Microsoft Word Az?rbaycan Milli m?tbuat?



Yüklə 3,01 Mb.
Pdf görüntüsü
səhifə51/63
tarix01.08.2018
ölçüsü3,01 Mb.
#60396
1   ...   47   48   49   50   51   52   53   54   ...   63

~ 165 ~
lan rəvayətlərin mahiyyətini açaraq bir sıra tarixi faktların, gerçəkli-
yin nağıl və dastan libasına bürünməsinin səbəbini şərh edib. 
Cəlil bəy Bağdadbəyov 21 aprel 1951-ci ildə Bakı şəhərində 
vəfat edib. 64 yaşında dünyasını dəyişmiş bu şəxsiyyətin qəfil ölü-
mü ilə bağlı xalq yazıçısı Elçin yazıb: “Düzdür, Cəlil bəy Bağdad-
bəyovu güllələmədilər, amma o da yüzlərlə  həmin parlaq təhsilli, 
istedadlı, yazmaq, yaratmaq eşqi və qabiliyyəti ilə yaşayan ziyalılar-
dan biri idi ki, bütün ömrü bqyu təqiblərə, sürgünlərə məruz qaldı. 
Uzun illər boyu hər gününü güllələnmək qorxusu ilə yola saldı  və 
sonunda da onu əcəl aparmadı, onu cəllad da güllələmədi, onu – 
Sistem öldürdü. Burası da çox ağrılı-acılıdır ki. Sistem onu yalnız 
öldürməklə, məhv etməklə kifayətlənmədi, onun irsini də itə-bata 
saldı və yazdıqlarından çox az miras qorunub qaldı”. Belə bəili olur 
ki. Cəlil bəy Bağdadbəyovun qələm məhsulları sonradan kimlərsə 
tərəfindən oğurlanıb. Hətta onun tədqiqatlarından istifadə edənlər 
bir yerdə də bu. böyük şəxsiyyətin adını çəkməyiblər. Ədəbi mira-
sından geninə-boluna bəhrələnənlər unudublar ki, həqiqət min arşın 
quyunun dibinə salınsa belə əvvəl-axır üzə çıxacaq. 
 
Salman bəy Tahirov
 
Salman bəy Kərbəlayı  Qəhrəman bəy oğlu 1888-ci ildə Ca-
vanşir qəzasının Qapanlı kəndində dünyaya boy göstərmişdi. Əslən 
Şuşalıdır. İbtidai təhsilini əmisindən almışdı. Sonra Şuşa rеal mək-
təbini bitirmişdi. Bakıda müəllim kimi çalışmışdı. «Sədayi-haqq» 
qəzеtinin naşiri və  rеdaktoru olmuşdu. O, Bakıda çıxan "İrşad", 
"Səda", "Tərəqqi", "Tazəhəyat" və s. qəzetlərdə, "Tuti", "Babayi-
Əmir" jurnallarında da yaxından iştirak etmişdi. 
S.Tahirovun  ən məhsuldar çağı 1915-1920-ci illərdir. O, hə-
min illərdə "Molla Nəsrəddin" jurnalında, Bakıda nəşr olunan qəzet-
lərdə Qarabağ  həyatına dair çoxlu felyeton, şeir və digər yazılarla 
çıxış etmişdir. 
S.Tahirov fəal ictimai mövqeyi, elmi-nəzəri düşüncələri, mü-
barizə  əzmi ilə istiqlal mücadiləsinin ön sıralarında dayanırdı  və 


~ 166 ~
yazılarını Azərbaycanın azadlığına həsr edirdi. Ruhən, qəlbən milli 
dövlətçilik hissi ilə sıx bağlı olan S.Tahirov Cümhuriyyət qurucula-
rı, istiqlal fədailəri haqqında da davamlı araşdırmalar aparır, yeni-
yeni əsərlər yazaraq nəşr etdirirdi. O, yazırdı: " Azərbaycan bu gün 
tarixinin çətin, mürəkkəb, keşməkeşli, fəqət şərəfli bir dövrünü ya-
şayır. Bu, diktaturadan cümhuriyyətə keçid dövrüdür". 
S.Tahirovun məqalələrini oxuyarkən bu qənaətə  gəlirik ki, 
XIX əsrin son çərəyində və XX əsrin önlərində Azərbaycan mütə-
fəkkirlərini düşündürən başlıca problem türkçülük, islamçılıq və 
Azərbaycançılıq arasındakı münasibət olub. 
S.Tahirovun irsində azərbaycançılıq ideyası millətçilik anlamı 
ilə eyni kontekstdə daha aydın görünür. Ona görə millətçiliyin əsa-
sında milli birlik, milli istiqlalçılıq dayanır. 
S.Tahirov ömrünün bütün mərhələlərində azərbaycançılıq ide-
yasına sadiq qalmış,  əsərlərində dönə-dönə bu ideyanın  əsası kimi 
milli birlik və istiqlalçılığı izah etmişdir. 
XX əsrin ilk iki onilliyində milli ideologiyanın formalaşması 
imperiyaçılığa qarşı müqavimət  şəraitində baş vermişdir. Çar mə-
murları S.Tahirovun qohumu Həşim bəy Vəzirovu həbs edirlər. 
«Sədayi-haqq» qəzеtini bağlamaq istəyirlər. O, çalışıb-çabalayıb, 
jurnalistliyini davam etdirmişdi. Sıxıntılar barədəki qənaəti daha da 
konkretləşdirmişdir: "Bizi nə qədər sıxsalar da əzilmədik!" 
Yeri gəlmişkən bu qənaəti tamamlayan bir faktı da xatırlat-
maq istəyirik. Salman bəy Tahirov mətanətli jurnalist kimi tarixdə 
qalmalıdır. 


~ 167 ~
Mirzə Xosrov Axundov
 
Mirzə Xosrov Mirzə  Əli oğlu 1889-cu 
ildə  Şuşa  şəhərində anadan olmuşdu.  İbtidai 
təhsilini atasından almışdı. Sonra rus-tatar 
məktəbində oxumuşdu. 1905-ci ildə bu məkt-
əbi bitirmişdi. 1906-cı ildən ömrünün sonuna-
dək müəllimlik etmişdi. 
Mirzə Xosrov qələmini tarixi səpkidə də 
sınamışdır. "Ömürdən səhifələr" adlı əsərində 
Qarabağ tarixinin bir çox məqamlarını aydın-
latmışdır. 
Mirzə Xosrov həm də gözəl  şair idi. 
Şaiq təxəllüsü ilə yeni üslubda şeirlər yazırdı. 
Mirzə Xosrov 1960-cı ildə vəfat edib. 
Azərbaycan Dövlət  İqtisad Universiteti Tarix muzeyinin 
direktoru, dosent Pərviz Axundbəyli atası haqqında oçerk hazırla-
yıb. Onun yazısından: “Mənalı həyatını Azərbaycanın ictimai, mə-
dəni və maarif işlərinə  sərf etmiş  şəxsiyyətlərdən biri də görkəmli 
pedaqoq və şair Mirzə Xosrov Axundzadədir. Xosrov Mirzəli oğlu 
Axundzadə 1889-cu il iyun ayının 13-də Şuşa şəhərində ziyalı ailə-
sində anadan olmuşdur. Onun atası Mirzəli Aşiq Zeynalabdın oğlu 
müəllim olmaqla bərabər, şair və gözəl səsə malik məşhur musiqi-
şünas olub, xalqımızın sevimli müğənnisi Cabbar Qaryağdı oğlunun 
və onun həmkarlarının müəllimi olmuşdur. 
Xosrov Axundzadə Şuşada qorodskoy (şəhər (keçmiş "Niko-
layski") məktəbində təhsil almışdır. O, bu məktəbdə Üzeyir və Zül-
füqar Hacıbəyov qardaşları ilə birlikdə oxumuşdur. 
Xosrov Axundzadə  şəhər məktəbində oxuyarkən atası Mirzə 
Əli Aşiq vaxtsız vəfat edir. Atasının vəfatından sonra altı nəfər ailə 
üzvünün ağırlığı onun üzərinə düşür. Gənc Xosrov 1905-ci ildə 
məktəbi bitirib, 1906-cı ildən dərs deməyə başlayır. 
Xosrov Axundzadə 1906-cı ildən 1913-cü ilə kimi Şuşa "Nə-
rimaniyyə", "Nəşri-maarif" və s. məktəblərdə müəllim olmuş, 1913-


~ 168 ~
1917-ci illərdə  Şuşada 5 nömrəli məktəbdə müəllimlik etmişdir. 
1920-ci ildə  Şuşada "Nərimaniyyə" və "Haşimiyyə" məktəblərinin 
təşkilində Hüseyn Qayıbov, Zülfüqar Abdullayev, Mir Cabbar 
Vəzirov, Hacı Zalov və başqaları ilə bərabər Xosrov Axundzadənin 
də xidməti olmuşdur. 
Azərbaycanda Sovet hakimiyyəti qurulan gündən Xosrov 
Axundzadə də başqa müəllimlər kimi, bütün varlığı ilə işə girişmiş 
və qarşıda duran yeni vəzifələrin həllində yaxından iştirak etmişdir. 
Xosrov müəllim  Şuşada savadsızlığın aradan qaldırılmasında 
mühüm işlər görmüşdür. O, 1936-1938-ci illərdə Şuşa rayonu üzrə 
FKK sıralarına hazırlıqlı getmək üçün 6 nəfər savadsız çağırışçını 
bir ay müddətində savadlandırmışdır. O, həmin müddətdə "çağırış-
çılar məntəqəsi"ndə müdir vəzifəsində işləmişdir. 
Xosrov Axundzadə 1935-ci ildə Şuşa şəhər kütləvi kitabxana-
sına müdir təyin olunmuşdur. 1956-cı ilə kimi Şuşada 7-illik və orta 
məktəblərinin ibtidai siniflərində  dərs demişdir. 1956-cı ildən o, 
şəxsi təqaüdə buraxılır. Qocaman müəllim 1960-cı il may ayının 10-
da Şuşada vəfat etmişdir. 
Göründüyü kimi, Xosrov müəllim ömrünün 50 ilini maarif 
sahəsinə hyüzil etmişdir. Respublikamızın görkəmli alim, ədib, şair, 
rəssam, musiqişünas, bəstəkar, həkim və dövlət xadimləri arasında 
Xosrov müəllimin yüzlərlə yetirmələri vardır. 
Xosrov müəllim 50-illik pedaqoji fəaliyyəti dövründə bilavasitə 
metodik rəhbərlik işinin məsuliyyətini yaxşı dərk edir, öz metodik və 
siyasi hazırlığı üzərində yorulmadan çalışır, öyrədə-öyrədə özü də 
öyrənərdi. Qocaman müəllim metodik ədəbiyyatı  həmişə diqqətlə 
izləyər, gənc müəllimlərə məsləhətini bildirər və təcrübəsini öyrədərdi. 
Xosrov Axundzadənin pedaqoji fəaliyyəti, onun təcrübəsi hələ 
sağlığında respublikamızın pedaqoqlarının diqqətini cəlb etmişdir. 
1948-ci ildə professor Əhməd Seyidov və professor Mehdi Mehdi-
zadə Xosrov müəllimə məktub yazmış və ondan öz təcrübə və xati-
rələrini instituta yazıb göndərməsini xahiş etmişdilər. Xosrov 
Axundzadə elmi-pedaqoji fəaliyyətinə dair yazıları – "Pedaqoji təc-
rübə və mülahizələri" 2000-ci ildə "Maarif" nəşriyyatı, 2-ci nəşri isə 
2008-ci ildə anadan olmasının 120 illiyi münasibətilə "Adiloğlu" 


Yüklə 3,01 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə