Microsoft Word C?f?r Cabbarl? doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə47/113
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21410
1   ...   43   44   45   46   47   48   49   50   ...   113

151 
 
B a x ş  ı. Yox, Eyvaz, bu çox böyük məsələdir. Mən hələ bir qərara gələ 
bilmirəm. 
E y v a z. Yaxşı, bəs bu soyulan, susuz, torpaqsız qalan kəndlilər, bəs heyvan 
kimi işləyib ac qalan, əzilən işçilər, mən hələ  işsizləri demirəm, bunlar səni 
düşündürmür? Vuruşmaq lazımdır. 
B a x ş  ı. Yox, yox, mən qan sevmirəm. O doğrudur ki, kəndlilər soyulur, o 
doğrudur ki, atam heyvan kimi işləyir və bir çuxa almaq onun üçün bir həyat idealı 
olmuşdur, o doğrudur ki, işçilərin günü ağırdır, varlılar daha yaxşı dolanırlar, lakin 
qan, insan qanı... Mən dünyada adına insan qanı tökülə biləcək bir ideal tanımıram. 
S o n a (gəlir). Çay hazırdır. 
E y v a z. Ay sağ ol, bacım! Baxşı, mən öz bacımı sənə tapşırıram. Başıma bir 
şey gəlsə, sən ona kömək ol. Sona, Baxşıya yaxşı bax, düz oğlandır, sən ondan 
ayrılma. 
B a x ş ı. Mən Sonanı səndən az istəmirəm. 
A r a m (qaçaraq gəlir). Adə, adə, Eyvaz, qaç, gəldilər. 
B a x ş ı. Kim? 
A r a m. Eh, mən nə bilim kim. Deyir: evi axtaracaqlar. 
E y v a z. Baxşı, sən bunları gizlət! (Cibindən bir dəstə kağız çıxarıb Baxşıya 
verir). 
 
Yuxarıda işıq sönür, aşağı tərəf yavaş-yavaş işıqlanır. 
 
Q o c a B a x ş ı. Onlar qonşu idilər. Iki külfət: biri türk idi, biri erməni, lakin 
onların yaşayışı bir idi, işləri bir, görüşləri bir, dərdləri bir, sevincləri bir, diləkləri 
bir,  əməkləri bir idi. Uşaqları bir evdə böyüyür, malları bir yerdə otlayırdı, 
toyuqları bir hində yumurtlayırdı... 
 
P ə r d ə 
 
İKİNCİ ŞƏKİL 
 
Bakıda general qubernatorun kabineti. 
 
Q u b e r n a t o r (sinirli). Bu necə olur ki, altı  mədən birdən zabastovkaya 
başlayır, qabaqcadan sizin xəbəriniz olmayıb, cənab qradonaçalnik? 
Q r a d o n a ç a l n i k. Lakin onların tələbləri ancaq iqtisadidir, general 
həzrətləri! 
Q u b e r n a t o r. Sizin düşüncəniz çox səthidir, general. Siyasət də qarın davasıdır. Bu 
tələblər bir pərdədir. Onlar Rusiyanın taxttacına qarşı ixtilal törətmək istəyirlər



152 
 
Q r a d o n a ç a l n i k. Onlar buna cəsarət etməzlər. 
Q u b e r n a t o r. Əlbəttə, siz buyursanız, etməzlər. Rusiyanın bütün 
şəhərlərindəki ixtilalar sizin üçün kafi sübut deyildir. Ölkə yeni müharibədən 
çıxmış, ordu pozulmuşdur. Bütün mədənlər işi atıb ixtilala qoşulsalar, qabaqlarını 
kim saxlaya bilər. Bu saat bütün polis səfərbərliyə alınmalı, yığıncaqlar dağılmalı 
və zabastovkaçılardan bir nəfərinin ayağı yerdə qalan mədənlərə toxuna 
bilməməlidir (telefon zəng vurur). Allo, kimdir? Polismeyster? Eşidirəm. Hə, 
Şibayev mədənlərinə  tərəf axışmaq istəyirlər? Bu saat axın saxlanmalıdır! Necə? 
Qırmızı bayraq? (Qradonaçalnikə) Eşidirmisiniz, cənab general, artıq mən sizi 
saxlamıram, buyura bilərsiniz! 
Q r a d o n a ç a l n i k. Mən, general həzrətləri, hərəkətin bu qədər də 
genişlənəcəyini gözləmirdim. 
Q u b e r n a t o r. Çox təəssüf, çox təəssüf, general! (Telefon zəng vurur). Allo! 
Necə, şibayevçilər də onlara qoşuldular? Siz birbaş mənimlə danışın. Pulemyotları 
düzün, Nobeli bərk qoruyun. Mən bu saat qarnizonla danışaram. Necə? Nobel də 
işi atmışdır? Tfu... Köpək oğlanları! Gedin, general, əmrimi gözləyin! 
P o l i s m e y s t e r. General həzrətləri! 
Q u b e r n a t o r. General, mən sizi saxlamıram (Qradonaçalnik gedir, telefon 
zəng vurur). Allo! Silahlıdırlar? Dəstənin başında kim durur? Eyvaz Əsriyan? Bu 
saat həbs etmək mümkün deyil? Bu saat size gözləyirəm, polkovnik (Telefonu 
çırpır və maşinistkaya müraciət edir). Harasını oxuya bilmirsiniz?.. “Həzrətlərinin 
diqqətinə  ərz edirəm ki, burada qorxu iki cəbhədəndir: biri işçilərin inqilab 
təşkilatları, biri də yuxarıda göstərdiyim kimi yerli burjuaziyanın və millətçi 
ziyalıların muxtariyyət hərəkatı. Bu hərəkatın hər ikisi əlahəzrət imperatorun 
hakimiyyətinə qarşıdır. Bu nöqtə müvəqqəti də olsa, hər iki qüvvəti birləşdirir. 
Ordu pozğundur. Vəziyyətdən çıxacaq bircə yol, yerli tatarlarla erməniləri milli 
vuruşmaya atmaq və beləliklə inqilabi hərəkatı ikinci plana çəkməkdir. Burada 
ermənilər  ən ixtilalçı millətdirlər. Bunlar aradan çıxarsa, o birilərin də qüvvəti 
sarsılmış olur. Türk və erməni burjuaziyası arasında vuruşdurucu nöqtələr vardır”. 
P o l i s m e y s t e r (həyəcanla içəri atılır). General həzrətləri! 
Q u b e r n a t o r. Polkovnik, haçandan bəri bildirməmiş içəri girməyə 
öyrəşmişsiniz? 
P o l i s m e y s t e r. Bağışlayın, general həzrətləri! Lakin... 


153 
 
Polismeyster qubernatora işarə edir ki, 
maşında yazan qadının yanında danışmaq olmaz. 
 
Q u b e r n a t o r (maşinistkaya). Siz gedə bilərsiniz. 
P o l i s m e y s t e r. General həzrətləri, ixtilalçılar qırmızı bayraqlarla irəli 
axışır və bütün mədənləri ələ almağa çalışırlar. 
Q u b e r n a t o r. Dedim ki, qabaqları saxlanmalıdır. 
P o l i s m e y s t e r. Mümkün deyil, general həzrətləri, onlar silahlıdırlar. 
Q u b e r n a t o r. Silahlıdırlar? 
P o l i s m e y s t e r. Müqavimət göstərirlər, general həzrətləri. Bütün 
izdiham: “Yox olsun Romanovlar!” – deyə bağırır. 
Q u b e r n a t o r. Yox olsun Romanovlar? (Telefonu alır). Qarnizon! 
P o l i s m e y s t e r. General həzrətləri, aldığımız xəbərlərə görə qarnizon da 
bir o qədər etibarlı deyildir. Mən vaxtında general Davidova bildirmişəm. 
Q u b e r n a t o r. Qarnizon? Allo, kimdir? Polismeyster buradadır. Yandırdılar, 
kim? Mantaşovun ikinci mədənini, kim? Kim, deyirəm sizə? İşçilər?.. Hansını? Ay 
zəhrimara qalasan... Polkovnik, bütün qüvvətinizi mədənlərə! Bu saat, bu saat 
kazakları göndərmək lazımdır (Polkovnik getmək istəyir). Polkovnik, patronu 
əsirgəməyin (Səhnə ardından işçi nümayəndələrinin keçdiyi görünür). Bu nədir? 
İ ş ç i l ə r. Yox olsun Romanovlar! Yaşasın azadlıq! 
Q u b e r n a t o r. Polkovnik, bu nədir? 
P o l i s m e y s t e r. Qiyamdır, general həzrətləri! 
Q u b e r n a t o r. Bu, qiyam deyil, bu, inqilabdır. 
 
İ ş ı q s ö n ü r 
 
ÜÇÜNCÜ ŞƏKIL 
 
Qarabağda Baxşıgilin kəndi. 
Toy. Türklər və ermənilər bir yerdə çalıb-oynayırlar... 
O x u y a n. 
 
Tut ağacı boyunca, 
Tut yemədim doyunca. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə