53
Layihə çərçivəsində hazırlanan broşürlər
Layihə çərçivəsində ingilis, azərbaycan və gürcü dillərində
layihənin hədəf qruplarına paylanması və layihənin məqsədləri
və gözlənilən nəticələrini izah edilməsi məqsədilə broşürlər
hazırlanmışdır. Broşürlər Avropa Yardımları üzrə Məlumat-
landırma və Tanıtma Təlimatlarına uyğun layihələndirilmişdir.
Digər məlumatlandırma və tanıtma tədbirləri
Layihə komandası hədəf ölkələrin və BMİP kimi
çoxtərəfli təşkilatların yüksək səviyyəli rəsmiləri ilə brifinqlər
və tədbirlər təşkil etmişdir. Layihə tədbirlərini KİV-ə təqdim
etmək üçün müvafiq imkanlardan istifadə edilmiş, eləcə də
layihə haqqında hər üç ölkənin milli televiziyalarında verilişlər
daxil olmaqla bir neçə hesabat yayılmışdır.
5
NƏTİCƏLƏR VƏ ÖYRƏNİLMIŞ DƏRSLƏR
Layihə meşələri və onların təmin etdiyi xidmətləri iqlim
dəyişikliklərinə daha dayanıqlı edəcək siyasətlərin qəbul
edilməsini və icrasını təşviq etmək məqsədilə hazırlanmışdır.
Bu məqsədə çatmaq üçün fəaliyyətlər dörd paketdə təşkil
olunmuşdur: (i) həssas meşə massivlərinin dayanıqlı meşə
massivlərinə transformasiyasını nümayiş etdirmək; (ii) meşə
administrasiyalarının iqlimə uyğunlaşa bilən strategiyaları
hazırlama və icra etmə bacarıqlarını artırmaq; (iii) pilot
sahələrə qonşu olan icmaların güzəranını yaxşılaşdırmaq
potensialı olduğu hallarda icmalarda agahlığın artırılmaq,
eləcə də yerli icmaların iqlim dəyişikliyinin təsirləri haqqında
biliklərini artırmaq; (iv)
bu hesabatın və meşələrin
transformasiyası üzrə
təlimatların hazırlanmasını
və
yayılmasını ehtiva edən paylama paketi.
54
5.1
Transformasiya tədbirlərinin nümayişi
Layihə transformasiya tədbirlərini süni meşə əkinlərində
nümayiş etdirmişdir. BMT-nin Qida və Kənd Təsərrüfatı
Təşkilatına müvafiq olaraq 2005-ci ildə Cənubi Qafqaz
ölkələrində 90,000 hektar süni salınmış meşə massivləri
mövcuddur. Bunun əksinə olaraq regionda 4 milyon hektar
təbii və yarım-təbii meşə örtüyü mövcuddur və bu meşələr
süni salınmış meşə massivləri müqayisədə təbii irs baxımından
region üçün daha dəyərlidir. Hazırki hesabat daha çox süni
salınmış meşə massivlərinə diqqət yetirmişdir, çünki, onlar
daha böyük stress altındadır və təbii proseslər vasitəsilə
dəyişən iqlimə uyğunlaşmaqda daha çox şansı olan təbii və
yarım-təbii meşələrlə müqayisədə səciyyəvi olaraq daha az
dayanıqlıdır.
Layihə nümayiş təyinatlı meşə massivlərinin təbiətə yaxın
meşə massivlərinə transformasiya olunmasını qarşıya hədəf
kimi qoymuşdur; vacib prinsip pilot sahələrdə gələcək iqlim
şəraitlərinə münasib olan regiona doğma cinslərin seçilməsi
olmuşdur. Təcrübədə isə layihə komandası üçün həmin
prinsipə əməl etmək çətin olmuşdur, belə ki, iqlimin necə
olacağı barədə proqnozları əhatə edən qeyri-müəyyənliklər və
münasib ağac cinslərinin məhdudluğu bu prinsipin tətbiqini
mürəkkəbləşdirmişdir. Bəzi hallarda qeyri-qənaətbəxş nəzarət
səbəbindən regiona doğma olmayan ağac cinslərinin
əkilməsinə yol verilmişdir.
Layihə çərçivəsində həyata keçirilən tədbirlər təbii baş
verən boşluqlarda şitillərin əkilməsi, toxumların səpilməsi və
təbii regenerasiyanın asanlaşdırılması ilə əraziyə doğma
ağacların yeni cərgəsinin salınmasına yönəlmişdir. Layihə
komandası yeni boşluqların yaradılması və ya mövcud
boşluqların genişləndirilməsi üçün ağacları kəsməklə təbii
regenerasiyanı asanlaşdırmaq seçimindən imtina etmişdir,
55
çünki ağacların kəsilməsi özlüyündə layihə tərəfdaşları
arasında fikir ayrılıqları doğura bilərdi. Mövcud ağacların
kəsilməsi təbii regenerasiyanın gözlənildiyi sahələr üçün xərc-
səmərəli transformasiya tədbiri ola bilər, lakin bunun üçün
inkişafa mane olan yabanı kollar təmizlənməli və otlayan
heyvanların əraziyə girişi istisna olunmalıdır.
Transformasiya tədbirlərinin hektarbaşına (nümayiş
sahələrinin ümumi sahəsi) düşən xərcləri yüksək olmaqla
Ermənistandakı sahələr üçün bir hektara görə €1,500.55,
Gürcüstandakı sahələr üçün €1,587.60 və Azərbaycandakı
sahələr üçün €1,968.19 civarında dəyişir (bu məbləğlərə layihə
tərəfindən alınan alətlərin texnikanın qiymətləri daxil deyildir,
çünki onlar yenidən istifadə oluna bilər). Ümumi xərclərin
əhəmiyyətli hissəsini hasarlama xərcləri aparır: Gürcüstanda
29% və Azərbaycanda 44% (Azərbaycanda xərclərin çox
olmasına səbəb daha bahalı olan polad dirəklərdən istifadə
olunması ilə bağlıdır). Xərclər istənilən halda çox yüksəkdir və
bu mənada layihənin icra etdiyi transformasiya tədbirlərinin
faydaları sonradan aparılacaq aqrotexniki qulluq və baxım
işləri nəzərə alınmaqla ehtiyatla ölçülməlidir.
Nümayiş meşə sahələrində layihənin həyata keçirdiyi
transformasiya tədbirlərinin faydalı təsirlərini görmək üçün
otlayan heyvanların cavan ağaclara zərər verməsinin qarşısını
almaq məqsədilə pilot sahələr davamlı mühafizə olunmalı və
inkişafa mane olan kol bitkiləri sahədən təmizlənməlidir.
Beləliklə, nümayiş sahələrində həyata keçirilən tədbirlərin
uzunmüddətli təsirləri sahələrə cavabdeh olan təşkilatların
davamlı təəhhüdündən və qonşu icmaların münasibətindən asılı
olacaqdır.
Dostları ilə paylaş: |