Microsoft Word C?f?r Cabbarl? doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə44/113
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21410
1   ...   40   41   42   43   44   45   46   47   ...   113

140 
 
kimi ittihamlar olduğunu eşitdiniz.  İndi bir də soruşuram: siz özünüzü təqsirli 
bilirsinizmi? 
A l m a z (ayağa durub, sakitcə ətrafı süzərək). Mən dediklərimə heç bir şey 
artırmaq istəmirəm. Özümü müdafiə etməyəcəyəm, çünki məni düşmənlərim çox 
yaxşı doğrultdular. 
S ə d r. Deməli, siz özünüzü təqsirli bilmirsiniz? 
A l m a z. Yox, mən özümü təqsirli bilirəm. 
S ə d r. Bilirsiniz? 
A l m a z. Bəli, özümü təqsirli bilirəm, çünki mən bu invalid çuxası geymiş 
qolçomaq hacı  əhmədlərə,  şəriflərə, mirzə  səməndərlərə qarşı mübarizəyə ancaq 
Kommunist Partiyasının rəhbərliyi ilə və yoxsul kəndliləri təşkil etmək yolu ilə iş 
görülə biləcəyini yaxşı düşünməmişdim. Mən təkbaşıma mübarizə aparmışdım. 
Mən başa düşməmişdim ki, bu mübarizəni ancaq mən aparmıram, fəhlə sinfi 
partiyanın rəhbərliyi altında aparır. Mən səhvlərimi boynuma alıram. Ancaq bu 
səhvlərim düşmənlərimi sevindirməsin. Mübarizə davam edir! Səhvlər mənə çox 
şey öyrətdi. 
 
S o n 
 
Q e y d: Cəfər Cabbarlının  əlyazmalarının birində pyes, Almazın məktəb uşaqlarına 
oxutdurduğu şərqi ilə bitir. Həmin şərqini – oyunu əlavə şəklində dərc edirik: 
 
S ə d r. Almaz xanım! Biz yalnız uşaqların nə oynadığını görmək istərdik. 
K ə n d l i l ə r. İstəyirik... İstəyirik... 
A l m a z. Kəndlilər, bu, oyun deyil. Bu bizim gedəcəyimiz yoldur. Bizi 
bürüyən qaranlıq sökülür. Qarşımızdakı “Dan ulduzu” bizi azad və  mədəni bir 
səhərə doğru aparır. Bu meydan güclülərin döyüş meydanı, bu yol inqilabın və 
mədəniyyətin qalibiyyət yoludur. 
Birdən lampaların işığı sönür

S ə h n ə d ə n s ə s g ə l i r: 
Qoy gömülsün torpağa 
Əski kənd, onun əski yaşayışı, 
Çürük ağac xışları. 
“Yeni kənd”də yeri darar 
Dəmir dişli kotanların 
Güclü dəmir dişləri. 
 
Müxtəlif tərəfdən sanki telefon ilə danışılır. 


141 
 
T ə k - t ə k s ə s g ə l i r. 
Allo! Allo... “Yeni kənd”... 
“Dan ulduzu”... 
Baş mərkəzdir danışır. 
Bu gün səhər bütün bölük 
Qızıl torpaq düzünü 
Başdan-başa şumlasın... 
 
B a ş q a s ə s. Torpaq daşlıqdır. 
B i r i n c i s ə s. Maşın salın, daşlarını çıxarsın. 
I k i n c i s ə s. Su çox uzaqdır... 
B i r i n c i s ə s. Kəmər çəkin, motor qoyun, quruluğu suvarsın. 
I k i n c i s ə s. 
 
Bölük işə hazırdır. 
Ey maşınçı, motorlara benzin tök, 
Çarxlarını gözdən keçir, 
Yürüş üçün hazır dur, 
Iş başına göndərilir: 
Altı nasos, dörd motor, 
On dörd traktor. 
 
Qızlar, uşaqlar maşın yürüşünü yamsılayaraq oynayırlar. 
Tax, tax, tax, tax, 
Ey maşınçı ayıq bax. 
Çarx önünə daş yatır, 
tax, tax... 
 
A y r ı - a y r ı s ə s l ə r. 
Hey torpaq, təslim ol! 
Sənə qarşı yürüş var. 
– Maşınlara od buraxın, 
Vuruş var ha, vuruş var! 
– Hey sən, insan oğlu! 
Çərçivəndən yan çıxma, 
Mənim bu bərk anlımla 
Döyüşmüşdür əsrlər. 
Mənim qoynum məzarlıqdır. 
Alt qatımda uyuyur 


142 
 
Milyonlarla əsrlər. 
Hey insan, dinc otur
Mənim köksüm daşdandır. 
Sənin aciz əllərin 
Əsrlərcə çalışmış, 
Mənə üstün gəlməmiş, 
Mənə qarşı durmamış... 
Dura bilməz... 
Sənin ağac xışların 
Mənim bu daş qollarımı... 
Qıra bilməz... 
 
Uşaqlar oynayırlar. 
 
– Ayıl torpaq, bizi tanı! 
Sənə qarşı yürüyən 
O gördüyün – 
Çürük ağac xış deyil. 
Mədəniyyət bağında 
Artıq yazdır, qış deyil. 
Sənə qarşı yürüyür. 
Bir vuruşda qayaları 
Yarıb düzə qatanlar, 
Od püskürən traktorlar, 
Dəmir qıran, 
Dəmir qollu kotanlar. 
 
Uşaqlar oynayırlar. 
 
Ayıl torpaq, bizi tanı! 
Biz deyilik sənin dünən 
Saymadığın acizlər, 
Bizə təslim olmalıdır 
Yerdə sular və torpaq, 
Göydə ay və ulduzlar. 
 
Uşaqlar, maşın hərəkəti ilə hücum edər kimi oynayırlar 
 
Hey torpaq, təslim ol! 
Sənə qarşı yürüş var! 
Maşınlara od buraxın, 
Vuruş var ha, vuruş var! 


143 
 
K ə n d l i l ə r. 
 
Biz sizi məscidlərin küncündən, 
Örtülərin altından, 
Toz-torpağın içindən, 
Heç bir şeyə yaramayan 
Çürük xışlar ardından, 
Yoxsulluqdan, aclıqdan 
Yeni kəndə çəkirik. 
 
S ə s. 
 
Orda yeri şumlayacaq 
Dəmir öküzlər, atlar, 
Poladlar, poladlar. 
Orda həyat quracaq 
Od gedişli traktorlar, 
Güclü, dəmir kotanlar. 
 
Ümumi ahəngə uyğun olaraq, Almazın son sözləri eşidilir. 
 
A l m a z. 
 
Hey, sən! 
Əski dünya, təslim ol! 
Sənə qarşı yürüş var! 
Maşınlara od buraxın, 
Vuruş var ha, vuruş var! 


144 
 
1905-Cİ İLDƏ 
 
17 şəkildə pyes 
 
İ Ş T İ R A K  E D Ə N L Ə R 
 
Q o c a B a x ş ı – köhnə işçi 
G ə n c B a x ş ı – komsomolçu 
G ə n c S o n a – komsomolçu qız 
S a l a m o v Ə m i r a s l a n b ə y – mədən sahibi 
A ğ a y a r – onun əlaltısı 
B a h a d ı r b ə y – millətçi intelligent 
A ğ a m y a n – erməni kapitalisti, mədən sahibi 
H a y k a z – onun oğlu, zabit məktəbi tələbəsi 
Q u b e r n a t o r – Bakı general-qubernatoru 
M a r i y a T i m o f e y e v n a – onun arvadı 
A l l a h v e r d i Ə s r i y a n – Qarabağ kəndlisi (erməni) 
N a b a t – onun arvadı 
E y v a z – onun oğlu, inqilabçı-işçi 
S o n a – Allahverdinin qızı 
I m a m v e r d i – Qarabağ kəndlisi (azərbaycanlı) 
G ü l s ü n – onun arvadı* 
B a x ş ı – onun oğlu 
V o l o d y a – inqilabçı-işçi 
İ s a k 
A r ş a k 
A r a m 
M u r a d, 
M a k s i m o v    
 
işçilər 
B a x m e t y e v 
İ ş ç i S ə m ə d 
K a r a p e t 
A x u n d 
K e ş i ş 
P o l i s m e y s t e r 
Q r a d o n a ç a l n i k 
K ö m ə k ç i – Qarabağ uryadniki 
M ə h k ə m ə s ə d r i 
P r o k u r o r 
M ə h k ə m ə p r i s t a v ı 
 
İşçilər, kəndlilər, qadınlar, kazaklar, zabitlər, qorodovoylar, uşaqlar.
  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə