Microsoft Word C?f?r Cabbarl? doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə45/113
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21410
1   ...   41   42   43   44   45   46   47   48   ...   113

145 
 
BAŞLANĞIC 
 
G ə n c B a x ş ı şeylərini yığışdırıb yola hazırlaşır. S o n a çox tutqun halda 
çamadanının üstündə oturmuş, düşünür.  İçəridə, otaqda kim isə oxuyur. Tar 
çalınır... 
Saçın ucun hörməzlər, 
Neynim aman, aman, neynim aman, aman, sarı gəlin! 
Səni mənə verməzlər. 
Neynim aman, aman, sarı gəlin! 
Sarı gəlin, aman, sarı gəlin, boy-boy, sarı gəlin! 
Gəl-gəl səni alım... 
G ə n c B a x ş ı. Sona, sən deyəsən, heç tələsmirsən... 
G ə n c S o n a (başını qaldırmayaraq). Nə var? 
G  ə n c B a x ş  ı. Eşitmirsən?.. Sabah bizim üçün kolxozdan stansiyaya at 
göndəriləcəkdir. Vaxtında yetişməliyik. Gecikmək olmaz... Sona! Neçin 
danışmırsan? Deyəsən, heç getmək fikrində deyilsən... 
G ə n c S o n a. Yox, Baxşı, sən get. Mən getməyəcəyəm... 
G ə n c B a x ş ı. Neçin, Sona? Biz ki, iş dalınca gedirik. Sən kəndə getməkdən 
boyun qaçırırsan? 
G ə n c S o n a. Yox! Mən qaçırtmıram. Mən ancaq oraya getməyəcəyəm. 
G ə n c B a x ş ı. Haraya? 
G ə n c S o n a. Sən gedən yerə! Mən başqa kəndə gedəcəyəm. 
G ə n c B a x ş ı. Sona! Axı, ikimizi də bir yerə yazmışlar. 
G ə n c S o n a. Məni çox dindirmə. Mən gedib öz adımı 
pozduracağam. 
G ə n c B a x ş ı. Sona! 
G ə n c S o n a. Məni dindirmə, deyirəm.  
 
Sonanın atası Q o c a B a x ş ı əlində tar, gülərək içəri girir. 
 
Q o c a B a x ş ı. Sona! Sən, qızım, neçin Baxşı ilə bir yerdə getmək istəmirsən? 
G ə n c S o n a. Istəmirəm. 
Q o c a B a x ş ı. Səbəbi nədir? 
G ə n c S o n a. Heç bir səbəbi yoxdur. Bilmirəm. 
Q o c a B a x ş ı. Sən Baxşını sevirsən? 
G ə n c S o n a. Mən heç kəsi sevmirəm. Mən heç bir şey bilmirəm. 
Məndən heç bir şey sormayın... 
Q o c a B a x ş ı. Sən onunla bir yerdə getməkdən qorxursan? 


146 
 
G ə n c S o n a. Mən heç bir şeydən qorxmuram. 
Q o c a B a x ş ı. Yox, qorxursan. 
G ə n c S o n a. Mən nədən qorxacağam?.. 
Q o c a B a x ş ı. Sən illər boyu mühitimizi boğub üzən çürük fikirlərdən, acı 
dillərdən qorxursan. Sən azərbaycanlısan, Baxşı erməni. Azərbaycanlı  qızının 
erməniyə getməsi bu vaxtadək görünməmiş bir işdir. Sən bundan qorxursan. “Nə 
deyərlər?” – budur səni qorxudan. Sən özünü gücsüz hiss edirsən. Ona görə  də 
onunla bir yerdə getmək istəmirsən. Elədirmi? 
G ə n c S o n a. Ata, əvvəl başdan onu deyim ki, mən Baxşını heç sevmirəm. 
Ikinci, indiki halda siz dediyiniz şeyləri düşünmənin yeri yoxdur. Üçüncüyə 
qalanda... əsrlərdən bəri düzəlmiş, bərkimiş, beyinlərə işləmiş adətləri, cəmiyyətin 
əxlaq normalarını yoğuran düşüncələri, çəpərləri birdən-birə söküb, birinci olaraq 
irəli çıxmaq yüngül bir şeydirmi? 
Q o c a B a x ş ı. Bu, indiki zamanda lazımdır. Dayan, Sona, sən mənə qulaq as, 
Sona. Sənə kiçicik bir şey danışım. O, bizim keçirtdiyimiz həyatın bir faciəsidir
qara bir kitabdır. Mən onu sənə göstərə bilərəm... (Qoca Baxşı durub o biri otağa 
keçir). 
G ə n c B a x ş ı. Sona! 
G  ə n c S o n a. Baxşı, sən atamın sözlərinə baxma! Mən, səni sevməyi 
fikrimdən belə keçirməmişəm. 
 
Qoca Baxşı əlində qara cildli bir kitab olaraq qayıdır. 
 
Q o c a B a x ş ı. Budur, Sona! Bu qara bir kitabdır. İstəsən, al, özün oxu! 
 
Sona alıb kitaba baxır və qaytararaq. 
 
G ə n c S o n a. Bu, ərəb əlifbası ilə yazılmışdır. Mən oxuya bilmirəm. 
Q o c a B a x ş ı. Oxuya bilməzsən, çünki bu hərflər artıq sənə yabançıdır. Bir 
azdan sonra gəncliyimiz bu qara kitabı oxuya bilsə belə, hər halda anlaya 
bilməyəcəkdir. Çünki oradakı  həyat ona yabançı  və  xəyali bir uydurma kimi 
görünəcəkdir. Halbuki burada yazılanlar bir xəyal deyil, hələ dünən keçirtdiyimiz 
qara bir həqiqətdir. Otur, Baxşı, sən də qulaq as! Mən özüm sizin üçün bu kitabdan 
bir neçə  səhifə oxuyaram. Bunları  mən öz gözümlə görmüşəm, öz qulağımla 
eşitmişəm və öz əlimlə yazmışam. Mən  əzbərdən də danışa bilərəm. Hər ikiniz 
qulaq asın!.. Eşidirmisən, Sona? Qulaq as!.. 


147 
 
G ə n c S o n a. Eşidirəm!.. 
Q o c a B a x ş  ı.  İyirminci  əsrin ilk illəri idi. Gənc Baxşı seminariyadan 
Qarabağa, öz kəndlərinə, öz evlərinə qayıtmış, Sonanı da burada görmüşdü. Baxşı 
türk idi, Sona erməni. O zamanlar Sona on altı yaşında idi. Sona hündürboylu, 
gülümsər, gözəl, tən yerişli, şux gülüşlü bir qız idi. Onlar qonşu idilər. 
 
İşıq yavaş-yavaş azalır. Yuxarıda işıq artır. 
 
BİRİNCİ ŞƏKİL 
 
Qarabağın yaşıl bir yamacında kiçicik bir kənd... N a b a t həyətdə təndir üstündə oturub 
corab toxuyur. G ü l s ü n, əlində corab toxuyaraq, onun yanına gəlir. 
 
G ü l s ü n. Ay Nabat bacı! Ay Nabat bacı! Bu yiyəsi ölmüş çil toyuq iki gündür 
yenə də fal aparır. Heç bilmirəm hara baş götürüb gedir, deyirəm, bəlkə, sizin hinə 
gəldi. 
N a b a t. Hinə bax, ay Gülsün bacı, dünən hindən iki dənə  qərib yumurta 
tapmışam. 
G ü l s ü n. Yiyəsi ölmüş bir yerdə oturub qaxıla bilmir. 
N a b a t. Ala, bunları da apar, dünən axşam əyirmişəm. 
G ü l s ü n. Nə xəbər, qaçhaqaç deyil ki, mənim hələ əyrilmiş yunum var. 
N a b a t. Sən allah, ay Gülsün bacı, mallar gələndə  sən onları bir az yemlə, 
mən Eyvazı yola salım. 
G ü l s ü n. Dana gəlib, yemləmişəm, o biriləri də farağat elərəm. Sən arxayın 
ol, işini gör. 
E y v a z (əlində şeyləri girərək). Hə, ana, araba hazırdır, daha dayanma, xırda-
mırdanı ver bayıra. Xoş gördük, Gülsün xala, sənin keyfin, əhvalın? Bu nədir, ay 
xala, indidən saçların ağarıbdır, eyib deyil? 
G ü l s ü n. Eh, dünyanın dərdi-qəmindən. 
E y v a z. İmamverdi dayı ilə aran necədir? Görünür, yaxşı baxmır? 
G ü l s ü n. Mürdəşir yusun Imamverdi dayının üzünü, heç sifətini görürəm? 
Səhərdən yenə Allahverdi kişiyə qoşulub, heç bilmirəm hara itib gedibdir. 
İ m a m v e r d i (Allahverdiylə  gəlir). Hansı  cəhənnəmə getmişəm. Köpək 
oğlunun xarabasında qoyurlar rahat oturaq, bir parça zəhrimarımızı yeyək. Bir ay 
bəylik, bir ay biyar, üç ay qış, üç ay yaz, vur-tut bir ay işləyirsən. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə