Microsoft Word C?f?r Cabbarl? doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə19/113
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21410
1   ...   15   16   17   18   19   20   21   22   ...   113

63 
 
A l m a z. Tapılar. Sağlam qüvvəni kənd özü verər. Budur bax, elə bu gün altısı 
birdən yazılmışdır. Özü də qızlar. 
C a m a l. Hara yazılmışdır? 
A l m a z. “Yeni yol”a. 
C a m a l. “Yeni yol” nədir? 
A l m a z. “Yeni yol” kolxozdur. Budur, şəhərdən maşınlar gətirmişik. 
Görürsünüzmü? (Qapıdan göstərir). 
C a m a l. Siz burada işinizi qoyub, başınıza cəncəl açmışsınız ki. 
T e m u r t a ş  (içəri otaqdan açıq pəncərəyə yanaşaraq). Almaz xanım, bu 
doklad harayadır? 
A l m a z. O təkliflərin hamısını kənd yığıncağına verəcəyəm. 
C a m a l. Almaz xanım, sizin otağınızdakı kişi kimdir? 
A l m a z (gülərək). Çox qəliz soruşmadınızmı? Bu bir sekretdir. Gedib Fuada 
söyləyərsiniz ki, nişanlınızın yanında bir kişi vardı. 
C a m a l. Sonra Fuad sizi şəhərə qoymaz. 
A l m a z. Fuad mənə heç bir söz deməz. Dünyada heç bir şey onu mənə qarşı 
acıqlandıra bilməz. 
T e m u r t a ş (çıxaraq). Yəni Fuad sizi bu qədər sevir? 
A l m a z. Ondan da çox. Tanış olun (Camalı göstərərək) Bu, mənim nişanlımın 
ən yaxın bir dostudur. Qonşu kənddə müəllimdi, indi qaçır. Bu da mənim ən çox 
sevdiyim bir dostumdur. 
B a y ı r d a n. Canım, hara getdi bu? Burada küllənib qalası deyilik ki? Vaqon 
yola düşər, sonra miniklər mənim atamı yandırarlar. 
C a m a l. Bu saat, sağ olun! (Bir az kinayə ilə) Mən indi görürəm ki, siz kənddə 
nə üçün darıxmırsınız (Yola düzəlir). 
A l m a z. Fuada salam deyin. 
C a m a l. Baş üstə! (Mənalı bir deyişlə). Deyərəm (Gedir)
T e m u r t a ş. Bu adam mənə çox şübhəli baxmadımı?  İndi kim bilir gedib 
Fuada nə deyəcəkdir? 
A l m a z. Siz, dostum, Fuadı tanımırsınız. O, ailə çərçisi deyil. Hər belə xırda 
şeylərə fikir verməz. Bizi dünya vuruşdura bilməz. O məni çox sevir. 
T e m u r t a ş. Bəs siz? 
A l m a z. Mən daha çox. 
T e m u r t a ş. Xoşbəxtdir. 
A l m a z. Siz də gedirmisiniz, doktor? Nə tez? 
T e m u r t a ş. Sabah şəhərdə olmalıyam.  Bu  da  mənim  şəklim. Sizin üçün 
yazmışam (Şəkli Almaz alıb stol üstünə qoyur). 


64 
 
M i r z ə S ə m ə n d ə r. Ah, qurban olum Məhəmmədin şəriətinə! Qurban olum 
Məhəmmədin  şəriətinə! O kişi elə arvaddakını yaxşı bilirmiş. Allah heç kafiri 
arvad çənginə salmasın (Bu sözlərin hamısını dedikdən sonra gözləyir ki, Almaz 
cavab versin, Almaz dinmir, nəhayət, üzünü Almaza tutaraq) Heç deyəsən ona 
demirsən. Qulaq da asmır. 
A l m a z. Mirzə Səməndər, siz kimə deyirsiniz? 
M i r z ə S ə m ə n d ə r. Necə yəni kimə deyirəm? Mən bir başa düşə bilmirəm 
ki, bura klubdur, zavoddur, agitpropdur, ya da ki, məktəbdir?! Sən müəlliməsən
dərsini de. Bu maşınların məktəbdə nə işi var, hə? 
A l m a z. Mirzə Səməndər! 
M i r z ə S ə m ə n d ə r. Bir mən bilmək istəyirəm ki, burada müdir kimdir? 
Sənsən, ya mən, hə? 
A l m a z. Mirzə Səməndər! 
M i r z ə S ə m ə n d ə r. Bəs necə olur ki, pianino haqqında Maarif 
Komissarlığından kağız gəlir, sənin adına yazılır, hə? 
A l m a z. Çünki siz burada yox idiniz, pianino üçün kağızı mən yazmışdım. 
M i r z ə S ə m ə n d ə r. Belə də iş olar? Müdir qalsın bir qıraqda, o-bu gəlsin 
öz adını yazsın, kağız da onun-bunun adına yazılsın? 
A l m a z. Mirzə  Səməndər, o da bir şey deyildir ki: mənə ondan nə isti 
olacaqdır, nə də soyuq. 
M i r z ə S ə m ə n d ə r. Ax, qurban olum Məhəmmədin  şəriətinə! Yaxşı 
oturtmuşdu arvadları evin küncündə, olmadı. Bacım, anam, bura klubdur, nədir, 
hə? Sovprob gedir, kosmoloko gəlir, agitprop gedir, kolxozsentr gəlir. Bura 
zavoddur, nədir? Döndərmişsən buranı zənənə hamamına. Gündə bir dəstə arvadı 
yığırsan bura, de ki deyəsən... 
A l m a z. Mirzə  Səməndər, nə olar, siz özünüz kömək etməkdənsə, daha da 
deyinirsiniz. 
M i r z ə S ə m ə n d ə r. Anam, bacım, darısqallıqdır. Elə bu gün çıxart bu 
maşınları buradan. Müdir mənəm, yox? Bu məktəbin ixtiyarı  məndədir, yox? 
Çıxart bu saat bu maşınları buradan, qurtardı getdi! 
A l m a z. Axı yer yoxdur. Budur, baxın, doklad yazmışam ki, məscidi də, Hacı 
Əhməd bağını da bizə versinlər. Kəndlilərin yığıncağında təklif edəcəyəm. Keçən 
kimi bütün otaqları boşaltdıraram. 
M i r z ə S ə m ə n d ə r. Yaxşı, bu uşaqlar nədir salmışsan kəndin küçələrinə, 
hə? Ax, qurban olum Məhəmmədin  şəriətinə! Bir ağaca minib, min bir budaq 
gəzir. Mən gəlincə məktəb binasını boşalt, vəssalam! (Gedir). 


65 
 
T e m u r t a ş. Almaz, sizin bu təklifləriniz böyük bir inqilabdır. Bunları 
keçirtmək üçün sizə bir ordu gərəkdir. 
A l m a z. Ordu vardır. 
T e m u r t a ş. Məscid məsələsi, Hacı  Əhmədin bağı  məsələsi... qorxuram 
kəndlilər üstünə qalxalar. Bir gurultu düşər ki, daş dəyər, baş çatdar. 
A l m a z. Heç bir şey olmaz. Inqilab cəsarət istər. Sizin kimi hər iki saatda bir 
çay qaşığı tökməklə inqilab olmaz. Bizim də  tərəfdarımız çoxdur. Bax, Aftil, 
Gülverdi, Barat, kəndin kommunist və komsomolçuları və bütün yoxsulları. Sonra 
Şərif... 
A f t i l. Bəh, bəh! 
A l m a z. Şura sədri Baloğlan. 
A f t i l. Bəh, bəh, kitab başlandı. 
T e m u r t a ş. Bu qədər təklifi birdən etmək olmaz. Kəndlilər gurultu qopardar. 
A l m a z. Kəndlilər neçin, biz ki, onlarçın çalışırıq. Siz görəydiniz, kəndlilər 
hamısı bizim təkliflərimizi sevinərək necə qəbul edirdilər. 
M i r z ə S ə m ə n d ə r (bayırdan). Ax, qurban olum Məhəmmədin şəriətinə! 
A l m a z. Aftil dayı, sən Baratgilə de ki, hamı  yığışanda, mənimçin xəbər 
göndərsinlər. 
T e m u r t a ş. Ancaq, Almaz, mən yenə  də sizin o nişanlınızın dostundan 
şübhəli qaldım. 
 
Bir yerdə gedirlər. Bu aralıq C a m a l qayıdır, ardınca 
M i r z ə S ə m ə n d ə r içəri girir. Acıqlı öz otağına keçirkən. 
 
C a m a l. Almaz xanım, Almaz xanım! (Birdən gözü Mirzə Səməndərə ilişir). 
Mən Almaz xanımı görmək istəyirəm. 
M i r z ə S ə m ə n d ə r. Mən nə bilim hansı cəhənnəmdədir. Qulluq göstərir. 
Əriştə doğrayır. 
C a m a l. Siz bu adamı tanımırsınız? (Stol üstündəki şəkli göstərir). 
M i r z ə S ə m ə n d ə r. Birdir, ikidir, hansını tanıyım? Bircə onun nişanlısının 
adresini bilsəydim, mən bilərdim ona nə yazardım (İçəri girir). 
C a m a l (stol üstündəki şəkli göstərərək). Bu şəkil çoxdanmı buradadır? 
 
Mirzə Səməndərə baxır və onun getmiş olduğunu görüncə, şəkli cibinə qoyur, 
tez çıxır, bir azdan A l m a z və X a n ı m n a z içəri girirlər. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə