy Mir İman ağa oğlu 1867-
ci ildə  Şuşa  şəhərində anadan olmuşdu. Öncə 
molla yanında, müdərrislərdən Molla Həmid və 
Molla Əlidən dərs almışdı. Sonra şəhər məktə-
bini bitirmişdi. Irəvan Müəllimlər Semina-riya-
sında oxumuşdu. Müəllimlər Seminariyasını ta-
mamladıqdan sonra Böyük Vedi kəndində 
müəllimliyə başlamışdı. Sonra dəyişilərək Ca-
vanşir qəzasının Alpout, Şəki qəzasının Kiçik 
Köynük, Cavanşir qəzasının Bərdə kəndlərində 
müəllimlik etmişdi. Bir müddət isə məktəb na-
ziri (müdiri) işləmişdi. Imperator Nikolay Aleksandroviçin tacgü-
zarlığı ilə bağlı  Şuşada «müsəlman-rusi» məktəbi yaradılır. Mir 
Haşım bəyi bu məktəbə nazir (direktor) vəzifəsinə  dəvət edirlər. 
Üzeyir Hacıbəyov ilk təhsilini  Şuşada, H.Vəzirovun müdir olduğu 
(1897-1899) ikiillik rus-tatar məktəbində almışdır. Sonra o, Şuşada-
kı mədrəsədə ərəb-fars dillərini öyrənmişdir. 1899-cu ildə isə o, rus-
tatar məktəbini əla qiymətlərlə bitirmiş və elə həmin ildə də təhsilini 
davam etdirmək üçün Zaqafqaziya (Qori) Müəllimlər Seminariyası-
nın aşağı hazırlıq sinfinə daxil olmuşdur. 
Mir Haşım bəy Vəzirov məktəbdə işləməklə bərabər Şəhər bə-
lədiyyə idarəsinə qlasnı seçilmişdi. Ictimai işlə qızğın məşğul olmuş-
du. Şuşa real məktəbin hazırlıq sinifində ana dilindən dərs demişdi. 
Mir Haşım bəy təəssübkeş bir millətçi idi. 1905-1906-cı illərdə 
erməni quldurlarına qarşı mübarizə etmişdi. 1906-cı ildə hökumət 
tərəfindən tutulub, sürgün edilməsinə qərar verilmişdi. Onun sürgün 
olunması barədə artıq hökm verilir. Lakin xəstə olduğundan Mir 


~ 106 ~
Haşım bəyin sürgünə göndərilməsi təxirə salınsa da, qubernatorun 
razılığı ilə sağalan kimi Şuşadan Stavropola sürülmüşdü. Onun sür-
gün həyatı uzun çəkmir, artıq 1906-cı ilin ortalarında sürgündən azad 
olunan Mir Haşım bəy Şuşaya, sonra Bakıya qayıdır və ömrünün axı-
rınadək Bakını özünə daimi məsgən edir. Bakıya qayıtdıqdan sonra 
Ə.Ağaoğlunun «İrşad» qəzetində  əməkdaşlıq edən Mir Haşım bəy 
sonra bir müddət qəzetin müvəqqəti redaktoru olmuşdu. «Irşad»ın on 
beş nömrəsi onun redaktorluğu ilə çıxmışdı. «Irşad»dakı fəaliyyəti ilə 
Mir Haşım bəyin professional jurnalistlik dövrü başlamışdı. 
Mir Haşım bəy Vəzirov 1916-cı ildə vəfat edib. 
Mir Haşım bəy Vəzirov jurnalist kimi. Seminariyada təhsil 
illərindən başlayaraq, Haşım bəy mətbuatla maraqlanıb, "Kəşkül” qə-
zeti üçün kiçik həcmli məqalələr yazıb. H.Vəzirov seminariyanı bitir-
dikdən sonra 19 il müəllimlik edib. İrəvan quberniyasının bir çox 
qəza və kəndlərində dərs deyib, məktəb direktoru kimi çalışıb. Peda-
qoji fəaliyyət Vəzirova doğma xalqının məişətinin daha dərindən öy-
rənilməsinə imkan yaradıb. Xalq həyatından, məişətdən öyrəndikləri 
onun bir yazıçı-jurnalist kimi fəaliyyətinə səmərəli təsir göstərib. 
İrəvan quberniyasından Qarabağa qayıdan Vəzirov  Şuşada 
açılan yeni tipli məktəbdə  fəaliyyət göstərib. Öz bilik və bacarığını 
maarifçiliyə yönəldib. Rus klassiklərinin  əsərindən tərcümələr edib, 
1904-cü ildə "Otello” faciəsini ilk dəfə olaraq Şuşada tamaşaya qo-
yub. Mətbuat tarixi üzrə araşdırmaçı, tarix elmləri üzrə fəlsəfə dokto-
ru, "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlının "Azərbaycan mət-
buat tarixi” (1875-1920-ci illər) adlı əsərində Haşım bəy Vəzirovun 
fəaliyyətinə və təsis etdiyi mətbu orqanlara geniş yer ayrılıb. Müəllif 
araşdırmasında qeyd edib ki, Şuşada ictimai işlə məşğul olan Haşım 
bəy Vəzirov  şəhər bələdiyyə idarəsinin apardığı milli ayrıseçkilik 
siyasətinə, məxsusi olaraq azərbaycanlılar yaşayan məhəllələrin ba-
xımsız qalmasına etiraz etdiyi üçün təqiblərlə üzləşib. 
A.Aşırlı kitabında vurğulayıb ki, H.Vəzirovu susdurmaq, 
zərərsizləşdirmək üçün ən böyük canfəşanlığı erməni millətçiləri 
edirdilər: "Bütün təqib və  təzyiqlərin sonunda Haşım bəy Vəzirov 
ölkədən sürgün edildi. Onun sürgün həyatı uzun sürmədi, 1906-cı 


Yüklə 3,01 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə