Microsoft Word C?f?r Cabbarl? doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə54/113
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21410
1   ...   50   51   52   53   54   55   56   57   ...   113

173 
 
A  ğ a m y a n. Yox, edərəm, mən öz millətimin yolunda hər bir şeydən 
keçməyə hazıram. Sən mənim işçimsən, nə qədər alırsan? Slesar 60 manat... kontor 
müdiri 400 manat, indi sözün nədir? 
E y v a z. Siz çox səxavətlisiniz, cənab Ağamyan!.. 
A ğ a m y a n. Mən pulu sizin üçün yığmışam, mənim varım millətin varıdır, 
mən millət yolunda çalışıram, səni irəli çəkmək istəyirəm, çünki sən... 
özümüzünküsən. Nəhayət, hər şey bir yana, sən axı mənimlə qudasan. 
E y v a z. Necə, necə yəni quda? 
A ğ a m y a n. Deməli, sən bilmirsən, sən axı mənim oğlumun qaynısan. 
E y v a z. Necə yəni qaynı? 
A  ğ a m y a n. Aha, sən indi soruşursan? Mən sənin bacını öz oğlum üçün 
alıram. 
E y v a z. Mənim bacımı? 
A  ğ a m y a n. Sənin bacın Sonanı  oğlum Haykaz Ağamyan üçün... Bundan 
sonra mənim bütün varım da, mədənlərim də sənin olacaqdır. 
E y v a z. Belə iş ola bilməz. 
A ğ a m y a n. İş qurtarmışdır. Mən neçə yol Qarabağa adam göndərmişəm. 
E y v a z. Bacım da razı olmuşdur? 
A ğ a m y a n. Atan razılıq vermişdir. Mən ananı da, bacını da, bütün külfətinizi 
də öz evimə köçürürəm. 
E y v a z. Bu olan iş deyil, mənim külfətimin sizin evinizdə işi yoxdur. 
A ğ a m y a n. Lakin onlar bu gün gələcəklər, bu da teleqram. 
E y v a z. Onlar gəlməzlər, mənim bacım sənin oğluna getməz. 
A ğ a m y a n. Getməz, nə üçün getməz? 
E y v a z. Çünki o özgəsini sevir. 
A ğ a m y a n. Özgəsini, kimdir o özgəsi? 
E y v a z. Onun sevdiyi bir türkdür. 
A ğ a m y a n. Türkdür! Sən öz bacını türkə verməyə razı olursan? 
E y v a z. Nə olar? 
A ğ a m y a n. Bizim din düşmənimizə, millət düşmənimizə, qan düşmənimizə 
qız vermək? Hələ dünən basdırdığımız o meyit kim idi? İki düşmən bir-birinin 
boğazına yapışıb boğmaq istərkən, bir erməni qızını düşmən əlinə vermək, bizim 
milli namusumuza qarşı qara bir ləkədir, bir xəyanətdir. 


174 
 
E y v a z. Ağamyan! Sözlərinizə diqqət edin, cənab Ağamyan! Milli namus! 
Sizin milli namusunuz puldur, mənsəbdir. Onlar bizim nə düşmənimizdir. Onlar da 
bizim kimi yük daşıyır, çəkic vurur, torpaq qazıyır, qan tökür, bir parça quru çörək 
qazanırlar. Onlarla bizim nə düşmənçiliyimiz vardır? Lakin siz iki doğma qardaşı 
boğuşdurur, hər ikisinin qanını sorursunuz. Bizim düşmənimiz onlar deyil, bizim 
düşmənimiz sizsiniz: siz ağamyanlar, siz salamovlar və sizin qabağınızda gedən 
imperator jandarmları. Bizim vuruşumuz millət vuruşu deyil, sinif vuruşudur. 
A ğ a m y a n. Əsriyan, ehtiyatlı olun, mənim səbrim tükənməz deyildir. Mən 
erməni millətinin namusuna ləkə toxunmağa yol vermərəm. Bu, Türkiyədən 
başlayıb gələn tarixi bir vuruşdur, onun qabağını kəsib bu vuruşda erməni millətini 
basdırmaq istəyənləri tarix və yaşamaq istəyən erməni milləti qarışqa kimi 
əzəcəkdir. 
E y v a z. O vuruş bizim deyil, o vuruş sizindir. O, mədən vuruşudur, siz onu 
millət vuruşuna çevirmişsiniz. Siz provokatorsunuz! 
A ğ a m y a n. Xain... 
E y v a z. Ağamyan! (Ayağa qalxıb, hiddətlə) Mənim sizin dilinizi kəsməyə 
qüvvətim və  cəsarətim yetişər, lakin siz buna dəyməzsiniz. Tarix öz gününü 
aslanlar döyüşünə yetirmişdir. Siz isə, ancaq bir tülküsünüz, həm də qorxaq bir 
tülkü. 
A ğ a m y a n. Belə?.. Belə? Çox gözəl, görərik bu sözlər kimə zərər verər? 
E y v a z. Çox gözəl, görərik (Sərt bir dönüşlə çıxır). 
A  ğ a m y a n (telefonu alaraq). 55–70. General-qubernator... mənəm. 
Ağamyan...  Əsriyanla danışdım. Yox, yox, çox yırtıcıdır. Necə? Yer tapılar? 
Harda? Təşəkkür edirəm... O birilərdən bir neçəsini  ələ keçirmişəm. Hər halda 
tapılar? Çox gözəl (Telefonu yerinə asaraq, qısacıq  sükutdan sonra). Onun üçün 
yer tapılar. 
 
İ ş ı q s ö n ü r 
 
YEDDİNCİ ŞƏKİL 
 
Ə m i r a s l a n S a l a m o v u n mədənləri. 
 
S a l a m o v (telefon ilə qışqırır). Polsmestr, polsmestr... 
A ğ a y a r (qaçaraq içəri girir). Gəlirlər. Vallah, adam çəyirtkə kimi qaynaşır. 


175 
 
S a l a m o v. Bura gəlirlər? 
A ğ a y a r. Birbaş bura. 
S a l a m o v. Uşaqların patronu var? 
A ğ a y a r. Hərəsində 50 arağ, polsmestr tüfəng də göndərmişdir. 
S a l a m o v. Köpəy oğlunun polsmestrini də çağıra bilmirəm. 
A ğ a y a r. Vallahi, polsmestrə bir ləpəriz gəldilər ki, papağını da qoydu, qaçdı. 
Basdılar onu daşa, vur ki, vurasan. Hər mədənə çatırlar, başlayırlar dagıtmağa... 
Volodin, Əsriyan, Çopur Məmməd, Qubadze, vay... vay... vay. Əsədullayevin 4-cü 
mədənini də yandırdılar. 
K ü t l ə. Yaşasın işçilərin qardaşlığı! Ura!.. 
S a l a m o v. Bu işlərin mayeyi-fəsadi bu Əsriyan köpəy oğludur. Özü 
Ağamovun qaynı, hər gecə də onlarda... Uşaqlar hardadır? 
A ğ a y a r. Bəziləri akopdadır, bəziləri də yığışıb, nə hə deyirlər, nə yox. 
S a l a m o v. Bircə yığ onları bura! Uşaqlar qalsınlar akopda, sən get bir xəbər 
gətir. Qardaşlar, müsəlman qardaşlar, bu mədənlər, bu buruqlar mənim döyül
hamısı sizindir. Mən heç aylarla burda olmuram. Burda siz işləyirsiniz. Bir parça 
çörək mən də yeyirəm, siz də. Bu gün gərək siz razı olmayasınız ki, bir nəfər 
xaricinin ayağı sizin mədəninizə dəysin. 
İ ş ç i l ə r d ə n. Xozeyin, axı bizə mənzil lazımdır, paltar lazımdır. Onların 
davası  tək səninlə deyil ki... Onların bizimlə  işi yoxdur... Onların davası 
Nikolayladır. Bizə nə düşübdür ki, Nikolaya tərəfdar olaq... 
S a l a m o v. Qardaşlar, bunların hamısı badalaqdır.  Əgər həqiqətdə onun 
Nikolayla davası var, bəs bura nə üçün gəlib? Fitilbörkə getsin də! Bəs, görünür ki, 
iş içində iş var. Bunlar hamısı o Ağamov ilə Əsriyanın pürçümüdür. Atam, sizə nə 
lazımdır? Mənzil lazımdır – verirəm, paltar lazımdır – verirəm, sabun lazımdır – 
verirəm, məvacib nə  qədər istəyirsiniz – artırım, daha nə istəyirsiniz? Ancaq 
mənim mədənimi yatırtmayın. Bir nəfərin ayağı gərək sizin mədənə dəyməsin. 
K ü t l ə. Yox olsun istibdad! Ura... 
A ğ a y a r (qaçaraq). Gəldilər! 
S a l a m o v. Ay uşaq, qorxmayın! Kim ayağını irəliyə qoydu, vurun, mən 
dayanmışam. 
Ə s r i y a n, V o l o d i n və b a ş q a l a r ı səhnəyə gəlirlər. 
S a l a m o v. Hə, nə var gəlmişsiniz? 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə