Microsoft Word C?f?r Cabbarl? doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə61/113
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21410
1   ...   57   58   59   60   61   62   63   64   ...   113

194 
 
H a y k a z. Siz onu yağışdan çıxarıb, yağmura atdınız... Mən onu salamat 
saxlayıb buraxacaqdım... Basqına gələn müsəlmanlardır. Bu adamları da qazmaya 
göndərən mən deyiləm. 
E y v a z. Qazmaya göndərən sən deyilsən, amma bu qazmaları yaradan sənsən, 
sənin atandır, sizin sinfi təbiətinizdir, sizin başınızın üstündə öz qara qanadlarını 
çırpan ikibaşlı qartaldır. 
H a y k a z. Onlar öz milli namuslarını qoruyurlar. 
E y v a z. Onlar sizin pullarınızı qoruyurlar. 
H a y k a z. Sən xainsən! 
E y v a z. Mən xain deyiləm, mən düşmənəm! 
H a y k a z. Mən ölü milçək deyiləm,  Əsriyan. Düşmən düşməni silahla 
qarşılayar (Əlini cibinə atır, ancaq Eyvaz ondan tez tapançasını çıxarır). 
S o n a (özünü onların arasına atır). Etməyin, yalvarıram sizə! 
E y v a z. Saxla, geri! (Bu halda bayırdan bir güllə pəncərəyə dəyir. Şüşə sınıb 
yerə tökülür. Gülümsəyərək) Pəncərəni örtün, patron sizing pullarınızla 
hesablaşmaz. 
 
İ ş ı q s ö n ü r 
 
ON İKİNCİ ŞƏKİL 
 
Küçədə iki “düşmən” üz-üzə. 
 
E r m ə n i. Ey, dəli müsəlman, qabağa soxulma, məzhəb haqqı, elə vuraram, 
motal kimi partlarsan. 
M ü s ə l m a n. Uzun danışma, qurumsaq. O Əlinin qəzəb oğlu Əbülfəzabbas 
haqqı, torpağını torba ilə daşıyacağam. Kişisən, başını çıxar, möhürlüyüm alnını. 
E r m ə n i. A gedə, Işxan, apar o uşaqları, daldan salın o köpəy oğlu müsəlmanı 
dövrəyə. 
M ü s ə l m a n. O Əlinin qəzəb oğlu  Əbülfəzabbas haqqı, lap bir rot da 
gəlsəniz, ayaq geri basan deyiləm. Cücə kimi dənlərəm sizi. Mənə qarabağlı 
deyərlər. Kişisən, təkbətək gəl, qaraldım gözünün altını. 
E r m ə n i. Gəlməyən heç kişi deyil. 
M ü s ə l m a n. Yox, aşna, aldada bilməzsən. Oturmuşam özüm üçün rahat 
mosdovoyda, əlimdə beşatılan, belimdə patrondaş, istər küllühüm Ərəsey yığılsın 
gəlsin, yerimdən tərpənən deyiləm. 


195 
 
E r m ə n i. A gedə, belə görürəm sən də elə  mənim kimi ağıldan kasıbsan. 
Qarabağda kimlərdənsən? 
M ü s ə l m a n. Sən kimi tanıyırsan? 
E r m ə n i. Mən, Yevlaxdan o üzə bütün qarabağlıları tanıyıram. 
M ü s ə l m a n. Usta Muğanı tanıyırsan? 
E r m ə n i. Zurnaçı Muğanı? Onun zatını tanıyıram. 
M ü s ə l m a n. Bura bax, qonşu, sən zəhmət çək, bir az da danış. 
E r m ə n i. Qonşu, mən də elə onu deyəcəkdim. Sənin səsin mənə tanış gəlir. 
M ü s ə l m a n. Qonşu, zəhmət çək, bir balaca başını səngərdən çıxar. 
E r m ə n i. Yox, aşna, heç o boyda zarafat yoxdur. 
M ü s ə l m a n. Sən öləsən, vurmaram, o Əlinin qəzəb oğlu  Əbülfəzabbas 
haqqı, vurmaram. 
E r m ə n i. Yox, aşna, mən ölüm, heç üz vurma, ölsən də, başımı  çıxaran 
deyiləm... İstəyirsən sən çıxar, mən baxım. Məzhəb haqqı vurmaram. 
M ü s ə l m a n. A kişi, mənim gözlərim səninkindən yaxşı seçir. İstəyirsən, 
tüfəngi qoyum yerə. Ha... inanmırsan, bax, bu da mənim əllərim. 
E r m ə n i. Yox, qonşu, dil tökmə, keçəl suya gedən deyil... 
M ü s ə l m a n. A kişi, hansı kənddənsən? 
E r m ə n i. Mən Tuğdanam. 
M ü s ə l m a n. A kişi, mən də oradanam ki, Allahverdi Qəhrəman oğlunu 
tanıyırsan? 
E r m ə n i. Necə, Allahverdi? (Başını çıxarır). Allahverdi elə mən özüməm ki. 
M ü s ə l m a n. Gədə, Allahverdi? (Başını çıxarır). 
A l l a h v e r d i. A kişi, Imamverdi! Tfu sənə, gic müsəlman! (Hər ikisi bir-
birini qucaqlayır). Səhərdən başımı dolaşdırmışsan, ürək-göbəyimi yemişəm. 
Haçan gəldin? Uşaqlar necədir? Gülsün bacı neyləyir? 
İ m a m v e r d i. Hamısı duaçıdır. Nabat bacı necədir? 
A l l a h v e r d i. Çox-çox duaçıdır. Mənə bax, İmamverdi, mən ölüm, tüfəngi 
hara qoydun? 
İ m a m v e r d i. Sən öləsən, səni gördüm, sevindiyimdən heç bilmirəm hara 
atdım. Yəni tüfəngdə də tüfənglik yoxdur, zəhrimar şişirdir. Əvvəllər bir pistonlu 
tüfəngim var idi, sonra bunu tapdım, onun da patronu yoxdur. Sən Allah, 
Allahverdi, bir-iki patron ver mənə. 


196 
 
A l l a h v e r d i. Axtarsan, elə mənimki də azdır. Ala, dörd dənə verim, ancaq, 
mən ölüm, atanda üzü bəri tutmayasan. Sən öləsən, köpəy uşağı bir iş gördülər ki, 
iş olsun. Ara yerdə xalqı verdilər qırğına. Bah, bəs sən deyirdin patrondaşım 
doludur. 
İ m a m v e r d i. A kişi patrondaş hanı? Yalandan küyə salmışdım. Bura bax, 
Allahverdi, oturmuşuq burada, birdən o köpəy oğlu İşxan dediyin daldan gələr... 
A l l a h v e r d i. A kişi, burada Işxan nə  gəzir. Yalandan səni qorxudub 
qaçırmaq istəyirdim. 
İ m a m v e r d i. Sən öləsən, bir az da möhkəm desəydin, qaçacaqdım. 
A l l a h v e r d i. Axtarsan, elə mən özüm də hazırlaşırdım qaçmağa... Bura 
bax, hələ sən nə üçün özünü soxmuşsan hamıdan qabağa? 
İ m a m v e r d i. Ey, sənin sözün nədir, qarabağlı gədəsi dalda qalsın? Cahad 
eləmişəm də. Bəs sənə nə düşüb hamıdan qabaq gəlmişsən? 
A l l a h v e r d i. Nə bilim, a kişi, mən də qarabağlıyam də, mən də sənin kimi 
axmağam də. 
İ m a m v e r d i. Eyvazdan xəbər var? Mən ki, Baxşını tapa bilmirəm. 
A l l a h v e r d i. Eyvazın işi uzundur: nə öldüsü məlumdur, nə qaldısı. Elə 
acam... 
İ m a m v e r d i. Sən öləsən, Allahverdi, mənim ürəyim axır acından, lap 
qarnım girdovoy fiti kimi qaytağı vurur. 
A l l a h v e r d i. Dayan, mənim heybəmdə sürsat var... Hə, qızı vermişəm axı, 
bu gecə toy idi. 
İ m a m v e r d i. Qızı verdin? Allah mübarək eləsin. Kimə? 
A l l a h v e r d i. Heç demə, Imamverdi, bir qələt idi ata-babam ilə eləmişəm
ancaq daha keçibdir. Hələ gördüm bayırda vurhavurdur mətbəxdə yarım dənə 
toyuq var idi, bir az qalbas ilə donuz əti, tez doldurdum heybəmə, durdum ayağa. 
İ m a m v e r d i. Qalbas ilə donuzu özün ye, toyuğu bəri ver. 
A l l a h v e r d i. Allah bunların evini yıxsın, yıxdılar məxluğun evini. 
İ m a m v e r d i. Doğrudan, ay Allahverdi, bu nə  işdir gördülər, bunu hansı 
ağıllı elədi? 
A l l a h v e r d i. Heç bilmək olur necə işdir. Mənə nə düşüb gəlim sənin ilə 
əlbəyaxa olum. Hələ o yanındakı kim idi, yazığı vurdum, yıxıldı. Vallah, qorxudan 
atdım, yoxsa heç vurardım? 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə