Microsoft Word C?f?r Cabbarl? doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə31/113
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21410
1   ...   27   28   29   30   31   32   33   34   ...   113

100 
 
Uşaqlar oxuyaraq gedirlər. Almaz evə qayıdır. 
Ş ə r i f qaçıb soldakı qapıdan başını içəri salır. 
 
Ş ə r i f. Adə Baloğlan, Baloğlan, bəs hanı bu zalım oğlu, zalım? 
 
Ş ə r i f tələsik getmək istərkən H a c ı Ə h m ə d ə rast gəlir. 
 
H a c ı Ə h m ə d. Ay gədə, Şərif! 
Ş ə r i f. Hacı, xoş gördük! 
H a c ı Ə h m ə d. Bizə sən gəlmişdin? 
Ş ə r i f. Mən gəlmişdim, mən gəlmişdim. Bunu görmüşsən? (Əlindəki qəzeti 
göstərir). 
H a c ı Ə h m ə d. Yox, hardan görəcəyəm, nə var məgər? 
Ş  ə r i f. Atası yandı. Gür-gurunbaz getdi kəlləsi üstə. Hamısını subutalni, 
dakumentalni, yerli yerində... 
H a c ı Ə h m ə d. Nə deyirsən, əşşi? Canunçun bir belə şey olsa, sabah əbrəş 
qoçu kəsirəm. 
Ş ə r i f. Mən əjdahalarla çəngəlləşmişəm Tülkü-mülkü mənim qabağımda nə 
dayana bilər? 
H a c ı Ə h m ə d. Bir danış görək, nə olub? 
Ş ə r i f. Budur, aşnanı yazıblar. 
H a c ı Ə h m ə d. Sən allah, oxu bir görüm. 
Ş ə r i f. Qoy hələ Baloğlanı da tapaq. 
H a c ı Ə h m ə d. Sən elə bir-iki kəlmə əsli o maddəsini mənimçün oxu, indicə 
onlar da harada olsa gəlib çıxarlar. 
Ş  ə r i f. Dayan, hələ bu bir parçasını oxuyum. Başdan yazıb “Qudurğan 
müəllimə”, sonra dalınnan gəlir, burasında, bax, yazır: “Müəllimə  kəndin 
cavanlarını başına yığıb məktəbdə kef çəkir və min cür nalayiq işlər görür. Özü bir 
yana, uşaqların da əxlaqını pozur. Onları soyundurub öz kef məclislərinə gətirir və 
öz dostlarının qabağında oynadır...”. 
H a c ı Ə h m ə d. Ay barakallah, ay barakallah! Bax, burada Barat-maratı da 
ilişdirmək olardı. 
Ş  ə r i f. “...Bundan başqa, xırda uşaqları qovlayıb öz kef məclisləri üçün 
gizlindən yağ, pendir və sairə gətirməyə göndərir...” 
H a c ı Ə h m ə d. Ay barakallah, ay barakallah! Daha atası yandı. Canunçun, 
kəsdim əbrəş qoçu. 
Ş ə r i f. Hələ yaçeykadan xəbərin yoxdur. Bu gün səhər bir vurhavurdu ki, gəl 
görəsən. 


101 
 
H a c ı Ə h m ə d. Deyir, bəs deyirmiş ki, yaçeykanın da katibi yaramaz. 
Ş ə r i f. Yaramaz? Yaramaz hansıdır? Deyir, yaçeykanın katibi Hacı Əhmədin 
kürəkənidir. Ona görə də ağzını yumub oturubdur. 
H a c ı Ə h m ə d. Böyük padlesdir. Böyük ustadır. Bəs axırı nə oldu? 
Ş ə r i f. Heç nə. Mən ley vuran görmüşdüm, belə tükü tökülən görməmişdim. 
H a c ı Ə h m ə d. Necə məgər? 
Ş ə r i f. Heç necə. Işi elə düzəltmişəm ki, hər kimə üz çevirir. Deyirlər ona ki, 
yoldaş, biz kəndə ləxləxə salan bir adamı müdafiə etmərik. 
H a c ı Ə h m ə d. Ay barakallah, ay gözünə dönüm! 
Ş ə r i f. Bir az Baratgil o yan-bu yan elədilər, ancaq bir qələt eləyə bilmədilər. 
Səməd bir yandan döşədi, Rəcəb o yandan döşədi, axır ki, yumdular. 
H a c ı  Ə h m ə d. Ay barakallah! Ay gözünə dönüm! O indi mənimlə 
sikkəbərlik eləyir. Yaxşı, deyilən elə! 
 
B a l o ğ l a n, O c a q q u l u gəlirlər

 
B a l o ğ l a n. Budur, hər ikisi buradadırlar. Mən səhərdən size axtarıram. 
O c a q q u l u. Möcüzə zahir olubdur. 
Ş ə r i f. Biz eşitmişik. Sən get camaata de. 
O c a q q u l u. Molla Sübhan bu gecə yuxu görüb... Yuxuda görüb ki, nurani 
bir kişi əlində ağ paltar, altında ağ at hazır-nazır olub. Deyib: ey Molla Sübhan, nə 
yatmışsan? Allah-taala bu kəndə bir bəlayi-taun göndərəcək ki, kəndinizi zir-zəbər 
eləsin. Ərz eləyib, atam-anam fəda olsun, bəs səbəb nədir ki, bizim kəndimizə bəla 
gəlir? Deyəndə, deyib ki... 
H a c ı Ə h m ə d. Ay kişi, sən bunu get camaata danış ey, camaata. Bu yuxunu 
biz çoxdan eşitmişik. 
O c a q q u l u. Sən bir dayan, mən sözümü qurtarım, gör nə deyirəm də... 
H a c ı Ə h m ə d. Ay kişi, biz elə yeməmiş bundan tox idik ey, başa düşdün! 
Sən get Fatmansa arvad üçün danış, o biri adamlar üçün danış. 
O c a q q u l u. Hələ odur ki, Allahın bəlası müsəlləh olub, tövqilənət kimi 
keçib xirtdəyinizə. Hələ elə eləmişsiniz ki, hələ elə də olubdur. Nə böyüyün yerini 
bilirsiniz, nə kiçiyin (Gedir). 
Ş ə r i f. Oxumuşsan, aşnovi? 


102 
 
B a l o ğ l a n. Bəli ya... 
Ş ə r i f. Hə, necə görürsən lələşüvün qələmini? Döşüvə yatır? 
B a l o ğ l a n. Bəli ya... Qiyamətdir. 
Ş ə r i f. Daha dirilən yeri-zadı qalmayıb ki? 
B a l o ğ l a n. Yox a, yox, yox! Daha bal da yesə, irəli gəlməz. Gur-gurunbaz 
getdi ki, getdi. 
Ş ə r i f. O, yəqin deyib ki, nə var, kəndlidir də, başa düşmürlər, qoyun kimi 
hara istərəm, sürərəm. Daha demir, bu kənddə elə  əjdahalar var ki, onu bir 
hortumda hop eləyib udarlar. 
H a c ı Ə h m ə d. Canunçun, Şərif, sabah əbrəş qoçu kəsdim. 
B a l o ğ l a n. Ancaq, o axırı bir az məni açmır. 
H a c ı Ə h m ə d. Axırında nə var məgər? 
B a l o ğ l a n. O qəmisyə məsələsi. 
H a c ı Ə h m ə d. Nə qəmisyədir o? Oxu bir görüm. 
Ş ə r i f. O bir şey deyil. Mənim əlimdə subutalni-dakumentalni dəlillər var. Bir 
burasına bax! Deyir: “Onun bu fəna hərəkətlərini tənqid etmək istəyənləri 
müəllimə  ləkələməyə çalışır. Ümumiyyətlə, müəllimə  kəndlilər arasında intriqa 
salıb. Ona görə bütün kəndlilər bu əxlaqsız müəllimənin bilatəxir çağırılmasını və 
cəzalanmasını tələb edirlər”. 
H a c ı  Ə h m ə d. A barakallah, a barakallah!.. Bunun harası xarabdır? 
Canunçun, Baloğlan, lap atası yandı. Daha qəmisyə hansıdır? 
B a l o ğ l a n. Bəli ya, yanmasına yandı, ancaq o qəmisyə məsələsi məni açmır. 
H a c ı Ə h m ə d. Hansı qəmisyədir o axı? 
Ş ə r i f. Belə, o bir şey deyil ey... Onu idarədən yazıb ki, bu işi tədqiq etmək 
üçün xüsusi bir qəmisyə göndərilir. 
H a c ı Ə h m ə d. Hə, qəmisyə gəlir? Bu bir az yaxşı olmadı deyəsən. 
B a l o ğ l a n. Mən də onu deyirəm də. 
Ş  ə r i f. Bura bax, siz bir spakoys olun. Bunu mən yazmışam. Siz durun, 
hamısını  mən bir-bir subutalni, dakumentalni göstərim. Uşaqların çörək-mörək 
gətirdiyini sən görmədin, yalandır yəni? Uşaqlar hər gün lüt ətcəbala oynamırlar? 
Baratgil gəlib baxmırlar? Neçə kərəm mən özüm gedib tamaşa eləməmişəm? Özü 
mənə deməyib ki, gəl qızlarıma tamaşa elə? 
H a c ı Ə h m ə d. Yaxşı, bəs sənə deməzlər ki, sən əgər yaxşı adamsan, neçin 
getmişsən? 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə