Microsoft Word Az?rbaycan Milli m?tbuat?



Yüklə 3,01 Mb.
Pdf görüntüsü
səhifə42/63
tarix01.08.2018
ölçüsü3,01 Mb.
#60396
1   ...   38   39   40   41   42   43   44   45   ...   63

~ 137 ~
duğunu yazır: "...Ana dili ilə yox, əcnəbi və biganə bir dildə yazılmış 
bu ərəb duaları heç bilmirsiniz məsum balaların yenicə nəşvü-nüma 
edən zehnlərini nə  dərəcədə korşaldır..." (24 kanuni-əvvəl (yanvar) 
1918-ci il № 72). 
Fərhad Ağazadə  cəmiyyətdə baş verən bütün hadisələrə  məqa-
lələrində yer verir. "Hər işə çarə vardır" adlı məqaləsi "Azərbaycan"ın 
1 kanuni-sani (yanvar) 1919-cu il 76-cı nömrəsində yer alır: "Yollarda 
özümüzdən qulluqçumuz olmadığından xaricilər dəxi bilmirlər ki, on-
lar getsələr, yol fəna olacaqdır. Ona görə də bildiklərini itirirlər". 
"Maarif müfəttişlərinin yığıncağına dair" adlı məqalə qəzetin 
5 kanuni-sani (yanvar) 1919-cu il 79-cu nömrəsində yer alır: "İşbu 
yığıncağın 8-ci iclasında dərs kitablarının intixabı məhəlli müzaki-
rələr qoyulacaq. Vəqtin qeyri-müsaid olduğu cəhətilə hələlik hazır-
da bulunan kitablara qənaət edilir".  
9 kanuni-sani (yanvar) 1919-cu il 83-cü sayında yazır: "...Yüz 
ildən çoxdur ki, rus əsagiri Qafqaz qitəsini işğal etmişdir. Sair qaf-
qazlılar ilə bahəm azərbaycanlılar da rus mətnətini qəbul edərək kə-
mali-sidq və ixlasi-qəlblə davranıb, yeri düşdükcə özünün hamıdan 
doğru və sadiq bir təbəə olmasını qalən və felən qəvi dəlillər ilə sü-
but etmişdir". 
Millətinin müstəqilliyinin istilaçılar tərəfindən məhv edilməsi-
nə və üçrəngli bayrağın enməsinə dözməyən fədakar ziyalı Fərhad 
Ağazadə ömrünün erkən çağında, 1931-ci ildə dünyasını dəyişir. 
 
Zülfüqar bəy Hacıbəyov
 
Zülfüqar bəy Məmməd bəy oğlu 1881-ci ildə  Şuşa  şəhərində 
anadan olmuşdu. Zaqafqaziya Müəllimlər Seminariyasına 1899-cu 
ildə  qəbul olunmuş, 1904-cü ildə oranı  əla qiymətlərlə bitirmişdir. 
Həmin il seminariyanı 17 nəfər azərbaycanlı gənc bitirmişdi. Həsən 
bəy Sultanov – Zəngəzur qəzasından, Möhsün Cabbarxanov – İrə-
vandan, Əli Terequlov – (Tiflisdən), Əbdülqədir Əlqədari –Dağısta-
nın Kürə nahiyəsindən (məşhur tarixçi alim Həsən  Əlqədarinin 
(1835-1910) oğlu idi), Müslüm Maqomayev – Çeçenistandan, Osman 


~ 138 ~
Əfəndiyev – Qazax qəzasının  Şıxlı  kəndindən, Üzeyir bəy Ha-
cıbəyov, Azad Əmirov, Zülfüqar bəy Hacıbəyov, Abbas bəy  İsma-
yılbəyov – dördü də Qarabağın  Şuşa  şəhərindən idi. Onlar semi-
nariyanı müvəffəqiyyətlə bitirib müəllimlik şəhadətnaməsi aldılar. 
Tələbələrinin müvəffəqiyyətlərindən sevinən Firidun bəy Kö-
çərli "Şərqi-Rus" qəzetində yazırdı: "Əziz və mehriban balalarım, 
seminariyada aldığınız bilik və mərifəti cəhalət və nadanlıqda qalan 
qardaşlarınıza sərf edin. Cəhd edin ki, sizi sevsinlər, sizə etibarları 
olsun. Burdan apardığınız elm və  tərbiyəni elə yüksək və hündür 
məqamda saxlayın ki, nuru ətrafı da işıqlandıra bilsin. 
Müəllimlik ağırdır, ancaq pak və müqəddəs xidmətdir. Zəh-
mət çəkin, səy edin ki, vəzifənizi kamalınca, layiqincə yerinə yetirə-
siniz. Sizin tərifiniz bizi xoşhal və başı uca edəcəkdir, eybiniz isə 
məyus və  məlul qılacaq.  Əlbəttə, bizi məyus etməyi özünüzə  rəva 
görməzsiniz... Əziz balalar, inanıram ki, siz xalqa sidqi-dil ilə qul-
luq edəcəksiniz". 
Yuxarıda adları çəkilən seminaristlərin hamısı ömürlərinin so-
nuna kimi əziz müəllimləri Firidun bəy Köçərlinin xatirəsini həmişə 
dərin ehtiramla yad etmişlər. Hələ 1909-cu il avqustan 20-də “Tə-
rəqqi” qəzetində çıxış edən Üzeyir bəy Hacıbəyov sevimli müəllimi 
Firidun bəyin yad bir şəhərdə onlara doğma ata qayğısı göstərdiyini, 
şirindilli məqalələri ilə tərbiyə və təlimin lüzumu və vacibliyi haq-
qında vazeh bəyanlar buyurduğunu iftixarla yazmışdır. 1910-cu ildə 
Firidun bəy seminariyanın keçmiş müfəttişi Aleksey Çernyayev-
skinin (1840-1894) ibtidai məktəb  şagirdləri üçün yazdığı “Vətən 
dili” dərsliyinin yeddinci nəşrini hazırladı. Bu uğura sevinən Üzeyir 
bəy bu hadisə münasibətilə yazırdı: “Vətən dili” üsuli-sövti üzrə tər-
tib olunmuş təlim kitablarının anası mənziləsindədir. Seminariyanın 
elmi-ilahi müəllimi olan məşhur pedaqoq və yazıçılarımızdan möh-
tərəm Firidun bəy Köçərli cənabları  tərəfindən islah edilib, gözəl 
surətə salınıbdır. 
Firidun bəy cənabları kimi üsuli-tədrisə və ədəbiyyata mükəm-
məl surətdə  aşina olan bir zatın iştirakı “Vətən dili”nin faydalı  və 
lüzumlu bir kitab olduğunu təmin edir”. Möhtərəm oxuculara yaxşı 


~ 139 ~
məlumdur ki, 1904-cü ildə Seminariyanı müvəffəqiyyətlə bitirən bu 
gənclərin hər biri Azərbaycan  ədəbiyyatında, maarifində  və musiqi 
aləmində əvəzsiz mütəxəssislər oldular. Sevimli müəllimləri Firidun 
bəy Köçərlinin inamını doğrultdular. Yalnız bir nəfərin ömrü və 
pedaqoji fəaliyyəti çox qısa oldu – Zülfüqar bəy Məmmədəli bəy 
oğlu Hacıbəyovun. Yeri gəlmişkən onu da qeyd etmək lazımdır ki, 
bəzi tədqiqatçılar soyadına görə səhvən onun Üzeyir bəy Hacıbəyo-
vun böyük qardaşı olduğunu yazıblar. Yalnız mərhum tədqiqatçı-alim 
Mirabbas Aslanov arxiv sənədlərinə əsaslanaraq Zülfüqar bəyin Üze-
yir bəy Hacıbəyovun qardaşı yox, əminəvəsi olduğunu,  Şuşada rus-
tatar məktəbində və Qori Seminariyasında kurs yoldaşı olduğunu üzə 
çıxarmışdır (Bax: “Üzeyir bəy Hacıbəyov gündəlik yazmış olsaydı” 
kitabçası, Bakı, 1994-cü il, səh.16-da). Əslində Zülfüqar bəylə Üzeyir 
bəyin nə sümük, nə də süd qohumluğu yoxdur. 
Seminariyanı əla qiymətlərlə bitirən Zülfüqar bəyə bir il on ay 
Gəncədəki sənət məktəbində müəllimlik etmək qismət oldu. 
O, müəllimlik etməklə yanaşı, dayısı Firidun bəy Köçərli kimi 
kəndbəkənd düşərək Azərbaycan ədəbiyyatı haqqında itib-batmaqda 
olan məlumatları toplamaqla məşğul idi. Zülfüqar bəy istirahət 
bilmədən uzaq dağ  kəndlərindən sorağını aldığı  aşıq  şeirini, divan 
və cüngləri əldə etməyə payi-piyada yollanırdı. Onun M.Füzuli adı-
na Respublika Əlyazmaları İnstitutunun elmi arxivində sevimli da-
yısı Firidun bəyə yazdığı cəmi üç məktubu saxlanır. Məktubun iki-
sində o, dayısına “Qibləgahım”, birində isə “əziz dayım” deyə mü-
raciət edir. Və “Zülfüqar Şamani” təxəllüsü ilə imzalayıb. 
Birinci məktub 
“Əziz dayı! Mənim təyinatımı Yelizavetpola (Gəncə) verdilər. 
Sabah ora yola düşürəm. Sizə salam göndərirəm. Təyinatıma kömək 
etdiyiniz üçün minnətdarlığımı bildirirəm. Hamıya salamım var. 
Sizin Zülfüqar. 5 sentyabr 1904-cü il”. Zülfüqar bəydən yadigar qa-
lan ikinci məktub 1904-cü il dekabrın 14-də yazılıb: “Qibləgaha! 
Ərzi-salamımı hüzurunuza yetirəndən sonra məlum edirəm ki, biz 
Əyricəyə  (Əyricə - Bərdə rayonunda kənd. Firidun bəyin atası 
Əhməd bəyin bu kənddə tut bağı  və  əkin sahəsi vardı. Ailəsi qış 


Yüklə 3,01 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə