Microsoft Word Berdenin siyasi tarixi Sonuncu doc



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə47/71
tarix30.12.2017
ölçüsü2,9 Kb.
#18486
1   ...   43   44   45   46   47   48   49   50   ...   71

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
149
XVIII  əsrin  əvvəllərində Azərbaycan  ərazisi Rusiya və 
Osmanlı imperiyaları arasında gedən müharibələrin mərkəzində 
idi. Səfəvilər dövlətinin zəifləməsindən istifadə edən Rusiya 
ciddi «Qafqaz siyasəti» yeridirdi. I Pyotrun Azərbaycan neftinə 
və geostrateji mövqeyinə olan marağı Türkiyə ilə münaqişəyə 
gətirib çıxardı. Bu münaqişələr yerli xalqa ağır zülm və bəlalar 
verdi (102; 320). 
XVIII  əsrin  əvvəllərində  Şimali Qafqazlıların Qarabağa 
(Gəncə-Qarabağ əyalətinə) aramsız basqınları başlandı. 1712-ci 
il hücumu zamanı  Bərdədən Qazağa qədər olan düzənlik 
yerlərdəki yaşayış  məskənləri talandı, xeyli insan tələf oldu və 
əsir düşdü (8, s.245; 49, s.15; 259). Qarabağın dağlıq hissəsində 
yaşayan qeyri-müsəlmanlar (alban-xristianlar) hədiyyələr 
verərək əsirləri xilas etdi, müsəlmanlar isə əsir aparıldı, yaşayış 
məskənlərinin çoxu boş qaldı (49, s.14-17; 259, s.29-30). Bu 
səbəbdəndir ki, Bərdə nahiyəsində olan kəndlərin də bir çoxu 
mənbələrdə boş, sakinsiz kimi qeyd edilir (49, s.15). Alban 
soykökündən olan Yesai Həsən Calalın «Alban ölkəsinin qısa 
tarixi (1702-1722)» əsərində  məlumat verilir ki, 1721-ci ildə 
növbəti hücum zamanı dağıstanlılar Kür çayından Qarabağın 
dağlıq hissəsinə  qədər bütün kəndləri viran qoydular, əhalini 
soyub taladılar (259, s.29-31). 
Yesai Həsən Calal Şamaxının talan edilməsi haqqında 
məlumatının ardınca nəql edir ki, «bu şəhəri aldıqdan sonra 
Gəncə və İrəvan hakimləri bu barədə şaha etirazlarını bildirərək 
xəbər verdilər, özləri isə bütün orduları ilə hərəkət etdilər və Kür 
çayının sahilinə, Aqvan (Albaniya) şəhəri Bərdəyə  gəldilər. 
Bölgənin bütün hakimləri ilə  İrəvan xanı, bütün əyanlar ilə 
Gəncə xanı  və yerdə qalan 30 min nəfərlik qoşunla oraya 
toplaşdılar» (259, s.28). Mənbə  məlumatında deyilir: Şahın 
özünün və qoşununun başı Qəndəharda qarışdığından, şimaldan 
gələn bu hücumun  


Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
150
qarşısını almağa maraq göstərmədi. Kür çayını keçərək hücum 
edən basqınçılar əhalini Tərtər və Xaçın çayları boyunca Arsak 
dağlarına tərəf qovdular (259, s.29). Yığdıqları  qənimətləri və 
əsirləri toplayaraq Xaçınla Tərtər arasında düşərgə saldılar. 
Onların «Qarı körpüsü»ndən Bərdəyə hücum edəcəyini bilən 
əhali bütün tədbirləri görərək düşmənə ağır zərbələr vurduğuna 
görə, oradan tezliklə çıxıb getməyə məcbur oldular. Kürü təcili 
keçib topladıqları  qənimətləri və  əsirləri öz vilayətlərinə 
göndərdikdən sonra, özləri Gəncə üzərinə basqın etdilər (259, 
s.31). 
Səfəvi hakimiyyətinin zəifləməsindən istifadə edən Nadir 
xan  Əfşar hakimiyyəti  ələ keçirdi və  Səfəvilər dövründə olan 
torpaqları geri qaytarmaq yürüşlərinə başladı. Azərbaycan 
ərazisində yenidən hərbi əməliyyatlar başlandı. Səfəvi dövlətinin 
bərpasına tərəfdar olan feodallara qarşı mübarizə ilə əlaqədar II 
Təhmasib 1730 – cu ildə  Uğurlu xanı 700 nəfərlik dəstə ilə 
Gəncəyə göndərdi. O, Bərdə  və  Bərgüşadda 12 minlik ordu 
yığmağa nail oldu. Osmanlı  İbrahim paşaya qulluq edən Qara 
bəy də «iranlı  əsgər» ordusu ilə  Uğurlu xanla birləşdi (320, 
s.177). 
1733-cü il sentyabr ayının 26-da Bakıda rus 
komandanlığının dəftərxanasında Gəncədən olan şabranlı Hacı 
Məhəmməd aşağıdakıları danışmışdır: Guya o, Şamaxıda 
öyrənmişdir ki, Surxay və Krım xanı birlikdə 18 minlik ordu ilə 
Kürə tərəf hərəkət etmiş, oradan Surxay Şamaxıya qayıtmış, xan 
və onunla Surxayın naibi – Qara bəy körpü tikərək Kürdən keçib 
Cavaddan yuxarı yollanmışdır. Komandanlığı altında 6 min 
adam olan Gəncəli Əli paşa da bura gəlmışdir. Onlar birləşmiş 
halda Bərdəyə yola düşmüş, 3 günə  gəlib çatmış, sonra isə 
Qarabağdan keçib ərdəbililərin yay iqamətgahına gəlmışlər. Bu-
rada onlar öyrənmışlər ki, artıq iranlılar  Ərdəbili tərk etmişlər. 
Əli paşa tatar ordusunu yay iqamətgahında qoyub, türk dəstəsini  


Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
151
Ərdəbilə göndərmış, özü isə 700 nəfərlik dəstə ilə  Gəncəyə 
qayıtmışdır (320, s.193). 
Nadir xan Əfşar Səfəvilər sülaləsinin hakimiyyətinə son 
qoydu, keçmişdə  Səfəvi dövlətinin tərkibinə daxil olmuş 
əraziləri öz hakimiyyəti altına keçirmək üçün xeyli mübarizə 
apardı və buna nail oldu (320, s.193-195). 
Nadirin şah seçilməsi üçün Muğanda çağırılmış (1736 – cı 
ildə) yığıncaqda Muğan və  Bərdə  əhalisi Səfəvi sülaləsinin 
tərəfini saxlayaraq Əfşarlar soyundan olan Nadirin əleyhinə 
çıxdıqları üçün ciddi cəzalandırıldılar. Nadir şah  Əfşar 
Qarabağın yerli sakinlərindən olan Cavanşir, Otuzikilər və 
Kəbirli ellərini Xorasanın Sərəxs torpaqlarına köçürdü. O, 
məliklikləri (5 məliklik var idi) Gəncə xanının itaətindən 
çıxarıb, birbaşa şahlığın mərkəzinə tabe etdi (25; 133, s.30). 
Abbasqulu Ağa Bakıxanov Nadir şahın yürüşləri zamanı 
dəfələrlə Bərdəyə gələrək orada yerləşməsi barədə məlumat ve-
rir və qeyd edir ki, Nadir şah 1732-ci ilin mayında Azərbaycanın 
şimalına doğru hərəkət edərkən Bərdədən keçmişdi. Orada 
məğlub olduqdan sonra Bərdəyə qayıtmış, yenidən Dərbənd 
üzərinə yürüş etmişdi (125; 208, s.149). Abbasqulu Ağa 
Bakıxanov Nadir şahın Gürcüstanda apardığı döyüşdən geri 
çəkilərək Bərdəyə gəlməsindən bəhs edərək yazır: «Bundan so-
nra Nadir təcili olaraq Türkiyə  sərhəddindən qışlamaq üçün ən 
əlverişli yer olan Bərdəyə  gəldi» (208, s.149). O, Bərdədə bir 
müddət qalıb hazırlaşdıqdan sonra, 1743-cü ilin yanvarında 
Dərbənd üzərinə hücum etdi. Təbəristandan Dərbəndə qayıtmış 
Nadir  şah 5 dekabrda yenidən Bərdəyə  gəldi, atlara yem 
çatışmadığı üçün Bərdədən Kürün sol sahilinə keçərək  Ərəşdə 
düşərgə saldı (208, s.150). 
Mənbələrin məlumatına görə, Nadir şah Əfşar Azərbaycan 
ərazisinə dördüncü yürüşündə – Şəki üzərinə  


Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə