Microsoft Word C?f?r Cabbarl? doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə32/113
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21410
1   ...   28   29   30   31   32   33   34   35   ...   113

103 
 
Ş ə r i f. Yox da, sən bir spakoys ol, mən özüm şura katibi, bax, bu da mənim 
kağızlarım. Bu da qəzetdə  şəklim. Özüm də müxbir. Əlimdə subutalni, 
dakumentalni kağızım. Ixtiyarım var, bu saat vurum onun gözünün altını qaraldım. 
Müxbirə söz yoxdur. 
H a c ı Ə h m ə d. Qəmisyə haçan gələcək? 
Ş ə r i f. Kim bilir, bəlkə hələ sabah gəldi, ya o biri gün gəldi. 
H a c ı Ə h m ə d. Bura bax, bu işi boş tutmaq olmaz. Gərək bir məsləhətləşək. 
Bəlkə  də tutub damlamaq yaxşıdır, hə? Çünki qız tutulsa, onda qəmisyə  də ona 
dustaq kimi baxar. Sözlərinin bir elə ağırlığı olmaz, hə? Belədir, ya qeyri-belədir? 
B a l o ğ l a n. Istəyirsiniz hələ bu saat tutum, salım tövləyə? 
H a c ı Ə h m ə d. Yox, yox, gərək hər iş camaatın əli ilə olsun. Molla Sübhanın 
möcüzü də heç yaman deyil. Gedək İbadı da tapaq, o da öz adamlarını görsün. 
Ş ə r i f. Ibad şəhərdədir. 
B a l o ğ l a n. Oduvey, İbad dağın böyrilə dördayaq sürür. Yanında da qardaşı. 
H a c ı Ə h m ə d. Yəqin qazamatdan buraxıblar də. 
B a l o ğ l a n. Bəli ya, özüdür ki, var. 
Ş ə r i f. Canım, siz İbadı neyləyirsiniz? O Allah bəndəsi deyir: vuran əl məndə. 
Haçan deyirsiniz, mən bir gecədə işi elə bitirim ki, nə iyi tapılsın, nə piyi. Odur, 
aşnan da gəlir. 
B a l o ğ l a n. Aşnam hansıdır? 
Ş ə r i f. Xalaqızı da. 
H a c ı Ə h m ə d. Hə, gəlin daha bu yana. 
Ş ə r i f. Dayanın bir görək. O, yanındakı şumalay oğlan kimdir? 
H a c ı Ə h m ə d. Yox, yox, daha dayanmayın, gedək bənd-bərəni bağlayaq. 
Sonra gəlib xəbər bilərsən. 
 
Gedirlər. Doktor T e m u r t a ş və A l m a z içəri girirlər

 
T e m u r t a ş. Deməli, siz sakit oturmaq fikrində deyilsiniz? 
A l m a z. İndi mən burada bir dustaq kimiyəm. Dünən mənə bildirmişlər ki
şura sədrindən icazə almamış  kənddən çıxa bilmərəm. Fuada da adsız bir kağız 
yazmışdılar ki, mənim otağımda bir kişi yaşayırmış. Onlar, yəqin, sizi görmüşlər. 
Fuad da mənə yazmış... 
T e m u r t a ş. Necə, mən? Bəs o nə deyir, acıqlanmır ki? 
A l m a z. O, belə xırda şeylərə inanan və əhəmiyyət verən adam deyil. O da 
belə bir şeyə inansaydı, dünyada bütün ümidimi itirmiş 


104 
 
olardım.  Ən ağır dəqiqələrimdə o gəlir gözümün qabağında durur. Onda ruhum 
yüksəlir. Qollarım yenidən qüvvət alır. 
T e m u r t a ş. Yaxşı, sən bu uşaqları küçələrdə nə üçün gəzdirirsən? 
A l m a z. Mən istəyirəm ki, əsrlərdən bəri donub qalmış bu bataqlıq bir 
hərəkətə  gəlsin. Gözlər günəş görsün, bu yeni yaranan aləmə alışsın. Oxunan 
mahnı bir vuruş çağırışıdır. O, hər gün bir səhər verilir, bir axşam. 
T e m u r t a ş. Yaxşı, uşaqlar gələnədək mən də uşağa dəyib qayıdaram. Axşam 
yola düşəcəyəm. 
A l m a z. Çox gözəl! Uşaqlar da indicə qayıdarlar. Odur, səsləri gəlir. 
 
Doktor gedir. Almaz uşaqların səsini dinləyir. 
M i r z ə S ə m ə n d ə r i n səsi gəlir. 
 
M i r z ə S ə m ə n d ə r. Bağırmayın, dağılışın, köpək uşağı... 
 
Almaz diksinir, uşaqların səsi kəsilir. 
Mirzə Səməndər gurultu ilə səhnəyə çıxır. 
 
M i r z ə S ə m ə n d ə r. Ax, qurban olum Məhəmmədin şəriətinə! Qurban olum 
Məhəmmədin  şəriətinə! Dəvənin qanadı olsaydı, uçulmamış dam qalmazdı 
(Almaza) Mən bir bilmək istəyirəm ki, bu xarabada müdir kimdir? Sənsən, ya mən? 
(Almaz susur). Qəzet yazır məni, yazır ki, yaxşıdır, kənd əhli hamı görür ki, mən 
necə səy edirəm. Amma bu gəlib məktəbi döndərib vayenni ştaba. Zənənə hamam 
kimi biri girir, biri çıxır. Ax, qurban olum Məhəmmədin şəriətinə! Canım, o kişi 
arvaddakını bilirmiş də. Güc deyil ki, məxluq yasavul Ağabba kimi qulluq göstərir 
də. 
A l m a z. Nə olmuşdur, Mirzə Səməndər? 
M i r z ə S ə m ə n d ə r. Bircə sənin əlindən qurtarsaydım, bir yeyib, bir Allah 
yoluna verərdim. Daha bəsdir mən dözdüm. Bu saat gedib Maarif Komissarlığına 
yazacağam. Əgər müdir sənsən, mən burada nə qələt eləyirəm, əgər müdir mənəm, 
bu nə hoqqadır bəzəyirsən? Gündə  uşaqları  yığıb göndərirsən o küçə  sənin, bu 
küçə  mənim. Kəndi ayaqdan salırlar. Mən bu saat gedib Maarif Komissarlığına 
ərzhal yazacağam. Bu məktəbdə ya mən müdir olum, ya sən. Ya mən qalım, ya 
sən. 
A l m a z. Mirzə Səməndər, mənə müdirlik lazım deyil, əmin ola bilərsiniz. 


105 
 
M i r z ə S ə m ə n d ə r. Hələ müdir deyilsən, kəndi vurmuşsan bir-birinə, 
müdir olsaydın, neylərdin? Ax, qurban olum Məhəmmədin  şəriətinə! Yaxşı, nə 
üçün yığmışsan yenə də bu uşaqları? 
A l m a z. Gəlin görün nə üçün yığmışam. Doktora göstərəcəyəm. 
M i r z ə S ə m ə n d ə r. Yaxşı, müdir sənsən, mən? 
A l m a z. Siz. 
M i r z ə S ə m ə n d ə r. Mən qoymuram doktor mənim uşaqlarıma baxsın. 
Sənin nə haqqın var, mənsiz iş görəsən? 
A l m a z. Vətəndaş müdir, siz ova getmişdiniz, doktor birdən gəldi. Daha 
sizdən icazə ala bilmədim. O ki qaldı sizin haqqınız, sizing razı olmağa ixtiyarınız 
yoxdur. 
M i r z ə S ə m ə n d ə r. Adə, ixtiyarım yoxdur? İxtiyarım yoxdur? Mən 
müdirəm, yox? Müdirəm, yox? Mən köpək oğlu müdirəm, yox? 
A l m a z. Müdirsiniz. 
M i r z ə S ə m ə n d ə r. Mən sənə əmr edirəm! 
A l m a z. Bu işdə mən sizin əmrinizə qulaq asmıram. Gedin, kimə istəyirsiniz 
yazın. 
M i r z ə S ə m ə n d ə r. Sonra da deyirlər belə. Qurban olum Məhəmmədin 
şəriətinə! Məhəmməd yaxşı bilirmiş ki, bu arvadlar necə nüsxədirlər. A kişilər, 
vallah, billah, tumunuzdan bir gilə  dənizə düşsə bütün balıqlar diplomat olar, 
bayraq götürüb ingilisə ultimatum verərlər. Hələ utanmaz-utanmaz deyir ki, şura 
sədri də arvad olsun. Sonra da gəl belə bir kənddə yaşa. Mənim ixtiyarım yoxdur? 
Bu saat gedib yazıram. Məktəbi döndərmişsən veçərnəbazara. Səhər arvad 
yığıncağı, günorta kişi yığıncağı, axşam tarxana, obaşdan qarmonxana. Daha 
bilmirəm nə xana, nə xana... Dərs qalıbdır bir yana, məktəb olub dava meydanı. 
Ləşkər ləşkərə söykənib. Bu saat gedib hamısını yazıram. 
A l m a z. Elə də lazımdır, vətəndaş müdir. Mən bütün işlərim üçün məsulam. 
M i r z ə S ə m ə n d ə r. Elədir ki!.. Elədir ki! Çox gözəl, tamaşa elərsən! Ya 
gərək burada sən qalasan, ya mən... Vəssalam! 
A l m a z. Vətəndaş müdir, mən burada qalacağam. Siz istəməzsiniz, gedə 
bilərsiniz, yol açıqdır. 
M i r z ə S ə m ə n d ə r. Hələ onu görə bilməzsən. Mən neçə ildir can 
çürüdürəm, sən yumurtadan dünən çıxmışsan. Kəndlilər kimi istər, o qalar, kimi 
istəməz, gedər. Bu aydan mən səninçin məvacib də 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə