Microsoft Word Az?rbaycan Milli m?tbuat?



Yüklə 3,01 Mb.
Pdf görüntüsü
səhifə52/63
tarix01.08.2018
ölçüsü3,01 Mb.
#60396
1   ...   48   49   50   51   52   53   54   55   ...   63

~ 169 ~
nəşriyyatı  tərəfindən çap olunmuşdur.  Əsər gənc müəllimlər üçün 
əhəmiyyətli bir metodik vəsaitdir. 
Xosrov Axundzadənin yaradıcılıq fəaliyyətinin bir sahəsi də 
ədəbi irsimizlə  əlaqədardır. O, 54 il ədəbi yaradıcılıqla məşğul 
olaraq, ədəbiyyat aləmində "Şaiq" təxəllüsü ilə tanınmışdır. Xosrov 
Şaiq ilk şeir təlimini atası Mirzə Əli Aşiqdən almışdır. 
XIX yüzilin qabaqcıl şair və yazıçılarından olan Xurşud Banu 
Natəvan, Mir Möhsün Nəvvab, Süleyman Sani Axundov, Əbdürrə-
him bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, Firudin bəy Köçərli, 
Cəlil Məmmədquluzadə və Üzeyir bəy Hacıbəyovun gənc Xosrova 
böyük təsiri olmuşdur. 
Xosrov müəllim 1919-cu ilin fevral ayında Həmidə xanımın 
xahişi ilə Mirzə Cəlilin "Ölülər" və "Anamın kitabı" əsərinin üzünü 
köçürüb, Həmidə xanıma təqdim etmişdir. Bu barədə "Revolyutsiya 
i kultura" jurnalının 1-ci nömrəsində Həmidə Məmmədquluzadənin 
"Mirzə Cəlil haqqında xatirələrim"də və filologiya elmləri doktoru 
Abbas Zamanovun redaktorluğu ilə hazırlanan "Cəlil Məmməd-
quluzadə" (məqalələr və xatirələr) əsərində qeyd olunmuşdur. 
Xosrov Şaiqin Şuşada XIX yüzil Azərbaycan yazıçı və şairlərilə 
əlaqədar olan tarixi yerlər barədə "Xatirələri" bir çox cəhətdən təqdirə-
layiqdir. Bu əsərlərdə Azərbaycan maarif və mədəniyyətinin inkişafın-
da böyük rol oynayan ziyalıların fəaliyyəti şirin bir dillə təsvir edilir. 
Xosrov Axundzadə, eyni zamanda "Qarabağın tarixçisi" kimi 
də  məşhurdur. Mərhum professor Əliyar Qarabağlı "Xosrov Axun-
dov-Şaiq haqqında" xatirəsində yazırdı: - "C.Məmmədquluzadə  və 
Həmidə xanımla, Üzeyir bəylə və S.S.Axundovla şəxsən dost və tanış 
olan Xosrov müəllim ümumiyyətlə Qarabağ, xüsusən Şuşa haqqında 
ən dərin məlumata sahib idi. Buna görə  də  Şuşanın tarixi ilə 
maraqlananlar həmişə ona müraciət edər və aydın cavab alardılar". 
Mirzə Xosrov Şaiq ömrünün son günlərində böyük diqqət və 
həvəslə qəzəllərini və şeirlərini bir yerə toplayıb "Məcmueyi-əşarı" 
əsərinin (şeirlər məcmuəsinin) əl yazmasını xalqımıza nümunə qo-
yub. Şübhə yoxdur ki, Xosrov Axundzadənin pedaqoji və ədəbi irsi 
gənc və gələcək nəsillər üçün dəyərli mənbədir. 
 


~ 170 ~
Mir Həsən bəy Vəzirov
Mir Həsən bəy Seyid Kazım bəy 
oğlu 1889-cu ildə Şuşa şəhərində dünyaya 
pənah gətirmişdi. İbtidai təhsilini atasından 
almışdı. Sonra Şuşa Real məktəbdə oxu-
muşdu. 1907-ci ildə Bakı Real məktəbinə 
dəyişilmişdi. Bir müddət burda oxuduqdan 
sonra Novaçerkassk Politexnik İnstitutu-
nun kimya fakültəsinə daxil olmuşdu. 
Maddi cəhət və  xəstəliyi üzündən politex-
nik institutunu bitirə bilmədiyindən 1915-
ci ildə Kiyev Ticarət  İnstitutuna qəbul 
oldu. Bir neçə ay burda oxuyandan sonra Bakıya qayıtdı. Bakıda 
müəllimliklə məşğul olmağa başladı. 1917-ci ilin önlərində inqilabi 
tapşırıqla  Şuşaya döndü. Bir neçə ay Şuşada inqilabi işlə  məşğul 
olub, Bakıya qayıtdı. 
1917-ci ildə yaranan Bakı kommunasında Azərbaycan Xalq 
torpaq komissarı olmuşdu. 
Mir Həsən bəy 1918-ci ildə ingilislər tərəfindən güllələndi. 
Ceyhun bəy Hacıbəyli
Ceyhun bəy  Əbdülhüseyn oğlu Hacı-
bəyli (2.2.1891, Şuşa – 22.10.1962, Paris) – 
ictimai xadim, pedaqoq, dilçi, tarixçi, jurna-
list, tərcüməçi.  İctimai xadim, dilçi, tarixçi, 
jurnalist, tərcüməçi. Üzeyir Hacıbəylinin ki-
çik qardaşıdır. 
Ceyhun bəy ibtidai təhsilini  Şuşada 
rus-tatar məktəbində almış, orta təhsilini Ba-
kıda tamamlamışdır. “Leyli və  Məcnun” 
operasının yaradılmasında yaxından iştirak 


~ 171 ~
etmiş, ilk tamaşada (1908) iki rolda – İbn Salam və Nofəl rollarında 
çıxış etmişdir. Müasirlərinin rəyinə görə, o, "...İbn Səlamlıqda öz 
rolunu nə qədər gözəl və mahir ifa etsə də... Nofəl rolunda, demək 
olar ki, layiqincə oynayıb, layiqincə oxuyurdu" ("Tazə  həyat", 14 
yanvar 1908, № 11). 
1908-ci ildə Üzeyir bəylə birlikdə  Əli bəy Hüseynzadənin 
müdir olduğu “Səadət” məktəbində müəllim işləmişdir. 
C.Hacıbəyli milyonçu – xeyriyyəçi Murtuza Muxtarovun və-
saiti ilə Peterburqda hüquq fakultəsinə daxil olmuş (1910), oradan 
Parisə gedərək, Sorbonna Universitetində oxumuşdur. 
1916-cı ildə ali təhsilini başa vurub Bakıya qayıdan Ceyhun 
bəy əsasən, mühərrirliklə məşğul olmuşdur. ADR (1918-1920) hö-
kuməti tərəfindən Paris sülh konfransına göndərilən nümayəndə 
heyətinin tərkibində xaricə yola duşənədək "Azərbaycan" qəzetinin 
redaktoru olmuşdur. 
Ceyhun bəy gənclik çağlarından Bakıda başladığı jurnalistlik 
fəaliyyətini "Proqress" (rusca), "İrşad", "Tərəqqi" və s. qəzetlər son-
ralar da davam etdirmişdir. Paris, London və Münxendə fransızca 
və b. dillərdə yazdığı, həm də 1910-1915 illərdə "Kaspi", "Baku" 
qəzetlərində dərc olunmaq üçün Bakıya göndərdiyi məqalələrində o, 
milli mədəniyyətin qızğın təbliğatçısı kimi Avropa xalqlarını və rus-
dilli oxucuları Azərb. ədəbiyyatı, dili, teatr və incəsənəti məs, Hacı-
bəyov qardaşlarının operaları ilə tanış edirdi. Parisdə çıxan "Jurnal 
Aziatik" jurnalında dərc olunmuş "XIX əsrin əvvəlləri Azərbaycan 
tarixçisi Abbasqulu ağa Bakıxanov", "Qarabağ (Qafqaz Albaniyası) 
dialekti və folkloru" əsərlərinin müəllifidir. 
C.Hacıbəyli “Leyli və  Məcnun” operasının yaranması  və ilk 
tamaşası haqqında Fransa mətbuatında çıxış etmiş və opera barədə 
Qərbi Avropa xalqlarına geniş  məlumat vermişdir (“Revyü de 
Monde Müzülman” jurnalı, aprel, 1910). 
Parisdə C.Hacıbəylinin “İlk müsəlman dövləti Azərbaycan” 
adlı kitabı çapdan çıxmışdır (1919). Həmin ildə C.Hacıbəyli Parisdə 
“Revyü de Monde Müzülman” jurnalında 1918 ildə Bakıda, Şama-
xıda, Kürdəmirdə və Xaçmazda erməni – daşnak quldurlarının azər-


Yüklə 3,01 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə