Microsoft Word C?f?r Cabbarl? doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə35/113
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21410
1   ...   31   32   33   34   35   36   37   38   ...   113

112 
 
F a t m a n s a (öz-özünə oxuyur). “Şux məmədən...”. 
Ş ə r i f (cibindən bir kağız çıxarır). Bircə bura qol çəkin! 
A d a m l a r. Nədir o məgər? 
Ş  ə r i f. Daha belə  iş olmaz ki. Abrımız getdi, hayamız getdi, Kərbəlayı 
Fatmansa xala, siz də, hamınız qol çəkin! 
F a t m a n s a. Axı nədir o? 
Ş  ə r i f. Odur, hər nə ki, görürsünüz... Uşaqları soyundurub, onunbunun 
qabağında oynadır. Odur, ustul üstündə də dolu butılkalar. 
F a t m a n s a. O butılkalarda nə var? 
Ş ə r i f. Nə olacaq? Belə, yaxşıca araq var, çaxır var, konyak var. Qol çəkin 
görək! 
F a t m a n s a. Mən necə qol çəkim? Yazı-pozum var? 
Ş ə r i f. Ala, əlini batır mürəkkəbə. Budur, belə, bax, bas bura... belə... Siz də, 
hamınız qol çəkin! Sən də, sən də, çox gözəl! Bunu qoyaq cibimizə, bu subutalni, 
dakumentalni dəlildir. Qəzetdə yazılanları hamı gördü və təsdiq elədi. Yerdən göyə 
kup düzələr, bir-birinə bənd etsələr, altındakını çəksələr, onda gəl bax guppultuya. 
 
G ü l v e r d i, B a r a t və b a ş q a l a r ı gəlirlər. 
 
B a r a t. Yoldaş Şərif, nə haqq ilə sən müəllimə Almaz xanımı biabır edirsən? 
Ləkələyirsən? 
Ş ə r i f. Yavaş, yavaş, bir qışqırma! Necə yəni biabır edirsən? 
G ü l v e r d i. Bu nədir kağızında yazmışsan? Yalançının atası itə dönsün. 
Haçan kənddə belə şey olubdur? 
Ş ə r i f. Yavaş, bircə, qışqırmaqla deyil ki. 
B a r a t. Biz qərar çıxartmışıq, səni məsul eləyəcəyik. Sübut eləyin görək
haçan bu kənddə belə iş olubdur? 
Ş ə r i f. Siz bir spakoys olun, mən hamısını subutalni, dakumentalni göstərim. 
Sübut budur, bütün camaat hələ bu saat subutalni, dakumentalni hamısını gördü. 
Ay camaat, siz özünüz hələ bu saat uşaqların lüt-ətcəbala oynadığını gördünüz, 
görmədiniz? Bu da, bax, hamısı qol çəkiblər. 
B a r a t. Bu yalan-palan kağızlar mənim qulağıma girməz. 
Ş ə r i f. Buyur, sən özün bax də. 
G ü l v e r d i. O yan-bu yan yoxdur. Sabah qəmisyə gəlir. Siz gərək qəmisyə 
qabağında cavab verəsiniz. 
Ş ə r i f. Qəmisyə? Gəlsin də. Bizim məgər dilimiz yoxdur? Get o üzə. Dana 
otarmaqdan gəlib mənə zakun öyrədəcək. Adə, mən kəl- 


113 
 
lərlə  kəllələşmişəm, kərtənkələlər mənə neyləyəcək? Yüz dənə idarədən kağızım 
var. Kağız içində basdıraram səni. Mən özüm elə Allahdan istəyirəm qəmisyə 
gəlsin, bizim komsomolları da, hələ bir para cavanları da görsün. Qəmisyə bu 
kağıza nə deyə bilər? 
B a r a t. Sənə deyirəm, bizim üçün bu kağızların bir qəpik də qiyməti yoxdur. 
Ş ə r i f. Əlbəttə, səninçin olmaz. Gecə səhərəcən Almaz xanımın yanında kef 
çəkəndən sonra mənimçin də qiyməti olmaz də. 
B a r a t. Mən? Mən onun yanında kef çəkmişəm? 
Ş ə r i f. Bəli, sən. Sən xalqın qızının qucağına bir uşaq verəndən sonra, əlbəttə, 
mən də qışqıraram də. 
B a r a t. Uşaq nədir? Uşaq kimindir? 
Ş  ə r i f. Sizin, cənab Almaz xanımın. Atasız da uşaq olar? Sənin deyil, bəs 
kimindir? Qoy hələ bu camaat desin. Ay camaat, atasız da uşaq olar? Yoxsa bu da 
həzrət Isa kimi hələ piləməkdən doğulub? 
B a r a t. Mənim uşağım olub? Mən uşaq harda görmüşəm? Vicdanın yoxdur? 
Ş  ə r i f. Daha sən vurmadın, mən yıxılmadım, bəs bu uşaq hardan gəldi? 
Nişanlısı da, Allaha şükür, ayağını buralara basmayıb. Hə, haçan oldu? Bu saat 
mən sənə sübut eləyim. Atam, üç ay sən mənə gələn, üç ay mən sənə gedən, pəcəb, 
şəban, ramazan, bu, doqquz ay, bu da uşaq. Hə, de də! Danışmırsan! 
F a t m a n s a. Daha nə danışsın? Yeyib halvanı, minib eşşəyi. 
G ü l v e r d i. Eybi yoxdur, qəmisyədə danışarıq. 
Ş ə r i f. Çox əcəb, danışarıq. 
 
B a l a r z a, A f t i l, H a c ı Ə h m ə d, İ b a d və b a ş q a l a r ı gəlirlər. 
 
B a l a r z a. Bu nə vurhavurdur? 
F a t m a n s a. Odur hey, gör nə vur-çatlasındır! Səhərdən uşaqlaruvuzu lüt-
ətcəbala oynadırlar. 
İ b a d. Canım, bu xalq öz uşağının qiryətindən əl çəkib, hamı da ona pamağayıt 
eləyir. Sizə nə var düşmüşsünüz bu ortaya? 
B a l a r z a. Mənim uşağımı oynadırlar? 
Ş ə r i f. Bütün camaatın qızlarını onun-bunun qabağında. 
B a l a r z a. Bu saat mən onun atasını yandıraram (İçəri gedir). 
F a t m a n s a. Ay camaat, siz nə üçün dayanmışsınız? Uşaqlarınızdan  əl 
çəkmişsiniz? 


114 
 
H a c ı Ə h m ə d. Sən o uşaq məsələsini Barata yaxşı tutuzdurdun. 
Ancaq bərk dur üstündə. 
B a l a r z a (idman paltarı geymiş bir qızın  əlindən tutub dartaraq). Ay 
arvadlar, bir çarşab verin bəri! 
F a t m a n s a (bir örpək verir). Ala... Daha elin abrı töküldü. 
A f t i l. A kişi, hara sürüyürsən o uşağı? 
B a l a r z a. Sənə nə var? Uşağı mən əkmişəm, sən? Sənə nə var? 
A f t i l. Necə mənə nə var? Bu mənim oğlumun nişanlısıdır, ya yox? 
B a l a r z a. Çox da nişanlısıdır. Nə olsun? Sən razı olarsan gəlinüvün abrısı 
tökülsün? 
A f t i l. Gəlin mənimdir, mən istəyirəm oxusun. 
B a l a r z a. Çox da gəlin sənindir, bu xalq məgər abrısından əl çəkib? 
A f t i l. Gəlin mənimdir, mən deyirəm qoy oxusun. 
B a l a r z a. Nə qədər mənim evimdədir, mənim ixtiyarımdadır. Onda ki, getdi 
evinə, onda əri bilər. 
A f t i l. Mən razı olmaram ki, mənim gəlinimi avam saxlayasan. 
Ş ə r i f. Kişinin uşağıdır, öldürər nə yaxşı, öldürməz nə yaxşı... 
A f t i l. Bu gəlin mənimdir, yox? 
B a l a r z a. İndi ki, elə oldu, heç vermirəm. Gəl sabah apar avadanlığuvu. İtə 
verərəm onu, daha sənə vermərəm. 
A f t i l. Burax, sənə deyirəm, uşağı, getsin paltarını geyinsin. 
B a l a r z a. Burax, deyirəm, uşağı, Həzrət Abbas haqqı, qan salaram. 
 
Deyinərək gedir. B a r a t və a t a s ı içəridən çıxırlar

 
B a r a t. Kişi, ağlını başına yığ, burax uşağı... 
A l l a h v e r d i. Qızı mən əkmişəm, sən? Mən əkmişəm, sən? Sənə nə var? 
B a r a t. Necə mənə nə var? Bu mənim bacımdır, ya yox? 
A l l a h v e r d i. Cəhənnəm ol, burax uşağın əlini. 
B a r a t. Bacı mənimdir, mən qoymaram sən onu onun-bunun sözü ilə bədbəxt 
eləyəsən. 
A l l a h v e r d i. Buraxmırsan, buraxmırsan? 
B a r a t. Yox. 
A l l a h v e r d i. Yox? (Ona bir şillə vurur). Necədir? Burax!  
B a r a t. Hörmətini bil, kişi! Atamsan, danışmıram. Uşağı burax. Bunlar hamısı 
elə adamların işidir ki, öz ciblərini güdürlər. Camaat, bu 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə