Microsoft Word Az?rbaycan Milli m?tbuat?



Yüklə 3,01 Mb.
Pdf görüntüsü
səhifə44/63
tarix01.08.2018
ölçüsü3,01 Mb.
#60396
1   ...   40   41   42   43   44   45   46   47   ...   63

~ 144 ~
Üzeyir bəy Hacıbəyov
Üzeyir bəy Mirzə  Əbdülhüseyn bəy 
oğlu 18 sentyabr 1885-ci ildə  Şuşa  şəhərində 
anadan olmuşdu. Üzeyir bəy ilk təhsilini Şuşa-
da ikisinifli rus-türk məktəbində almışdır. Şu-
şanın zəngin musiqi-ifaçılıq ənənələri Hacıbə-
yovun musiqi tərbiyəsinə müstəsna təsir gös-
tərmişdir. Onun ilk müəllimi Azərbaycan mu-
siqisinin gözəl bilicisi, dayısı Ağalar bəy Əli-
verdibəyov olmuşdur. 
Ü.Hacıbəyov 1899-1904-cü illərdə 
Zaqafqaziya (Qori) Müəllimlər Seminariya-
sında təhsil almışdır. Onun dünyagörüşünün formalaşmasında semi-
nariya böyük rol oynamışdır. Hacıbəyov seminariya illərində qabaq-
cıl dünya mədəniyyəti ilə yaxından tanış olmuşdur. O, burada Avro-
pa musiqi klassiklərinin əsərlərini mənimsəmiş, skripka və bariton-
da çalmağı öyrənmiş, xalq mahnı nümunələrini nota köçürmüşdür. 
Seminariyanı bitirdikdən sonra Üzüyir bəy Hacıbəyov 1904-cü ildə 
Cəbrayıl qəzasının Hadrut kəndinə müəllim təyin edilmişdir. 
Ü.Hacıbəyov Rusiyada 1905-1907-ci illər inqilabı  ərəfəsində 
Bakıya gəlmiş, Bibiheybətdə, sonralar isə "Səadət" məktəbində rus 
dili, hesab və  təbiət fənlərindən dərs demiş, 1907-ci ildə Bakıda 
Azərbaycan türkcəsində "Hesab Məsələləri" və "Mətbuatda İstifadə 
olunan Siyasi, Hüquqi, İqtisadi və  Əsgəri Sözlərin Türki-Rusi və 
Rusi-Türki Lüğəti"ni nəşr etdirmişdir. 
Ü.Hacıbəyovun 1908-ci il yanvarın 12-də (yeni üsulla 25-də) 
Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında göstərilən "Leyli və 
Məcnun" operası ilə  təkcə Azərbaycanda deyil, bütün müsəlman 
Şərqində opera sənətinin  əsası qoyulmuşdur. Hacıbəyov operanın 
librettosunu Füzulinin eyni adlı poeması əsasında yazmışdır. 
Ü.Hacıbəyov 1909-1915-ci illərdə bir-birinin ardınca "Şeyx 
Sənan" (1909), "Rüstəm və Söhrab" (1910), "Şah Abbas və Xurşud-
banu" (1912), "Əsli və  Kərəm" (1912), "Harun və Leyla" (1915) 


~ 145 ~
muğam operaların librettosunu xalq dastanları və rəvayətlər, Firdov-
sinin "Şahnamə" əsərinin motivləri əsasında yazmışdır. O, "Leyli və 
Məcnun"dakı üslub xüsusiyyətlərini və estetik sənət prinsiplərini 
sonrakı operalarında da davam etdirmişdir. 
Xalq dastanı  əsasında bəstələdiyi "Əsli və  Kərəm" operasında 
Hacıbəyov muğamatla bərabər aşıq musiqisindən də istifadə etmişdir. 
O, Azərbaycanda musiqili komediya janrının yaradıcısıdır (ko-
mediyalarının mətnini də özü yazmışdır). Onun "Ər və Arvad" (1909, 
ilk tamaşası: 1910), "O olmasın, bu olsun" (1910, ilk tamaşası: 1911), 
"Arşın mal alan" (1913) musiqili komediyalarında inqilabdan əvvəlki 
Azərbaycan məişəti, xalq adət və ənənələri əksini tapmışdır. Ü.Hacı-
bəyov 1911-ci ildə musiqi təhsilini artırmaq üçün Moskvaya getmiş, 
həmin il burada filarmonik cəmiyyətin musiqi kurslarında, 1913-cü 
ildə isə Sankt-Peterburq konservatoriyasında oxumuşdur. Sankt-
Peterburq dövrü Hacıbəyovun yaradıcılığında mühüm rol oynamış, o, 
"Arşın mal alan" musiqili komediyasını məhz burada yaratmışdır. 
Ü.Hacıbəyov 1921-ci ildə Bakıda Azərbaycanlı tələbələr üçün 
ilk musiqi məktəbini - Azərbaycan Dövlət Türk Musiqi Məktəbini 
(sonralar texnikum) təşkil etmişdir. 
1926-cı ildən Azərbaycan Milli Konservatorisında fəaliyyət 
göstərən Hacıbəyov burada nəzəriyyə, harmoniya, Azərbaycan mu-
siqisinin əsasları fənlərindən dərs demiş, konservatoriya yanında ilk 
çoxsəsli Azərbaycan xor kollektivi yaratmışdır. 
O, 1927-ci ildə Müslüm Maqomayevlə birgə ilk "Azərbaycan 
Türk El Nəğmələri" məcmuəsini nəşr etdirmişdir. Hacıbəyov 1931-
ci ildə Azərbaycan Radio Komitəsi yanında ilk notlu xalq çalğı 
alətləri orkestri təşkil etmişdir. 
1937-ci il aprelin 30-da Azərbaycan Opera və Balet Teatrında 
ilk dəfə tamaşaya qoyulan "Koroğlu" operası (librettosu H.İsmayı-
lov və M.S.Ordubadinindir) Hacıbəyov yaradıcılığının zirvəsini təş-
kil edir. Azərbacan opera sənətinin incilərindən sayılan bu operada 
Üzeyir bəy ilk dəfə olaraq klassik opera formasına riayət edərək bit-
kin ariyalar, kütləvi xor səhnələri, müxtəlif ansambllar, balet nömrə-
ləri, reçitativlər yaratmışdır. 


~ 146 ~
O, "Koroğlu" operasında simfonik orkestrin tərkibinə Azər-
baycan xalq musiqi alətlərini daxil edərək orkestrin rəngarəng səs-
lənməsinə nail olmuşdur. 
Üzeyir bəy Azərbaycan musiqisində köklü dönüş yaratmış dahi 
bəstəkardır. O, XIX yüzilin əvvəllərinədək şifahi xalq musiqi sənəti 
şəklində mövcud olan Azərbaycan milli musiqisini Qərbi Avropa 
bəstəkarlıq məktəblərinin nailiyyətləri, forma və janrları ilə  zəngin-
ləşdirmiş, Azərbaycan və ümumiyyətlə  Şərq musiqisinin gələcək 
inkişaf perspektivlərini, estetik prinsiplərini müəyyənləşdirmişdir. 
Ü.Hacıbəyov həm də böyük musiqişunas alim idi. O, müasir 
Azərbaycan elmi musiqişunaslığının əsasını qoymuş, musiqiyə dair 
çoxlu məqalələr yazmış, tədqiqatlar aparmışdır. 
Ü.Hacıbəyovun "Arşın mal alan" musiqili komediyası ingilis, 
alman, çin, ərəb, fars, polyak, ukrayna, belorus, gürcü və s. dillərə 
tərcümə edilmişdir. 
Üzeyir bəy Hacıbəyovun anadan olmasının 100 illik yubileyi 
böyük təntənə ilə keçirilmişdir. 
YUNESKO-nun görkəmli şəxsiyyətlərin ildönümü və 1985-ci 
ilin mühüm hadisələri təqviminə  əsasən Hacıbəyovun yubileyi 
beynəlxalq miqyasda da qeyd edilmişdir. 
Ü.Hacıbəyov jurnalist kimi. Ü.Hacıbəyov bədii yaradıcılığa 
publisistika ilə başlamışdır. O, "Kaspi", "Həyat", "İrşad", "Tərəqqi", 
"Həqiqət", "İqbal", "Yeni İqbal" qəzetlərində və "Molla Nyüziləddin" 
jurnalında "Ordan-burdan", "O yan-bu yan" və s. başlıqlar altında 
"Ü", "Filankəs", "Behmankəs" və s. gizli imzalarla dövrün mühüm 
ictimai-siyasi, maarifçilik məsələlərinə dair çoxlu məqalə, felyeton və 
satirik miniatürlər dərc etdirmişdir. 
Milli mətbuatımızın təşəkkül tapmasında, inkişafında xüsusi 
xidmətləri olan böyük şəxsiyyətlərdən biri də dünya şöhrətli dahi 
sənətkar Üzeyir bəy Hacıbəylidir. Üzeyir bəy Azərbaycan profes-
sional musiqisinin banisi kimi cahanşümul şöhrət qazansa da, onun 
publisist, dramaturq, pedaqoq, tərcüməçi, mütəfəkkir, alim, ictimai 
xadim olaraq xidmətləri çox dəyərli və əvəzsizdir. 


Yüklə 3,01 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə