Microsoft Word Az?rbaycan Milli m?tbuat?



Yüklə 3,01 Mb.
Pdf görüntüsü
səhifə57/63
tarix01.08.2018
ölçüsü3,01 Mb.
#60396
1   ...   53   54   55   56   57   58   59   60   ...   63

~ 184 ~
Musəvi və Haşım  Əliyev yoldaşlarımız bu işdə çoxlu düşmən qa-
zandılar. Axırda onları qətl etdilər. Biz gözlədik ki hökumət canini, 
qatili cəzalandırar. Qəzetlərə yazmağa qoymadılar, mitinq keçirmə-
yə qoymadılar. Hökumət söz verdi ki, qatili cəzalandıracaq. İndi isə 
pul alı bonu buraxıblar… heç insafdır ki, iki gənc yoldaşımız öldü-
rülsün, biri də yaralansın, özü də dörd aydan sonra cani həbsdən 
çıxsın.  Şəhərdə gözümüzün qababında gəzsin. Qan satılır. Biz bil-
mək istəyirik ki, hökumət bu xüsusda nə deyir? Biz bu tribunadaq 
açıq deyirik ki, hökumətdən cavab çıxmazsa, bizi Qane etməzlərsə, 
ağ terrorun qabağına qırmızı terror çıxardacayıq». 
Parlament kommunistlərin bu sorğusuna cavab vermədi, sədr 
etinasız bir şəkildə bazardakı qiymətlərdən danışmağa başladı, 
əlbəttə müsavat bazarındakı kommunist qanının qiymətindən yox, 
bazardakı ərzaq məhsullarının qiymətindən. 
1918-20-ci illərdə  məhv edilmiş minlərlə kommunistin qatil-
ləri kimi Haşım Əliyev və Mirfəttah Musəvinin də qatili mühakimə 
edilmədi. 
Hökumətin məsələyə etinasız münasibəti 50 min manat pul 
qarşılığında müsavatçı qatili sərbəst buraxıb, İrana qaçmasını təmin 
etməsi bir daha sübut etdi ki, Haşım Əliyev və Mirfəttah Musəvinin 
qətli siyasi terrordur və ağ terror dalğasının tərkib hissəsidir. 
İndi bakının fəxri xiyabanında cəmi 28 yaşlarında həyatları 
cinayətkarlıqla məhv edilmiş iki azadlıq aşiqinin məzarları – müsa-
vat cinayətlərinin daşlaşmış abidələri ucalmaqdadır. Amma 88 il 
sonra belə bu məzar daşları kimlərisə bərk narahat edir. Parlament 
kürsülərindən bu məzarların fəxri xiyabandan qaldırılmasını  tələb 
edən səslər ucalır. 
Mir Fəttah Musəvi "Maqametanin", "Musulmanin" imzaları 
ilə yazırdı. 


~ 185 ~
Hilal Münşi
 
Hilal Hacı Mirzə  Məhəmməd bəy 
oğlu, Hilal Münşi (12.4.1899, Şuşa - ?) - 
Azərbaycan Xalq Cümhuriyyəti Parlamen-
tinin xüsusi qərarına əsasən, dövlət hesabı-
na ali təhsil almaq üçün xaricə göndərilmiş 
tələbələrdən biri. Şuşa Real məktəbini bi-
tirmişdir (1918). Parlamentin 1919-cu il 
sentyabr tarixli qərarına  əsasən, təhsilini 
dağ-mədən mühəndisliyi sahəsində davam 
etdirmək üçün Berlin Universitetinə (Al-
maniya) göndərilmişdir. Azərbaycanda so-
vet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına təhsil 
alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənən Azərbaycanlı Tə-
ləbələr İttifaqının 1923-25-cü illər üçün məlumatında onun təhsilini 
bitirməsinə 1 il qaldığı göstərilirdi. Aprel işğalından (1920) sonra 
Hilal Münşi Azərbaycan mühacirləri içərisində  fəal siyasi iş apar-
mış, 1924-cü ildə Almaniyada təhsil alan azərbaycanlı  tələbələrin 
yaratdığı "Azərbaycan  İstiqlal Komitesi"nə sonralar sədrlik etmiş-
dir. Onun rəhbərliyi ilə bu təşkilat uzun müddət Avropa ictimaiyyə-
tinin və dövlətlərinin diqqətini Azərbaycanın müstəqilliyi məsələsi-
nə cəlb edə bilmişdi. Hilal Münşi "Müsavat" partiyasının Berlin ko-
mitəsinə başçılıq etmiş, 1928-ci il mayın 28-də Berlində Azərbayca-
nın müstəqilliyinin elan olunmasının 10 illiyinin bayram edilməsi-
nin  əsas təşkilatçılarından olmuş, bu münasibətlə keçirilən iclas 
onun "1918-ci il 28 mayın əhəmiyyəti" mövzusunda çıxışı ilə açıl-
mışdır. 1930-cu ildə Berlində almanca "Azərbaycan Cümhuriyyəti" 
əsəri nəşr olunmuşdur.1934-cü ildə Berlində Hilal Münşinin redak-
torluğu ilə əsası qoyulan "Qurtuluş" jurnalı 1939-cu ilin sentyabrı-
nadək fasiləsiz olaraq çıxmışdır. Mühacirətdə baş verən ixtilaflar 
dövründə Məhəmmədəmin Rəsulzadənin mövqeyini müdafiə etmiş-
dir. İkinci dünya müharibəsi başlayanda M.Ə.Rəsulzadə ilə birlikdə 
Berlində Milli Azərbaycan Komitəsini yaratmışdır. 


~ 186 ~
Əsərləri: 
- Hilal Münşi. Azərbaycan Cümhuriyyəti. Berlin, 1930; 
- Hilal Münşi. 31 mart. - «Kurtuluş», 1935, №5; 
- Hilal Münşi. Nürnberq - Moskova. - «Kurtuluş», 1935, №12; 
- Hilal Münşi. Bolşevik ekmegine yağ degil de nedir?. - «Kur-
tuluş», 1935, №№13-14; 
- Hilal Münşi. Nürnberq kurultayı. - «Kurtuluş», 1936, №23; 
- Hilal Münşi. Almanya matbuatında meselelerimiz. «Kurtu-
luş», 1936, №№15, 17; 1937, №№35, 36; 1938, №39; 
Hüseyn Baykara
Nəsir bəyin üçüncü oğlu Qara bəy 1904-
cü ildə  Şuşada anadan olmuşdu. BDU-nun 
tarix fakültəsində oxuyanda (1927) Qara bə-
yin tələbələr qarşısında tez-tez Azərbaycanın 
müstəqilliyi və azadlığı  uğrunda çıxış etməsi 
bolşeviklərin xoşuna gəlмəmiş və o, təqiblərə 
məruz qalмışdı. 1927-ci ildə  əvvəlcə  İrana, 
sonra isə Türkiyəyə  gедəн Qara bəy  İstanbul 
Universitetinin hüquq fakültəsinə daxil olmuş, 
universiteti bitirdikdən sonra Elaziq şəhərində 
hakim işləmişdir. O, hüquqşünaslıqla yanaşı 
ədəbi fəaliyyətini də dayandırmamışdır. Onun «Azərbaycan istiqla-
lının 50 illiyi dolayısı ilə”», «Azərbaycanda erməni basqını və Nax-
çıvan məsələsi»”, «Azərbaycan istiqlal mücadiləsinin iqtisadi təmə-
li”» və сair yazıları vətən sevgizi, vətənpərvərlik ruhu ilə doludur. 
Azərbaycanın sevıncı onun sevinci, kədəri onun kədəri olmuşdu. 
Qara bəy  Şirinbəyov Türkiyədə Hüseyn Baykara kimi tanın-
mışdır. 
H.Baykaranın «Azəri-Türk», «Odlu Yurd» və b. qəzet-jurnal-
larda Azəbaycan xalqının mədəniyyəti, ədəbiyyati və onun ziyalıları 
ilə bağlı elmi-publisistik məqalələri dərc edilmişdir. Azərbaycanın 
milli azadlıq hərəkatına xüsusi yer verən H.Baykara yazırdı ki, ona 


~ 187 ~
aid «Azərbaycan mədəniyyəti tarixi» ilə «Azərbaycan istiqlal müba-
rizəsi tarixi» kitabları Azərbaycanın azadlıq mübarizəsinin əlifbası-
dır. Sonuncu kitabında Azərbaycanın istiqlal savaşı tarixi ilə yanaşı, 
H.Baykara milli azadlıq hərəkatının siyasi-ideoloji, siyasi-fəlsəfi 
mahiyyətini də göstərməyə çalışmışdır. 
M.Ə.Rəsulzadə, M.B.Məmmədzadə və başqa Azərbaycan-türk 
mütəfəkkirləri kimi H.Baykara da əmindir ki, Azərbaycan milli azad-
lıq hərəkatının ilk rüşeymləri XIX əsrin ilk «millətçiləri», yəni 
A.A.Bakıxanov, M.F.Axundzadə, H.Zərdabi və başqaları  tərəfindən 
ortaya atılmışdır. H.Baykaranın fikrinə görə, Mirzə Fətəli və H.Zər-
dabinin o dövrdəki yazılarında, mübarizələrində Azərbaycan üçün 
istədikləri bunlardır: «Azad siyasi bir həyat, xalq demokratiyası, 
məhsul vasitələrinin inkişaf etdirilməsi, təbii sərvətlərdən xalqın ri-
fahı üçün geniş surətdə fayda təmin edilməsi… Bütün bu nemətlərin 
xalq üçün əldə edilməsi tezisinin başında, onların ən öndə gələn ideo-
loji arzuları «feodal monarxiya» rejimini zorla devirmək istəyi vardır. 
Bu iş yerinə yetirilmədən o biri işlərin həyata keçməycəyini daha çox 
Mirzə  Fətəli başa düşmüş  və anlamışdır». Beləliklə, H.Baykaraya 
görə, «millət» anlamını ilk dəfə M.F.Axundzadə  işlətmiş, Azərbay-
canda ilk millətçilik ruhunu H.Zərdabi «Əkinçi»də, Ünsizadə qardaş-
ları isə «Kəşkül» və «Ziya» qəzetlərində aşılamışdır. 
Azərbaycan xalqının milli şürundakı inkişafı göstərmək məq-
sədi ilə o qeyd edirdi ki, Azərbaycan ziyalıları XIX əsrin birinci ya-
rısında daha çox fars dilində əsərlər yazdığı halda, həmin əsrin ikin-
ci yarısında vətənpərəvərlik duyğularının və millətçiliyin qüvvətlən-
məsi nəticəsində elmi-ədəbi əsərlərini, artıq Azərbaycan türk dilində 
qələmə almışlar. 1890-cı illərdə çar Rusiyasının Azərbaycan türklə-
rinin türk dilində qəzet nəşrinə qadağa qoymasına baxmayaraq, artıq 
azəri türk cəmiyyəti bir millət olaraq meydana çıxma şüuruna çat-
mışdır. H.Baykara yazır: «Çünki miladdan öncə min illərə varan 
dövrdən bəri ata və babalarının yaşadıqları bir torpaq parçası - 
«Vətən» vardı, bu torpaqda yaşayan və zamanın axarı ilə inkişaf 
edən bir Azəri türk cəmiyyəti vardı. Üçüncü ünsür, bu cəmiyyətin 
haqqını, iradəsini, varlığını, malını, canını qoruyan, kültür və mədə-


Yüklə 3,01 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə