Microsoft Word C?f?r Cabbarl? doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə57/113
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21410
1   ...   53   54   55   56   57   58   59   60   ...   113

182 
 
B a x ş  ı. Məni bağışlayın, qardaşlar, mən düşündüyümü deyirəm. Diqqətlə 
yoxlamaq lazımdır: bunu doğrudan da ermənilər edibmi, burada başqa bir əl 
gəzməmişmi? 
S a l a m o v. Adə, düş aşağı! Sən də bilmirəm nə hətərən-pətərən atırsan. Biz 
deyirik fədəm-dəmə, sən deyirsən damdan-dama. Kişini tutub salıblar qoduqluğa, 
sən gəlmişsən ki, yoxlamaq lazımdır. 
B a x ş  ı. Bağışlayın, qardaşlar, mən onu deyirəm ki, bunu bir nəfər erməni 
etmiş olsa belə, bunun üçün bütün erməni kəndliləri, erməni işçiləri, bütün erməni 
xalqı məsul tutula bilməz. Ermənilərdə də yaxşı-yaman yox deyildir. 
S a l a m o v. Adə, erməni ermənidir də, dahı bunun nə yaxşısı, nə yamanı? 
Hing-hing dasni hing də. 
B a x ş ı. Qardaşlar, mən deyirəm bu bir nəfərin işi olsa belə, hər halda erməni 
kütləsinin bu işdən xəbəri yoxdur və bu işə razı olmaz. Bu, çox güman ki, 
provokasiyadır. 
S a l a m o v. Bura bax ey, nə boş-boş danışırsan! Proboğaz nədir? Ölü 
qabağında, vuran da qoduqluqda, özü də ermənilərin sərkərdəsi Eyvaz Əsriyan, 
Ruben Ağamyanın qayını. Dahı bu vəzzariyyatı kimə oxuyursan? Düş  aşağı, düş 
danışma! 
B a x ş ı. Ağamyanın qayını? 
S a l a m o v. Bəli, bəli, qayını. Bir sözü bilmirsən, danışma, düş aşağı! 
K ü t l ə. Düş aşağı, düş aşağı, düş aşağı... 
B a x ş  ı. Qulaq asın, qardaşlar, mən Eyvaz Əsriyanı tanıyıram, onunla bir 
yerdə böyümüşəm, o belə milli ədavətə uyan adam deyildir. 
S a l a m o v. Aha, elmi-şüma məlum şüd. Çərən-pərən danışma, qurumsaq, düş 
aşağı! Sən şipyonsan, sən Ağamovun pulu ilə danışırsan, aşağı düş! 
K ü t l ə. Şipyondur, şipyondur, vurun köpəy oğlunu. 
B a x ş ı. Qardaşlar, qulaq asın... 
K ü t l ə. Istəməz, aşağı düş... Şipyondur, vurun köpəy oğlunu! 
(Baxşını dartıb vuraraq, aşağı salırlar). 
S a l a m o v. Ay camaat, dahı çək-çövür lazım döyül, bu dava millət davasıdır. 
Kimdə millət qanı var, götürsün tüfəngini, çıxsın ortaya: ya onlara verən Allah, ya 
bizə. Mən bu yolda öz malımdan, canımdan keçməyə hazıram. Adə, o qarabağlı 
gedəsi hardadır? Şipyondur, vurun köpəy oğlunu! 
K ü t l ə. Adə, qoymayın qaçsın, vurun köpəy oğlunu! 


183 
 
İ ş ı q d ə y i ş i r. 
 
Q o c a B a x ş  ı. Artıq Baxşının dediyi uçurum açılmışdı  və getdikcə  də 
dərinləşirdi. Hər gün gah bu tində, gah o tində toqquşmalar və atışmalar olurdu. 
Hər iki tərəfdən adamlar ölürdü. Şəhər iki düşmən tərəfə bölünmüşdü. Nə 
azərbaycanlılar, nə də ermənilər bir-birinin tərəfinə qorxusuz keçə bilmirdilər. 
G ə n c S o n a. Ata, bu hansı şəhərdə idi? 
Q o c a B a x ş ı. Bakıda. 
G ə n c S o n a. Bəs Baxşı hardan çıxdı? O ki, Qarabağda qalmışdı? 
Q o c a B a x ş ı. Baxşı, qızım, gəlmişdi. O, Sonaya söz verdi və gəldi. Sona 
onu gözləyirdi. Hər axşam pəncərənin qabağında oturub yola baxır və günəşin 
batan tellərini ilıq göz yaşları ilə isladırdı. Nəhayət, Baxşı gəldi. Axtardı, evlərini 
tapdı. Sona evdə yoxdu. Allahverdi dayı ilə görüşdü. Nabat bacı onu qucaqladı. 
Öpdü. Gülsün bacını, danabuzovu və toyuq-cücəni soruşdu... Gedərkən Allahverdi 
kişi çox həlim dil ilə ona anlatdı ki, törənmiş bu vəziyyət içərisində onun Sona ilə 
görüşməsi bir o qədər yerli düşməz, – kim bilir nə deyərlər, nə olar. Mümkünsə, bir 
qədər onlara gəlməkdən çəkinsin. Bunu Baxşı özü də düşünürdü. Uzun günü 
küçələri dolaşaraq düşünür və bir çox şeyləri bilmədiyindən törənmiş  vəziyyəti 
qavraya bilmirdi. Nəhayət, qazamatda Eyvaz ilə görüşdü. Eyvaz ona bir çox 
göstərişlər verdi və onun göstərişləri ilə internasional inqilab hərəkatına qoşuldu. 
Baxşı, bunun vicdani bir vəzifə olduğunu artıq kəsdirmişdi və var qüvvəsi ilə 
işləyirdi. 
G ə n c S o n a. Bəs Sona?.. 
Q o c a  B a x ş  ı. Sonanı verdilər, qızım. Bibilər, xalalar, keşişlər, yengələr 
yığışdılar, çarə yox idi. Sonanın gücü göz yaşlarına çatırdı. Ağladı, ağladı  və 
sonunda and içdi ki, qardaşımı buraxmasalar, kilsədə qardaşım yanımda olmasa, 
gəlinlik örpəyi örtmərəm. Ona söz verdilər... 
 
ONUNCU ŞƏKİL 
 
Erməni kilsəsi. E y v a z və p o l i s m e y s t e r gəlirlər

 
E y v a z. Biz buraya nə üçün gəldik? Mən beş ildir kilsəyə ayaq basmamışam. 
P o l i s m e y s t e r. Bu gün sizin bacınızın toyudur. Generalqubernatorun əmri 
ilə mən səni şəxsən Ağamyana təqdim etməliyəm. 


184 
 
O, sənin üçün zamin olur, yoxsa heç bir qüvvət sənin boynunu kəndirdən qurtara 
bilməzdi. 
E y v a z. Kəndirdən? Axı nə üçün, səbəbi nədir? 
P o l i s m e y s t e r. General-qubernator və polis idarəsi sizi müsəlmanlara 
qarşı təcavüzdə və millətlər arasında ədavət salmaqda təqsirləndirir. 
E y v a z. Mən?.. Mən millətlər arasında ədavət salıram? 
P o l i s m e y s t e r. Sizin hərəkətiniz, müsəlmanlarla ermənilər arasında 
ədavət törətmişdir. 
E y v a z. Mən müsəlmanlarla ermənilər arasında ədavət salıram? 
P o l i s m e y s t e r. Siz, siz, cənab Əsriyan. Bu ki, sizə yüz yol deyilmişdir və 
özünüz də boynunuza almışsınız. 
E y v a z (hiddətindən özünü saxlaya bilməyib onun üzünə tüpürür). Tfu!.. 
P o l i s m e y s t e r. Siz boş yerə hiddətlənirsiniz. Bununla siz bizim gözümüzü 
örtə bilməzsiniz. Yanında dolu bir bomba və atılmış bir bombanın açarı 
tapılmışdır, yox? 
E y v a z. Mən çox yanıram ki, o bombanı sizin başınızda sındırmamışam. 
Onda mənə inanardılar. 
P o l i s m e y s t e r. Siz uşaqsınız, Əsriyan. Siz anlayırsınız ki, Ağamyan sizi 
doğru ölümün boğazından qoparır! 
E y v a z. Onun kölgəsində yaşamaqdansa, mənim üçün ölüm yaxşıdır. 
P o l i s m e y s t e r. Onun kölgəsində? Başa düş, Əsriyan, bu saat bütün erməni 
milləti sənin adına and içir. Sən onlar üçün erməni millətinin namusunu ləkədən 
təmizləmişsən, sən bir millət qəhrəmanısan. 
A ğ a m y a n (keşiş ilə gələrək). Aha, xoş gördük! Siz buradasınız. Mən bir az 
tez gəldim ki, qabaqcadan sizi görüm. 
P o l i s m e y s t e r. General-qubernator buyurdu ki, dustaq Eyvaz Əsriyanı 
şəxsən sizə təslim edim. 
A ğ a m y a n. Təşəkkür edirəm, Boris Matveyeviç. Mən sizin erməni millətinə 
göstərdiyiniz bu yaxşılığın əvəzini yetirərəm. 
P o l i s m e y s t e r. Təşəkkür edirəm, cənab Ağamyan (Gedir). 
A ğ a m y a n. Eyvaz, sənin son hərəkətin məni və bütün erməni xalqını o qədər 
sevindirdi ki, mən aramızda olan o yersiz danışıqları  həmişəlik unuduram. Sən 
bizim milli namusumuzu ləkədən təmizlədin. Bu gündən sən mənim oğlumsan. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə