Microsoft Word C?f?r Cabbarl? doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə38/113
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21410
1   ...   34   35   36   37   38   39   40   41   ...   113

122 
 
Şərif çıxır. Bir azdan sonra Almaz pəncərənin qabağına keçir. Bayırda ildırım çaxır, 
göy guruldayır, külək bacaları taqqıldadır, yağış bütün şiddəti ilə pəncərəyə çırpır, 
bu aralıq yavaşca qapı döyülür. 
 
A l m a z. Kimdir? (Qapıdakı  səs vermir. Ancaq qapı döyülür). Kimdir? 
(Qapıdakı yenə səs vermir. Ancaq yenə də qapı döyülür). Cavab verməsən, qapını 
açmayacağam. Kimsən? Cavab ver. 
Y a x ş ı (yavaşca). Mənəm. 
A l m a z (ehtiyatla qapını açır, baxır, sonra qapını geniş açaraq). Yaxşı, 
sənsən? 
Y a x ş ı. Mənəm. 
A l m a z. Gəl, heç kəs yoxdur (Yaxşı bir gecə paltarında yataqdan durmuş 
kimi içəri girir). Sən çılpaq gəlmişsən. Bu yağışda, bu qiyamətdə ölərsən ki!.. 
Y a x ş ı. Ərim yatmışdı, yorğan-döşəkdən durmuşam. İbad hələ gəlməmişdi. 
Gərək ki, o şəhərdən gələn hökumət onu çağırmışdı. 
A l m a z. Bəlkə, birdən ərin oyandı, ya Ibada rast gəldin? 
Y a x ş ı. Çarəm nədir? Allaha pənah, yatıbdır. 
A l m a z (uşağı verərək). Süd qurtarmışdı. Bayaq boğazına kələm dolması 
suyu tökürdüm. Qarnı acdır. Ala! 
Y a x ş  ı  (uşağı alıb bərk qucaqlayır, ağlayır, süd verir). Bu Allaha rəvadır? 
Uşaqçın ürəyim  əzilir. Bayaq xəlvət evdə baldızım uşağının beşiyini qoymuşam 
qabağıma, boş beşiyə laylay deyirəm. 
A l m a z. Mən sənin səsini eşidirdim. 
Y a x ş ı. Sonra sənin bulaq başında danışdıqlarını fikirləşirdim. 
A l m a z. Yazıq, elə bil yüz ildir acdır. 
Y a x ş ı. Sonra da eşitdim, sabah səni divana çağırırlar. Məsciddən bir Quran 
gətirmişəm, onu açmışam, qoymuşam başıma, getmişəm bir xəlvət evdə yuxarı, 
gəlmişəm aşağı. Sənə dua eləmişəm ki, Allah sənə kömək olsun, çünki sən bütün 
əlsiz-ayaqsızlara kömək edirsən. Dahı gedim, Allah öldürmüş birdən ayılar (Uşağı 
Almaza uzadır. Almaz uşağı böyük bir tərəddüdlə alır. Yaxşı yola düzələrkən). 
Almaz xanım, Allahımdan istəmişəm: mənə elə bir mümkün versin ki, sənin bu 
yaxşılığını yetirə bilim. Sağ ol! (Yavaşca qapı  tərəfə  çəkilir. Birdən Almaz çox 
mütərəddid bir səslə Yaxşını çağırır). 
A l m a z. Yaxşı... Mən sənə bir söz demək istəyirəm. Mən demək istəyirəm
mümkün olsa... Vallah, Yaxşı, mümkün deyil... Bəlkə sən bu uşağı aparasan... 


123 
 
Y a x ş  ı  (bir təlaşla). Aparım?.. Aparım.. Hara aparım?  (Özünü itirmiş kimi 
yerində qalır). 
A l m a z. Yaxşı, sabah məni açıq məhkəməyə çağırmışlar. Adını deməsəm, 
onda iş mənim boynumda qalacaqdır. 
Y a x ş ı (uşağı alır və nə edəcəyini bilməyərək). Bəs mən nə edim? 
A l m a z. Sən məni təqsirləndirmə.  Əgər iş, tək mənlik olsaydı, mən öz 
ölümümə razı olardım, səni darda qoymazdım. Ancaq, Yaxşı, bu saat iş belə düşüb 
ki, mən özümünkü deyiləm. Mən ləkələnsəm, mənim bütün düşündüyüm işlər də, 
hamısı xalqın gözündə dəyərdən düşəcəkdir. Başa düşürsənmi? 
Y a x ş ı (heç düşünməyərək, başı ilə təsdiq edir). Düşürəm. 
A l m a z. İnan ki, Yaxşı, mən məcburam. Qaçacaq bir yol yoxdur. Onlar bu 
işdən istifadə etməyə çalışacaqlar. Başa düşürsənmi? 
Y a x ş ı (başı ilə biixtiyar təsdiq edərək). Düşürəm (Haraya getdiyini özü də 
bilməyərək, bayıra doğru yönəlir). 
A l m a z. Al şalımı bürün, yağışdır. Bir-iki gün keçsin, istəsən, sonra yenə də 
səndən alaram. Göndərərəm şəhərə, priyuta. Başa düşürsənmi? 
Y a x ş  ı  (öz-özündən soruşurmuş kimi). Allah... bəs indi mən bunu hara 
aparım? 
 
Qapıdan çıxarkən şal başından düşür, özü isə fikir vermədən çıxıb gedir. Almaz şalı 
götürüb ardınca çıxır. Bir az sonra tək qayıdıb pəncərənin yanına keçir. Sonra oturub 
kağız yazmağa başlayır, yaza bilmir... Göy gurultusu getdikcə şiddətlənir, yağış 
şüşələrə çırpır, ildırım üst-üstdən çaxır və evi göz qamaşdıran bir işıqla işıqlandırır. 
Almaz bir az yazdıqdan sonra, göy gurultusundan diksinib qalxır, yenə də pəncərəyə 
yanaşır, bu aralıq bayırdan səs gəlir. 
 
A f t i l. Almaz xanım, Almaz xanım! 
A l m a z (diksinərək). Kimdir? 
A f t i l. Mənəm, Aftiləm (Almaz qapını açır).  Şəhərdən bir nəfər gəlib sizi 
axtarır. Bu da onun şeyləridir. 
A l m a z. Yağış getdikcə şiddətlənir. 
A f t i l. Elə tufandır ki, göz açmaq mümkün deyil. Yağış elə bil tuluqdan 
tökülür. 
A l m a z (həyəcanla). O yazıq bu havada hara gedəcəkdir? 
A f t i l. Kim? O bu saat araba ilə buraya gələcək. Araba palçığa batmışdır. Mən 
şeylərin yarısını götürdüm ki, yüngül olsun. 
A l m a z. Tək, kimsəsiz, gücsüz bir adam, təbiətin belə bir qasırğası içində. 


124 
 
A f t i l. Mən gələndə, o yuxarı döngədə, bilmirəm, kim idi, bir ağ paltarlı 
palçığın içində külək çaşdırmışdı, yeriyə bilmirdi. 
A l m a z (həyəcanla). Yeriyə bilmirdi? 
A f t i l. Bir yıxıldı. 
A l m a z (qorxaraq). Yıxıldı? 
A f t i l. Yox, yenə də durdu, düzəldi yola. Gərək ki, zənən xaylağı idi. 
A l m a z. Hayana gedirdi? 
A f t i l. Uçurumun kənarına tərəf aşırdı. Ancaq külək dolaşdırmışdı onu: gah o 
yana çırpırdı, gah bu yana. 
A l m a z. Aftil dayı, sən heç uçurumun dibini görmüşsənmi? 
A f t i l. Onun dibini bu vaxta qədər görən olmamışdır. Ayaq getmir, göz 
işləmir – zülmətdir, zülmət. 
A l m a z. Adam o sıldırım qayalardan uçuruma atılarsa, sağ qalarmı? 
A f t i l. Qiyamətə kimi heç tikəsi də ələ gəlməz. 
A l m a z (həyəcanla). Heç tikəsi də ələ gəlməz? Ona kömək edən olmayacaq, – 
o çaşıb, uçuruma yıxılacaqdır, 
A f t i l. Yox, canım, o indicə  gələr (Almazın  şaşqınlığını görüncə) Kim? 
Arvad, ya şəhərdən gələn? 
A l m a z. İndicə  gələr. Yox, o bir daha gəlməz... Gəlməz... Bax gör ildırım 
necə vurur! Bütün dünyanı işıqlandırır, yenə də sönür. Bir nəfər günahsız adam bu 
qiyamətin içində öz canını götürüb gəzdirir. Bütün yaranmışlardan, bütün 
insanlardan kömək istəyir. Ancaq kimsə ona kömək etməyəcəkdir. Qatillərə, 
canilərə kömək edərlər, ona yox... 
 
Bu aralıq birdən ildırım çaxır, bir qırpımda bayır işıqlanır. Almaz pəncərədən baxıb 
dəhşətli bir həyəcanla bağırır: “Ah, o uçuruma yıxılacaq!”. 
 
A f t i l. Almaz xanım, Almaz xanım, sizə nə olub? Siz sakit olun! Mən bu saat 
onun dalınca gedərəm (Gedir)
A l m a z (bir qızdırmalı kimi sayıqlayaraq). Bu qiyamətin içində tək... Yox, 
yox, bu cinayətdir! Mən qoymaram, qoymaram! (Birdən yerindən qalxıb, 
həyəcanla bayıra qaçır). 
Bu aralıq A f t i l və F u a d içəri girir. Fuad – görünüşcə səliqəli görkəmli və 
daranmış bir gəncdir. Əynindəki yol paltarını yağış başdan-ayağa islatmışdır. 
A f t i l. Almaz xanım, Almaz xanım! Elə bu saatca burada idi. Heç bilmirəm 
hara getdi... 
F u a d. Siz mənim gəldiyimi ona söylədinizmi? 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə