Microsoft Word C?f?r Cabbarl? doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə36/113
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21410
1   ...   32   33   34   35   36   37   38   39   ...   113

115 
 
bir iş deyil ki, siz görürsünüz: kişilər kolxozu düzəltdilər – dağıtdınız, arvad 
kolxozu düzəltdilər – dağıtdınız. İndi də məktəbə əl atmışsınız. 
Ş ə r i f. A kişilər, bir arvad cin kimi məktəbi dağıtmadı! 
B a r a t. Məktəbi siz dağıtdınız! 
Ş ə r i f. Allaha şükür, camaat özü görür də. 
İ b a d. Camaat, bir məktəbin ki, müəllimi bic doğa, o məktəbə uşaq vermək 
olar? 
C a m a a t. Elə müəllimə bizə gərək deyil! 
B a r a t. Siz yalan deyirsiniz! 
İ b a d. Yalan deyənin atası itə dönsün, sonra da inanmayanın. 
B a r a t. Mən sabah qəmisyə yanında səni məhşər ayağına çəkəcəyəm. Gərək 
sən sübut eləyəsən! 
İ b a d. Sən haranın tulasısan məni məhşər ayağına çəkəsən? 
B a r a t. Gərək sübut eləyəsən. 
Ş ə r i f. Sübut məndə. Hamısı subutalni, dakumentalni öz yerində. Mən sabah 
sənin qırmızı qulluğunda sübut eləyim, özün də gör. 
F a t m a n s a. Ay adamlar, bu işi çək-çevirə niyə salmışsınız? Bu kənddə 
mama mənəm, ya yox? Məndən soruşun da. Belə, uşağı  mən özüm tutmuşam. 
Xanımnaz gecə  gəldi, məni çağırdı ki, qızım doğur. Mən getdim uşağı tutdum. 
Daha örtüb-basdırmaq lazımdır? 
 
Bu aralıq A l m a z saçları dağınıq və 
çox da pərişan bir halda camaat arasına çıxır. 
 
A l m a z. Kəndlilər, yoldaşlar... Siz onlara inanmayın, qoyun mən sizə sözün 
olanını deyim... 
F a t m a n s a. İstəmirik. Sözün olanını biz özümüz səndən yaxşı bilirik. Öz 
gözümüz ilə görmüşük. 
Ş ə r i f. Sözün olanı qəzetdə yazılmışdır, get oxu. 
H a c ı Ə h m ə d. Sən Şura hökumətinin pirğramını poza bilməzsən. 
A l m a z. Yoldaşlar, Şura hökuməti... 
H a c ı Ə h m ə d. Necə? Indi də Şura hökumətini söyürsən? Şura hökumətilə 
işin olmasın. Bizim canımız da, malımız da hökumətə qurbandır. 
A l m a z. Yoldaşlar, hökumət... 
H a c ı  Ə h m ə d. Hökumətin adını  çəkmə... Biz razı olmarıq ki, sən bizim 
hökumətimiz haqqında güldən ağır bir söz deyəsən. 
A l m a z. Yoldaşlar, qoyun mən də sözümü deyim... 


116 
 
Ş ə r i f. İstəmirik. Biz razı olmarıq ki, sən bizim yanımızda Şura hökumətini 
söyəsən. Camaat, hamınız şahid olun! 
B a l o ğ l a n. Yoldaşlar, yoldaşlar, dağılışın! Səs salmayın! Şəhərdən qəmisyə 
gəlib. 
H a c ı Ə h m ə d. Hə? Qəmisyə gəlib? 
B a l o ğ l a n. Bəli, bəli ya, bir dəstə adamdır. 
Ş ə r i f. Bəs haradadırlar? 
B a l o ğ l a n. Getdilər bizə. 
Ş ə r i f. Yaxşı oldu ki, hələ əsli vaxtında gəldilər. Qoy gəlsinlər, görsünlər ki, 
bizim üçün necə müəllimə göndəriblər. Hansı ki, can kimi məktəbi vurdu dağıtdı. 
Qoy gəlsinlər, öz gözlərilə görsünlər. 
 
Almaz donmuş kimi, divara söykənir və quruyub qalır. Hamı tez dağılır

 
P ə r d ə 
 
BEŞİNCİ PƏRDƏ 
 
BİRİNCİ ŞƏKİL 
 
Almazın otağı. Axşamdır, otaqda lampa yanır. Ara-sıra göy guruldayır, ildırım çaxır 
və pəncərədən yağış yağdığı görünür. A l m a z stol üstündə kağız yazır. 
Haradansa xəfif bir laylay səsi eşidilir. 
 
Y a x ş ı. 
 
Laylay dedim adına, 
Allah çatsın dadına. 
Məndən ayrı düşəndə, 
Laylam düşsün yadına. 
Laylay, bala, laylay! 
A l m a z (durub uşağa baxaraq). Qız, şeytan, dodaqlarını büzmə. Bax, anan 
səninçin laylay çalır. 
Y a x ş ı. 
Laylay dedim, al məndən, 
Ipək məndən, şal məndən. 
Dedim, Allah, balamı saxla, 
Demədim ki, al məndən, 
Laylay, balam, laylay! 


117 
 
A l m a z. Eşidirsən, Yaxşı səninçin nə oxuyur? Yox, yox ağlamaq olmaz! Mən 
sənin  əlindən ağlamaqdansa, sən mənim  əlimdən ağlayırsan. Acsan, ay yazıq? 
Qarınciyəzin acdır?  İndi mən səninçin nə edim, hə?  Şeytan, yox, yox, izinsiz 
ağlamaq olmaz! Dayan, dayan, bu saat mən sənin boğazına kələm dolması suyu 
tökəcəyəm. Uşağı yerindən oynadır, üstünü örtür və yanında oturur. Laylay səsi 
gəlir. 
B a r a t (yavaşca girərək). Almaz xanım. 
 
Almaz eşitmir. B a r a t laylay səsini dinləyir. 
 
Y a x ş ı. 
Yerin, göyün sayı var, 
Ulduzu var, ayı var, 
Gün görməsin, kim məni 
Öz balamdan ayırar. 
Laylay, balam, laylay! 
B a r a t (dərin bir hərəkətlə). Bu odur? 
Y a x ş ı. 
Laylam səslər, bil səni, 
Bağda gözlər gül səni. 
Laylay, balam, laylay... 
B a r a t. Özüdür, Almaz xanım... 
A l m a z (diksinərək). Hə, Barat, sənsən? 
B a r a t. Mənəm, Almaz xanım. Bu laylay deyən sizin qonşunuz deyilmi? 
A l m a z. Qonşumuz hansıdır? 
B a r a t. Yaxşı... 
A l m a z. Gərək ki, odur. 
B a r a t. Onun gərək uşağı olmasın. Əri hələ keçən həftə gəlibdir. İl yarımdır 
getmişdir. 
A l m a z. Bilmirəm. 
B a r a t. Mən bilirəm, mən uşaqlıqda onun atası ilə qoyuna gedirdim. 
Nə isə... Qəmisyə kəndlilərin tələbini qəbul etdi. 
A l m a z. Hansı  tələbini? Onların birinci tələbi məni qulluqdan çıxardıb, 
dustağa salmaqdır. 
B a r a t. Yox, o hələ qalır. Silistin açıq aparılması... Sabahdan iclas açıqda 
olacaqdır. 


118 
 
A l m a z. Səni dindirdilər? 
B a r a t. Bizim hamımızı. Məndən elə  şeylər soruşdular ki, mən lap özümü 
itirdim. 
A l m a z. Qorxdun? 
B a r a t. Qorxmağına qorxmadım, ancaq lap boğazım qurudu. Bu bir-iki gündə, 
Almaz, sən də çox dəyişmişsən. Rəngin sapsarı saralıbdır. 
A l m a z. Mən neçə gecədir yatmıram, Barat. Dünən gecə ağlamışam. 
B a r a t. Görünür qorxursan? 
A l m a z. Yox, qorxmuram. Ancaq vəziyyətim çox ağırdır. Barat, neçə gecədir 
düşünürəm, çıxacaq bir yol tapmıram. Barat, qulaq as. Sənin bir kəlmə sözündən 
bir adamın ölümü, ya yaşaması asılı olursa, nə edərsən? 
B a r a t. Bilmirəm, yəni necə adamın? 
A l m a z. Belə... büsbütün günahsız bir adamın. Yazıq bir adamın... 
B a r a t. Əlbəttə, mən elə edərəm ki, o yaşasın. 
A l m a z. Ancaq onun yaşaması  mənim özümü öldürür. Təkcə məni də yox, 
mənim işimi, mənim tutduğum yolu, əqidəmi, hamısını ləkələyir. Başa düşdünmü? 
B a r a t. Deyəsən bir o qədər də başa düşə bilmədim. 
A l m a z. Bu saat, Barat, mən iki yol arasındayam: ya mən iki günahsız adamı 
ölümə verməliyəm, ya da özümü, öz adımı el içində  həmişəlik ləkələməliyəm. 
Ləkəli adla yaşamaqdansa, ölüm yaxşıdır. Bilirsənmi, Barat, ya onlar ölməlidir, ya 
mən. Ya onlar yaşamalıdır, ya mən. Başa düşürsənmi? Mən fikrimi toplaşdıra 
bilmirəm. Sənin fikrində  təbiətin saflığı var. Sən öz sağlam duyğunla mənə 
məsləhət ver. Başa düşürsənmi, Barat? 
B a r a t. Yox, Almaz xanım, deyəsən yaxşı başa düşə bilmədim. 
A l m a z. Yaxşı, qalsın, görək nə olur. 
B a r a t. Biz, Almaz xanım, gərək çalışaq ki, onların bütün işləri açılsın. 
A l m a z. Yox, açılmayacaqdır. Görünür, tale özü onların köməyidir. Nə 
etmək, əl-qolum bağlanıbdır. Vəziyyətim ağırdır, Barat, ağırdır! 
B a r a t. Almaz xanım, nə etmək lazımdır, sən de, mən eləyim.  İstəyirsən 
gedim  Şərifi, ya Hacı  Əhmədi çağırım bayıra, çəkim yumruğu qulağının dibinə, 
hə? 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə