Microsoft Word Az?rbaycan Milli m?tbuat?



Yüklə 3,01 Mb.
Pdf görüntüsü
səhifə36/63
tarix01.08.2018
ölçüsü3,01 Mb.
#60396
1   ...   32   33   34   35   36   37   38   39   ...   63

~ 116 ~
lərinin dili sadə, rəvan, hamının yaxşı anladığı ifadələrdən yoğrul-
muşdur. Onun floklor süjetləri kiçik yaşlı oxucuların diqqətini daha 
çox cəlb edəndir: 
Xanım xalanın xalısı var, 
Xalının yaşılı, alısı var. 
Ə.Vəlibəyov şair idi, həmçinin jurnalistika ilə məşğul olurdu, 
ancaq Qarabağda onu şair kimi xatırlayırlar. 
Ə.Vəlibəyov ictimai xadim, jurnalist, pedaqoq və yaxşı insan 
kimi tarixə düşüb. Yüksək təhsilli, kübar, xalqın maariflənməsi, 
inkişafı üçün böyük işlərə imza atan Ə.Vəlibəyovun həyatı, fəaliy-
yəti hər zaman maraq doğurur. 
Məhəmməd ağa Müctəhidzadə
Mirzə  Məhəmməd ağa Mirzə  Sədray 
oğlu 1869-cu ildə Şuşa şəhəridə doğulmuş-
du. Ibtidai təhsilini atasından almışdı. Son-
ra mədrəsədə oxumuşdu. Tarix və  təzkirə 
ilə maraqlanırdı. “Riyazün-aşiqin” adlı əsər 
yazmışdı. Bu kitab 1910-cu ildə İstanbulda 
çap olunmuşdu.Bu təzkirə milli-məhəlli xa-
rakterdədir. Əsasən Qarabağ ədəbi mühitini 
əhatə edir. 
Məhəmməd ağa Müctəhidzadə 1958-
ci ildə vafat edib. 
Məhəmməd ağa Müctəhidzadə  şair idi. Müştəri təxəllüsü ilə 
klassik üslubda şeirlər yazırdı. Həsənəli xan Qaradağinin qudasıdır. 
Ləblərin tək gözəlim, gönçə-yi xəndan olmaz
Çöhrəy-i alına bənzər gülü reyhan olmaz. 


~ 117 ~
Rastlıda dedim: -Ey gül, sənə varmı həmta, 
Dedi: -Bağ içrə olar sərv, xuraman olmaz. 
 
Ey Məsiha-yi zəman, kim görə ecaz-i ləbin, 
Xızrvəş talib-i sərçəşmə-yi həyvan olmaz. 
 
Əşq bimanna aləmdə nə lazımdı təbib, 
Öylə bir dərdə düşən talib-i dərman olmaz. 
 
Kûy-i dildarə girən dəmdə rəqibə güldüm, 
Rövzə-yi Xüld-i bərin mənzili şeytan olmaz. 
 
Bu yanar qəlbin evin yarə dedim, məskən qıl, 
Söylədi: Əsl-i cinan daxili teyran olmaz. 
 
Yaxdı pərvanə özün atəşə, yaxdıqca dedi: 
Mərd məydan-i şücaətdə hərasan olmaz. 
 
Müştəri, hurivəşin görsə əğər zahid-i xüşk, 
Talib-i xüldü bərin hurivü qılman olmaz. 
 
 
İbrahim Tahir Musayev
 
İbrahim Tahir (İbrahim  Əbdül oğlu 
Musayevin  ədəbi təxəllüsü; 1869, Şuşa – 
1943, Bakı) – şair, jurnalist, tərcüməçi, 
müəllim. Tacir ailəsində anadan olmuşdur. 
İlk təhsilini  Şuşada “Kor xəlifə”nin (Molla 
Əli xəlifənin) dini xarakter daşıyan məktə-
bində almışdır. Burda ərəb və fars dillərini, 
Şərq şairlərinin və mütəfəkkirlərinin əsərlə-
rini, klassik muğamları,  Şərq musiqi nəzə-
riyyəsini mükəmməl öyrənmiş, onda ədə-
biyyata və poeziyaya böyük maraq yaran-
mışdı. O, tez-tez məktəbdə keçirilən şeir və muğam müsabiqələrin-


~ 118 ~
də, Qarabağın mədəni və ictimai həyatında mühüm hadisəyə çevri-
lən xalq və şəbeh tamaşalarında, dini mərasimlərdə iştirak etməklə 
dini və poetik təfəkkürünü inkişaf etdirirdi. 
İyirmi yaşından poeziya ilə  məşğul olmağa başlayan gənc 
İbrahim yaradıcılığının ilk illərində müxtəlif üslubda satirik şeir, qə-
zəl, həcv yazmışdır. Şeirlərində Füzulinin və Sabirin təsiri duyulur. 
O, “Molla Nəsrəddin”, “İrşad”, “Həqiqət”, “Füyuzat” kimi mətbuat 
orqanlarında müntəzəm çıxış etmiş, “Şərqi-rus” qəzetinin Qarabağ 
üzrə müxbiri olmuşdur. Cəlil Məmmədquluzadə ilə  həcvyanə söz-
ləşmələri var. Əsasən, “Qarabaği” imzası ilə yazırdı. Bəzən "Ağca-
qanad" imzasına da müraciət edirdi. (Ağcaqanad – Musayev İbra-
him Tahir. “Zənbur”, 1909.) 
İstedadlı  şair Firdovsidən, Xaqanidən, Nizamidən, Nəvaidən, 
Xəyyamdan və sair klassiklərdən tərcümələr etmişdir. Onun Ə. Firdov-
sinin “Şahnamə” əsərindən tərcümə etdiyi bir neçə dastan 1934-cü ildə 
Ruhulla Axundovun redaktorluğu ilə “Azərnəşr”də çap olunmuşdur. 
İbrahim Tahir pedaqoji işlə də məşğul olmuş, ötən əsrin iyir-
minci illərində Şuşada “Nərimaniyyə”, “Bünyadiyyə”, “Kəmaliyyə” 
məktəblərində dərs demişdir. 
Əbdürəhim bəy Haqverdiyev
Əbdürəhim bəy  Əsəd bəy oğlu 17 
may 1870-ci ildə  Şuşada bəy ailəsində 
anadan olub. 3 yaşı olanda atası Əsəd bəy 
vəfat edib. O, əvvəlcə əmisi Əbdülkərimin, 
sonra isə atalığı  Həsənəli bəy Sadıqbəyo-
vun himayəsi altında yaşayıb. Doğma sə-
hərində real məktəbin altinci sinifini biti-
rib. Orta təhsilini Tiflisdə tamamlayan 
gənc Əbdürrəhim bəy 1891-ci ildə ali təh-
sil almaq üçün Peterburqa gedib, Yol Mü-
həndisləri İnstitutuna qəbul edilib. O, eyni 
zamanda, azad dinləyici kimi Peterburq Universitetinin Sərq fakül-


~ 119 ~
təsində dil və  ədəbiyyata dair müzakirələrə qulaq asıb, müsəlman 
tarixi və mədəniyyəti ilə maraqlanıb. Əbdürəhim bəy Haqverdiyev 
ədəbi fəaliyyətə  Şuşa real məktəbində oxudugu zaman başlamış, 
M.F.Axundzadənin təsiri ilə “Haci Daşdəmir” adlı kiçik bir pyes 
yazmışdı. Peterburqda təhsil alarkən onun bədii yaradıcılığa meyl 
və  həvəsi daha da çoxalır. O, burada olarkən “Yeyərsən qaz ətini, 
görərsən ləzzətini” (1892) dramını və “dağılan tifaq” (1896) faciəsi-
ni yazıb. 1899-cu ildə Azərbaycana qayıdan Haqverdiyev bir müd-
dət Bakıda yaşayıb. O, bir tərəfdən müəllimliklə məşğul olub, digər 
tərəfdən teatrlarda verilən tamasalara rejissorluq edib. Eyni zaman-
da bədii yaradıcılığını da davam etdirib: “Bəxtsiz cavan” (1900) və 
“Pəri-cadu” (1901) faciələrini yazmaqla milli dramaturgiyanı ideya 
və poetik-sənətkarlıq baxımından daha da zənginləşdirib. 1906-cı 
ildə “Həyat” qəzetində hekayələr və Molla Nyüziləddin jurnalında 
gizli imzalarla felyetonlar, məzhəkələr çap etdirib. “Marallarım”, 
“Xortdanın cəhənnəm məktubları”, “Şeyx  Şaban”, “Xəyalət”, “Ac 
həriflər” və sair əsərlərin müəllifidir. 
Əbdürəhim bəy Haqverdiyev 1933-cü ildə Bakıda vəfat edib. 
 
 
Davud Ağamirzadə
 
Ağamirzadə Davud Əsgər oğlu (1870 Xankəndi – Bakı) –
Azərbaycan şairi. 1918-20 illər milli istiqlal poeziyasının nümayən-
dələrindən biri. Bu dövrdə "Azərbaycan" qəzeti öz ətrafında Cüm-
huriyyəti ruh yüksəkliyi, sevinclə qarşılayan görkəmli sənətkarlarla 
yanaşı, gənc ədəbi qüvvələri də birləşdirirdi. Davud da Azərbaycan 
Xalq Cümhuriyyəti dövrü ədəbi mühitində seçilən  şairlərdən idi. 
Yaradıcılığında  əsgər  şeirləri, azad vətəni, milli bayrağı  tərənnüm, 
xalqı birliyə çağırış ruhlu şeirlər mühüm yer rutur. Şair Azərbaycan 
bayrağını, onun üzərində parlayan ay-ulduzu belə vəsf edirdi: Üzə-
rində göründükcə ulduzun Şeir söylər sənə nazlı tiirk qızı Sən çır-
pındın, sən yüksəldin, göründün Və tanıtdın millətlərə sən bizi Da-
vudun əsgər şeirlərində ("Əsgər şərqisi", "Məqsədimiz", "Bir əsgə-


Yüklə 3,01 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə