Microsoft Word C?f?r Cabbarl? doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə49/113
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21410
1   ...   45   46   47   48   49   50   51   52   ...   113

158 
 
K ö m ə k ç i. Mən onun atasını yandıraram (Haykazı tanıyır). Haykaz 
Ağamyan! (O saat vəziyyəti dəyişir). Heyvan uşağı heyvan, korsunuz, 
görmürsünüz kim ilə danışırsınız? 
B a x ş ı. Canım, biz heç danışmırdıq ki. 
 
Baxşı danışdıqca, köməkçi fit çalıb, kəlməbaşı onu saxlayır. 
 
H a y k a z. Məni təhqir edənin atasını yandıraram. 
K ö m ə k ç i. Bu saat damlaram. Siz sakit olun. Kimdir onu təhqir edən? 
H a y k a z. Biri budur (Aramı göstərir). 
K ö m ə k ç i. Adə, heyvan oğlu, korsan? Düş qabağıma, düş qabağıma, düş 
qabağıma! 
H a y k a z. Biri də odur (Baxşını göstərir). 
K ö m ə k ç i. Yeri görüm, yeri görüm! 
M u r a d. Canım, onlarda ki, bir təqsir yoxdur. 
 
Köməkçi fit çalıb, sakit edir. 
 
H a m ı. Ay başına dönüm, onların nə təqsiri var? 
K ö m ə k ç i. Kəs... kəs... kəs... kəs... kəs... 
 
P ə r d ə 
 
DÖRDÜNCÜ ŞƏKIL 
 
Qubernatorun evində. 
P o l i s m e y s t e r və Q u b e r n a t o r oturublar. 
 
P o l i s m e y s t e r. Bu saat bütün divarlara kağız yapışdırmışlar, bütün işçilər 
birgə çıxışa və qazamatı dağıdıb, yoldaşlarını qurtarmağa çalışırdılar. 
Q u b e r n a t o r. Polkovnik, bu saat hərəkatı idarə edən kimdir? 
P o l i s m e y s t e r. Bəlli deyildir, general həzrətləri. Danışanlar Eyvaz 
Əsriyan, Volodin, Çopur Məmməddir. 
Q u b e r n a t o r. İnternasyonal! Hi-hi... Dağıtmaq lazımdır. 
P o l i s m e y s t e r. Adamlarımız onların arasında işləyirlər, ancaq onlar çox 
ehtiyatlıdırlar. 
Q u b e r n a t o r. Polkovnik, böyük bir hadisə hazırlanır və ona qəti hərəkətlə 
cavab verilməlidir. Dustaqdan bir şey çıxmaz, burada 


159 
 
qan lazımdır. Hər şeyin ağası qandır. Insan qan yığdıqca coşar, qan verdikcə susar. 
Əmrimə qulaq asın, gəlin ardımca, polkovnik. 
 
Yan otağa gedirlər. S a l a m o v, B a h a d ı r b ə y və A ğ a y a r əlində bir dəstə 
gül içəri girirlər. Qulluqçu, gülləri almaq istəyir. 
 
S a l a m o v. Dayan, dayan, dəymə, basırığa düşər, bilməzlər kimdəndir. Ala, 
hələlik bu göy əsginası verim dəmüvə, çıxanda yenə verərəm. A gedə, Ağayar, qoy 
onu buraya! Yavaş, öküz oğlu, öküz əzdin ki. Gör gülləri nə günə saldı! Hə, di yeri 
get, uşaqlar da tində gözləsinlər... Adə, dahı bir yerdə kutlaşmasınlar, bir-iki, iki-iki 
dayansınlar. Bahadırbəy, gedək içəri! 
B a h a d ı r b ə y. Dayanınız, dayanınız, kəbləyi, bildirişsiz getmək olmaz, qız 
getdi xəbər versin, şimdicə ev yiyəsi özü gəlib bizi burada qarşılar. 
S a l a m o v. Ay kişi, eybi yoxdur, öz itimizdir. 
B a h a d ı r b ə y. Ancaq, kəbləyi, sizin tutduğunuz pozision bizim siyasətimizi 
xələldar edə bilər, çünki bizim pozisionumuz müvəqqəti də olsa, inqilab 
hərəkatından istifadə ilə öz muxtariyyət məsələmizi irəli sürməkdir. 
S a l a m o v. Adə, ay Bahadırbəy, nə üçün başa düşmürsən? Belə  ağzını 
piyləmişəm ey, başa düşürsən, yox? Vay atonla sənin! Raboçi nədir, zad nədir
bunlar hamısı badalaqdır. Belə, işin içində iş var, belə, əsil iş mədənlərdir ey. 
B a h a d ı r b ə y. Nə olursa olsun, şimdiki halda hərəkati-inqilabiyyəyə 
müqavimət göstərmək siyasəti-milliyyəmizin mənafeyinə deyildir. Bu bizim 
pozisionumuzu paralizə edə bilir. Bu gün islam millətinin tərəqqi və təalisi... 
S a l a m o v. Atova lənət müşküllü Məmməd, ayının zorbasını burda qoyub, 
dağları ayı üçün gəzir. Adə, belə  mənə Gömürnat xəlvətdə  pıçıldayıb ey. Daha 
ağzından çıxarma... belə iş ayrı cürdür, sən bilmirsən ey... 
M a r i y a T i m o f e y e v n a (gəlir). Aha, Əmiraslanbəy, mən sizi çoxdan 
gözləyirdim. Mən sizi bu qədər sevirəm, düşünürdüm ki, doğulduğum gündə 
birinci siz gələrsiniz. 
S a l a m o v (bir dəstə gül verir). Mariya Tumannifeynən, bu nə xəcalətdir sən 
bizə verirsən? Adə, Bahadırbəy, sən yaxşı danışırsan, gurullad beş-altı kəlmə... 


160 
 
B a h a d ı r b ə y. Möhtərəm... qrafinya həzrətləri! 
S a l a m o v. Adə, qrafinkə nədir? Bahadırbəy, adını de. Adını deyəndə, xoşu 
gəlir. 
B a h a d ı r b ə y. Adını unutmuşam. 
S a l a m o v. Mariya Tumannifeynən. 
B a h a d ı r b ə y. Mariya... möhtərəm qrafinya həzrətləri! 
S a l a m o v. Küt oğlu küt, yenə başladı qrafinkə həzrətləri. Yox, bir abgərdən 
həzrətləri! 
B a h a d ı r b ə y. Xanım əfəndi, sizin bu günkü yovmailiniz biz müsəlmanlar 
üçün böyük bir səadətdir. Bizim iqbal və səadəti-milliyyətimiz... 
S a l a m o v. Buyur ağa, indi də zolladı milliyyəni ortaya. Adə, sən yenə o 
milliyyəni toxuşdurma ortalığa ey, sən güllərdən danış ey, deginən Əmiraslanbəy 
Mərdəkandan gətirdib. 
B a h a d ı r b ə y. Biz səadət və asayişi-milliyyəmiz üçün... 
S a l a m o v. Genə zolladı milliyyəni. Adə, bir belə dayan! Xanım, bu güllər bu 
saat Mərdəkandan gətirilmişdir, elə bu saat dərilmişdir. Hara qoyaq bu 
zəhrimarları, it qızının gücü də çatmayacaq? 
B a h a d ı r b ə y. Veriniz, mən masa üzərinə buraxayım. 
S a l a m o v. Burax görək də. Bu da bir cüt sırğadır. Bahadırbəy, sən yaxşı 
danışırsan, keç gurullad bir-iki kəlmə. De ki, elə dünən Nijnidən gəlib. 
B a h a d ı r b ə y. Möhtərəm qrafinya həzrətləri! 
S a l a m o v. Başuva dönüm, qrafinkə  cəhənnəmə, genə o milliyyəni 
salmayasan ortalığa. 
M a r i y a (sırğalara baxaraq). Oho... eleğan de Pari
1

S a l a m o v. Bahadırbəy, nə dedi o? 
B a h a d ı r b ə y. Firəngcə deyir. Möhtərəm qrafinya həzrətləri! 
S a l a m o v. Nə deyir? 
B a h a d ı r b ə y. Mən nə bilim nə deyir axı? Möhtərəm qrafinya həzrətləri, biz 
bu küçücük hədiyyəni təqdim etməklə. 
S a l a m o v. Deginən Əmiraslan gətirtdirib. 
B a h a d ı r b ə y. Biz bu küçücük hədiyyəni təqdim etməklə tərəqqi və təaliyi-
milliyyəmizin əlahəzrət imperatorun sayeyi-ədalətində... 
                                                            
1
 
Paris zinəti
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə