Microsoft Word Az?rbaycan Milli m?tbuat?



Yüklə 3,01 Mb.
Pdf görüntüsü
səhifə61/63
tarix01.08.2018
ölçüsü3,01 Mb.
#60396
1   ...   55   56   57   58   59   60   61   62   63

~ 197 ~
ralarımızın islahatı işində tələsməyə heç bir ehtiyac yoxdur» - deyə, 
buna qəti etirazını bildirir. 
Mükəmməl bilik əldə etmək arzusu ilə, Əfrasiyab Bədəlbəyli 
1924-cü ildə Azərbaycan Dövlət Türk (Azərbaycan - İ.Q.) Musiqi 
Texnikumuna və eyni zamanda, Azərbaycan Dövlət Universiteti 
şərq fakültəsinin lisaniyyət (dilçilik - İ.Q.) şöbəsinə daxil ohır. 
Musiqi texnikumunda Əfrasiyab Bədəlbəyli müəllim 
S.L.Bretanitskinin sinifində violino ixtisası üzrə təhsil alır. İstedadlı 
gənc tez bir zamanda səlis ifa bacarığına nail olur və 1925-ci il may 
ayının 22-də texnikum tələbələrinin qüvvəsi ilə Üzeyir bəyin səhnə-
yə qoyulmuş «Arşın mal alan» operettasını müşayiət edən orkestrdə 
ikinci skripkaların konsertmeysteri kimi çıxış edir. 
Violino ilə yanaşı tarda da mükəmməl ifa üslubuna nail olmuş 
Əfrasiyab Bədəlbəyli, 1926-cı ildə xalq çalğı alətləri orkestrinin 
Moskva və Minsk şəhərlərindəki qastrol səfərləri zamanı ikinci səs tar-
çılar qrupunun konsertmeysteri kimi orkestrin heyətində iştirak edir. 
1928-ci il fevralın 16-da, musiqisi Ə.Bədəlbəyliyə  məxsus 
C.Cabbarlının «Od gəlini» əsərinin premyerası oldu. 
«Od gəlini» musiqisinin müvəffəqiyyətinə sevinən C.Cabbarlı 
bundan sonra yazdığı «Sevil» pyesinə də musiqi bəstələməyi Əfra-
siyab Bədəlbəyliyə tapşırır. 
1928-ci il yanvar ayının 1-dən  Əfrasiyab Bədəlbəyli «Kom-
munist» qəzetində tərcüməçi vəzifəsində çalışmağa başlayır. 
1929-cu ildə xalqımızın ulu musiqi aləti olan tarı köhnəlik 
əlaməti sayaraq muzeyə göndərmək, konservatoriyanın tədris proq-
ramından çıxarmaq kimi cəfəng fıkirlərə etiraz edən  Əfrasiyab 
Bədəlbəyli «Tar üzərinə mühakimə münasibətilə» başlığı altında 
məqalə ilə çıxış edir. 
Respublikada Sovet hakimiyyəti qurulmasının onuncu ildönü-
münün qeyd olunduğu günlərdə dinləyicilər bəstəkarın böyük sim-
fonik orkestr üçün yazdığı və Azərbaycanda sovet mövzusuna həsr 
olunmuş ilk proqramlı musiqi əsəri olan «Bütün hakimiyyət Sovet-
lərə!» süitası  və  təntənəli «28 Aprel marşı» simfonik poeması ilə 
tanış olurlar. 


~ 198 ~
1930-cu il may ayının 15-də Əfrasiyab Bədəlbəyli türk opera-
larına dirijorluq etmək üçün M.F.Axundov adına Dövlət Böyük 
teatrına işə qəbul olunur. 
1931-cu ildə bəstəkar C.Cabbarlının «Almaz», daha sonra isə 
«1905-ci ildə» və «Yaşar» pyeslərinə, 1933-cü ildə A.Afinogeno-
vun «Qorxu», 1934-cü ildə M.F.Axundovun «Hacı Qara», 1935-ci 
ildə isə «Müsyo Jordan» əsərlərinə musiqi bəstələyir. 
Əfrasiyab Bədəlbəyli professional musiqi təhsili almaq məq-
sədi ilə 1932-ci ildə Moskva konservatoriyasının dirijorluq fakültə-
sində oxumağa yola düşür. Professor K.Saracevin sinifində  təhsil 
alan gənc bu sənətin incəliklərinə mükəmməl yiyələnir. Ali məktəb-
də oxuduğu zaman o, 8 variasiya, violonçel və fortepiano üçün so-
natina, fortepiano üçün etüd, simfonik orkestr üçün III hissəli süita, 
2 violino, alt və violonçel üçün kvartet bəstələyir. 
Lakin bir ildən sonra sənətkar Moskvadakı təhsilini dayandı-
rıb Bakıya qayıdır və R.Qlierin «Şahsənəm» operasının yeni quru-
luşda, C.Cabbarlının librettosu əsasında tamaşaya hazırlanmasında 
iştirak edir. 
1934-cü ilin payızında  Ə.Bədəlbəyli Leninqrad (indiki Sankt-
Peterburq -İ.Q.) şəhərinə yola düşür. Burada o, N.Rimski-Korsakov 
adına Leninqrad Dövlət Konservatoriyası nəzdindəki musiqi texniku-
munun bəstəkarlıq şöbəsinə (B.Zeydmanın sinfinə) daxil ohır və eyni 
zamanda Leninqrad opera və balet teatrının baş dirijoru V.Draniş-
nikovun rəhbərliyi altında dirijor assistenti kimi işləməyə başlayır. 
1938-ci ildə Leninqraddakı  təhsilini müvəffəqiyyətlə başa 
çatdıran  Əfrasiyab Bədəlbəyli vətənə qayıdır və qardaşı Turqud 
Bədəlbəylinin librettosu əsasında uşaqlar üçün birpərdəli «Tərlan» 
balet-nağılını bəstəbyir. 
8 aprel 1940-cı il. Bu gün, Azərbaycan musiqi mədəniyyəti 
tarixinə milli balet sənətinin təməl daşının qoyulduğu gün kimi da-
xil oldu. Əfrasiyab Bədəlbəylinin «Qız qalası» baletinin premyerası 
M.F.Axundov adına Azərbaycan Dövlət opera və balet teatrının 
səhnəsində işıq üzü görür. 


~ 199 ~
1940-cı il 23 aprel tarixində Əfrasiyab Bədəlbəyliyə «İncəsə-
nət sahəsində görkəmli fəaliyyətinə görə Respublikanın «Əməkdar 
incəsənət xadimi» fəxri adı verildi. 
1941-ci ildə Əfrasiyab Bədəlbəyli bəstəkar dostu B.Zeydman-
la birlikdə bir pərdəli «Xalq qəzəbi» operasını (libretto müəllifləri 
İ.Oratovski və Ə.Məmmədxanlı) yaradır. 
1941-ci ildə bəstəkar Səməd Vurğunun «Fərhad və Şirin» əsə-
rinə musiqi bəstələyir. Bundan bir il əvvəl isə  Ə.Bədəlbəyli gör-
kəmli ədibin «Xanlar» pyesinə musiqi yazmışdı. Onu da qeyd edək 
ki, bəstəkar hər iki əsərin premyerasına dirijorluq etmişdir. 
Müharibə illərində Əfrasiyab Bədəlbəyli bəstəkarlıq-dirijorluq 
fəaliyyətini Azərbaycan Dövlət Filarmoniyasının direktoru və bədii 
rəhbəri kimi məsul vəzifələrlə  əlaqələndirir, M.S.Ordubadi ilə bir-
likdə dahi İtalyan bəstəkarı C.Rossininin «Sevilya bərbəri» operası-
nı Azərbaycan dilinə tərcümə edir və Minkusun «Don Kixot» bale-
tinin yeni redaksiyası üçün libretto yazır. 
Müharibədən sonra Azərbaycan mədəniyyəti qarşısında  ən 
ümdə  məsəb kimi dahi Azərbaycan  şairi Nizami Gəncəvinin 800 
illik yubileyinin keçirilməsi dururdu. Yubileyə hazırlıq hələ 1939-
cu ildə başlanmış  və  Ə.Bədəlbəyliyə  şairin həyatına həsr olunmuş 
opera yaratmaq tapşırılmışdır. Lakin müharibənin başlanması ilə 
əlaqədar «Nizami» operasının səhnəyə qoyulması ancaq 1948-ci il 
dekabrın 12-də mümkün oldu. 
Bu illərdə  sənətkar Azərbaycan radio komitəsinin musiqi 
redaksiyasına başçılıq edir. 
50-ci illərin birinci yarısında opera və balet teatrında yaradıcı-
lıq baxımından böyük canlanma hökm sürürdü. Belə ki, onilliyin ilk 
üç ili ərzində üç gözəl səhnə əsəri - Soltan Hacıbəyovun «Gülşən», 
Qara Qarayevin «İldırımlı yollarla» baletləri və Fikrət  Əmirovun 
«Sevil» operası tamaşaçıların mühakiməsmə  təqdim olunmuşdu. 
Bunlardan ikisi - «Gülşən» baleti və «Sevil» operasının səhnəyə yol 
tapması  Əfrasiyab Bədəlbəylinin adı ilə bağlı idi. Sənətkar hər iki 
əsərin ilk tamaşasının dirijoru olmuşdur. 


Yüklə 3,01 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə