Microsoft Word Az?rbaycan Milli m?tbuat?



Yüklə 3,01 Mb.
Pdf görüntüsü
səhifə62/63
tarix01.08.2018
ölçüsü3,01 Mb.
#60396
1   ...   55   56   57   58   59   60   61   62   63

~ 200 ~
Əfrasiyab Bədəlbəyli nəinki musiqiçi, eləcə də ədəbiyyatçı və 
dilçi kimi də böyük nüfuza malik idi. 1952-ci ildə Elmlər Akademi-
yası Nizami adına ədəbiyyat institutunun islahat komitəsinin iclasla-
rında müzakirə edilmiş «Azərbaycan dilinin orfoqrafiyası»nm təs-
hih edilmiş bir nüsxəsi Əfrasiyab Bədəlbəyliyə göndərilmiş və on-
dan bu haqda rəy vermək xahiş olunmuşdu. 
Elə  həmin 1952-ci ildə  Əfrasiyab Bədəlbəyli rus bəstəkarı 
P.Çaykovskinin «İolanta» operasını ekvoritmik cəhətdən doğma 
dilimizə tərcümə edir. 
1953-cü ildə bəstəkarın ilk kitabçası çapdan buraxılır. «Musi-
qi haqqında söhbət» adlı broşurada müəllif musiqidə  işlənən bəzi 
söz və terminbri izah edir, musiqi janrları və formaları, musiqi alət-
ləri və ansambllar haqqında söhbət açır.  Ə.Bədəlbəylinin bu əsəri 
keçmiş SSRİ  ərazisində belə  məzmunlu kitabçaların (D.Şostakovi-
çin «Znatğ i löbitğ muzıku», 1958-ci il və  İ.Rıjkinin «Naznaçenie 
muzıki i ee vozmocnosti», 1962-ci il broşuraları) ilk nümunəsi idi. 
1954-cü ildə Bəstəkarlar İttifaqı idarə heyətinin Yeddinci ple-
numunda bəstəkarın xalq çalğı alətləri orkestri üçün yazdığı «Sim-
foniyetta» ifa edilir. 
1955-ci ildə sənətkar dahi Əsəd oğlu Mirzə Sadığın yetirməsi, 
məşhur Azərbaycan tarzəni Qurban Primov haqqında monoqrafiya 
yazır. 
O dövrdə Azərbaycanda musiqi terminləri ancaq rus və ya 
başqa  əcnəbi dillərdə  işlədilirdi.  Əfrasiyab Bədəlbəyli 1956-cı ildə 
«Musiqi terminləri lüğəti» kitabçasını çap etdirməklə azərbaycan-
dilli  əhalinin musiqi terminlərini daha aydın anlamağa və doğma 
dilimizin daha da zənginləşməsinə şərait yaratdır. 
1957-ci ildə  sənətkar Boris Zeydmanın «Qızıl açar» baletinə 
libretto yazır. 
1959-cu ilin may ayında Moskvada Azərbaycan incəsənəti 
ongünlüyünün keçirildiyi dövrdə dekada iştirakçıları, musiqiçilər, 
qonaqlar, tamaşaçılar «Qız qalası»ndan böyük zövq aldıqlarını xü-
susi qeyd etmişdilər. 


~ 201 ~
Dekada ilə  əlaqədar  Əfrasiyab Bədəlbəyli  əməyinin daha bir 
bəhrəsinin -qocaman musiqişünas-tarixçi Qubad Qasımovla birgə 
yazdığı «M.F.Axundov adına Azərbaycan Dövlət opera və balet 
teatrı» oçerkinin də adını çəkmək lazımdır. 
1960-cı ildə bəstəkarın həyatında əlamətdar hadisə baş verdi. 
Həmin il, may ayının 24-də Azərbaycan SSR Ali Soveti Rəyasət 
Heyətinin fərmanı ilə  Əfrasiyab Bədəlbəyli Azərbaycanın «Xalq 
artisti» fəxri adına layiq görülür. 
1962-ci ildə opera və balet teatrının Gürcüstan respublikası 
qastrol səfərinə hazırlıqla əlaqədar gürcü bəstəkarı Zaxari Paliaşvili-
nin «Daisi» operasının Azərbaycan dilində oynanılmasını  qərara 
alınmış və opera mətninin tərcüməsini Ə.Bədəlbəyliyə tapşırmışdır. 
1964-1965-ci illərdə  sənətkar gənclərin bədii özfəaliyyətinin 
XVIII və XIX respublika olimpiadasının təşkilatçılarından biri və 
münsiflər heyətinin sədri, 1964-cü ildə Azərbaycanın şəhər və kənd 
texniki-peşə  məktəbləri bədii özfəaliyyətinin XXIII respublika 
baxışında isə münsiflər heyətinin üzvü seçilmişdir. 
Bəstəkarın «Muğam-68» müsabiqə-festivalının keçirilməsində 
sərf etdiyi əməyini ayrıca qeyd etmək vacibdir. Respublikamızın bir 
çox rayonlarından müsabiqədə  iştirak edən gənc müğənnilər, incə-
sənət xadimləri «Muğam-68» festivalının təşkilini yüksək qiymət-
ləndirmiş və tədbirin keçirilməsini ənənə şəklində davam etdirməyi 
tövsiyə etmişlər. 
1965-ci ildə  Ə.Bədəlbəyli Q.Almazzadə ilə birlikdə, 
S.S.Axundovun eyni adlı povesti əsasında bəstəkar  Əşrəf Abbaso-
vun «Qaraca qız» baletinə, daha sonra, 1968-ci ildə qardaşı Turqud 
ilə birlikdə C.Cabbarlının eyni adlı pyesi əsasında R.Mustafayevin 
bəstələdiyi «Aydın» operasına librettolar yazır. 
1969-cu ildə «Elm» nəşriyyatı Ə.Bədəlbəylinin «İzahlı mono-
qrafik musiqi lüğəti» kitabını çap etdirir. 
Ümumittifaq «Bilik» cəmiyyətinin üzvü olan sənətkar bir çox 
elmi konfranslarda, iclaslarda musiqi sənəti haqqında məruzələrlə 
çıxış edirdi. 1970-ci ildə  bəstəkarın «Söyüdlər ağlamaz» operası 
tamaşaya qoyulur. Operamn mövzusu Böyük Vətən müharibəsi illə-


~ 202 ~
rində Azərbaycanlı döyüşçünün  şücaəti və arxa cəbhənin həyatma 
həsr olunmuşdu. 
Bu illərdə Əfrasiyab Bədəlbəylinin Azərbaycan televiziyası və 
radiosu ilə xalq musiqisi və muğamlar haqqında silsilə  çıxışlan da 
geniş tamaşaçı və dinbyici kütləsinin böyük rəğbətini qazanmışdı. 
1969-cu ildə  bəstəkar Fransanın paytaxtı Paris şəhərində 
Azərbaycan musiqisi haqqında mühazirələrb çıxış edir. 
1970-ci ildə, Moskvada, ISME - Uşaq və  Gənclərin musiqi 
tərbiyəsi üzrə Beynəlxalq cəmiyyətin «Uşaqların, yeniyetmələrin və 
gənclərin həyatında musiqinin rolu» adlı konfransı keçirilirdi. Kon-
fransda, başda  Əfrasiyab Bədəlbəyli olmaqla, Azərbaycan nüma-
yəndə heyəti də iştirak etmişdir. 
1971-ci ilin oktyabnnda sənətkar Xor Cəmiyyətinin sədri 
vəzifəsinə seçilir. 
1970-ci ildə, türk musiqişünası Altan Araslı Türkiyədə çapdan 
çıxan «Musiqi məcmuəsi» jurnalında bəstəkarın «İzahlı monoqrafik 
musiqi lüğəti» kitabının ətraflı təhlilini vermişdir. 
1977-ci ildə, Ankarada, «Türk folklor konqresinin məlumat-
ları»nda, türk dilində  sənətkarın «Azərbaycan xalq musiqisi» adlı 
məqaləsi çap olunmuşdur. 
Uzun illər boyu «Elm və  həyat» jurnalının, «Ədəbiyyat və 
incəsənət» qəzetinin redaksiya heyətinin üzvü olan Ə.Bədəlbəyli 
mətbuat orqanlarının səhifələrində ressenziyalar, tənqidi və proble-
matik məqalələr çap etdirmişdir. 
Ə.Bədəlbəyli 1976-cı il yanvar ayının 9-da vəfat etmişdir. 
(İbrahim Quliyev, Əfrasiyab Bədəlbəyli, WWW.Afrasiyab Badal-
beyli.htm). 


Yüklə 3,01 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə