Microsoft Word b-7 mv az doc



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə11/56
tarix30.12.2017
ölçüsü3,69 Kb.
#18820
1   ...   7   8   9   10   11   12   13   14   ...   56

 
20
Dərs 3 / Mövzu 3:
 MİKROSKOPİYA 
 
 
 Müəllim mövzuya başlamaq üçün şagirdlərin diqqətini ətrafımızda olan təbii ci-
simlərə yönəldir. Onları necə  və hansı üsullarla tədqiq etmək haqqında müzakirələr 
aparır. Sonra şagirdlərə mövzunun əvvəlindəki mətnlə tanış olmaq tapşırıla bilər. Əvvəlki 
biliklərinə əsaslanan şagirdlər “Mikroaləmin hansı nümayəndələrini tanıyırsınız? Onlar nə 
üçün və necə öyrənilir?” sualları müzakirə olunur. Sonra mikroskopiyanın tarixini bir 
daha xatırlamaq, müasir zamanda mikroskopik tədqiqatların  əhəmiyyətini vurğulamaq 
faydalı olardı. 6-cı sinifdə şagirdlər hazır və ya müəllimin hazırladığı mikropreparatlardan 
istifadə edirdilər. 7-ci sinif standartlarına görə, artıq onlarda preparat hazırlamaq kimi 
praktiki vərdişlər formalaşmalıdır. Praktiki tapşırığa keçməzdən  əvvəl  şagirdlərdə  işıq 
mikroskopunun quruluşu haqqında bilikləri fəallaşdırmaq lazımdır

Bunun üçün  müəllim 
işıq mikroskopu və onun hissələrini nümayiş edərkən suallarla şagirdlərin ötənilki 
biliklərini yada salır. Məsələn,
 
“Mikroskopun bu hissəsi necə adlanır? O, hansı funksiyanı 
yerinə yetirir? İşlədiyiniz mikroskopun böyütmə dərəcəsini necə təyin etmək olar?” və s.  
Bu ünvandakı videomaterialı nümayiş etdirmək məqsədəuyğundur. 
 
 http://videouroki.net/view_post.php?id=251 
 Dərsliyin “Fəaliyyət” hissəsində verilmiş tapşırığın məqsədi  şagirdlərə müstəqil 
mikropreparat hazırlamağı öyrətmək, təbii obyektləri münasib tədqiqat üsulları ilə 
öyrənmək bacarıqlarını inkişaf etdirməkdir.
 
Bu və ya digər laboratoriya işini yerinə 
yetirmək üçün müəyyən hazırlıq lazımdır. Bu hazırlığa daxildir:  

 
Mikroskopun işlək vəziyyətdə olması. 

 
Şagirdin iş üçün lazımi avadanlıqla təmin olunması. 

 
Laboratoriyada dəqiq davranış qaydalarının qoyulması. 

 
Maraqlı və imkan daxilində olan tədqiqat obyektlərinin seçilməsi. 
Dərslikdə  təklif olunan iş cansız obyekt üzərində aparılır. Müəllimin seçimindən və 
mövcud imkanlardan asılı olaraq hər hansı digər obyekt də hazırlana bilər. Məsələn, soğan 
dəriciyi, gicitkənin tükcükləri, çiçəyin ləçəkləri, alma, yaxud pomidor ləti və s.
 
Tapşırıq 
bütün siniflə, fərdi və ya cütlərlə yerinə yetirilə bilər.  
 Praktik iş yerinə yetirildikdən sonra müəllim şagirdlərlə birlikdə “İşıq mikroskopu 
ilə işləmək qaydası” mətni ilə tanış olur, hazırlanmış preparatlar müşahidə olunur, şagirdlər 
gördüklərinin  şəklini dəftərlərinə  çəkirlər. Strukturların quruluşunu, formasını  və yer-
ləşməsini yadda saxlamaq üçün onların  şəklini çəkmək zəruridir.  Şəklə olan əsas tələb 
formanın, ölçülərin və həcm nisbətlərinin düzgün göstərilməsidir.
  
Tətbiq mərhələsində  şagirdlər  şəkildə gördüklərini ardıcıllıqla dəftərlərinə yazırlar. 
Bu zaman dərsdə yerinə yetirilən iş bir də  təhlil olunur, praktiki bacarıqların səviyyəsi 
Alt 
STANDARTLAR
1.1.3. Canlıların quruluşunun öyrənilməsində laboratoriya 
avadanlıqlarından  istifadə qaydalarına əməl edir. 
 
 
Təlim 
NƏTİCƏLƏRİ 

 
 Canlıların quruluşunun öyrənilməsində mikroskopla işlə-
mə qaydalarına əməl edir.


 
 
21
yoxlanılır. Tapşırığa keçməmişdən  əvvəl, işi daha səmərəli etmək üçün bu internet 
resursdan istifadə etmək olar: 
 http://www.youtube.com/watch?v=P5HAH-i9XA4 
“Öyrəndiklərinizi yoxlayın” blokundakı tapşırığın yerinə yetirilməsi  şagirdlərin 
dərsdəki fəaliyyətinə, dərslikdəki və videomateriallardakı məlumatlara əsaslanır. Bu, dərsin 
məqsədində qeyd olunmuş praktik bacarıqların formalaşması üçün imkan yaradır.   
Qiymətləndirmə meyarları: İstifadəetmə 
Elektron resurslar: 
http://videouroki.net/view_post.php?id=251 
http://www.youtube.com/watch?v=P5HAH-i9XA4 
 
Dərs 4 / Mövzu 4:
 
CANLI  ORQANİZMLƏRİN MÜXTƏLİFLİYİ 
 
 Dərsə başlamaq üçün mətnlə tanış olduqdan sonra şagirdlər əvvəlki biliklərindən fay-
dalanaraq, sualı müzakirə edir və müxtəlif fikirlər irəli sürürlər. Müzakirə zamanı lövhədə 
çəkilmiş cədvəl doldurula bilər. Məsələn,  
 Canlı təbiət 
Bitkilər Heyvanlar Göbələklər Bakteriyalar 
 Səciyyəvi 
xüsusiyyətləri   
... ... ... ... 
 
Şagirdlər 6-cı sinifdə mənimsənilən məlumatlara əsaslanaraq 4 aləmin nümayəndələrinə 
aid 2-3 xüsusiyyət qeyd edirlər. Bu cavablar “Fəaliyyət” bölümündə verilmiş tapşırığın 
yerinə yetirilmə mərhələsinə keçidi təmin edir.
 
 
 Dərsliyin “Fəaliyyət” hissəsində verilmiş tapşırıqda  şagirdlər müstəqil, cütlərlə, 
yaxud bütün siniflə verilmiş anlayışların adlarını cədvəlin müvafiq sütunlarına yazırlar. Bu 
zaman hər anlayışın qısa tərifi (təsviri) müzakirə oluna bilər. Müəllim şagirdlərə verilmiş 
cədvələ “Göbələklər” və “Bakteriyalar” sütunlarını  və oraya müvafiq 1-2 anlayış  əlavə 
etməyi də təklif edə bilər.  
I səviyyə 
II  səviyyə
III səviyyə
IV  səviyyə 
Canlıların quruluşu-
nun və həyat fəaliy-
yətinin  öyrənilmə-
sində mikroskopla 
müəllimin köməyi 
ilə işləyir. 
Canlıların quruluşu-
nun və həyat fəaliyyə-
tinin  öyrənilməsində 
mikroskopla işləyərək 
tez-tez səhvlərə yol 
verir. 
Canlıların quruluşunun 
və həyat fəaliyyətinin  
öyrənilməsində 
mikroskopla işləyən 
zaman qaydalara, 
əsasən, əməl edir. 
Canlıların quruluşu-
nun və həyat fəaliy-
yətinin  öyrənilmə-
sində mikroskopla 
işləmə qaydalarına 
düzgün əməl edir. 
Alt 
STANDARTLAR
1.1.2. Canlıların  müxtəlifliyi  haqqında mülahizələrini şərh edir. 
2.1.1. Müxtəlif canlılarda gedən həyati prosesləri fərqləndirir. 
 
 
Təlim 
NƏTİCƏLƏRİ 

 
Bitki, heyvan, göbələk və bakteriyaların quruluşu haqqında 
mülahizələrini şərh edir.  

 
Bitki, heyvan, göbələk və bakteriyalarda gedən həyati prosesləri 
fərqləndirir. 
 
 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə