Microsoft Word Az?rbaycan Milli m?tbuat?



Yüklə 3,01 Mb.
Pdf görüntüsü
səhifə58/63
tarix01.08.2018
ölçüsü3,01 Mb.
#60396
1   ...   55   56   57   58   59   60   61   62   63

~ 188 ~
niyyətini yaradan ziyalı liderləri idi. Onların rəhbərliyi altında tari-
xin səhnəsinə çıxmaq və üzərlərinə düşən «millət» rolunu oynamaq 
lazım gələcəkdi. Beləliklə, sözdə deyil, işdə azadlıq uğrunda müba-
rizə aparmaq lazım gəlirdi». Bununla da, XX əsrin əvvəllərində et-
nik birliyə malik Azərbaycan xalqı, coğrafi sərhədlərə malik Azər-
baycan ölkəsi və xalq, o cümlədən ziyalılar arasında müstəqilliyə
azadlığa qovuşmaq şüuru olduğu halda, yalnız siyasi hakimiyyət və 
azadlıq yox idi. 
H.Baykara qeyd edirdi ki, siyasi hakimiyyət və azadlıq uğrun-
da mübarizədə, 20-ci əsrin  əvvəllərində Azərbaycan-türk ziyalıları 
əsasən, üç: 1) islamçılıq və türkçülük (Ə.Ağaoğlu,  Ə.Hüseynzadə 
və b.); 2) liberal-demokratik (Ə.Topçubaşov və b.); 3) və sosial-de-
mokratik (marksizm) (M.Ə.Rəsulzadə və b.) cəbhədə təmsil olunub-
lar. O, ilk iki cərəyanı milli müxalifət adlandıraraq hesab edirdi ki, 
sonralar (1910-cu illərdə) sosial-demokratlardan bir çoxu, o cümlə-
dən M.Ə.Rəsulzadə də milli-demokratik cəbhəyə keçmişdir. 
Onun fikrincə, həmin dövrdə «panislamist» Ə.Ağaoğlu geniş 
və  dərin, teoretik şəkildə «islam millətçiliyi»ni, «pantürkist» 
Ə.Hüseynzadə osmanlı türkçülüyünü təbliğ etdiyi zaman, «libera-
list»  Ə.Topçubaşov «Rusiya müsəlmanlarının birliyi» devizi altın-
da, daha çox Azərbaycan türk xalqının milli-mədəni muxtariyyəti 
üçün çalışmışdır. O yazır: «Ə.Topçubaşovda  Ə.Ağayevin geniş  və 
dərin teosentrik panislamizmi yox idi. Sanki o, belə bir ideyanın 
müvəffəqiyyətlə başa çatmayacağını qabaqcadan hiss etmiş və anla-
mışdı. Bu məqsədlə o, 1905-ci il inqilabının gətirdiyi azadlıq ne-
mətlərindən Azərbaycan xalqı üçün əlindən gələn qədər daha çox 
pay qoparmaq istəyirdi». 
H.Baykaranın fikrinə görə, bu baxımdan  Ə.Topçubaşov 
Ə.Ağaoğlu və Ə.Hüseynzadədən fərqli olaraq, islamçılıq və türkçü-
lük kimi «utopik axınların heç birində  iştirak etməmişdir. Dərin 
biliklə hüquqşünas və siyasətçi olan Əlimərdan bəy həyatı boyu rea-
list və uzaqgörən bir şəxs kimi tanınmışdır. «Rusiya Müsəlmanları 
İttifaqı» türklərin tarixində ilk dəfə birlik fikrini irəli sürmüşdür». 
Fikrimizcə, burada H.Baykaranın qeyd etməsi ki, Ə.Topçubaşov 


~ 189 ~
ümumiyyətlə, islamçılıq və türkçülük axınlarında iştirak etməmiş-
dir, doğru deyildir. Sadəcə, Topçubaşov Ağaoğlu və Hüseynzadə ilə 
müqayisədə daha çox realist mövqedən çıxış edərək, milli ideyanı 
mücərrəd və ümumi mahiyyət daşıyan nə «islam birliyi», nə  də 
«Osmanlı türkçülüyü» olaraq qəbul etməmiş, onu daha çox Rusiya-
nın  əsarəti altında olan türk xalqlarının azadlıq hərəkatında və bu 
hərəkatın  əldə edəcəyi milli-mədəni muxtariyyətlər çərçivəsində 
görmüşdür. Bu isə daha çox, liberal-demokratizmə  əsaslanan milli 
baxış idi. 
Beləliklə, H.Baykara belə bir doğru qənaətə gəlir ki, ümumi-
likdə 20-ci əsrin əvvəllərində milli ideologiya baxımından mübahi-
sələr «avropalaşmaq, türkləşmək və islamlaşmaq» ətrafında getmiş 
və bu mübahisələrin ətrafında Azərbaycan türklərinin milli azadlıq 
hərəkatı dayanmışdır. 
H.Baykaranın fikrincə, Qafqaz müsəlmanlarını «ümmətçi-
lik»dən «millətçiliy»ə yönəldən, onları «türkçülük-millətçilik», 
«Azərbaycan» ideyası ətrafında birləşdirən və «Açıq söz» qəzetində 
bunu təbliğ edən «Müsavat»ın lideri M.Ə.Rəsulzadə olmuşdur. O 
qeyd edir ki, ilk dövrlərdə sosial-demokratlarla eyni cəbhədə çalış-
mış M.Ə.Rəsulzadə 1911-1913-cü illərdə Ş.C.Əfqaninin yazılarının 
təsiri altında türkçülük hərəkatına qoşulmuş  və Azərbaycanda bu 
ideyanın  əsas ideoloqu olmuşdur: «M.Ə.Rəsulzadənin Azərbaycan 
istiqlalının elanında və Azərbaycan dövlətinin yaradılmasında xid-
mətləri əvəzsizdir». 
H.Baykara yazır ki, «Müsavat» və Bitərəf demokratik qrup 
öncə milli ərazi və milli muxtariyyət tərəfdarı olsalar da, 1-ci və 2-
ci rus inqilablarının gedişi, Qfaqaz hadisələri onları özlərinin öncə-
dən «uzaq məqsəd» olaraq planlaşdırdıqları Azərbaycan istiqlalı yo-
luna sürkləmişdi: «Azərbaycan istiqlal mübarizəsi tarixində «Azər-
baycan istiqlalına» nə rast gəlinmiş, nə  də baş verən siyasi hadisə 
olmuşdur. Azərbaycan xalqının ruhundan doğan bu istiqlal hadisəsi 
tarixin axarı içində öz yerini tapmışdır». 
H.Baykaraya görə, siyasi türkçülərlə yanaşı, Azərbaycanın 
milli azadlıq hərəkatında romantizim (H.Cavid, M.Hadi, A.Səhhət, 


~ 190 ~
A.Şaiq və b.) və realist (C.Məmmədquluzadə, Ö.F.Nemanzadə, 
M.Ə.Sabir, F.B.Köçərli və b.) ədəbi məktəbin nümayəndələri də 
mühüm rol oynamışlar: «Azərbaycan türklərinin milli azadlıq, mü-
tərəqqi mədəniyyət mücadiləsində bu romantik ədib və şairlər xal-
qın arzularını, ideyalarını  və bu ideyaları gerçəkləşdirmək, həyata 
keçirmək üçün səy edən, hətta həyatlarını qurban verən millət qəh-
rəmanlarını bədii əsərlərində dilə gətirib, xalqı ruhlandıraraq onlara 
milli azadlıq mübarizələrini həyata keçirmək üçün rəhbərlik etmiş-
dilər. Azərbaycanda romantizm cərəyanı ilə yanaşı çox qüvvəli, rea-
list və Azərbaycan xalqının coğrafi çevrəsindən xarici aləmə köç-
mək həvəsi göstərmədən, öz kökü üzərində tarixi keçmişi və ənənə-
lərilə qaynaşaraq öz milli azadlıq və mütərəqqi mədəniyyət məsələ-
lərini həll etməkdə böyük səy göstərən, düha dərəcəsində enerji və 
qabiliyyətə sahib ədib, şair və yazarların təmsil etdikləri realist ədə-
bi məktəbi vardı». 
H.Baykara onu da doğru qeyd edir ki, ancaq milli romantizmin 
nümayəndələri Azərbaycan türklərinin təkcə mütərəqqi elmə yiyə-
lənməsi və onu mənimsəməsi ilə kifayətlənməmişlər: «Azərbaycan 
türklərinin hüquqlarına, hürriyyət və istiqlaliyyətlərinə qovuşması 
üçün mücadiləyə  də  səsləmişlər». Başqa sözlə, onlar Azərbaycan 
türklərinin milli azadlıq, mütərəqqi mədəniyyət mücadiləsində xalqın 
arzularını, ideyalarını və bu ideyaları gerçəkləşdirməyə çalışan millət 
qəhrəmanlarını  tərənnüm etmişlər. Bu baxımdan H.Baykaranın rea-
listlər və romantiklər arasında apardığı müqayisə də maraqlıdır: «Ro-
mantiklər cəmiyyətin yaralarını sağaltmağa çalışırdılar. Realistlər isə 
cəmiyyətin yarasına doğrudan-doğruya neştəri batırır və axan irini 
təmizləyərək cəmiyyətin yaralarını sağaltmağa çalışırdlar». 
Bununla da, H.Baykara bir sıra əsərlərində sübut etməyə çalış-
mışdır ki, milli azadlıq hərəkatı Azərbaycanın daxilində baş qaldır-
mışdır. Çünki əvvəllər də, hazırda da xalqa bəzən yanlış bir fikir təl-
qin edilir ki, Azərbaycana millətçilik, türkçülük və bu kimi milli ide-
yalar kənardan-xaricdən gətirilmişdir. Bu, qətiyyən doğru deyil. Milli 
ideyaların beşiyi Azərbaycan xalqı, Azərbaycan türkləri özü olmuş-
dur. Bu baxımdan milli ideologiyanın başlıca qaynağı Azərbaycan 


Yüklə 3,01 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə