Microsoft Word C?f?r Cabbarl? doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə29/113
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21410
1   ...   25   26   27   28   29   30   31   32   ...   113

93 
 
Eşqinlə bir atəş yaxılırsa, 
Pərvanəsi məndən. 
Aşiqlərə zülfün teli zəncirə dönürsə, 
Divanəsi məndən. 
Yox qorxu ürək yansa, kabab olmalı olsa, 
Vay ol ki, əməl dönsə, sərab olmalı olsa, 
Dünya kədəri eşqə kitab olmalı olsa, 
Əfsanəsi məndən. 
Gözlərdəki, gözlərdəki... 
Əcəb ol gözlərinin can alıcı qarəsi var; 
Heç bilirsənmi mənim tək neçə avarəsi var? 
Düşməyən eşqinə bilməz nə yaman dərddir bu, 
Nə təbibi, nə əlacı, nə də bir çarəsi var. 
Hicrin ilə, hicrin ilə... 
 
Zəhrimar yadımdan çıxdı (Dəftərini çıxardır). 
A l m a z. Mən bu şeri harada isə oxumuşam. 
Ş ə r i f. Mən bu şeri özüm inşad eləmişəm. 
A l m a z. Yox, Şərif, mən bu şeri ya Füzulidə görmüşəm, ya da... 
Ş ə r i f. Onda yəqin Füzuli məndən oğurlayıb. Bu aralıq yavaşca qapı açılır. 
Hər ikisi maraqla qapıya baxır. Kiçik bir uşaq dalında özündən yekə bir torba içəri 
girir. Ardınca daha b i r n e ç ə u ş a q dallarında bir bağlı soğan, bir banka yağ, 
pendir içəri doluşurlar. Bir balacanın kisəyə gücü çatmır, yıxılır, kisənin altında 
qalır, kisənin içindən kartoflar evin içinə diyirlənir. Almaz gülərək, onu ayağa 
qaldırır. 
A l m a z. Bu nədir? Sürmə, hə, bu nədir? Bunları haradan gətirirsiniz? 
S ü r m ə. Müəllimə, evimizdən gətirmişik. 
A l m a z. Bunları kim verdi? 
S ü r m ə. Biz özümüz gətirmişik. 
A l m a z. Nə üçün? Sizə kim dedi? 
S ü r m ə. Müəllimə, deyirlər müəlliməmizə çörək vermirlər. Biz 
də yığışdıq, hamı yatdı, götürdük, gəldik. 
Ş ə r i f. Deməli, oğurlayıblar! 
S ü r m ə. Yox a! 
A l m a z. Sən mənim gülümsər Sürməm! Bəs necə oldu, danış görüm. Yox, 
uşaq oğurlamayıb. Elə hamı yatandan sonra gizlindən götürüb gəlib. Hə, Sürmə, 
elədir? 


94 
 
S ü r m ə  (başı ilə). Elədir. Nehrəni qoydum ayağımın altına, çaxçadan 
götürdüm. 
A l m a z. Bəs anan görmədi? 
S ü r m ə (başı ilə). Yox, anam elə atamnan yatmışdılar. 
A l m a z (o birilərə). Siz də gizlindən götürmüşdünüz? 
U ş a q l a r. Biz də, müəllimə. 
A l m a z. Uşaqlar, belə iş etmək olmaz. Bu saat aparın. 
S ü r m ə. Muəllimə, mən daha yorulmuşam, apara bilmərəm. 
Ş ə r i f. Eybi yoxdur, qoy qalsın, onların bu il kartofu çox gəlmişdir. 
A l m a z. Yox, yox, Sürmə, mənim gözəl qızım, mənim yeməli qızım, apar. 
U ş a q l a r. Müəllimə, biz aparmarıq. 
A l m a z. Uşaqlar, mənim gözəl uşaqlarım, mənim göyərçin balalarım, qulaq 
asın! Adam ata-anadan gizlin bir iş görməz. Sıraya düzül! (Hamı düzülür). Hər kəs 
öz  şeyini dalına alsın! (Hamı alır). Adam anasından gizlin çaxçaya əl vurmaz! 
Hamı bir yerdə. Bir... 
U ş a q l a r (bir yerdə). Adam anasından gizlin çaxçaya əl vurmaz. 
A l m a z. Sola dön! (Hamısı dönür). İrəli, marş! (Hamı çıxıb gedir). 
Ş ə r i f. Sən nahaq qaytardın. Uşaqlar həvəs etmişdilər. 
A l m a z. Yox, Şərif, belə  iş etmək olmaz. Ancaq bu məni çox sevindirdi. 
Budur, onlar da öz səmimi, təmiz ürəkləri ilə bizim köməyimizə gəlirlər. Qoy bir-
iki il də keçsin, onlar böyüsünlər, onda bütün kənd başqalaşacaq. Sağlam gülüş 
kəndin bütün həyatını yeni bir sevinclə güldürəcəkdir. Köhnəliyə elə bir divan 
tutulacaqdır ki, gəl görəsən. Bax, indi bu gücsüz görünən xırdaca  əllər vaxtın 
gedişindən böyüyüb güc bulacaqdır, gənc qollarına qan dolacaqdır, tarix ona təslim 
olacaqdır. Eh, kim deyir ki, bizim köməyimiz yoxdur? Nə oldu mənim tarım?  
 
Neft yoxluğundan getdikcə lampanın işığı azalır, 
bir azdan otaqda ancaq ay işığı qalır. 
 
Ş  ə r i f. Almaz xanım indi bizə bir tar çalacaqdır, bu çalan kimdi  çalır, 
çaldıqca can alacaqdır, zülfünü bas yarama, qoyma, məni qan aparacaqdır. Almaz 
xanım, mən səninçin bir şeir demişəm. 
A l m a z. Şərif, siz şeir demək də bilirsiniz? 
Ş ə r i f. Mən çox abdar şeirlər yazmışam. 


95 
 
A l m a z. Çox gözəl, mən heç bilməmişəm. 
Ş ə r i f. Müxbir olsun, mühərrir olsun, şeir yaza bilməsin! 
A l m a z. Siz nə üsulla yazırsınız? 
Ş  ə r i f. Nə üsulla? Mən elə üsulsuz da yazıram. Sədi həngində  də yazıram, 
Hafiz həngində də yazıram, yeni üsulda da. Budur, birini sizinçin yazmışam, qoyun 
oxuyum. 
A l m a z. Yaxşı, oxuyun. 
Ş ə r i f (vəziyyət alaraq). 
Şeyda bülbül oxuyur şerini avand
İstəyirsən içim səninçin qurana and, 
Yarımın əlində dəmirdən bir şand... 
 
A l m a z. Şand nədir, Şərif? Azərbaycan dili leksikonunda mən heç belə söz 
görməmişəm. 
Ş ə r i f. Bircə spakoys ol. Şand da elə bir növ, qafiyə üçündür. Yoxsa avanda, 
anda başqa qafiyə yoxdur. 
A l m a z. Sapand. 
Ş ə r i f. Aha, sapand. O, ağlıma gəlməyib, o daha yaxşıdır. Onda belə yazarıq. 
Yarımın əlində kəndirdən sapand, 
Atdı daşı gicgahıma dəgayi. 
A l m a z. Dəgayi nədir? 
Ş ə r i f. O, gərayi sayağıdır (Almaz gülür). Yarın qaşları kaman, kirpiyi patron 
kimi batdı ürəyə. 
A l m a z. Şərif, kirpik patrona oxşamaz ki. 
Ş ə r i f. Niyə oxşamır? Qədimlərdə kirpiyə ox deyirdilər, indi daha ox yoxdur, 
patron demək lazımdır. Bu, təzə obrazdır. 
A l m a z. Aha, demək, siz sənayeləşdirmişsiniz. Onda bəs qaşları  nəyə 
oxşayar? O da, yəqin, tapançaya oxşar da. 
Ş ə r i f. Hə, neynək, tapança olsun. Düzəldərik. 
A l m a z. Deməli, necə oldu: qaşların tapança, kirpiyin patron... 
Ş ə r i f. Yox, yox, qafiyə düz gəlmək üçün axırı olmalıdır ki, keçdi ürəyə. 
Oxarta dəydi, ürəyim döndü aşsüzənnən ələyə
Yaman yerdə başım düşdü kələyə. 
Hər patronu ürəkgahimə dəgayi. 
A l m a z. Ürəkgahimə nədir? 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə