Microsoft Word Az?rbaycan Milli m?tbuat?



Yüklə 3,01 Mb.
Pdf görüntüsü
səhifə54/63
tarix01.08.2018
ölçüsü3,01 Mb.
#60396
1   ...   50   51   52   53   54   55   56   57   ...   63

~ 175 ~
rində yaşayıb-yaratmış  əksər böyük xalq xadimləri  əməkdaşlıq et-
mişdir) Azərbaycan mətbuat tarixində silinməz iz buraxmış gündə-
lik ictimai-ədəbi və siyasi qəzet olan “Kaspi” ilə 10 ilə yaxın bir 
müddətdə  əməkdaşlıq etmiş Ceyhun Hacıbəyli yaradıcılığında hə-
min dövrü bir mərhələ adlandırsaq, yanılmarıq. 
Ceyhun Hacıbəyli "Azadlıq" radiostansiyasının fəaliyətində 
yaxından iştirak etmiş, Münxendəki "SSRİ-ni Öyrənən Universite-
tin" müxbir üzvü seçilmişdir. Ceyhun bəyin "İslam Əleyhinə" kam-
paniya və onun Azərbaycanda Metodları" adlı iri həcmli tədqiqat 
əsəri isə xüsusi əhəmiyyət kəsb edir. 
Ceyhun Əbdülhüseyn oğlu Hacıbəyli 1962-ci ildə Parisdə və-
fat etmişdir. Qəbri Parisdədir. 
 
 
Xudadat bəy Əzizbəyov
 
Xudadat bəy Əsədulla bəy oğlu 1892-ci 
ildə  Şuşa  şəhərində anadan olmuşdu. Rus-
tatar məktəbində, sonra Şuşa real məktəbində 
oxumuşdu. 1911-ci ildə real məktəbi bitirib 
Bakı  şəhərində  "İttihad" progimnaziyasında 
müəllim işləmişdi. Biliyi, savadı sayəsində 
əvvəlcə  nəzarətçi, sonra müfəttiş  vəzifəsinə 
yüksəldi. Xəstəliyi ilə bağlı  Şuşaya dönüb 
Savadlılığı yayma cəmiyyətində, eyni zaman-
da da "Gövhəriyyə" məktəbində müəllim 
kimi çalışdı. Onun təşəbbüsü ilə  cəmiyyətin 
nəsdində "Rəşidiyyə" adlı  məktəb açıldı. Bir xeyli müddət burda 
çalışdı. I Dünya Müharibəsi illərində  Şuşadakı Qarşılıqlı Kredit 
Cəmiyyətində işlədi. "Rəşidiyyə" məktəbinin pedoqoji kollektivinin 
xahişi ilə yenidən təhsil ocağına qayıtdı. Qarabağın  ən nüfuzlu 
pedaqoqlarından biri Mirzə Camal Yusifzadəni məktəbə dəvət etdi. 
Əl-ələ verib məktəblərini yüksək səviyyəyə gətirdilər. 1918-ci ildə 
"Rəşidiyyə" məktəbi Osmanlı ordusunun əsgərlərinə verildi. 1919-
cu ildə Xudadat bəy  əvvəlcə  Gəncəyə üz tutdu, orda iş tapmayıb 


~ 176 ~
Bakıya yollandı. "Azərbaycan" qəzetində çalışmağa başladı. Eyni 
zamanda da progimnaziyasında müəllim işlədi. Redaksiyada onun 
bacarığını duyub tərcüməçi işinə  dəyişdilər. Mühasibatı yaxşı 
bildiyindən jurnalistlər ittifaqının xəzinədarlıq işi də ona həvalə 
olundu. Gecə məktəbində direktor işləyirdi. 
X.Əzizbəyov 1926-cı ildən təcrübəli mətbuat işçisi kimi 
"Bakinski raboçi" nəşriyyatında işə başlamışdı. Bir müddət sonra bu 
nəşriyyat "Azərnəşr"lə birləşib vahid mərkəzə çevrildi. Alman, 
fransız, fars, ərəb və rus dillərini mükəmməl bilən Xudadat bəy 
burda müxtəlif vaxtlarda tərcüməçi, texniki redaktor və  məsul 
redaktor vəzifələrində çalışmışdı. 
O, 5 dekabr 1957-ci ildə vəfat edib. 
X.Əzizbəyov fəal ictimaiyətçi, alovlu natiq idi. "İttihad" mək-
təbinin nəzdində açılan İran ziyalılarının "Tərəqqi" maarifçi cəmiy-
yətində iş aparır, iclaslarda çıxış edirdi. 
X.Əzizbəyov sovet dövründə də xalq maarifində yorulmadan 
çalışmışdı. Teatr sahəsində əmək vermişdi. Jurnalist kimi "Kəndçi", 
"Kommunist" qəzetlərində  işləmişdi. Dilgir təxəllüsü ilə  şeir 
yazmışdı. 
X.Əzizbəyovun  ən böyük xidmətlərindən biri lüğət tərtibi 
sahəsində idi. Sovet hakimiyyətinin ilk illərində lüğətə böyük ehti-
yac olduğundan o, Hənəfi Zeynallı, Yusif Əliyev, Süleyman Musa-
bəyov, Vəli Xuluflu, Tağı  Şahbazi Simurğ,  Əhməd bəy Pepinov, 
Ələkbər Heydərli, Yusif Vəzir Çəmənzəminli, Məhərrəm Kamil, 
Rəşid Yusifzadə, Ələkbər Qərib, Sami Kamal, Süleyman Məlikovla 
birlikdə Ruhulla Axundovun redaksiyasında ilk "Rusca-türkcə 
lüğət"in (1926) tərtibçilərindən biri idi. 
Tərcümələri 
Cek London, Adəmdən əvvəl, Qan səsi, Ağ diş, Martin İden. 
İvan Qonçarov, Adi əhvalat 
Robindranad Taqor, Fəlakət 
Süleyman Rəhimov, Mehman, rus dilinə 


~ 177 ~
Xəlil İbrahim
 
Xəlil  İbrahim oğlu  İbrahimov (1892, 
Şuşa – 1938, Bakı) - Pedaqoq, jurnalist, pub-
lisit, tənqidçi. Sənətkar ailəsində anadan ol-
muşdur. 1907-ci ildə atası vəfat etmiş, xalça 
toxuyan anasının himayəsində qalmışdır. Şu-
şada Azərbaycan-rus məktəbində,  Şuşa və 
Bakı real məktəblərində oxumuşdur. 1909-
1910 illərdə  təqaüd almadığından təhsili ya-
rımçıq qalmış, 1911-ci ildən Xındırıstanda 
Qasım bəy Zakirin nəvələrinə evdə  dərs de-
mişdir. “Kənd həyatından lövhələr” adlı ilk 
oçerkini də orada yazmışdır (1913-cü ildə “Səda” qəzetində  dərc 
olunmuşdur). 1912-1913 illərdə Bakıda “Nəşri-maarif” cəmiyyətinin 
Əmircandakı  məktəbində müəllim işləmişdir. “Səda” (1913-1915), 
“Açıq söz” (1915-1918), “Doğru söz” (1916-1917), “İqbal” (1912-
1915), “Yeni iqbal” (1915), “Bəsirət” (1914-1920), “Azərbaycan” 
(1918-1920) qəzetlərində, “Tuti” (1914-1917), “Qardaş köməyi” 
(1917) jurnallarında ictimai-siyasi mövzuda publisistik məqalələri və 
bədii yazıları  dərc edilmişdir. “Müsavat” partiyasının üzvü, onun 
Şuşa şəhər özəyinin katibi olmuşdur. 
1919-cu il sentyabrın əvvəllərinə qədər X.İbrahim “Azərbay-
can” qəzetinin müvəqqəti redaktoru kimi fəaliyyət göstərmiş, eyni 
zamanda 1919-cu ildə yaradılmış jurnalistlər və  ədiblər ittifaqının 
sədrinin müavini olmuşdur. 
Aprel işğalından (1920) və Azərbaycanda Sovet hakimiyyəti 
qurulduqdan sonra bədii-publisistik fəaliyyətini davam etdirmiş
“Kommunist”, “Ədəbiyat”, “Kəndçi” qəzetlərində, “Maarif-mədə-
niyyət” jurnalında yazıları dərc edilmişdir. 
Xəlil  İbrahim 1920-1930-cu illərdə gizli fəaliyyət göstərən 
“Müsavat”ın sıralarında Azərbaycanın müstəqilliyi uğrunda mübari-
zəsini davam etdirmiş, 1938-ci ildə “müsavatçı” ittihamı ilə  həbs 
olunaraq, Azərbaycan SSR Xalq Daili İşlər Komissarlığı üçlüyünün 
1938-ci il 11 mart tarixli qərarına əsasən güllələnmişdir. 
 


Yüklə 3,01 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə