Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
146
Osmanlı-Səfəvi müharibələrinin yaratdığı vəziyyət sonra-
lar erməni tarixinin «çiçəklənməsinə» xidmət etmişdir. XVII
əsrdə baş vermiş hadisələrə öz münasibətini bildirən Arakel
Təbrizlinin Sovetlər dövründə nəşr olunmuş əsərində göstərilir
ki, I Şah Abbas nəhəng türk ordusunun hücumu ərəfəsində
İrəvandan «hamını – xristianları, məhəmmədiləri və yəhudiləri»
İrana köçürdü. Erməni tarixçiləri üçün bu da bir «fakta»
çevrilmişdir ki, guya Qərbi Azərbaycan vaxtilə ermənilərin
doğma torpaqları olmuş və onlar həmin vaxt «öz doğma
torpaqlarından zorla köçürülmüşlər» (125, s.171,174, 182; 194,
s.203; 231, s.104). Hansı ki, həmin dövrdə Qarabağda yaşayan
erməni adlandırılanlar, eləcə də məliklərin özləri xristian alban-
lar idilər. Məlumdur ki, Qarabağa ermənilər XIX əsrdə İran və
Türkiyədən köçürülmüşlər (116; 228; 299).
Burada, yeri gəlmişkən, bir məsələyə də toxunmaq
lazımdır ki, ermənilərin bu dolaşıq eyhamlarına güya əks
çıxmaq istəyən bəzi «tarixçilər» daha ciddi səhvə yol vermışlər.
Belə ki, Gülüstan və Türkmənçay müqavilələrindən sonra
Qarabağa köçürülənlər güya ermənilər deyil, vaxtilə Səfəvilər
dövründə İrana, Türkiyəyə qovulmuş və sonradan geri qayıdan
alban mənşəli əhali olduğu bildirilir. Bununla da Qarabağa
ermənilərin XIX əsrdə köçrülməsi faktını şübhə altında qoyur
(298).
Doğrudur Sovetlər dövrü tarixşünalığında Qarabağ
məliklərinin erməni kimi tanıdılmasına edilən cəhdlər uzun
müddət Azərbaycan tarixşünaslığında da öz əksini tapmışdı.
Ona görə də bəzi əsərlərdə «erməni məlikləri» ifadəsi mexaniki
olaraq təkrar edilmişdir. Ancaq nəzərə almaq lazımdır ki, bu
barədə son dövrlərdə obyektiv tədqiqatlar aparılmış, bu
məsələnin əsl mahiyyəti və məliklərin mənşəyi barədə maraqlı
şərhlər verilmişdir (89; 228).
Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
147
Burada bir məsələyə xüsusi diqqət vermək lazımdır:
Qarabağda bir çox yerli iri tayfalar mövcud idi ki, bunlar
ölkənin siyasi həyatında mühüm rol oynayırdılar. Bu tayfalardan
biri Qacarlar idi. Qarabağın XVI-XVIII əsr tarixində Qacarlar
soyunun böyük rolu olmuşdur. Azərbaycan tarixşünaslığında
Qacarların Qarabağa gəlmə oması barədə fikirlər mövcuddur.
A.A.Bakıxanova görə, Cəlairi türklərindən olan Qacarlara
məxsus 200 min ailə Hülakü xan dövründə İrana və
Azərbaycana köçürülmüşdür. Qacarların bir hissəsi Anadoluya
və Suriyaya köçmüşdür. Əmir Teymur 50 minlik Qacar ailəsini
Cənubi Qafqaza köçürmüş, İrəvan, Gəncə və Qarabağda
yerləşdirmişdi (208, s.82,172).
M.V.Baharlı bildirir ki, Cəlairi türklərindən olan Qacarlar
ilk əvvəl Kiçik Asiyada və Suriyada yerləşdi, sonra Teymur
onları İrana köçürdü. Onlar Mərv, Mazandaran, həmçinin İrəvan
və Qarabağ bölgələrində yerləşdirildi (120, s.48-49).
Yuxarıda deyilənlərdən fərqli olaraq «Qızılbaşlar tarix-
i»nin müəllifi Qacarların mənşəyinə daha dəqiqliklə yanaşaraq
onların qədimdən Gəncə və Bərdədə yaşadıqlarını, bir qisminin
isə Şamdan gəldiyini bildirir (142, s.48).
Qacarların Azərbaycan dövlətçiliyi tarixində yeri və rolu
baxımından Azərbaycan Səfəvi dövlətinin yaranmasında aparıcı
mövqedən çıxış edən Qacarlar soyundan olan Qara Piri bəyin
(Şeyx Heydərin müridlərindən biri) fəaliyyətini dövrün
qaynaqları bir daha təsdiq edir (377, 81-82).
1547-ci ildə Şirvanda Əlqas Mirzənin başçılığı altında
üsyan başlanan zaman Gürcüstan səfərindən Yevlağa qayıdan
Şah Təhmasibin üsyançılara qarşı göndərdiyi 5 min nəfərlik
Qızılbaş süvarilərinə oğlu İsmayıl Mirzənin
Бярдя шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи
148
lələsi Göycə Sultan Qacar və Qarabağ bəylərbəyi Şahverdi Sul-
tan Ziyadoğlu Qacar rəhbərlik etmişdir (377, s.84-85).
Tanınmış Qacar əmirlərindən biri Ziyadoğlu Şahverdi Sul-
tan öz ata yurdu Qarabağın valisi idi (142, s.49).
F.Sümər bildirir ki, Osmanlıların işğalı zamanı Qarabağda
Qacarlar, otuzikilər, qazaxlar, iyirmidördlü, qaramanlı və digər
tayfalar yaşayırdılar. Yeri gəlmişkən, Bərdədə həmin tayfaların
adını daşıyan kəndlər indi də mövcuddur. Qarabağın Osmanlı
idarəçiliyinə keçməsi nəticəsində Qacarların bir hissəsi Osmanlı
hakimiyyəti altında qalmaq istəməyərək Arazın cənubundakı
Səfəvi torpaqlarına köç etdilər (390, s.145; 142, s.50).
Mənbələr və tədqiqatlar Qarabağ bəylərbəyliyini irsi ola-
raq Ziyadoğlu Qacar nəsli idarə etməsini təsdiq edir. Şahverdi
Sultanın nəvəsi Xəlil xanın oğlu Məhəmməd xanın dövründə
Ziyadoğlu nəsli Osmanlı ordusu tərəfindən təkcə Şirvandan
deyil, həm də Qarabağdan qovulmuşdu. Beləliklə, bütün Qacar-
lar Qarabağı tərk edərək Ərdəbil bölgəsində məskunlaşmışdılar
(336, s.122-123; 142, s.50).
Ziyadoğlu Qacarlar Qarabağın Osmanlı ordusu tərəfindən
işğal edilməsi ilə uzun müddət barışmamışdılar (142, s.50).
Qacarların artıq dövlət işlərindən kənarda qalmasını
göstərən faktlar məlumdur. Vəzifədə cəmi iki Qacar əmiri
qalmışdır. Bu əmirlərdən biri Çuxur-Səd bəylərbəyi Əmirgünə
oğlu Təhmasibqulu xan, digəri Bərdə valisi Peykər xan idi ki,
iyirmidördlü Peykər xan Şah Səfi dövründə İbrahim xanın
yerinə təyin edilmişdi. Sonra isə İbrahim xan da bu vəzifədən
uzaqlaşdırılmışdı, - elçi kimi Bərdə valiliyindən İstanbula
göndərilmişdi. Hüseyin Əli bəy də Şah Abbas dövründə
tanınmış Qacarlardan biri idi (390, s.188).
Dostları ilə paylaş: |