Microsoft Word C?f?r Cabbarl? doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə58/113
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21410
1   ...   54   55   56   57   58   59   60   61   ...   113

185 
 
K e ş i ş. Oğlum, əziz Allah sənin o qəhrəman əllərini bizə çox görməsin. 
A ğ a m y a n. Sən paltarını da dəyişməmişsən. Eybi yoxdur, məclis qurtarar
gedərik dəyişərsən. Ancaq, Eyvaz, başına dönüm, bu saat qızlar, gəlinlər, bütün 
erməni kübarları öz milli qəhrəmanlarını görməyə və alqışlamağa gələcəklər. Keşiş 
ağa sənin kim olduğunu onlara yetirər. Sən də, mümkün isə, bir neçə kəlmə danış, 
təşəkkür et və de ki, sən millət yolunda hər şeyə hazırsan. 
E y v a z. Mən heç bir şeyə hazır deyiləm, bir kəlmə də danışmayacağam. 
A ğ a m y a n. Eyvaz, oğlum, sən bunu öz bacının səadəti üçün etməlisən, qoy 
onun ürəyi dincəlsin, qoy deməsinlər ki, Ağamyanın gəlini sadə bir ailədəndir, qoy 
bilsinlər ki, o bizim milli qəhrəmanımızın bacısıdır. 
E y v a z. Mən danışmasam, bacıma nə olar? 
A ğ a m y a n. Açıq danışaq, Eyvaz. Mən səni doğru ölümdən qurtarmışam. Sən 
ölməli idin. 
E y v a z. Dediyiniz türkü öldürdüyüm üçünmü? 
A ğ a m y a n. Yox, Nikolay hökumətinə qarşı işlədiyin üçün. Sənin ölümün 
bacın üçün böyük bir dərd olub, halbuki bir millət qəhrəmanı kimi dillərdə 
dolaşmaq bacın üçün, bizim üçün və bütün ermənilər üçün böyük fəxrdir. 
 
İrəlidə H a y k a z, S o n a və ardınca böyük bir izdiham – q ı z l a r, g ə l i n l ə r, 
x a n ı m l a r, k ü b a r l a r gəlirlər, Sona Eyvaza tərəf gedir. 
 
S o n a Eyvaz! 
E y v a z. Sona, sən onu atdın? 
S o n a. Mən məcbur oldum, mən səni ölümdən qurtarmaq üçün öz ölümümə 
razı oldum. 
K a r a p e t. Biz öz milli qəhrəmanımızı görmək istəyirik. Onu qabağa çıxarın. 
K e ş i ş. Ey İsanın əmin quzuları, bizim namusumuzu ləkədən qurtaran milli 
qəhrəmanımız Eyvaz Əsriyan budur. Qan tökmək haramdır, lakin onun tökdüyü 
qan millət yolunda, din yolundadır. O, millət qəhrəmanıdır. 
K a r a p e t. Yaşasın millət qəhrəmanı! Yaşasın millətin vuran əli! Urra... 
urra... 


186 
 
A  ğ a m y a n. Qardaşlar, bir millət böyük alimləri ilə, düşünən  ədibləri ilə, 
qorxmaz igidləri ilə fəxr edər. Mən Eyvaz Əsriyanla çox deyişmişəm, hətta bir yol 
ona millət xaini də dedim. O çox acıqlandı. Beş gün belə keçmədən millət 
namusuna toxunan ləkəni öz dəmir əllərilə silib, onun damarlarında təmiz erməni 
qanı axdığını hamıya göstərdi. O, türklərə göstərdi ki, böyük erməni milləti hələ 
ölməmişdir, o öz şərəfini hər dəqiqə qorumağa qadirdir. Mən bütün millət 
qabağında ondan üzr istəyirəm. Mən onun qohumluğunu özüm üçün və varlığını 
bütün erməni milləti üçün böyük bir fəxr hesab edirəm. O, millətin vuran əli, o 
millət namusunun qorxmaz keşikçisidir, o, millət qəhrəmanıdır. 
K a r a p e t. Yaşasın millət qəhrəmanı Eyvaz Əsriyan! Urra... Adamlar Eyvazı 
aralığa alırlar. 
E y v a z. Dayanın, mənə də qulaq asın! 
A ğ a m y a n. Bərkdən danış, Eyvaz! 
E y v a z. Bu gün erməni kübarları məni millət qəhrəmanı tacı ilə bəzəyirlər. 
Qızlar, gəlinlər mənim başıma çiçək səpirlər. Lakin bu çiçəklər hamısı qana 
boyanmışdır. Bu qan, qardaş qanıdır, bu qan, tarixi qandır. Bu qanı mən boynuma 
götürmürəm. Mən qatil deyiləm, bu qandan mənim xəbərim yoxdur. Mən millət 
qəhrəmanı deyiləm. Mən bu qanı üstümdən qaldırıb bütün ağırlığı ilə türk və 
erməni burjuaziyasının – bu ağamyanların, bu salamovların və romanov 
cəlladlarının sinfi vicdanlarına çırpıram. Bu qanı tarix yuya bilməyəcəkdir. Açın 
gözlərinizi, qardaşlar, aldanmayın. Türk əməkçiləri bizim düşmənimiz deyillər. 
Bizi düşmənlərimiz ayırır. Bizim düşmənlərimiz bax, bunlardır, bunlardır... 
 
Gülləri adamların başına çırpıb cəld qaçır. 
 
İ ş ı q s ö n ü r 
 
ON BİRİNCİ ŞƏKİL 
 
Ağamyanın evində toy. İçəridə çalıb oynayırlar. Səhnədə telefon zəng çalır. 
 
N a b a t (içəri girən Allahverdiyə). Nə oldu, kişi, uşaqdan bir xəbər bilmədin? 
A l l a h v e r d i. Haradan xəbər biləcəyəm. Hansı çasta gedirəm ağzıma vurub 
qaytarırlar. Nə öldüsünü deyən var, nə qaldısını. Daha o 


187 
 
yuxarılara da gedə bilmədim. Deyirəm bəlkə aradan çıxıb oralara keçdi. 
N a b a t. Bir gedəydin də, ayaqların sınmaz ki! 
A l l a h v e r d i. Getmək olur? Köpəy uşaqları bir iş görüblər ki, iş olsun? 
İkitirəlik salıblar, nə o yandan bu yana bir adam keçə bilir, nə bu yandan o yana. O 
da heç o tərəfə keçməz, yəqin ya vurdular... 
N a b a t. Mən itib gedirəm öz xarabamıza. Mənim uşağım yox olsun, mən 
toyda oturum... 
A l l a h v e r d i. Bəs kişi nə deyir? 
N a b a t. Getdim yalvardım ona, deyir: iti görüm, pişiyi görüm, daha onu 
görməyim. 
A l l a h v e r d i. Övlad deyil ki, bir qəpiyə  dəysin. Adam adama nə  qədər 
yaxşılıq edər?! Kişi onu ölümdən qurtardı, o mərtəbəyə yetirdi, camaat bunun 
başına gül səpir, amma o, dəli buzov kimi şıllaq atır. Uşaq necədir? 
N a b a t. Necə olacaq, qarabəxt sapsarı meyit kimi, dinməzsöyləməz oturub, 
dolu kimi tökür gözlərinin yaşını. 
 
Telefon zəng çalır. 
 
A l l a h v e r d i. Bu da səhərdən nə zarıldayır  (Telefonu götürüb tərsinə 
qulağına tutur). Hə, nə deyirsən, nə deyirsən, kimsən? Heç bunun səsi çıxmır ki. 
N a b a t. A kişi, tərs-avand tutmuşsan: mən görmüşəm burasını qulaqlarına 
qoyurlar, burasını ağızlarına. 
A l l a h v e r d i (telefonu düzəldir). Kimsən? Kim? Mən kiməm? Mən 
Allahverdi Qəhrəman oğlu  Əsriyan. Polismestr, gomurnatı, vacib işdən ötrü? 
Polismestr gomurnatı istəyir. Cənab polismestr, qurbanın olum, mənim oğlumdan 
mənə bir xəbər? Hə... Hə... Eyvazı, Eyvazı.  Əsriyan, Hə, svoluş? (Nabata) Deyir 
bəs svoluşdur. Hə, gomurnat (Telefonu yerinə asır). Səni Allah döyüb mən də 
çağırım. 
N a b a t. Svoluş nədir? 
A l l a h v e r d i. Svoluş, yəqin köpəyoğludur də... Bilmirəm, ancaq onu bilirəm 
ki, svoluş söyüşdür. Bəs biz də getdik, bu bədbəxt qızın halı necə olacaqdır? 
N a b a t. Vallah, heç bilmirəm necə eləyim. Ürəyim də getdi acından, gedək 
mətbəxə, ağzına bir parça çörək sal, daha ora ki, bizim yerimiz deyil, orada bizim 
tayımız yox, tuşumuz yox. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə