Microsoft Word C?f?r Cabbarl? doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə51/113
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21410
1   ...   47   48   49   50   51   52   53   54   ...   113

164 
 
S a l a m o v. Yenə də saldı bu zəhrimar milliyyəni ortalığa. Adə, bir belə keç! 
Mariya Tumannifeynən, padşah mənə böyük xəcalət verib. Bu midalın  əvəzinə 
sabah sizin barmağuvuza  şəhərimizin  ən böyük birilyantını taxacağam, Toxum-
Yerisuiç, mən tavan altında qalan deyiləm.  İnşallah, sizin də  xəcalətinizdən 
çıxaram. Dahı bağışlayın, mən o ibarə ilə danışa bilmirəm. 
M a r i y a. Məncə, siz çox gözəl danışırsınız, – həmişə qısa və aydın. Yaxşı, 
ağalar, qonaqlara baş çəkmək lazımdır. Sizi də orada gözləyirəm. 
S a l a m o v. Toxum-Yerisuiç, padşaha yaz ki, biz Qafqaz müsəlmanları canla, 
başla padşaha qulluq etməyə hazırıq. Padşahımız üçün güldən ağır bir söz deyənin 
cəhəngini cıraram. Buyuruq ondan, qulluq bizdən. Hər nə lazım olsa, sən papaq 
elə, dahı dalısı ilə işin yoxdur. 
Q u b e r n a t o r. Lazımdır, lazımdır. Əmiraslanbəy, işlə göstərmək lazımdır. 
Ermənilər çalışırlar, padşaha azı on kağız göndərmişlər, siz birini də 
göndərməmişsiniz. 
S a l a m o v. Ay köpəy uşağı, mən bilirəm, onların ağız-burunları ovulmasa, 
dinc oturmazlar. 
Q u b e r n a t o r. Yox, dostlar, elə iş olmaz. Bu ermənilərlə mümkün qədər 
ehtiyatlı olmaq lazımdır. Onsuz da onlar aranı qarışdırmaq üçün bəhanə axtarırlar. 
Onlar ancaq bizdən çəkinirlər, yoxsa dinc oturmazlar. 
S a l a m o v. Oturmasınlar də. Bu xalqın məgər əli yoxdur, zənənə hamamdır 
məgər, hər kəs bildiyini eləsin? 
B a h a d ı r b ə y. Lakin, general həzrətləri, ermənilərin bu kimi fikirləri olduğu 
nədən görünə bilər? 
Q u b e r n a t o r. Nədən? Bahadırbəy, xahiş edirəm belə  şeyləri məndən 
soruşmayasınız. Doğrudur, mən sizinlə dostam, ancaq vəzifəm belədir ki, hər şeyi 
açıb deyə bilmərəm. Nədən? Hər şeydən!.. Siz bilən mədənlərdəki bu şuluqluğun 
səbəbi nədir,  əsl  şuluq salan kimdir? Eyvaz Əsriyan, Dəmirçiyan, Nalbandyan, 
hamısı yan... yan...yan... Daha hər şeyi mən açıb deyə bilmirəm. 
S a l a m o v. Bu müsəlman da ki, maymaq kimi bir şeydir. Hər kəs iki kəlmə 
raboçi, raboçi deyən kimi, o saat iş-gücünü atıb qoşulur onlara. 
Q u b e r n a t o r. Budur, Əmiraslanbəy deyir müsəlmanların yerlərini alırlar, 
heç hələ bu neçə vaxtda gizlədirdim. O gün Ağamyan ərizə veribdir ki, Əmiraslan 
Salamovun fantan vuran iki buruğu mənim 


165 
 
xəzinədən icarə etdiyim yerdədir. Bu nə deməkdir?  Əmiraslanbəy demişkən: bu 
gəmidə oturub, gəmiçi ilə döyüşmək deyilmi? Diplomat tükü tükdən seçər. 
S a l a m o v. Necə? Necə? Səni, deginən, Allah döymüşdü. Hələ onu istəyir, 
köpəy oğlu, uzatdırım onu mastavoy üstə, o qədər vurdurum ki, nöyüt iyi versin? O 
yer mənim babamın xırman yeridir, xəzinənin nə ixtiyarı var mənim yerimi icarəyə 
versin?  Əlimdə kupçum var. Atova oxşayanı apar sox, deginən, anovun yorğan-
döşəyinə. 
Q u b e r n a t o r. İş elə orasındadır ki, onlarlıq olsa, bütün müsəlmanları 
buradan qovarlar. 
S a l a m o v. Qoyarlar məgər onları? Ölünü öz başına qoyarsan, şıllaq atar, 
kəfəni cırar. 
B a h a d ı r b ə y. Lakin bu, şəxsi bir dava kimi də tərəqqi edilə bilər. 
Q u b e r n a t o r. Yox, bu sistemdir, plandır. Böyük Ermənistan 
planının bir hissəsidir, yoxsa o, buna cəsarət etməzdi. Onlar hər yeri 
qamarlamaq istəyirlər. 
S a l a m o v. Yox, atam, Toxum-Yerisuiç doğru buyurur. Bu şəxsiməxsi iş 
deyil, bu elə millət davasıdır. Mən özüm məsələni çoxdan duymuşam. 
Q u b e r n a t o r. Bağışlayarsınız, Bahadırbəy, siz işə dərindən baxmırsınız. 
Uprava əllərində, Sovet-siyezd əllərində, injenerlər özlərindən, nə istəyirlər edirlər. 
Budur, kişinin mülkünü zorakı saldırıb öz adına ki, nə var iş bilmişəm... 
S a l a m o v. Bəs bu millət davası deyil? Yaxşı, deginən, köpəy oğlu Ağamov
mən sabah o balaxanlıları doldurum o zala, iti selbə ilə qovan kimi Sovet-
siyəzddən basım səni bayıra, özün də afərin de. Yox, atam, bu elə millət davasıdır. 
Eşitdin, mən sənə nə deyirəm! Biz də bir şey bilirik axı... 
B a h a d ı r b ə y. Lakin bu elə  kəskin bir halda deyil, bunu ibtidasında 
yatırtmaq mümkündür və lazımdır. Biz erməni ziyalılarına müraciət edə biləriz. 
Q u b e r n a t o r. Vəziyyət çətindir. Sizin qabağa çıxan adamlarınız yoxdur. 
Olanlar da ağzına su alıb oturublar. Müsəlmanlar demişkən: nə tüfəngə çaxmaqdır, 
nə də sümbəyə toxmaq... 
S a l a m o v. Elədir, elədir, canım, biz müsəlmanda qiryət yoxdur. O dumda şar 
saldıda mən əgər bərkini tutsaydım, o Ağamov heç duma keçə bilməzdi. 


166 
 
Q u b e r n a t o r. Amma mən o gün Bahadırbəyi qlava müavinliyinə  təklif 
etdim, bütün ermənilər etiraz etdilər. 
B a h a d ı r b ə y. Etiraz etdilər?  Əlbəttə ki, onlar özlərininkini keçirmək 
istəyəcəklər. Heç şübhəsiz ki, milli çəkişmənin nəticəsidir. 
Q u b e r n a t o r. Siz bir görünüz ki, mən müsəlmanlarla dostam, ona görə 
padşaha şikayət yazıb, mənim geri çağırılmamı tələb etmişlər. Lakin mən qorxan 
deyiləm.  İşi Peterburqda yazmışam. Mən elə sabah Bahadırbəyi qlavanın 
köməkçiliyinə keçirərəm. Siz ancaq adamlarınıza deyin ağızlarını yumub, teleqraf 
şalbanı kimi oturmasınlar. Siz mənə adam verin, mən hər yerə adam keçirim. 
S a l a m o v. A kişi, iş adama qalsa, sənə o qədər adam verim ki, lap itüvə tök. 
Q u b e r n a t o r. Bir də ermənilər çalışırlar, siz də  yığışın bir nümayiş 
düzəldin ki, padşaha qulluq etməyə hazırıq. Belə olsun ki, mənim də  əlimdə bir 
dəstəvuz olsun. 
S a l a m o v. Nümayiş elə sabah! O bir iş deyil. O, bir bozbaşın başı altındadır. 
İstəyirsən elə sabah çıxım parapetin lap ortasında deyim: hər kim padşahı istəmir, 
onun hərçibətəri belə-belə olsun? Sonra kişi istəyirəm çıxsın ağacımın qabağına 
ağac uzatsın! 
B a h a d ı r b ə y. General həzrətləri, siz ki, bizim hüquqi-milliyyəmizin 
naminə bu qədər kömək edirsiniz, nə etmək lazımdır, siz buyurunuz, biz türklər öz 
sədaqətimizi ibraz etməyə hazırız. 
Q u b e r n a t o r. Ancaq, dostlar, söz aramızda. Mən bu sözləri dostluqda 
dedim, hələ  Ağamyan gərək ki, öz adamlarını göndərib, o buruqları öz hasarının 
içinə almaq istəyir. Ancaq xahiş edirəm bu işdən bir cəncəl çıxarmayasınız. 
S a l a m o v. Mənim buruqlarımı? Öz hasarı içinə? Alsın görüm necə alır!.. 
Q u b e r n a t o r. Hər halda siz bir qədər ehtiyatlı olun, mümkün qədər dava 
salmayın. Mən Ağamyana demişəm, bu gün bəlkə o da gəldi. Yenə  də ona 
tapşıraram. Ancaq onların, gərək ki, silahları da çoxdur. 
S a l a m o v. Eh, köpəy oğluyam,  əgər mən onları bu şəhərdən dəyənəklə 
çıxarmasam. 
Q u b e r n a t o r. O bir şey deyil. Iş bərkə düşəndə mən sizə silah da verərəm. 
Mən əlimdən gələn köməyi etməyə hazıram. Hasar çəkməyə gəldi, qoyma, qurtardı 
getdi. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə