Microsoft Word Az?rbaycan Milli m?tbuat?



Yüklə 3,01 Mb.
Pdf görüntüsü
səhifə59/63
tarix01.08.2018
ölçüsü3,01 Mb.
#60396
1   ...   55   56   57   58   59   60   61   62   63

~ 191 ~
türklərinə məxsus milli mənəvi dəyərlər olmuşdur. Milli mənəvi də-
yərlərin ideyalar şəklində formalaşması isə birdən-birə baş verməmiş-
di, o təkamül nəticəsində, tarixi şəraitə uyğun olaraq ortaya çıxmış və 
formalaşmışdır. H.Baykara yazır: «Azərbaycana milliyyətçilik fikrini 
Əhməd Ağaoğlu Fransadan, Əli bəy Hüseynzadə, Məhəmməd Əmin 
Rəsulzadə  İstanbuldan gətirdiyi düşüncəsi yanlış  və  əsassızdır. 
Şəraitin yetişmədiyi bir zamanda kənardan heç kim, heç bir fikir gəti-
rib toplum həyatına yerləşdirə bilməz». 
Onun fikrincə, fəhlə sinfi şüurunun bolşeviklər tərəfindən 
Azərbaycana gətirilməsi hekayəsi də başdan-başa uydurmadır. Çün-
ki H.Cavid («Şeyda») və başqalarının əsərlərində istismar edənlərlə 
istismar olunanlar mövzusuna toxunulmuşdu. Ancaq bu dövrdə türk 
işçiləri və kapitalistləri rus və ermənilərə qarşı birgə mübarizə apar-
mışlar. O yazır: “İşğalçı, millətçi kommunist rejimi istiqlalı ideya-
sını irəli sürülməsi üçün mücadiləyə də səsləmişlər və bu ideyaları 
gerçəkləşdi, azərbaycanlı işçiləri tətil hüququndan məhrum etmiş və 
yarım əsrdən çoxdur ki, onları bir qarın çörək pulu qazanmaq üçün 
işlədir. Kommunistlər gummunistlərin çörək pulu qazanmaq üçün 
işlədirlər, Azərbaycana gətirilməsi hekayəsi başdan-başa uydurma-
dır. ya çar təhkimçilik rejimini ləğv etmişlər, əvəzində isə sovet təh-
kimçilik-köləlik rejimini yaradaraq, «kolxoz» adı altında kəndliləri 
istismar edirlər”. 
Göründüyü kimi, H.Baykara Azərbaycan türkçülüyü ideyası 
və onun gerçək təcəssümü olan müstəqil və milli Azərbaycan uğ-
runda ömrünün sonuna qədər mübarizə aparmış şəhidlərimizdəndir. 
Bunu, onun ömrünün son illərində qələmə aldığı şeirlərindən, bayat-
larından da görmək olar: 
 
Düşmənlərimə müjdə, bən qəlbimdən xəstəyəm, 
Sonsuz həsrətlərimlə bir dəvamlı yasdayam. 
Bəni burada sanmayın, bən hər gün Qafqazdayam… 
Siz canımı gömərsiniz, canım bu ana yurda
Qəlbimin güllərini göndərin doğma yurda. 
Sovursunlar Qafqazın o coşğun rüzgarına, 
Bən umutsuz ölmədim eyimsərəm yarına… 


~ 192 ~
Cahangir Zeynaloğlu
Zeynalabdin bəyin altıncı oglu Cahangir bəy 1892-ci ildə Şuşa 
şəhərində anadan olmuşdu. İlk təhsilini doğulduğu şəhərdə almışdır. 
Məlum olduğu kimi, çar Rusiyasında yaşayan müsəlmanlar, o cümlə-
dən azərbaycanlılar orduya çağırılmırdılar. Yalnız zadəganlar istisna 
təşkil edirdilər. Birinci Dünya müharibəsi başlayanda C.Nəsirbəyov 
hərbi xidmətə çağırılmış, əvvəlcə podporuçik, sonra isə poruçik rüt-
bəsində Qafqaz cəbhəsində vuruşmuş, orden və medallarla təltif olun-
muşdur. O, hələ Azərbaycan Xalq Cümhuriyyəti yaradılmamışdan 
əvvəl, Azərbaycan Zaqafqaziya Federasiyasının tərkibində olarkən 
milli hərbi kadrların yaradılmasında iştirak etmişdir. 1918-ci il martın 
1-də Zaqafqaziya Seymi C.Nəsirbəyovu müvəqqəti olaraq Tiflisdə 
yerləşən unter zabit məktəbinin - "Müsəlman praporşiklər məktə-
bi"nin rəisi təyin etdi. Hərbi rütbəsi də artırıldı: əvvəlcə ştabs-kapitan, 
sonra isə kapitan oldu. Xalq Cümhuriyyəti elan edildikdən sonra hər-
bi məktəb Gəncəyə köçdü, türkiyəli hərbçilərin köməyi ilə fəaliyyəti-
ni bərpa etdi və statusu yüksəldilərək "praporşiklər məktəbi"nə çev-
rildi. Türkiyəli zabit Atif bəy məktəbin rəisi təyin olundu. C.Nəsirbə-
yov isə məktəbdə tərcüməçi və rəisin köməkçisi kimi xidmət etməyə 
başladı. Cahangir bəy 1918-ci ilin noyabrınadək burada çalışdı. Türk-
lər Azərbaycandan gedəndən sonra o, hərbi xidmətdən azad edildi və 
1920-ci ilin aprelinədək heç yerdə xidmət etmədi. XI ordu Bakını 
işğal etdikdən sonra C.Nəsirbəyov bu ordunun sıralarına daxil oldu. 
Lakin burada da xidməti uzun sürmədi. 1920-ci il dekabrın 5-də 
Azərbaycan Fövqəladə Komissiyasının orderi əsasında C.Nəsirbəyo-
vun evində axtarış aparıldı, şəhərdən çıxmamaq barədə dilindən ilti-
zam alındı. Başı üstünü ölüm təhlükəsi aldığını görən Cahangir bəy 
bir neçə gün sonra Azərbaycanı  tərk edib Türkiyəyə köçdü. İkinci 
Dünya müharibəsi başlananadək burada yaşadı. Bu illərdə müxtəlif 
məktəblərdə rus, alman, fransız və italyan dillərini tədris etdi. Sonra 
ticarətlə məşğul oldu, Sivasda "Vətən" fabrikini yaratdı. Oğlu Baykal 
və qızı Maral dünyaya gəldi. Cahangir bəyin Türkiyədə yaşayan azər-
baycanlı mühacirlər arasında çoxlu dostları var idi. Sonralar onların 


~ 193 ~
bəziləri Avropaya və Amerikaya köçdülər. Cahangir bəy də bir neçə 
dostu ilə  bərabər Almaniyaya köçdü və burada "Könüllülər ordu-
su"nun sıralarına daxil oldu. Cahangir bəy Almaniyada olarkən ailəsi-
nə göndərdiyi məktubların birində yazırdı ki, "tezliklə Azərbaycan 
azad olacaq, müstəqilliyini qaytaracaq və biz hamımız birlikdə Vətə-
nimizə gedəcəyik". Amma onlar bir daha görüşə bilmədilər. Cahangir 
bəy 1944-cü ildə müəmmalı şəraitdə Almaniyada vəfat etdi. 
Cahangir bəyin elmi fəaliyyəti Azərbaycan mədəniyyətinin ta-
rixində müəyyən iz qoymuşdur. Onun tarix təhsili yox idi. Bununla 
belə, mütaliəsi, fitri istedadı, geniş dünyagörüşü sayəsində dövrü-
nün savadlı adamlarından biri oldu. Bütün bunlar ona Azərbaycan 
tarixinin müxtəlif məsələlərini tədqiq etməyə imkan verdi. Cahangir 
Zeynaloğlu İstanbulda çap olunmuş dörd kitabın - "Müxtəsər Azər-
baycan tarixi", "Şirvanşahlar yurdu", "Tariximizin xanlıqlar dövrü" 
və "Atalar sözü (Xalqın sözü, haqqın sözü)" əsərlərinin müəllifidir. 
1924-cü ildə nəşr olunmuş "Müxtəsər Azərbaycan tarixi" qədimlər-
dən başlayaraq 1920-ci ilədək olan dövrü əhatə edir. Azərbaycanın 
suverenliyi və müstəqilliyi ideyası kitabın ana xəttini təşkil edir. Bu, 
fəsillərin adlarında da aydın görünür: "Müstəqilliyin elan olunma-
sından  əvvəlki dövr", "Atabəylərin müstəqilliyi dövrü", "Suveren 
Ağqoyunlu və Qaraqoyunlu dövlətləri", "Xanlıqların müstəqilliyi 
dövrü", "Müstəqil Cümhuriyyət". Hər fəslin axırında Azərbaycan 
tarixinin müxtəlif dövrlərinin mədəniyyətinə dair xülasə verilir. 
Əsərin son fəsli Azərbaycan Demokratik Respublikasının tarixinə 
həsr olunmuşdur. Cahangir bəy bu kitab üzərində  işləyərkən təkcə 
əlyazma və kitablardan yox, həm də türk və rus dillərində  çıxan 
gündəlik qəzet və jurnallardan, Rus Coğrafiya Cəmiyyətinin məc-
muələrindən, Qafqaz Arxeologiya Cəmiyyətinin  əsərlərindən, Qaf-
qaz təqvimlərindən istifadə etmişdir. 1993-cü ildə kitab Bakıda 
yenidən nəşr olunmuşdur. 1931-ci ildə Cahangir Zeynaloğlu ikinci 
kitabını - "Şirvanşahlar yurdu"nu nəşr etdirmişdir. Əsər Şirvanşah-
lar dövlətinin tarixinin qaranlıq səhifələrinə işıq salır, Şirvanın daxi-
li həyatı, onun hökmdarlarının nəsil  şəcərəsi və  fəaliyyəti ilə tanış 
olmağa imkan verir. Kitab Türkiyənin diplomatik dairələrində  və 


Yüklə 3,01 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə